Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

»»

Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

  1. Giriş
  2. İttihamın kökü
  3. İttihama qarşı cavablarımız
  4. Sələfilərin «şeytan ayələri» barəsində Peyğəmbərə (s) atdıqları iftira
  5. «Şeytan ayələri» hədisi barəsində şiə alimlərinin rəyi

Sələfilərin «şeytan ayələri» barəsində Peyğəmbərə (s) atdıqları iftira

Sələfilərin «şeytan ayələri» barəsində Peyğəmbərə (s) atdıqları iftira

Şiələri Cəbrayılla (ə) düşmənçilikdə ittiham edənlər görəsən özləri də bilirlərmi ki, Peyğəmbərə (s) bundan da ədəbsizcəsinə böhtan atırlar? Onlar deyirlər: Peyğəmbər (s) Şeytanın təlqin və vəsvəsələri ilə vəhyi səhv salırdı.

Bundan da böyük iftra budur ki, Şeytan küframiz sözlərini Quran ayələri adı ilə qiraət edir, lakin Peyğəmbər (s) də bu sözləri Allahın kəlamı təsəvvür edərək, onu Quran adı ilə camaata təbliğ edirdi.

Əgər Peyğəmbər (s) Cəbrayılın (ə) səsini Şeytanın batil təlqinlərindən ayıra bilmirsə, Quranın digər ayələrinin etibarı sual altına düşmürmü? İndi vəhhabilərin mötəbər kitablarında bu məsələni qeyd edirik.

Sələfilərin etimad etdiyi alimlərin

«Şeytan ayələri» barədə nəzərləri

1. İbn Teymiyyə və «Şeytan ayələri»

Hörmətli oxucuların diqqətini sələfilərin çox sevdikləri teoloqları İbn Teymiyyənin bir ayə barəsində olan dediyi sözə cəlb edirik. Belə ki, şiələrin vəhy barəsində səhvə düçar olduqları, yoxsa vəhhabilərin zəlalət çuxurunda olması aydın olsun:

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّى‏ أَلْقَى الشَّيْطَنُ فِى أُمْنِيَّتِهِ. فَيَنسَخُ اللَّهُ مَا يُلْقِى الشَّيْطَنُ ثُمَّ يُحْكِمُ اللَّهُ ءَايَتِهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ.

Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, bir şey istədikdə şeytan onun istəyinə vəsvəsə qatmağa çalışmasın. Lakin Allah şeytanın etməyə çalışdığı vəsvəsəni məhv edir və sonra Öz ayələrini möhkəmləndirər. Allah (hər şeyi) bilən və hikmət sahibidir.

əl-Həcc, 52

İbn Teymiyyə yazır:

وتنازعوا هل يجوز أن يسبق على لسانه ما يستدركه الله تعالى ويبينه له بحيث لا يقره على الخطأ كما نقل أنه ألقى على لسانه صلى الله عليه وسلم تلك الغرانيق العلى وإن شفاعتهن لترتجى ثم إن الله تعالى نسخ ما ألقاه الشيطان وأحكم آياته فمنهم من لم يجوز ذلك ومنهم من جوزه إذ لا محذور فيه فإن الله تعالى «يَنْسَخُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ * لِيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ » .

Allahın nazil etmədiyi sözün Peyğəmbərin (s) dilinə gəlməsinin mümkün olmasında ixtilaf var. Elə olsun ki, Onun (s) xəta etməmə ehtimalı aydın görünsün. Çünki Şeytanın da Peyğəmbərə (s) təlqin və vəsvəsə etməsi nəql olunmuşdur. Belə ki, bütlərə sitayiş etmə barəsində Peyğəmbərə (s) təlqin etmiş, Lat və Üzzanın şəfaətlərinə ümid bəsləməsini Ona (s) təlqin etmişdir. Sonra Allah-Təala Şeytanın təlqinlərini məhv edir və Öz ayələrini bərqərar edərək möhkəmləndirir. İxtilaf edənlərin bir hissəsi bunun mümkün olmadığını, digərləri isə mümkün olduğunu demişlər. Çünki burda heç bir müşkül yoxdur. Çünki Allah-Təala buyurur: «Lakin Allah şeytanın etməyə çalışdığı vəsvəsəni məhv edir və sonra Öz ayələrini möhkəmləndirər. Allah (hər şeyi) bilən və hikmət sahibidir.» (Şeytana belə bir imkan verməkdən məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları sınaq vasitəsi etsin.

