Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

»»

Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

  1. Giriş
  2. İttihamın kökü
  3. İttihama qarşı cavablarımız
  4. Sələfilərin «şeytan ayələri» barəsində Peyğəmbərə (s) atdıqları iftira
  5. «Şeytan ayələri» hədisi barəsində şiə alimlərinin rəyi

Məqalənin WORD sənəd versiyasını BURADAN yükləyə bilərsiniz.

Giriş

Bağışlayan və Mehriban Allahın adı ilə

Sələfilər əllərinə hər imkan düşdükdə şiələrin Cəbrayılı (ə) xəyanətdə günahlandırdığını, guya Cəbrayılın (ə) vəhyi səhvən İmam Əli (ə) yerinə Hz.Muhəmmədə (s.ə.a) gətirdiyini, buna görə də, şiələrin namazın salamını bitirdikdən sonra əllərini üç dəfə qaldıraraq «Xanə əl-Əmin» (Cəbrayıl xəyanət etdi) dediklərini iddia edirlər.

Bunlara inanan hansı sünni, və ya sələfi şiələrə düşmən gözü ilə baxmaz ki? Əziz oxucu, sən hər hansı bir şəxsin Cəbrayılın vəhyə xəyanət etdiyinə inansan, ona düşmən gözü ilə baxmazsanmı?

Şiələrə qarşı bu əsassız propoqandanın televiziya vasitəsilə necə aparıldığına şahid olmaq üçün aşağıdakı videoları izləyə bilərsiniz:

1. Əbd əl-Əziz əl-Fəuzan - Səudiyyə Ərəbistanında Muhəmməd bin Səud adına Universitetinin İslam Şəriəti üzrə professoru və Müəllimlər Heyətinin üzvü

Video: http://www.youtube.com/watch?v=eK09O-vqldo

Facebook səhifəsi: https://www.facebook.com/Dr.abdulazizalfawzan/info

Twitter səhifəsi: https://twitter.com/Abdulazizfawzan

2. Şeyx Həsən Əli Mureyb - əl-Əzhər Universitetinin Doktorantı, Livanda Bəhaəddin Həriri Məscidinin İmamı

Video: http://www.youtube.com/watch?v=cX0Zw8fuX7c

Facebook səhifəsi: https://www.facebook.com/HassanAlyMoraib/info

Rəsmi internet səhifəsi: http://www.hasanmoraib.com/Sections/About.aspx

3. Muhəmməd əz-Zuğbi – Misirli sələfi aktivistlərindən biri, bir çox kitab müəllifi, daima TV-lərdə anti-şiə çıxışları ilə məşhurdur

Video: http://www.youtube.com/watch?v=0QVFDGSiUDs (15-ci dəqiqə)

Facebook səhifəsi: https://www.facebook.com/Elzoghbe.Official.Page

Twitter səhifəsi: https://twitter.com/ElzoghbeTV

Rəsmi internet səhifəsi: http://www.alzoghby.com/

4. Sələfilər tərəfindən murdar əməllərinə alət edilmiş balaca uşaq

Video: http://www.youtube.com/watch?v=IRFr2nA1gtE

Страница 1 из 512345»
Рейтинг

В этом разделе