Şiələr Peyğəmbər (s) və Əhli-Beytini (ə) bədnam edirlərmi? (2-ci hissə)

»»

Şiələr Peyğəmbər (s) və Əhli-Beytini (ə) bədnam edirlərmi? (2-ci hissə)

“Allah, sonra da tarix naminə” kitabının müəllifi, guya keçmiş şiə olan Hüseyn əl-Musəvi yazır:

“Səduq Rzadan (r.a) Uca Allahın “Xatırla ki, bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” -deyir, Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayır və adamlardan qorxurdun” ayəsi barədə belə söylədiyini nəql edir: “Rza ayəni təfsir edərək deyir: “Peyğəmbər (s) bir iş üçün Zeyd ibn Harisənin evinə getdi. Bu zaman Zeydin zövcəsi Zeynəb bint Cəhşi çimərkən gördü və ona dedi: “Səni (belə) xəlq edən pak və münəzzəhdir!” (“Uyunu əxbarir-Rza”, səh.113).

Məgər Peyğəmbər (s) müsəlman bir şəxsin qadınına şəhvətlə baxıb ona valeh olar, sonra da “Səni (belə) xəlq edən pak və münəzzəhdir!” deyərmi?! Məgər bu, Allahın elçisinə ləkə və iftira deyilmi?!”

CAVAB:

Bu hədisin sənədi zəifdir. Onun raviləri arasında Təmim ibn Abdullah ibn Təmim əl-Qureyşi vardır. O, Səduqa icazə verən şeyxlərdən olsa da və Səduq ondan çox razılıq etsə də, tərcümeyi-hal kitablarında onun etibarlı şəxs olması təsdiqlənməyib. Əksinə, İbn Ğəzairi, Əllamə Hilli və başqaları onu zəif ravi hesab etmişlər.

Həmçinin ravilərdən biri də onun atasıdır. Tərcümeyi-hal kitablarında ona da etina edilməyib.

Hədisi İmam Rzadan (ə) rəvayət edən şəxs isə Əli ibn Muhəmməd ibn Cəhmdir. Şeyx Səduq hədisi nəql etdikdən sonra ardınca onun barəsində yazır:

هذا الحديث غريب من طريق علي بن محمد بن الجهم مع نصبه وبغضه وعداوته لأهل البيت عليهم السلام

“Bu hədisin nasibi, Əhli-Beytə (ə) nifrət bəsləyən və düşmən olan Əli ibn Muhəmməd Cəhmi tərəfindən nəql edilməsi qəribədir”. (“Uyunu əxbarir-Rza (ə)”, 2/182.)

Hədisin mətninə gəldikdə, orada müəllifin iddia etdiyi kimi, Peyğəmbərin (s) Zeyd ibn Harisənin həyat yoldaşına şəhvətlə baxdığına və valeh olduğuna dair dəlil yoxdur. Onu görərkən yalnız “Səni xəlq edən pak və münəzzəhdir!” demişdir ki, bu da təsbihdir, Allahın zikrlərindən biridir və söyləyən şəxsə savab gətirir.

Hədisdə Peyğəmbərin (s) Zeynəbi lüt görməsinə də dəlalət yoxdur. Onun sadəcə çimdiyini görür. Zeynəbin isə evinə hər kəsin rahat girib onu görə biləcəyi bir yerdə lüt halda çimməsi, iffət və təqvası nəzərə alındıqda, mümkünsüzdür. O, insanların onu görməyəcəyi bir yerdə çimirdi. Peyğəmbər (s) isə onu şəxsən görmədən çimdiyini anladı və dedi: “Səni xəlq edən pak və münəzzəhdir!” Bu sözü ilə Allahın çimməyə və təmizlənməyə ehtiyacı olacaq bir övlad götürməkdən münəzzəh olduğunu bildirdi.

Bu məna hədisin mətnində də qeyd olunur. Orada deyilir:

فقال النبي لما رآها تغتسل: سبحان الذي خلقك أن يتَّخذ له ولداً يحتاج إلى هذا التطهير والاغتسال. فلما عاد زيد إلى منزله أخبرته امرأته بمجيء رسول الله (ص) وقوله لها: ( سبحان الذي خلقك! ). فلم يعلم زيد ما أراد بذلك، وظن أنه قال ذلك لما أعجبه من حسنها، فجاء إلى النبي (ص) وقال له: يا رسول الله إن امرأتي في خلقها سوء، وإني أريد طلاقها.

