Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

»»

Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

  1. Giriş
  2. İttihamın kökü
  3. İttihama qarşı cavablarımız
  4. Sələfilərin «şeytan ayələri» barəsində Peyğəmbərə (s) atdıqları iftira
  5. «Şeytan ayələri» hədisi barəsində şiə alimlərinin rəyi

«Şeytan ayələri» hədisi barəsində şiə alimlərinin rəyi

Əllamə ət-Təbatəbai yazır:

الرواية مروية بطرق عديدة عن ابن عباس وجمع من التابعين وقد صحّحها جماعة منهم الحافظ ابن حجر . لكن الأدلة القطعية على عصمته صلى الله عليه وآله وسلم تكذب متنها وإن فرضت صحّة سندها فمن الواجب تنزيه ساحته المقدسة عن مثل هذه الخطيئة مضافا إلى أن الرواية تنسب إليه صلى الله عليه وآله وسلم أشنع الجهل وأقبحه فقد تلى (تلك الغرانيق العلى وإن شفاعتهن لترتجي) وجهل أنه ليس من كلام الله ولا نزل به جبريل ، وجهل أنه كفر صريح يوجب الارتداد ودام على جهة حتى سجد وسجدوا في آخر السورة ولم يتنبه ثم دام على جهله حتى نزل عليه جبريل وأمره أن يعرض عليه السورة فقرأها عليه وأعاد الجملتين وهو مصر على جهله حتى أنكره عليه جبريل ثم أنزل عليه آية تثبت نظير هذا الجهل الشنيع والخطيئة الفضيحة لجميع الأنبياء والمرسلين وهي قوله : (وما أرسلنا من قبلك من رسول ولا نبي إلا إذا تمنى ألقى الشيطان في أمنيته) .

Bu rəvayət İbn Abbas və bir qrup tabeindən bir neçə yolla rəvayət olunmuşdur. Tabeindən bir qrupu və o cümlədən Hafiz ibn Həcər də bu rəvayəti səhih bilmişlər. Lakin Həzrətin (s) ismətinə olan qəti dəlillər bu rəvayətin sənədi səhih olsa belə, onun mətnini təkzib edir. Bizə o dəlillərin hökmü lazımdır ki, biz o Həzrətin (s) məqamını belə xətalardan münəzzəh bilək. Bundan əlavə, bu rəvayət cəhalətin ən qəbahətli cəhətini o Həzrətə (s) nisbət verir. Belə ki, Həzrət (s) (nəuzubillah – müt.) «Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var» sözlərini oxuyur, lakin bu sözlərin Allahın kəlamı olduğunu, onları Cəbrayılın (ə) gətirdiyini və bunların açıq-aşkar küfrə, dindən çıxmağa səbəb olduğunu bilmir. Həzrətin (s) nadanlığı (nəuzubillah – müt.) surə bitənədək davam etdi. Sonda Həzrət (s) və məsciddə olanlar səcdə etdilər. Lakin hələ də Həzrət (s) öz xətasını (nəuzubillah – müt.) anlamamışdı. Axırda Cəbrayıl (ə) gəldi və Həzrətə (s) surəni oxumağı əmr etdi. Həzrət (s) də oxuyarkən yenə o sözləri ayələrin içində işlətdi. O zaman Cəbrayıl (ə) dedi ki, mən bu sözləri nazil etməmişəm. Bundan da pisi budur ki, Cəbrayılın (ə) nazil etdiyi bu ayə bütün peyğəmbərlərin qəbahətlərini, cəhalətlərini və küfrünü isbat edir. Bu ayəni aşağıda qeyd edirik: «Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, bir şey istədikdə şeytan onun istəyinə vəsvəsə qatmağa çalışmasın. Lakin Allah şeytanın etməyə çalışdığı vəsvəsəni məhv edir və sonra Öz ayələrini möhkəmləndirər. Allah (hər şeyi) bilən və hikmət sahibidir.»

