Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

»»

Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

  1. Giriş
  2. İttihamın kökü
  3. İttihama qarşı cavablarımız
  4. Sələfilərin «şeytan ayələri» barəsində Peyğəmbərə (s) atdıqları iftira
  5. «Şeytan ayələri» hədisi barəsində şiə alimlərinin rəyi
İttihama qarşı cavablarımız

Şiələr namazdan sonra 3 dəfə təkbir deyirlər

Sələfilərin bu ittihamı şiələrin əqidələrindən xəbərsiz olduqlarından qaynaqlanır. Çünki əgər bu mövzu şiənin ibadi əməllərinin bir hissəsi olsaydı, onda gərək onların əməliyyə risalələrində və fiqhi kitablarında qeyd olunaydı. Halbuki bu mövzu barəsində şiələrin heç bir təfsir, hədis, fiqh və tarix kitablarında bir söz belə danışılmamışdır. Əksinə, şiə kitablarında deyilir ki, namaz qılanlar namazdan sonra üç dəfə əllərini qaldıraraq hər dəfə təkbir deyirlər. Mövzu daha aydın olsun deyə, şiənin tanınmış fəqihlərindən bir neçəsinin nəzərini qeyd edirik ki, sələfilərin yalanları hər kəs üçün aydın olsun.

a) Şeyx əl-Müfid (r) deyir:

فاذا سلم بما وصفناه فليرفع يديه حيال وجهه مستقبلا بظاهرهما وجهه و بباطنهما القبلة بالتكبير و يقول: الله اكبر ثم يخفض يديه الى نحو فخذيه و يرفعهما ثانية بالتكبير ثم يخفضهما و يرفعهما ثالثة بالتكبير ثم يخفضهما.

Əgər insan namazın salamını versə, vəsf etdiyimiz kimi əllərini üzünə qədər elə qaldırsın ki, əllərinin üstü üzünə tərəf, əllərin içi isə qibləyə tərəf olsun və təkbir desin. Sonra əllərini budlarının üzərinədək aşağı salsın və ikinci dəfə əllərini təkbir deyərək qaldırsın. Yenə də budlarınadək əllərini aşağı salsın. Üçüncü dəfə də təkbir deyərək əllərini qaldırsın və yenidən əllərini budlarının üzərinə qoysun!

Şeyx əl-Müfid, əl-Muqniə, s. 114, bab 9, Keyfiyyə əs-səlah və sifətuh (onlayn mənbə: 1, 2, 3)

Bu cümlələrdə görürük ki, İmamiyyə şiələrinin qədim alimlərindən olan Şeyx əl-Müfid (r) bu etiqaddan heç bir söz deməyib. Əgər bu etiqad vacib, müstəhəb və ya namazın ədəblərindən olsaydı, gərək bunu da orda zikr edəydi.

b) İbn İdris əl-Hilli (r) yazır:

و يستحب بعد التسليم و الخروج من الصلاة أن يكبر و هو جالس ثلاث تكبيرات يرفع بكل واحدة يديه الى شحمتى اذنيه ثم يرسلهما الى فخذيه.

Namazın salamını verəndən və namazı bitirdikdən sonra müstəhəbdir ki, oturan yerdə üç dəfə təkbir desin. Hər təkbirdə də əllərini qulaqlarının dibinədək qaldırsın. Sonra da əllərini budlarının üstünə qoysun!

İbn İdris əl-Hilli, Əs-Sərair, c. 1, s. 232, Bab fi əl-müstəhəbbat bəd ət-təslim (onlayn mənbə: 1, 2, 3)

c) Şəhid əl-Əvvəl də namazın təqibatının müstəhəbləri haqqında yazır:

و يستحب التعقيب مؤكدا وليبدأ بالتكبير ثلاثا رافعا بكل واحدة يديه الى أذنيه ثم التهليل و الدعاء بالمأثور و تسبيح الزهراء عليها السلام من أفضله...

Namazdan sonra təqibat təkidli müstəhəbdir. Namaz qılan əvvəldə üç dəfə təkbir desin, hər təkbirdə də üç dəfə əllərini qulaqlarına tərəf qaldırsın. Sonra təhlil (La ilahə illəllah) desin, məsur (məsumlardan yetişən) dualar oxusun. Amma Həzrət Zəhranın (ə) təsbihi bunlardan daha fəzilətlidir.

Şəhid əl-Əvvəl, əd-Durus, c. 1, s. 184, dərs 45 (onlayn mənbə: 1, 2)

Şiələrin Hz.Muhəmməd bin Abdullahın (s)

nübüvvətinə olan etiqadı

Şiələr Hz.Muhəmməd bin Abdullahın (s) nübüvvətinə etiqad bəsləyir və bunu İslam dininin rüknlərindən hesab edirlər. Şeyx ət-Tusi (r) deyir:

محمد بن عبدالله بن عبدالمطلب بن هاشم نبى هذه الأمة رسول الله صلى الله عليه وآله بدليل انه ادعى النبوة و ظهر المعجز على يده كالقرآن فيكون نبيا حقا.