فقال النبي (ص): أمسك عليك زوجك، واتق الله. وقد كان الله عزَّ وجل عرَّفه عدد أزواجه ، وأن تلك المرأة منهن، فأخفى ذلك في نفسه، ولم يبده لزيد، وخشي الناس أن يقولوا: إن محمداً يقول لمولاه: ( إن امرأتك ستكون لي زوجة ) يعيبونه بذلك، فأنزل الله عز وجل: ( وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللهُ عَلَيْهِ ) يعنى بالإسلام ( وَأَنْعَمْتَ عَلَيْهِ ) يعنى بالعتق ( أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَه وَتُخْفِي فِي نَفْسِكَ مَا اللهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ واللهُ أَحَقُّ أَن تَخْشَاهُ ) ، ثم إن زيد بن حارثة طلَّقها واعتدَّت منه، فزوَّجها الله عزَّ وجل من نبيّه محمد (ص)، وأنزل بذلك قرآناً، فقال عزَّ وجل: ( فَلَمَّا قَضَى زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لا يَكُونَ عَلَى المُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا وَكَانَ أَمْرُ اللهِ مَفْعُولا)

“Peyğəmbər (s) onun çimdiyini gördükdə dedi: “Səni xəlq edən (Allah) çimməyə və təmizlənməyə ehtiyac duyacaq övlad götürməkdən pak və münəzzəhdir!” Zeyd evə qayıtdıqda həyat yoldaşı ona Peyğəmbərin (s) gəldiyi və “Səni xəlq edən pak və münəzzəhdir!” söylədiyi barədə xəbər verdi. Zeyd Peyğəmbərin (s) bu sözündəki məqsədinin nə olduğunu bilmədi və Zeynəbin gözəlliyinə valeh olduğunu güman etdi. Peyğəmbərin (s) yanına gələrək dedi: “Ey Allahın elçisi, həyat yoldaşımın əxlaqında naqislik vardır, mən onu boşamaq istəyirəm”. Peyğəmbər (s) buyurdu: “Həyat yoldaşını boşama, Allahdan qorx!” Halbuki Allah Peyğəmbərinə (s) sahib olacağı zövcələrinin sayını və Zeynəbin də onlardan biri olduğunu bildirmişdi. Lakin Peyğəmbər (s) bunu gizlətdi və Zeydə bildirmədi. Çünki camaatın “Peyğəmbər özünün azad etdiyi qula deyir ki, sənin həyat yoldaşın mənim zövcəm olacaq” demələrindən və bununla ona tənə vuracaqlarından qorxurdu. Uca Allah da bu ayəni nazil etdi: “Xatırla ki, bir zaman Allahın nemət verdiyi” – yəni İslamı bəxş etdiyi; “və sənin özünün nemət verdiyin şəxsə:” – yəni Zeydə, onu köləlikdən azad etməklə; “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” -deyir, Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayır və camaatdan qorxurdun”. Ancaq Zeyd ibn Harisə onu boşadı və qadın iddə saxladıqdan sonra Allah onu Peyğəmbərlə (s) evləndirdi və bu barədə Quranda ayə nazil etdi. Uca Allah buyurdu: “Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! Allahın hökmü mütləq yerinə yetər!”. (“Uyunu əxbarir-Rza (ə)”, 2/182.)

Bütün bunlarla bərabər, əhli-sünnənin kitablarında bu hadisə barədə daha aydın kəlmələrlə rəvayətlər nəql olunur. Həmin rəvayətlərə əsasən, Peyğəmbər (s) Zeynəbi saçları açıq halda görür, ona valeh olur və onunla evlənmək istəyir, ardınca da heç bir elçilik və şahid olmadan onunla evlənir.

Təbərani “əl-Mö`cəmul-kəbir” kitabında, Beyhəqi “əs-Sünənul-kubra”da, Heysəmi “Məcməuz-zəvaid”də, İbn Əsakir “Tarixu Diməşq”də Zeynəb ibn Cəhşdən belə dediyini nəql edirlər:

فطلقني فبَتَّ طلاقي، فلما انقضت عدَّتي لم أشعر إلا والنبي (ص) وأنا مكشوفة الشعر، فقلت: هذا أمر من السماء ؟! وقلت: يا رسول الله بلا خطبة ولا شهادة؟ قال: الله المزوِّج ، وجبريل الشاهد

“Qərar verib məni boşadı. İddə müddətim başa çatdıqda Peyğəmbərin (s) yanında özümü başı açıq halda gördüm. “Bu səmadan müəyyən olunan bir işdir? Ya Peyğəmbər, elçilik, şahidlər olmayacaq?” O isə buyurdu: “Evləndirən Allah, şahid isə Cəbraildir”. (“Məcməuz-zəvaid”, 9/247; “əl-Mö`cəmul-kəbir”, Təbərani, 24/40; “əs-Sünənul-kubra”, 7/137; “Tarixu mədinəti Diməşq”, 50/230-231.)