وبذلك يظهر بطلان ما ربما يعتذر دفاعا عن الحديث بأن ذلك كان سبقا من لسان دفعة بتصرف من الشيطان سهوا منه عليه السلام وغلطا من غير تفطن . فلا متن الحديث على ما فيه من تفصيل الواقعة ينطبق على هذه المعذرة ، ولا دليل العصمة يجوز مثل هذا السهو والغلط .

Burdan aydın olur ki, bu hədisi müdafiə etmək üçün gətirdikləri üzr batildir və üzrü günahından böyükdür. O da budur: «bu cümlə Həzrətin (s) dilində var idi, lakin Şeytan onu istifadə etdi, nəticədə də Həzrət (s) səhvə düçar oldu.» Nə hədisin mətni bu üzrə aid olur, nə də ismətin dəlilləri bu xətanı peyğəmbərlər üçün qəbul edir.

على أنه لو جاز مثل هذا التصرف من الشيطان في لسانه صلى الله عليه وآله وسلم بإلقاء آية أو آيتين في القرآن الكريم لارتفع الامن عن الكلام الإلهي فكان من الجائز حينئذ أن يكون بعض الآيات القرآنية من إلقاء الشيطان ثم يلقي نفس هذه الآية (وما أرسلنا من ن رسول ولا نبي) الآية فيضعه في لسان النبي وذكره فيحسبها من كلام الله الذي نزل به جبريل كما حسب حديث الغرانيق كذلك فيكشف بهذا عن بعض ما ألقاه وهو حديث الغرانيق سترا على سائر ما ألقاه .

Bundan əlavə əgər Şeytan Peyğəmbərin (s) dilindən belə istifadə edirsə, bir və ya iki Qurana aid olmayan ayəni Quran ayəsi ünvanı ilə Peyğəmbərin (s) dilinə gətirirsə, onda Allahın bütün kəlamları öz etimadını itirir. Demək, bəzilərinin Quranın bəzi ayələrinin Şeytanın təlqini olması ehtimalını verməsi mümkündür. Peyğəmbər (s) də Şeytanın ayələrini ilahi ayə hesab etdiyi kimi bu ayələri də Quran ayəsi hesab edir. Yuxarıda dediyimiz ayə Şeytanın təlqin etdiyi ayələrin yalanını ortaya çıxararaq qalanlarının üstünü örtür.

أو يكون حديث الغرانيق من الكلام الله وآية (وما أرسلنا من قبلك من رسول ولا نبي) الخ ، وجميع ما ينافي الوثنية من كلام الشيطان ويستر بما ألقاه من الآية وأبطل من حديث الغرانيق على كثير من إلقاءاته في خلال الآيات القرآنية ، وبذلك يرتفع الاعتماد والوثوق بكتاب الله من كل جهة وتلغو الرسالة والدعوة النبوية بالكلية جلت ساحة الحق من ذلك .

Yaxud da ehtimal var ki, bu bütlər haqqında olan şeytanın təlqin etdiyi ayələr Allah kəlamıdır və yuxarıda qeyd etdiyimiz və bütpərəstliklə müxalif olan hər ayə Şeytanın təlqinidir. Belə olan surətdə yuxarıdakı ayə bütlər haqqında olan Şeytanın təlqinlərini batil edir və həqiqətdə Şeytanın təlqini fərz olunan bütün ayələrin üstünü örtür. Bu surətdə də Quran bütünlüklə öz etibarını itirir və nübüvvətin dəvəti ləğv olunur. Lakin Allah belə şeylərdən daha münəzzəhdir.

Əllamə ət-Təbatəbai, əl-Mizan fi təfsir əl-Quran, c.14, s.396-397 (onlayn mənbə: 1, 2)

Ayətullah Məkarim əş-Şirazi bu ayələr barədə öz təfsirində geniş söz açmışdır. O yazır:

Əhli-sünnənin bəzi kitablarında İbn Abbasdan təəccüb doğuran rəvayətlər nəql olunmuşdur. Belə ki, Peyğəmbər (s) Məkkədə Nəcm surəsini oxumağa başladı. Bütlərin adı çəkilən ayələrə çatanda (Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!) Şeytan bu iki cümləni Həzrətin (s) dilinə gətirdi:

تلك الغرانيق العلى، و ان شفاعتهن لترتجى!

«Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var.»

Bu zaman müşriklər xoşhal oldular və dedilər: İndiyədək Muhəmməd (s) bizim allahlarımızın adını belə yaxşılıqla çəkməmişdi. Bu zaman Peyğəmbər (s) səcdə etdi, onlar da səcdə etdilər. Cəbrayıl (ə) nazil oldu və Peyğəmbərə (s) bu iki cümləni Ona (s) nazil etmədiyini bildirdi. Bunlar Şeytanın təlqinlərindən idi. Bu yerdə bu ayələr nazil oldu: «Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, bir şey istədikdə şeytan onun istəyinə vəsvəsə qatmağa çalışmasın. Lakin Allah şeytanın etməyə çalışdığı vəsvəsəni məhv edir və sonra Öz ayələrini möhkəmləndirər. Allah (hər şeyi) bilən və hikmət sahibidir.» Bu ayələr Peyğəmbərə (s) və möminlərə bir xəbərdarlıq idi.

Peyğəmbərin (s) proqramlarını zəiflətmək üçün bəhanə axtaran İslam düşmənləri bu hadisəni dəbdəbə ilə çox sayda nəql etmişlər və ona müxtəlif bər-bəzəklər də vermişlər. Amma nişanələr bunu göstərir ki, bu saxta bir hədisdir. Şeytansifətlər Quranı və Peyğəmbərin (s) hədislərini etibarsız göstərmək üçün bu hədisi qondarmışlar.

1. Çünki təhqiqatçıların dediyinə əsasən, bu hədisin raviləri müvəssəq deyidir və zəifdir. Eyni zamanda, bu hədisin İbn Abbasdan nəql olunması da heç cür məlum deyildir. Muhəmməd ibn İshaqın dediyinə görə, bu hədis zındıqların düzəltdiyi qondarma bir hədisdir və o, bu barədə ayrıca bir kitab yazmışdır.

2. Nəcm surəsinin nazil olması, sonra da Peyğəmbərin (s) və müsəlmanların səcdə etməsi barəsində müxtəlif kitablarda bir çox rəvayətlər nəql olunmuşdur. Lakin bu hədislərin heç birində bu bütlər əfsanəsi haqqında söz deyilməmişdir. Bu onu göstərir ki, bu cümlə sonradan o hədisə əlavə edilmişdir.

3. Nəcm surəsinin ilk ayələri bu xurafatı açıq-aşkar batil edir:

وَ ما يَنْطِقُ عَنِ الْهَوى‏ إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحى

O, (Qur’anın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.

Bu ayə yuxarıdakı əfsanə ilə necə uyğun gələ bilər?

4. Bu surədə bütlərin adı çəkilən ayələrdən sonrakı ayələrin hamısı bu bütləri məzəmmət edir, onların pis və alçaq olduqlarını açıq-aşkar bəyan edir:

إِنْ هِيَ إِلَّا أَسْماءٌ سَمَّيْتُمُوها أَنْتُمْ وَ آباؤُكُمْ ما أَنْزَلَ اللَّهُ بِها مِنْ سُلْطانٍ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَ ما تَهْوَى الْأَنْفُسُ وَ لَقَدْ جاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدى‏

(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir.

Bu cür ciddi məzəmmətlərlə dolu olan ayələrdən əvvəlki ayələr necə ola bilər ki, bütləri tərifəlayiq hesab etsin? Bundan əlavə, Quran açıq-aşkar bildirir ki, Allah-Təala Quranı hər cür təhrif və azğınlıqdan qoruyur. Hicr surəsinin 9-cu ayəsində deyilir:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لَحافِظُونَ

Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.

5. Peyğəmbərin (s) büt və bütpərəstlərlə mübarizəsi mübarək ömrünün sonunadək amansız və davamlı idi. Həzrət (s) əməldə göstərirdi ki, büt və bütpərəstlərin müqabilində ən ağır şəraitdə belə heç bir sülh sazişi qəbul etmirdi. Belə olan halda, necə ola bilər ki, belə sözlər Həzrətin (s) dilinə gəlsin?