Muhəmməd bin Əbdullah bin Əbd əl-Müttəlib bin Haşim bu ümmətin peyğəmbəri və Allahın rəsuludur. Dəlili isə budur ki, O (s), nübuvvət iddiası etmiş və Onun (s) əlilə Quran kimi (əbədi) bir möcüzə zahir olmuşdur. Nəticədə isə O (s), haqq olaraq peyğəmbərdir.

Şeyx ət-Tusi, ər-Rəsail əl-əşər, Məsail kəlamiyyə bab ən-nubuvvəh və əl-imaməh və əl-məad, s. 96 (onlayn mənbə: 1, 2)

Əllamə əl-Hilli (r) deyir:

و ظهور معجزة القرآن و غيره مع اقتران دعوة نبينا محمد صلي الله عليه و آله وسلم يدل علي نبوته.

Peyğəmbərimizin dəvətinə yaxın olan Quran və digər möcüzlərin zahir olması Onun (s) nübuvvətinə dəlildir.

Əllamə əl-Hilli, Kəşf əl-murad fi şərh təcrid əl-etiqad, Həsənzadə Amulinin təhqiqi ilə, s. 480 (onlayn mənbə 1, 2)

Namazda şəhadəteynin (kəlimeyi-şəhadətin) vacib olması

Şiələr namazın təşəhhüdündə şəhadəteyni vacib bilir və onu bilərəkdən tərk etmək isə namazın batil olduğuna səbəb olur. Necə mümkün ola bilər ki, təşəhhüdün bir hissəsində Peyğəmbərin (s) nübüvvətinə şəhadət versinlər, lakin digər hissəsində isə Cəbrayılın (ə) vəhyi Peyğəmbərə (s) çatdırmaqda xəyanət etdiyini iddia etsinlər? Halbuki bu iki şey bir-biri ilə daban-dabana ziddir.

Tarix boyu şiə fəqihlərinin bu barədə verdiyi fətvalar və dünyanın hər yerində şiənin bu barədə etdiyi əməl bu sözə daha yaxşı şahid və vəhhabilərin boş danışıqlarına ən aydın dəlildir. Şeyx əl-Müfid (r) deyir:

وأدنى ما يجزي في التشهد أن يقول المصلي : «أشهد أن لا إله إلا الله ، وأشهد أن محمدا صلى الله عليه وآله عبده ورسوله. »

Təşəhhüddə ən az kifayət edən budur ki, namaz qılan desin: «Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhəmmədən - səlləllahu əleyhi və alihi - əbduhu və rəsuluhu.»

Şeyx əl-Müfid, əl-Muqniə, s. 143 (onlayn mənbə: 1, 2, 3)

Şeyx ət-Tusi (r) deyir:

وأقل ما يجزيه من التشهد أن يقول أربعة ألفاظ : الشهادتان والصلاة على النبي محمد والصلاة على آله وصفته أن يقول ( أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمد عبده ورسوله اللهم صل على محمد وآل محمد )

Təşəhhüddə ən az kifayət edən budur ki, namaz qılan bu dörd ləfzi desin: Şəhadəteyn, Peyğəmbərə (s) salam göndərmək, Onun (s) ailəsinə salam göndərmək. Bunların keyfiyyəti belədir: «Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd.»

Şeyx ət-Tusi, ər-Rəsail əl-əşər, s. 148 (onlayn mənbə: 1, 2)

Şeyx əl-Cəvahiri deyir:

الواجب ( السابع التشهد ) وهو لغة تفعل من الشهادة ، وهي الخبر القاطع ، وشرعا كما في جامع المقاصد الشهادة بالتوحيد والرسالة والصلاة على النبي صلى الله عليه وآله

Yeddinci vacib təşəhhüddür. Lüğət baxımından təfəəul babından olaraq şəhadət vermək modulundan tutulmuşdur. Bu da cümlədə qəti xəbər rolunu oynayır. Şəri baxımdan isə «Came əl-məqasid» kitabında gəldiyi kimi Allahın təkliyinə, Peyğəmbərin (s) risalətinə şəhadət verməkdən və Peyğəmbərə (s) salavat göndərməkdən ibarətdir.

Şeyx əl-Cəvahiri, Cəvahir əl-kəlam, c. 10, s. 245-246(onlayn mənbə: 1, 2, 3)

İndiki əsrin böyük mərceyi-təqlidləri də öz risalələrində təşəhhüdü belə yazmışlar:

Məsələ 1100: Bütün namazların ikinci rükətində, məğrib namazının üçüncü rükətində, zöhr, əsr və işa namazlarının dördüncü rükətində ikinci səcdədən sonra namaz qılan şəxs oturmalı, bədəni aram olandan sonra təşəhhüd deməlidir. Yəni belə desin: «Əşhədu ən la ilahə illəllah vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd.»