Həmçinin Təbərani “əl-Mö`cəmul-kəbir”də Əbu Bəkr ibn Süleyman ibn Əbu Həsməyə istinadən rəvayət edir:

رسول الله (ص) جاء بيت زيد بن حارثة، فاستأذن فأذنت له زينب ولا خمار عليها، فألقت كُمَّ درعها على رأسها، فسألها عن زيد فقالت: ذهب قريباً يا رسول الله. فقام رسول الله (ص) وله همهمة قالت زينب: فاتبعته فسمعته يقول: (تبارك مصرِّف القلوب). فما زال يقولها حتى تغيب

Peyğəmbər (s) Zeyd ibn Harisənin evinə gəldi. İçəri daxil olmaq üçün izn istədi. Zeynəb ona icazə verdi. Həmin vaxt onun başında örtüyü yox idi, Zeynəb zirehinin qolunu başına örtdü. Peyğəmbər (s) ondan Zeydi soruşduqda, Zeynəb onun yaxın bir yerə getdiyini bildirdi. Peyğəmbər (s) dodağının altında nə isə deyə-deyə qalxıb getdi. Zeynəb deyir: “Onun ardınca getdim və belə dediyini eşitdim: “Qəlbləri çevirən (Allah) mübarəkdir!” O, gözdən itənədək bunu söyləyirdi”. (“əl-Mö`cəmul-kəbir”, Təbərani, 24/44; “Məcməuz-zəvaid”, 9/247.)

Təbəri öz təfsirində yazır:

يقول تعالى ذكره لنبيه (ص) عتاباً من الله له : ( وَ ) اذكر يا محمد ( إِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللهُ عَلَيْهِ ) بالهداية، ( وَأَنْعَمْتَ عَلَيْهِ ) بالعتق، يعني زيد بن حارثة مولى رسول الله (ص): ( أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللهَ )، وذلك أن زينب بنت جحش فيما ذُكر رآها رسول الله (ص) فأعجبته، وهي في حبال مولاه، فأُلقي في نفس زيد كراهتها لما علم الله مما وقع في نفس نبيِّه ما وقع، فأراد فراقها، فذكر ذلك لرسول الله (ص) زيد، فقال له رسول الله (ص): ( أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ ) وهو (ص) يحب أن تكون قد بانت منه لينكحها، ( وَاتَّقِ اللهَ ) وخَفِ الله في الواجب له عليك في زوجتك، ( وَتُخْفِي فِي نَفْسِكَ مَا اللهُ مُبْدِيهِ ) يقول: وتخفي في نفسك محبة فراقه إياها لتتزوجها إن هو فارقها، والله مبدٍ ما تخفي في نفسك من ذلك، ( وَتَخْشَى النَّاسَ وَاللهُ أَحَقُّ أَن تَخْشَاهُ ) يقول تعالى ذكره: وتخاف أن يقول الناس: أمَرَ رجلاً بطلاق امرأته ونكحها حين طلقها، والله أحق أن تخشاه من الناس

“Allah Öz peyğəmbərini (s) danlayaraq deyir: Və, ey Muhəmməd, xatırla ki, bir zaman Allahın (hidayət etməklə) nemət verdiyi və sənin özünün də (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə: – yəni Zeyd ibn Harisəyə, “Zövcəni saxla (boşama), Allahdan qorx!” – deyirdin. Belə ki, qeyd edilənlərə əsasən, Peyğəmbər (s) Zeynəb bint Cəhşi görmüş və ona heyran olmuşdu. Həmin vaxt o, Peyğəmbərin azad etdiyi köləsinin nikahında idi. Peyğəmbərin (s) könlündəkindən xəbəri olan Allah Zeybin qəlbində həyat yoldaşına qarşı ikrah yaratdı və o da zövcəsindən ayrılmaq istədi. Zeyd bunu Peyğəmbərə (s) söylədikdə Allahın elçisi (s) buyurdu: “Zövcəni saxla (boşama), Allahdan qorx!” Halbuki Peyğəmbər (s) Zeynəblə evlənmə bilməsi üçün Zeydin onu boşamasını istəyirdi. “Allahdan qorx!” – yəni zövcən barədə Allahın sənə vacib buyurduqlarından qorx; “Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayırdın” – qəlbində ondan ayrılmasını və ayrıldıqda Zeynəblə evlənməyi diləyirdin. Allah da sənin qəlbində gizlətdiyini aşkar etdi; “və camaatdan qorxurdun” – camaatın “Ona həyat yoldaşını boşamasını əmr etdi, boşadıqda isə özü onunla evləndi” deyəcəklərindən qorxurdun. “Halbuki əslində sənin qorxmağına daha çox layiq olan kimsə Allahdır”. (“Təfsirut-Təbəri”, 22/10-11.)