İbn Teymiyyə, Minhac əs-sünnə, c. 1, s. 471 (onlayn mənbə: 1, 2, 3, 4)

2. ət-Təbəri və «Şeytan ayələri»

İbn Teymiyyə ət-Təbərini böyük təfsirçilərdən hesab edir və onun təfsirində qondarma rəvayətlərin olmadığına inanır:. İbn Teymiyyə əs-Sələbinin təfsiri barəsində Əllamə əl-Hillinin nəql etdiyi mətləbi rədd edəndən sonra deyir:

و أما أهل العلم الكبار أهل التفسير مثل تفسير محمد بن جرير الطبري و بقي بن مخلد و ابن أبي حاتم و ابن المنذر و عبد الرحمن بن إبراهيم دحيم و أمثالهم فلم يذكروا فيها مثل هذه الموضوعات.

Lakin Muhəmməd ibn Cərir ət-Təbəri, Bəqi ibn Müxəlləd, İbn Əbi Hatim, İbn əl-Münzir və Əbd ər-Rəhman ibn İbrahim Duheym və digərləri kimi böyük təfsirçilər öz təfsirlərində qondarma rəvayətlər nəql etməmişlər.

İbn Teymiyyə, Minhac əs-sünnə, c. 7, s. 13 (onlayn mənbə: 1, 2, 3, 4)

كتفسير ابن جريج و سعيد بن أبي عروبة و عبد الرزاق و عبد بن حميد و أحمد و إسحاق و تفسير بقي بن مخلد و ابن جرير الطبري و محمد بن أسلم الطوسي و ابن أبي حاتم و أبي بكر بن المنذر و غيرهم من العلماء الأكابر الذين لهم في الإسلام لسان صدق و تفاسيرهم متضمنة للمنقولات التي يعتمد عليها في التفسير.

İbn Cüreyc, Səid ibn Əbi Ərubə, Əbd ər-Rəzzaq, Əbd ibn Humeyd, Əhməd, İshaq, Bəqi ibn Müxəlləd, İbn Cərir ət-Təbəri, Muhəmməd İbn Müslim ət-Tusi, İbn Əbi Hatim, Əbu Bəkr ibn əl-Münzir və İslamda doğru danışan digər böyük təfsirçilərin təfsirləri etimadlı rəvayətləri özündə toplamışdır.

İbn Teymiyyə, Minhac əs-sünnə, c. 7, s. 178-179 (onlayn mənbə: 1, 2, 3, 4)

ət-Təbəri öz təfsirində belə nəql edir:

عن محمد بن كعب القرظي قال : لما رأى رسول الله ( ص ) تولي قومه عنه ، وشق عليه ما يرى من مباعدتهم ما جاءهم به من عند الله ، تمنى في نفسه أن يأتيه من الله ما يقارب به بينه وبين قومه . وكان يسره ، مع حبه وحرصه عليهم ، أن يلين له بعض ما غلظ عليه من أمرهم ، حين حدث بذلك نفسه وتمنى وأحبه ، فأنزل الله : والنجم إذا هوى ما ضل صاحبكم وما غوى فلما انتهى إلى قول الله : أفرأيتم اللات والعزى ومناة الثالثة الأخرى ألقى الشيطان على لسانه ، لما كان يحدث به نفسه ويتمنى أن يأتي به قومه : تلك الغرانقة العلى ، وإن شفاعتهن لترتجي . فلما سمعت ذلك قريش فرحوا وسرهم ، وأعجبهم ما ذكر به آلهتهم ، فأصاخوا له ، والمؤمنون مصدقون نبيهم فيما جاءهم به عن ربهم ، ولا يتهمونه على خلط ولا وهم ولا زلل . فلما انتهى إلى السجدة منها وختم السورة ، سجد فيها ، فسجد المسلمون بسجود نبيهم ، تصديقا لما جاء به واتباعا لامره ، وسجد من في المسجد من المشركين من قريش وغير هم لما سمعوا من ذكر آلهتهم ، فلم يبق في المسجد مؤمن ولا كافر إلا سجد إلا الوليد بن المغيرة ، فإنه كان شيخا كبيرا فلم يستطع ، فأخذ بيده حفنة من البطحاء فسجد عليها . ثم تفرق الناس من المسجد ، وخرجت قريش وقد سرهم ما سمعوا من ذكر آلهتهم ، يقولون : قد ذكر محمد آلهتنا بأحسن الذكر ، وقد زعم فيما يتلو أنها الغرانيق العلي وأن شفاعتهن ترتضي وبلغت السجدة من بأرض الحبشة من أصحاب رسول الله ( ص ) ، وقيل : أسلمت قريش . فنهضت منهم رجال ، وتخلف آخرون . وأتى جبرائيل النبي ( ص ) ، فقال : يا محمد ماذا صنعت ؟ لقد تلوت على الناس ما لم آتك به عن الله ، وقلت ما لم يقل لك فحزن رسول الله ( ص ) عند ذلك ، وخاف من الله خوفا كبيرا ، فأنزل الله تبارك وتعالى عليه وكان به رحيما يعزيه ويخفض عليه الامر ويخبره أنه لم يكن قبله رسول ولا نبي تمنى كما تمنى ولا أحب كما أحب إلا والشيطان قد ألقى في أمنيته كما ألقى على لسانه ( ص ) ، فنسخ الله ما ألقى الشيطان وأحكم آياته ، أي فأنت كبعض الأنبياء والرسل فأنزل الله : وما أرسلنا من قبلك من رسول ولا نبي إلا إذا تمنى ألقى الشيطان في أمنيته . . . الآية . فأذهب الله عن نبيه الحزن ، وأمنه من الذي كان يخاف ، ونسخ ما ألقى الشيطان على لسانه من ذكر آلهتهم أنها الغرانيق العلى وأن شفاعتهن ترتضي.

Muhəmməd ibn Kəb Qərəzinin belə dediyi nəql olunur: Peyğəmbərin (s) qövmü Ondan (s) üz döndərən zaman bu ayrılıq Həzrətə (s) ağır gəldi və Allahdan istədi ki, Özü (s) ilə qövmü arasında olan bu ayrılıq azalsın. Halbuki, Həzrət (s) onları çox istəyirdi (və onların Həzrətə (s) yaratdığı çətinliklər Ona (s) şirin gəlirdi). Lakin onların Həzrət (s) üçün yaratdığı çətinliklər müəyyən qədər azalanda Həzrət (s) bundan xoşhal olurdu. Sonra Nəcm surəsi nazil oldu. «Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)» ayələrinə çatanda Həzrətin (s) öz-özünə dediyi və bu dediklərinin öz qövmü üçün nazil olmasını istəməsi səbəbinə Şeytan Həzrətə (s) bu sözləri təlqin etdi: «Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var.» Peyğəmbər (s) də ayələrin ardınca bu sözləri öz qövmünə dedi.