Mərceyi təqlidlər Ayətullah əl-üzma əl-Xoyi, Ayətullah əl-üzma əl-Xomeyni, Ayətullah əl- üzma əs-Sistani, Ayətullah əl-üzma Fazil əl-Lənkərani, Ayətullahil üzma Behcət, Ayətullah əl-üzma ət-Təbrizi, Ayətullah əl-üzma Safi Gülpayiqani, Tovzih əl-məsail, Namazın vacibatı və onların hökmləri

Bu məzmunda şiənin digər fiqhi kitablarında da təşəhhüd babı qeyd olunmuşdur. Bu da məlumdur ki, şiə İslam Peyğəmbərinin (s) risalətini namazın təşəhhüdündə iqrar edir və bu məsələdə şiə alimləri icma etmişlər.

Mələklərin məsum olmalarına şiənin etiqadı

Şiə Cəbrayılın (ə) və digər mələklərin məsum olduğuna inanır. Əgər şiələr Cəbrayılın (ə) vəhyi çatdırmaqda xəyanət etdiyinə inansaydı, heç vaxt onun məsumluğunu açıq-aşkar bəyan etməzdi.

Şeyx əl-Müfid (r) yazır:

فجميع المؤمنين من الملائكة والنبيين والأئمة معصومون لأنهم متمسكون بطاعة الله تعالى

Bütün Mələklər (ə), Peyğəmbərlər (ə) və İmamlar (ə) məsumdurlar. Çünki onlar həmişə Allah-Təalaya itaət etmişlər.

Şeyx əl-Müfid, Əvail əl-məqalat, s. 135 (onlayn mənbə: 1, 2, 3)

Şeyx əs-Səduq (r) yazır:

اعتقادنا فى الانبياء و الرسل و الأئمة و الملائكة صلوات الله عليهم انهم معصومون مطهرون من كل دنس و انهم لا يذنبون ذنبا لا صغيرا و لا كبيرا ولايعصون الله ما امرهم و يفعلون مايؤمرون.

Peyğəmbərlər (ə), İmamlar (ə) və Mələklər (ə) haqqında bizim etiqadımız budur ki, onlar məsumdurlar və hər bir çirkinlikdən pakdırlar. İstər böyük, istərsə də kiçik günahları heç vaxt etməzlər. Allahın əmrlərinə asi olmaz və Allah tərəfindən onlara verilən əmri yerinə yetirərlər.

Şeyx əs-Səduq, əl-Etiqadat fi din əl-imamiyyə, Bab: əl-etiqad fi əl-ismə, s. 96 (onlayn mənbə: 1, 2, 3)

Şiələrin Cəbrayıla (ə) xüsusi ehtiramı

Tarix boyu şiə alimləri Cəbrayıla (ə) bir əmin və müqərrəb mələk kimi ehtiram etmişlər. Böyük Quran təfsirçisi Əllamə ət-Təbərsi (r) aşağıdakı ayənin təfsirində yazır:

نزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ

Ruh əl-əmin onu endirdi.

əş-Şüəra, 193

يقول : يعنى جبرئيل(عليه السلام) و هو امين وحى الله لا يغيره و لا يبدله.

Dedi: yəni Cəbrayıl (ə). O, Allahın vəhyinin əminidir və onu heç vaxt dəyişməz və başqa bir şeylə əvəzləməz.

Əllamə Təbərsi, Məcmə əl-bəyan, c. 7, s. 353 (onlayn mənbə: 1, 2, 3)

Əllamə ət-Təbatəbai (r) də bu ayənin təfsiri haqqında yazır:

المراد بالروح الامين هو جبريل ملك الوحى... و قد وصف الروح بالامين للدلالة على انه مأمون فى رسالته منه تعالى الى نبيه (صلى الله عليه وآله) لا يغير شيئا من كلامه تعالى بتبديل او تحريف بعمد او سهو او نسيان كما ان توصيفه فى آية اخرى بالقدس يشير الى ذلك.

Ruh əl-əmindən məqsəd vəhy mələyi olan Cəbrayıldır (ə)... Burada Cəbrayıl (ə) Ruhul əmin sifəti ilə vəsf olunmuşdur. Çünki O (ə), Allahdan Peyğəmbərə (s) risaləti çatdırmaqda xətadan qorunmuşdur. O (ə), Allahın kəlamında bilərəkdən, səhvən və ya unutqanlıq üzündən heç bir təhrifə yol verməmişdir. Başqa bir ayədə Onun (ə) «quddus» (müqəddəs) sifəti ilə vəsf olunması da bu məsələyə işarə edir.

Əllamə ət-Təbatəbai, əl-Mizan, c. 15, s. 316 (onlayn mənbə: 1, 2, 3)

Страница 3 из 5«12345»
Рейтинг

В этом разделе