İbn Cövzi “Zadul-məsir”də yazır:

فلما زوَّجها رسول الله (ص) زيداً مكثتْ عنده حيناً، ثم إن رسول الله (ص) أتى منزل زيد فنظر إليها، وكانت بيضاء جميلة من أتم نساء قريش، فوقعت في قلبه، فقال: (سبحان مقلِّب القلوب). وفطن زيد فقال: يا رسول الله ائذن لي في طلاقها. وقال بعضهم : أتى رسول الله (ص) منزل زيد، فرأى زينب فقال: (سبحان مقلب القلوب). فسمعت ذلك زينب، فلما جاء زيد ذكرت له ذلك، فعلم أنها قد وقعت في نفسه، فأتاه فقال: يا رسول الله ائذن لي في طلاقها. وقال ابن زيد: جاء رسول الله (ص) إلى باب زيد، وعلى الباب ستر من شعر، فرفعت الريح الستر فرأى زينب، فلما وقعت في قلبه كرهت إلى الآخر، فجاء فقال: يا رسول الله أريد فراقها. فقال له: اتق الله. وقال مقاتل: لما فطن زيد لتسبيح رسول (ص) قال: يا رسول الله ائذن لي في طلاقها، فإن فيها كِبْراً، فهي تَعَظَّم عليَّ وتؤذيني بلسانها. فقال له النبي (ص) : أمسك عليك زوجك واتق الله. ثم إن زيداً طلَّقها بعد ذلك

“Peyğəmbər (s) Zeydi evləndirdikdən sonra Zeynəb bir müddət onunla yaşadı. Bir gün Peyğəmbər (s) Zeydin evinə gəldi, Zeynəbə baxdıqda onun ağ və gözəl üzlü, kamil Qüreyş qadını olduğunu gördü. Zeynəb onun qəlbinə düşdü. Peyğəmbər (s) buyurdu: “Qəlbləri çevirən (Allah) pak və münəzzəhdir!” Zeyd bunu anlayıb dedi: “Ey Allahın elçisi, izn ver onu boşayım”. Bəziləri isə deyir: “Peyğəmbərin (s) sözünü Zeynəb eşitdi və Zeyd gəldikdə bunu ona xəbər verdi. Zeyd də Zeynəbin Peyğəmbərin (s) qəlbinə yatdığını anladı və onun yanına gələrək dedi: “Ey Allahın elçisi, izn ver onu boşayım”. İbn Zeyd deyir: “Peyğəmbər (s) Zeydin evinin qapısına gəldi, onun qapısında yundan bir örtük asılmışdı. Külək örtüyü yelləyib qaldırdıqda Peyğəmbər (s) Zeynəbi gördü. O, Peyğəmbərin (s) qəlbinə girmişdi... Zeyd Peyğəmbərin (s) yanına gələrək dedi: “Ey Allahın elçisi, ondan ayrılmaq istəyirəm”. Peyğəmbər (s) isə ona Allahdan qorxmasını buyurdu. Müqatil deyir: “Zeyd Peyğəmbərin (s) təsbihindəki məqsədi anladı və dedi: “Ya Peyğəmbər, izn ver onu boşayım, onda təkəbbür vardır və bu mənə ağır gəlir. Həmçinin dililə də (acı sözlərilə) mənə əziyyət verir”. Peyğəmbər (s) buyurdu: “Zövcəni saxla (boşama), Allahdan qorx!” Sonra Zeyd onu boşadı”. (“Zadul-məsir”, 6/209.)

Qurtubi öz təfsirində yazır:

واختلف الناس في تأويل هذه الآية، فذهب قتادة وابن زيد وجماعة من المفسرين، منهم الطبري وغيره، إلى أن النبي (ص) وقع منه استحسان لزينب بنت جحش، وهي في عصمة زيد، وكان حريصاً على أن يطلِّقها زيد فيتزوجها هو ، ثم إن زيداً لما أخبره بأنه يريد فراقها، ويشكو منها غلظة قول وعصيان أمر، وأذى باللسان وتعظُّماً بالشرف ، قال له: (اتق الله - أي فيما تقول عنها - وأمسك عليك زوجك). وهو يخفي الحرص على طلاق زيد إياها، وهذا الذي كان يخفي في نفسه، ولكنه لزم ما يجب من الأمر بالمعروف.

وقال مقاتل : زوَّج النبي (ص) زينب بنت جحش من زيد، فمكثت عنده حيناً، ثم إنه عليه السلام أتى زيداً يوماً يطلبه، فأبصر زينب قائمة، كانت بيضاء جميلة جسيمة من أتم نساء قريش، فهويها وقال: (سبحان الله مقلب القلوب!). فسمعت زينب بالتسبيحة، فذكرتها لزيد ، ففطن زيد فقال: يا رسول الله ، ائذن لي في طلاقها ، فإن فيها كِبْراً ، تَعَظَّم عليَّ وتؤذيني بلسانها. فقال عليه السلام: ( أمسك عليك زوجك واتق الله ). وقيل: إن الله بعث ريحاً، فرفعت الستر وزينب متفضلة في منزلها، فرأى زينب فوقعت في نفسه، ووقع في نفس زينب أنها وقعت في نفس النبي (ص) ، وذلك لما جاء يطلب زيداً، فأخبرته بذلك، فوقع في نفس زيد أن يطلقها. وقال ابن عباس: ( وَتُخْفِي فِي نَفْسِكَ ) الحب لها، ( وَتَخْشَى النَّاسَ ) أي تستحييهم، وقيل: تخاف وتكره لائمة المسلمين لو قلت: طلِّقْها. ويقولون: أمَرَ رجلاً بطلاق امرأته ثم نكحها حين طلقها. ( وَاللهُ أَحَقُّ أَن تَخْشَاهُ ) في كل الأحوال.