6. Peyğəmbəri (s) Allah tərəfindən gəldiyini hesab etməyənlər və müsəlman olmayanlar belə o Həzrəti (s) mütəfəkkir və tədbiri sayəsində böyük qələbələrə imza atan tədbirli bir insan hesab ediblər. Əsl şüarı “La ilahə illəllah” olan, şirkə, bütpərəstliyə qarşı amansız mübarizə aparan, bu barədə heç bir sazişə hazır olmadığını bildirən bir kəs necə ola bilər ki, belə bir əsas proqramı boşlayıb müşriklərin bütlərini tərifləsin?

Bütün bunlardan bu aydın oldu ki, bu büt tərifləmək məsələsi saxta bir məsələdir. İslam düşmənlərinin Quranın dəyərini zəiflətmək üçün düzəltdikləri əfsanədən ibarətdir.

Təfsir Nümunə, c. 14, s. 144 (onlayn mənbə 1, 2)

Həmçinin yazır:

Əlbəttə bəzi təfsirçilər bu hədisə bəraət qazandırmışlar. Belə ki, bu hədisi düz hesab etsək belə oxunmalı bir hədisdir. Belə nəql edirlər ki, Peyğəmbər (s) Quran ayələrini yavaş səslə oxuyurdu. Bəzən də o ayələrin arasında bir az sakit qalırdı ki, camaatın qəlbi o ayələri daha yaxşı həzm etsin. Nəcm surəsinin ayələrini oxuyan zaman (Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!) ayələrinə çatanda şeytansifətlərin bəzisi (müşriklər) fürsətdən istifadə edərək bu arada «Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var» kəlmələrini xüsusi səslə dedilər ki, Peyğəmbərlə (s) səs-səsə verib camaatı çaşdırsınlar. Lakin sonrakı ayələr onlara yaxşı cavab verdi və bütpərəstliyi şiddətli şəkildə qınadı.

Burdan aydın olur ki, müşriklərin Peyğəmbər (s) üçün yaratdıqları çətinliklərin aradan qalxması üçün bir növ yumşaqlığı kimi və Həzrətin (s) də müşriklərin İslama meyl etməsini istəməsi kimi bu hədisi təfsir edənlər böyük bir səhvə yol veriblər. Bu onu göstərir ki, bu hədisi belə yozmağa çalışanlar bütlərin və bütpərəstlərin müqabilində İslamın və Peyğəmbərin (s) mövqeyini dərk etməmişlər. Tarixi sənədlər də bunu göstərir ki, düşmənlər nəyin bahasına olursa olsun Peyğəmbərin (s) bu işlə razı olmasına çalışsalar da, Həzrət (s) qəbul etməmiş və bir an belə Öz (s) proqramından üz döndərməmişdir. Bunu düşmənlər görməmiş və ya özlərini cahilliyə vurmuşlar.

Təfsir Nümunə, c. 14, s. 142 (onlayn mənbə 1, 2)

Xahiş edirik ki, Peyğəmbərə (s) qarşı edilən bu cürətə cavab versinlər və nə vaxtsa mövcud olmuş əl-Ğurabiyyə firqəsinin inancını On iki imamşı şiələrin adına yazıb böhtan atmaqdan əl çəksinlər. Təəccüblü burasıdır ki, sələfilər necə öz alimlərinin rəylərini qırağa qoyub on iki imamçı şiə kitablarında olmayan bu cür yalanların arxasınca düşüblər.

Son olaraq, Qurani-Kərimin Hicr və Haqqə surələrindən bir neçə ayəni qeyd edirik ki, bəlkə düşünənlər üçün faydalı oldu.

(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa”.

(Allah) dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır”.

Hicr 39-42

Əgər (Muhəmməd peyğəmbər) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik.

Haqqə, 44-46

Tərcümə etdi: Fərhad Mirzə

Redaktə, ixtisar və əlavələr: 313news.net

Страница 5 из 5«12345
Рейтинг

В этом разделе