Bu sözləri eşidən Qureyşlilər çox şad oldular. Onların allahları barəsində deyilən bu xoş sözləri eşidən Qureyşlilər Peyğəmbərin (s) sözlərinə qulaq asmağa başladılar. Möminlər də Peyğəmbəri (s) təsdiq etdilər və Onu (s) dəli olmaqda, səhv etməkdə ittiham etmədilər. Peyğəmbər (s) surənin səcdə hissəsinə çatanda surəni bitirib səcdəyə getdi. Müsəlmanlar da elə bu səbəbə səcdəyə getdilər. Çünki Həzrətin (s) gətirdiyini qəbul edir və Onun (s) göstərişlərinə tabe olurdular. Qureyşdən olanlar və digərləri öz bütlərinin adını eşidən kimi səcdəyə getdilər. Nəticədə məsciddə olan bütün mömin və kafirlər səcdəyə getdilər. Lakin Vəlid ibn Müğeyrə çox qoca olduğundan səcdəyə gedə bilmədi, amma yerdən bir az torpaq götürüb ona səcdə elədi. Sonra camaat məsciddən çıxdı. Qureyşlilər də məsciddən çıxdı və öz bütləri haqqında eşitdiklərinə görə sevinirdilər və belə deyirdilər: Muhəmməd (s) bizim allahlarımızı ən yaxşı yolla yad elədi.

Şeytanın bu təlqin etdiyi sözlərin Allahın ayələri olduğu güman edilirdi. Hətta bu səcdənin xəbəri Həbəşistanda olan Peyğəmbərin (s) səhabələrinə də çatdı və bəziləri dedi ki, Qureyş müsəlman olub. Onlardan bəziləri qayıtmağa hazırlaşdı, digərləri isə qaldılar. Cəbrayıl (ə) Peyğəmbərə (s) nazil olub dedi: «Ya Muhəmməd, sən nə etdin? Allah tərəfindən sənə gətirmədiyim sözləri camaat üçün oxudun. Sənə demədiklərimi sən dedin.» Bu zaman Peyğəmbər (s) kədərləndi və Allahdan şiddətli şəkildə qorxdu. Sonra Allah-Təala Ona (s) bu ayəni nazil etdi və Ona (s) təskinlik verdi. Məsələni Onun (s) üçün kiçik cilvələndirdi. Allah-Təala Həzrətə (s) belə xəbər verdi: «Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, bir şey istədikdə şeytan onun istəyinə vəsvəsə qatmağa çalışmasın. Lakin Allah şeytanın etməyə çalışdığı vəsvəsəni məhv edir və sonra Öz ayələrini möhkəmləndirər. Allah (hər şeyi) bilən və hikmət sahibidir.» Həzrətin (s) istədiyini Allah da istədi.

Nəticədə Allah-Təala Öz Rəsulundan (s) qəm-qüssəni götürdü və Onu (s) qorxduğu şeydən amanda qərarlaşdırdı. Şeytanın da Peyğəmbərin (s) dilinə təlqin etdiyi sözləri nəsx etdi.

İbn Cərir ət-Təbəri, Cami əl-bəyan, c. 18, s. 663-664, Nəcm surəsinin 53-cü ayəsinin təfsiri (onlayn mənbə 1, 2, 3, 4)

3. əs-Suyuti və səhih sənədlərlə nəql etdiyi «şeytan ayələri»

وأخرج البزار والطبراني وابن مردويه والضياء في المختارة بسند رجاله ثقات من طريق سعيد بن جبير عن ابن عباس قال إن رسول الله صلى الله عليه وسلم قرأ أفرأيتم اللات والعزى ومنات الثالثة الأخرى تلك الغرانيق العلى وان شفاعتهن لترتجي ففرح المشركون بذلك وقالوا قد ذكر آلهتنا فجاء جبريل فقال اقرأ على ما جئتك به فقرأ أفرأيتم اللات والعزى ومنات الثالثة الأخرى تلك الغرانيق العلى وان شفاعتهن لترتجي فقال ما أتيتك بهذا هذا من الشيطان فأنزل الله وما أرسلنا من قبلك من رسول ولا نبي إلا إذا تمنى ألقى الشيطان في أمنيته فينسخ الله ما يلقي الشيطان ثم يحكم الله آياته.