وقيل: والله أحق أن تستحي منه، ولا تأمر زيداً بإمساك زوجته بعد أن أعلمك الله أنها ستكون زوجتك، فعاتبه الله على جميع هذا.

“Camaat bu ayənin yozumu barədə müxtəlif fikirlər söyləyiblər. Qətadənin, İbn Zeydin və aralarında Təbərinin də olduğu bir sıra təfsirçinin rəyinə görə, Peyğəmbər (s) Zeydin kəbinində olan Zeynəb bint Cəhşin gözəlliyinə valeh olmuşdu. O, Zeydin onu boşamasını və özünün Zeynəblə evlənməsini diləyirdi. Zeyd Zeynəbin acı sözlərindən, sözünə qulaq asmamasından və ona əziyyət verməsindən şikayətlənərək ondan ayrılmaq istədiyini Peyğəmbərə (s) bildirdikdə Allahın elçisi (s) buyurdu: “Allahdan qorx, - yəni onun barəsində belə sözlər söyləməkdən çəkin – zövcəni saxla (boşama)!” Halbuki Peyğəmbər (s) qəlbində Zeydin onu boşamasını arzulayırdı. Lakin yaxşılığı əmr etməsi də vacib idi.

Müqatil deyir: “Peyğəmbər (s) Cəhşin qızı Zeynəbi Zeydlə evləndirdi. Zeynəb bir müddət Zeydlə yaşadı. Bir gün Peyğəmbər (s) Zeydlə görüşmək üçün onun evinə gəldi, Zeynəbi ayaq üstə ikən gördü. O, qamətli, ağ və gözəl üzlü kamil Qüreyş qadını idi. Peyğəmbərin (s) ondan xoşu gəldi və dedi: “Qəlbləri çevirən Allah pak və münəzzəhdir!” Zeynəb Peyğəmbərin (s) bu təsbihini eşitdi və sonra onu Zeydə xəbər verdi. Zeyd məsələni anlayıb dedi: “Ey Allahın elçisi, izn ver onu boşayım. Belə ki, o, təkəbbürlüdür, bu mənə ağır gəlir, dililə də mənə əziyyət verir”. Peyğəmbər (s) buyurdu: “Zövcəni boşama, Allahdan qorx!”.

Deyilib ki, həmin vaxt Allah bir külək göndərdi, külək qapıdakı örtüyü qaldırdı və Zeynəb evində ikən Peyğəmbərə (s) alt paltarında göründü. Peyğəmbər (s) onu gördükdə könlünə xoş gəldi. Zeynəb də Peyğəmbərin (s) könlünə yatdığını anladı. Həmin vaxt Peyğəmbər (s) Zeyd üçün gəlmişdi. Zeynəb hadisəni Zeydə xəbər verdi və Zeyd də onu boşamağı düşündü. İbn Abbas deyir: “Zeynəbə olan məhəbbətini “...ürəyində gizli saxlayır və insanlardan qorxurdun” – onlardan utanırdın”. Deyilib ki, “Onu boşa” deməkdə müsəlmanların danlağından qorxurdun ki, “Bir şəxsə zövcəsini boşamasını əmr etdi və sonra özü həmin qadınla evləndi” deyərlər. “Halbuki əslində sənin qorxmağına (hər bir halda) daha çox layiq olan kimsə Allahdır”. Həmçinin deyilib: “Utanmağına daha çox layiq olan kimsə Allahdır. Zeynəbin sənin zövcən olacağını Allah sənə bildirdiyi halda Zeydə zövcəsini saxlamağı söyləmə. Allah da onu bunlara görə danladı”. (“Təfsir”, Qurtubi, 14/189.)

Sanki bütün bunları Peyğəmbərə (s) nisbət vermək İbn Kəsirə də ağır gəlir. Belə ki, təfsirində yazır:

ذكر ابن أبي حاتم وابن جرير ههنا آثاراً عن بعض السلف رضي الله عنهم ، أحببنا أن نضرب عنها صفحاً، لعدم صحَّتها فلا نوردها

“Burada İbn Əbu Hatəm və İbn Cərir bəzi sələflərdən rəvayətlər nəql edirlər. Biz isə burada onların üzərindən keçir, səhih olmadıqlarına görə qeyd etmirik”. (“Təfsiru Qur`anil-əzim”, 3/491.)

Bütün bunlardan sonra məsələ ilə bağlı Peyğəmbəri (s) ləkələməkdə şiələri ittiham etməyə müəllifin haqqı çatırmı?!

* * *

Müəllif yazır:

“Əmirəl-möminindən rəvayət olunur ki, o, Əbu Bəkr və Ömər Peyğəmbərin (s) yanında ikən oraya gəldi. Deyir: “Mən Peyğəmbərlə (s) Aişənin arasında əyləşdim. Aişə dedi: “Oturmağa mənimlə Peyğəmbərin budunun üzərindən başqa yer tapmadın?!” Peyğəmbər isə “Sus, ey Aişə” deyə buyurdu” (“əl-Burhanu fi təfsiril-Qur`an”, 4/225)”.

CAVAB:

Bu rəvayətin sənədi olduqca zəifdir. Belə ki, raviləri arasında bir neçə məchul şəxs vardır. Onlardan: Əbu Muhəmməd Fəhham və onun əmisi Ömər ibn Yəhya, İshaq ibn Əbdus və Muhəmməd ibn Bəhar ibn Əmmar.

Hədisin mətninə gəldikdə, burada müəllifin məqsədinə uyğun heç bir dəlalət yoxdur, Əmirəl-möminin (s) Peyğəmbərin (s) hüzurunda ədəbsizliyə yol verməmiş, Aişəni və ya Peyğəmbəri (s) bədnam edəcək hərəkət etməmişdir. Onun Peyğəmbərlə (s) Aişə arasında əyləşməsi onların arasındakı yerin darlığına və bədənlərinin bir-birinə toxunmasına əsla dəlalət etməz. Aişənin sözünün də dəyəri yoxdur, belə ki, bu sözlər onun Əmirəl-möminin Əliyə (ə) qarşı olan qısqanclığından, onun özü ilə Peyğəmbərin (s) arasında əyləşməsindən keçirdiyi qıcıqdan qaynaqlanır. Məsələ nə bundan artıq və nə də əskikdir.

Digər tərəfdən, müəllif şiələrin Peyğəmbəri (s) bədnam etdiklərinə dəlil olaraq göstərdiyi hədisin yalnız əvvəlini qeyd etməklə yarımçıq nəql edib. Çünki hədisin ardı onun işinə yaramır. Belə ki, orada Əmirəl-möminin Əlini (ə) mədh və tərif, Aişəni isə məzəmmət edən sözlər yer alır. Bunlar isə Peyğəmbərin (s) sözləridir:

مه يا عائشة، لا تؤذيني في علي، فإنه أخي في الدنيا، وأخي في الآخرة، وهو أمير المؤمنين، يجلسه الله يوم القيامة على الصراط، فيدخل أولياءه الجنة، وأعداءه النار.

“Sus, ey Aişə, Əliyə rəftarınla məni üzmə! O mənim dünyada da, axirətdə də qardaşımdır, o, möminlərin əmiridir. Uca Allah qiyamət günü onu Siratın üzərində əyləşdirəcək, o da dostlarını cənnətə, düşmənlərini isə cəhənnəmə göndərəcək”.

Peyğəmbərin (s) bu sözlərini onların ləkələnməsinə dəlil olaraq müəllifin necə istifadə etdiyini əsla anlamaq olmur!

* * *

Müəllif yazır:

“Digər bir dəfə də oraya gəlmiş, oturmağa yer tapmamışdı. Peyğəmbər də “Burada - yəni arxamda əyləş” deyə işarə etmişdi. Həmin vaxt Aişə üzərinə əba atmış halda Peyğəmbərin arxasında dayanmışdı. Əli (r.a) gəlib onunla Peyğəmbərin arasında əyləşmişdi. Aişə bundan qəzəblənərək belə demişdi: “Dalına qucağımdan başqa yer tapmadın?!” Peyğəmbər (s) bundan qəzəblənərək demişdi: “Ey Hümeyra, qardaşım Əli barədə mənə əziyyət etmə” (“Kitabu Süleym ibn Qeys”, səh.179).

CAVAB:

Bu hədis də əvvəlki kimi, heç bir vəchlə Peyğəmbərin (s) ləkələnməsinə dəlalət etmir. Orada Aişənin söylədikləri də Əmirəl-möminin Əliyə (ə) qarşı qısqanclığından irəli gəlir. Necə ki, öncəki hədisdə də bunu qeyd etdik. Belə ki, hədisdə Əmirəl-möminin Əlinin (ə) Aişəyə toxunduğuna və ya ədəbsizlik göstərdiyinə dəlalət edən bir kəlmə də yoxdur. İmam Əli (ə) əyləşmək üçün yer seçimində sadəcə Peyğəmbərin (s) göstərişinə əməl edir.

Bu hədisi də tam şəkildə nəql etmək və orada Əmirəl-möminin Əlinin (ə) fəzilətlərini qeyd etmək, görünür müəllifə ağır gəlib. Bu isə müəllifin ümumən Əhli-Beytin (ə), xüsusən də Əmirəl-möminin Əlinin (ə) fəzilətlərini və üstün cəhətlərini yad etməyi daxilinə sığışdıra bilməyən qısqanclığından və müxalifliyindən xəbər verir.