əl-Bəzzar, ət-Təbərani, İbn Mərdəveyh və əz-Ziya «əl-Muxtarə» kitabında raviləri siqə (güvənilən) olan sənədlə Səid ibn Cübeyrin yolu ilə İbn Abbasın belə dediyini nəql edirlər: Peyğəmbər (s) bu ayələri belə oxudu: «Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)» «Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var.»

Müşriklər də sevinərək belə dedilər: «Bizim allahlarımızı gözəl şəkildə yad etdi.» Sonra Cəbrayıl (ə) nazil olub dedi: «Sənə nazil etdiyim kimi oxu!» Peyğəmbər (s) əvvəl oxuduğu kimi oxudu. Cəbrayıl (ə) dedi: «Bunları mən sənə nazil etməmişəm, bunlar Şeytan tərəfindəndir.» Sonra Allah bu ayəni nazil etdi: «Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, bir şey istədikdə şeytan onun istəyinə vəsvəsə qatmağa çalışmasın. Lakin Allah şeytanın etməyə çalışdığı vəsvəsəni məhv edir və sonra Öz ayələrini möhkəmləndirər. Allah (hər şeyi) bilən və hikmət sahibidir.»

əs-Suyuti, əd-Durr əl-mənsur, c. 6, s. 67 (onlayn mənbə: 1, 2)

وأخرج ابن جرير وابن المنذر وابن أبي حاتم وابن مردويه بسند صحيح عن سعيد بن جبير قال قرأ رسول الله صلى الله عليه وسلم بمكة النجم فلما بلغ هذا الموضع أفرأيتم اللات والعزى ومنات الثالثة الأخرى ألقى الشيطان على لسانه تلك الغرانيق العلى وان شفاعتهن لترتجي قالوا ما ذكر آلهتنا بخير قبل اليوم فسجد وسجدوا ثم جاءه جبريل بعد ذلك قال أعرض على ما جئتك به فلما بلغ تلك الغرانيق العلى وان شفاعتهن لترتجي قال له جبريل لم آتك بهذا هذا من الشيطان فأنزل الله وما أرسلنا من قبلك من رسول ولا نبي إلا إذا تمنى ألقى الشيطان في أمنيته فينسخ الله ما يلقي الشيطان ثم يحكم الله آياته.

İbn Cərir, İbn əl-Münzir, İbn Əbi Hatim və İbn Mərdəveyh səhih sənədlə Səid ibn Cübeyrdən belə nəql edirlər: Peyğəmbər (s) Məkkədə Nəcm surəsini oxudu. «Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)» ayələrinə çatanda Şeytan bu sözləri Onun (s) dilinə təlqin etdi: «Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var.» Müşriklər dedilər: «Muhəmməd (s) bundan əvvəl bizim bütlərimizi belə gözəl yad etmirdi.» Sonra Peyğəmbər (s) və müşriklər səcdə etdilər. Bundan sonra Cəbrayıl (ə) Peyğəmbərin (s) yanına gəlib dedi: «Sənə gətirdiyim ayələri oxu!» Peyğəmbər (s) ayələri oxuyub «Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var» sözlərinə yetişəndə Cəbrayıl (ə) dedi: Mən bu sözləri sənə gətirməmişəm. Bunlar Şeytanın sözləridir.» Sonra Allah bu ayəni nazil etdi: « Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, bir şey istədikdə şeytan onun istəyinə vəsvəsə qatmağa çalışmasın. Lakin Allah şeytanın etməyə çalışdığı vəsvəsəni məhv edir və sonra Öz ayələrini möhkəmləndirər. Allah (hər şeyi) bilən və hikmət sahibidir.»

əs-Suyuti, əd-Durr əl-mənsur, c. 4, s. 67 (onlayn mənbə: 1, 2)

4. «Şeytan ayələri» Səhih əl-Buxaridə

عن ابن عباس أَنَّ النَّبِيَّ صلى الله عليه وسلم سَجَدَ بِالنَّجْمِ وَسَجَدَ مَعَهُ الْمُسْلِمُونَ وَالْمُشْرِكُونَ وَالْجِنُّ وَالإِنْسُ. وَرَوَاهُ ابْنُ طَهْمَانَ عَنْ أَيُّوبَ.

İbn Abbasdan belə belə nəql edilir: Peyğəmbər (s) ən-Nəcm surəsini oxuyaraq səcdə etdi. Müsəlmanlar, müşriklər, insanlar və cinlər də Onunla (s) birlikdə səcdə etdilər. Bu hədisi İbn Təhman Əyyubdan rəvayət etmişdir.

əl-Buxari, əl-Cami əs-Səhih, c. 2, s. 41, h. 1071, Kitab sucud əl-Quran, bab 5 – Bab sucud əl-muslimin məə əl-muşrikin; (onlayn mənbə: 1, 2) həmçinin c. 6, s. 142, h. 4862, Kitab ət-təfsir, bab 4 – Bab fəscudu lillah vəbudu (onlayn mənbə: 1, 2)

əl-Buxarinin şərhçilərindən olan İbn Bəttal buna etiraz edərək deyir:

فقال: إن أراد البخاري الاحتجاج لابن عمر بسجود المشركين فلاحجّة فيه؛ لأنّ سجودهم لم يكن على وجه العبادة وإنّما كان لما ألقى الشيطان.

(İbn Bəttal) dedi: Əgər Buxarinin məqsədi müşriklərin səcdəsi barəsində İbn Ömərin dəlilidirsə, bunun heç bir etibarı yoxdur. Çünki onların səcdəsi ibadət üzündən deyil, Şeytanın təlqin etməsi üzündən olmuşdur.

İbn Həcər əl-Əsqəlani, Fəth əl-Bari, c. 2, s. 554 (onlayn mənbə: 1, 2)

5. «Şeytan ayələri» barəsində İbn Həcər əl-Əsqəlaninin nəzəri

İbn Həcər Şeytan ayələri barəsində olan rəvayətləri nəql edəndən sonra deyir:

لكن كثرة الطرق تدل على أن للقصة أصلاً مع أنّ لها طريقين آخرين مرسلين رجالهما على شرط الصحيحين.

Lakin bir çox rəvayətlər bu hadisənin olmasını sabit edir. Bununla belə, bu barədə iki mürsəl rəvayət mövcuddur. Amma bu iki rəvayətin raviləri «Səhiheyn»in rəvayətlərinin səhih olma şərtlərinə malikdir.

... وجميع ذلك لا يتمشى على القواعد فإن الطرق إذا كثرت وتباينت مخارجها دل ذلك على أن لها أصلا وقد ذكرت أن ثلاثة أسانيد منها على شرط الصحيح وهي مراسيل.

... Bu rəvayətlərin hamısı bəlkə də rical qanunları ilə uyğun gəlmir. Lakin bir rəvayətin sənədləri çox və bir-birilə fəqli olarsa, bu, rəvayətin həqiqətinin nişanəsidir. Bunu da xatırladaq ki, bu rəvayətin sənədlərinin üçü «əs-Səhih»in şərtləri ilə müvafiqdir.

İbn Həcər əl-Əsqəlani, Fəth əl-Bari, c. 8, s. 439, Surə əl-Həcc (onlayn mənbə: 1, 2)

Onu da qeyd edək ki, bəzi əhli-sünnə alimləri bu hədisə şiddətlə qarşı çıxıblar. Ona görə əhli-sünnə qardaşlarımıza bildirmək istəyirik ki, bu sadəcə şiələrin irad və tənqidi deyil.

Страница 4 из 5«12345»
Рейтинг

В этом разделе