Hədisin ardı belədir:

وقال: مه يا حميراء، لا تؤذيني في أخي علي، فإنه أمير المؤمنين، وسيِّد المسلمين، وصاحب لواء الحمد، وقائد الغُرِّ المحجَّلين يوم القيامة، يجعله الله على الصراط، فيقاسم النار، فيُدخل أولياءه الجنة، ويُدخل أعداءه النار..

“Peyğəmbər (s) qəzəblənib dedi: “Sus, ey Hümeyra! Qardaşım Əli barədə mənə əziyyət etmə! Həqiqətən o, möminlərin əmiri, müsəlmanların ağası, həmd bayrağının sahibi, qiyamət günü üzüağların rəhbəridir. Allah onu Sirat üzərində qərar verib cənnətlə odu (əhlini) böləcək. O, dostlarını cənnətə, düşmənlərini isə oda daxil edəcək”.

Digər tərəfdən hədisin mətnini də təhrif edib, bu cümlələri hədisdən çıxarıb:

والبيت غاصٌّ بأهله، فيهم الخمسة أصحاب الكتاب، والخمسة أصحاب الشورى

“Ev adamla dolu idi. Onlardan beşi “kitab” əshabı, beşi isə Şura əhli idi”.

Həmçinin Aişənin Əmirəl-möminin Əlini (ə) itələdiyini və Peyğəmbərin (s) Əlinin (ə) vəsfinə dəlalət edən sözlərini də gizlədib.

Əziz oxucu, Allah sənə mərhəmət göstərsin, müəllifin Əmirəl-möminin Əliyə (ə) qarşı qəlbindəki münasibətindən doğan bu məqsədli təhriflərə diqqət yetir!

* * *

Müəllif yazır:

“Məclisi Əmirəl-möminindən (ə) belə rəvayət edir: “Peyğəmbərlə (s) birgə səfər edirdik. Peyğəmbərin (s) məndən başqa xidmətçisi yox idi. Həmçinin Peyğəmbərin (s) yalnız bir yorğanı vardı. Aişə də onunla (s) idi. Peyğəmbər (s) mənimlə Aişənin arasında bir yorğanın altında yatırdı. Peyğəmbər (s) gecə namazına qalxarkən yorğanı ortadan döşəyə toxunanadək əli ilə xətt çəkib bölərdi” (“Biharul-ənvar”, 40/3).

CAVAB:

Bu rəvayətin sənədi zəifdir. Belə ki, o “əl-İhticac” kitabında “Süleym ibn Qeysin kitabı”ndan mürsəl (sənədsiz) olaraq nəql olunub.

Həmçinin öncəkilər kimi, bu rəvayət də Peyğəmbərin (s) bədnam edilməsinə dəlalət etmir. Belə ki, müəllif döşəyin dar olduğunu və Əmirəl-mömininin (ə) Aişənin yaxınlığında yatdığını təsəvvür etmişdir. Halbuki hədis buna deyil, əksinə, yorğanın böyük və geniş olduğuna dəlalət edir. Belə ki, Peyğəmbərin (s), Aişənin və naməhrəm şəxsin üçünün birlikdə dar bir döşək üzərində yatmasına Peyğəmbərin razı olacağı qeyri-mümkün ehtimaldır.

Buradan da anlaşılır ki, həmin yorğan çox geniş və Əli (ə) ilə Aişənin arasındakı məsafə də böyük idi. Ona görə də Peyğəmbər (s) heç bir qəbahət görmədən onları hədisdə vəsf edilən halda qoyub namaza gedir. Belə ki, Əmirəl-möminin Əli əsla göz və ya qulaq xainliyində ittiham olunmamış, hər bir halda Peyğəmbərin (s) mənafeyini və namusunu ən çox qoruyan şəxsdir. Bundan sonra söylənə biləcək hər hansı bir irad artıq söhbətdən savayı bir şey olmayacaq.

Əhli-sünnə hədisşünasları da öz kitablarında buna bənzər hadisəni rəvayət ediblər. Hakim Nişapuri öz “Müstədrək”ində nəql etmiş və səhih olduğunu söyləmiş, İbn Asim “Kitabus-sünnə”də və digərləri öz kitablarında Abdullah ibn Zübeyrdən, o da atasında rəvayət edirlər:

أرسلني رسول الله (ص) في غداة باردة، فأتيته وهو مع بعض نسائه في لحافه، فأدخلني في اللحاف، فصرنا ثلاثة..

“Soyuq bir səhərdə Peyğəmbər (s) məni bir iş üçün göndərdi. Mən onun yanına gəldikdə o, qadınlarından biri ilə yorğanın altında idi. Məni də yorğanın altına aldı və biz (eyni yorğan altında) üç nəfər olduq”. (“əl-Müstədrəku ələs-səhiheyn”, 3/410, Heydərabad çapı, 3/364; “Kitabus-sünnə”, 2/597.)

Hakim deyir:

هذا حديث صحيح الإسناد، ولم يخرجاه..

“Bu, sənədi səhih hədisdir, lakin (Buxari və Müslim “Səhih”lərində) nəql etməyiblər”.

Zəhəbi də onunla razılaşıb.

Heysəmi “Məcməuz-zəvaid”də Zübeyrdən nəql edir:

بعثني رسول الله (ص) في ليلة باردة أو في غداة باردة، فذهبت ثم جئت ورسول الله (ص) معه بعض نسائه في لحاف، فطرح عليَّ طرف ثوبه أو طرف الثوب

“Peyğəmbər məni soyuq bir gecədə və ya sübh vaxtında bir yerə göndərdi. Mən gedib yenidən onun yanına qayıtdım. Həmin vaxt Peyğəmbər (s) xanımlarından biri ilə yorğanın altında yatmışdı. Peyğəmbər paltarının (və ya paltarın) bir hissəsini mənim üçün yerə sərdi”. (“Məcməuz-zəvaid”, 9/152; “Müsnəd”, əl-Bəzzar, 3/183.)

* * *

Müəllif yazır:

Məgər Peyğəmbər zövcəsi Aişənin qucağında Əlinin oturmasına razı olarmı?! Məgər Peyğəmbər öz xanımını və həyat yoldaşını məhrəmi olmayan əmisi oğlu ilə eyni yataqda qoyub getməyi qeyrətinə sığdırarmı?! Bəs Əmirəl-möminin özü, belə bir şeyə razı olarmı?!”

CAVAB:

Qeyd edilən hədislərin Əmirəl-möminin Əlinin (ə) Aişənin qucağında oturmasına heç bir dəlaləti yoxdur ki, müəllifin iddia etdiyi kimi də Peyğəmbərin (s) qısqanclığına rəvac versin.

Onları eyni yorğan altında qoyub namaz qılması isə heç də onları eyni yataqda qoyub getdiyi anlamını daşımır. Belə ki, yorğan çox geniş idi və onların arasında da böyük məsafə vardı. Necə ki, bunu yuxarıda izah etdik.

Əmirəl-möminin Əli (ə) Aişəyə məhrəm olmasa da, əsla ona qarşı ədəbsizlikdə və ya pis rəftarda da ittiham edilməyib. Bu faktın özü onun Peyğəmbərin (s) etimadına layiq olması üçün yetərlidir. Belə ki, Peyğəmbər (s) nə Əlini (ə) və nə də Aişəni (ə) əsla nalayiq hərəkətdə ittiham etmirdi. Bu halda ehtiyat nədəndir?

* * *

Müəllif yazır:

“Hövzədəki ən böyük alimlərdən biri olan Seyid (!) Əli Ğərəvi deyir: “Peyğəmbərin (s) cinsiyyət üzvünün odda yanması labüddür. Çünki onunla bəzi müşriklərlə yaxınlıq etmişdir”. Bu sözlərdəki məqsədi isə Aişə və Həfsədir. Məlum olduğu kimi, bunda Peyğəmbərə (s) qarşı ehtiramsızlıq və tənə vardır. Çünki Peyğəmbərin (s) cinsiyyət üzvü də cəhənnəmə daxil olacaqsa, o zaman heç kəs cənnətə gedə bilməz!”

CAVAB:

Mirzə Əli Ğərəvi əsla belə sərsəm sözlər danışmaz!

Əgər müəllif Mirzə Əli Ğərəvinin şeyx, yaxud seyid olduğunu bilmirsə, o zaman ondan nəql etdiyi sözə və şahidliyinə necə etibar etmək olar?!

Tədris dövründə bizə bir müddət onun dərslərində iştirak etmək nəsib olmuşdu. Bizə bir çox məsələdə nümunə olan şəxs idi. Ondan əsla bu tərz batil, nalayiq, alimlər bir kənara dursun, hətta cahillərin dillərinə gətirməyəcəkləri sözlər eşitmədik. Əgər söyləmiş olsaydı, yaşadığı dövrdə belə bu sözləri məşhur olardı. Çünki belə bir iddia Peyğəmbərin (s) məqamına qarşı çox böyük bir cürət sayılar və bütün müsəlmanların həmfikir olduqları məsələ ilə müxaliflik anlamı daşıyardı. Belə ki, bədən istisna olmaqla yalnız cinsiyyət üzvünün cəhənnəmə getməsi necə baş verə bilər?

Bu cəhətdən, necə yalnız cinsiyyət üzvü qeyd edilə bilər ki, nikahdakı yaxınlıqda bütün bədən iştirak edir?!

Necə ola bilər ki, kitab əhli və ya cariyələrlə nikah icazəli olduğu halda, kafirə toxunmuş üzv oda atılsın?!

Bütün bunlardan əlavə, əgər cinsiyyət üzvünün cəza olaraq oda atılması baş verərsə, bu, Peyğəmbərin (s) cəhənnəm əzabına layiq olan bir günah işlədiyi mənasını daşıyacaq. Bu isə müsəlmanlar arasında ümumi qəbul olunmuş Peyğəmbərin (s) məsumluğu əqidəsinə tam ziddir.

Davam edəcək...

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе