Ayətullah Şubeyri Zəncani özünün “Dəryadan bir damla” adlı 3 cildlik əsərində Ayətullah Xomeyni və Ayətullah Xoyinin münasibətləri haqqında xatirələrini belə nəql edir:
***
1. Bunu mərhum atamdan eşitmişəm. Ayətullah Xoyi Quma gəlib Ayətullah Xomeyninin yanına gedəndə, biz də onu (Xoini) görməyə getmişdik. Belə ki, o, Ağa Naininin dərslərinin davamlı iştirakçısı kimi tanınırdı. Bu görüş bizim dövrümüzdən qabaq olmuşdu. Bizim vaxtımızda da Ayətullah Xoyi bir dəfə Quma təşrif gətirmiş və biz də onun görüşünə getmişdik.
***
2. Mən eşitmişəm ki, Ayətullah Xomeyni İraqa sürgün olunanda, Kazimeynə daxil olandan sonra Ayətullah Xoyiyə teleqram göndərək yaxud da zəng vuraraq, gəldiyini bildirmişdi.
***
3. Dəqiqliyi barədə şübhə olmayan başqa bir mətləb eşitmişəm ki, Ayətullah Xoyi Nəcəfdə Ayətullah Xomeynini ziyarət edir və onu görməyə gedirdi. Bir neçə gün keçəndən sonra, o, yenə qərara alırdı ki, Ayətullah Xomeynini görməyə getsin. Bəzən Nəcəf əhli Ayətullah Xoyiyə etiraz edirdilər ki: "Siz bu işinizlə Nəcəfin mövqeyini zəiflədirsiniz. Bir dəfə görüş kifayətdir, daha yenidən görüşə getməyə ehtiyac yoxdur". Ayətullah Xoyi bunlara fikir vermədən dəfələrlə Ayətullah Xomeynini görməyə gedir.
***
4. Ayətullah Xomeyninin oğlu mərhum Seyyid Mustafa dünyasın dəyişəndə, cənazə namazını Ayətullah Xoyi qıldı.
***
5. Bir dəfə Ayətullah Xoyi mərhum Seyyid Əhməd Fihriyə bir əba verib dedi ki, bunu aparıb Ayətullah Xomeyniyə hədiyyə etsin. Ağa Fihri əbanı Ayətullah Xomeyniyə təqdim edəndə, Ağa buyurdu: “Çox sevindim ki, siz onunla əlaqənizi qoruyursunuz”. Ayətullah Xomeyni bu hərəkəti ilə ehtiramını bildirmiş oldu. Həmçinin buyurdu ki: “Əgər əbanı göndərən Ayətullah Xoyi olmasaydı, bunu sizə hədiyyə edərdim. Ancaq əbanı o hədiyyə etdiyi üçün bunu özümə saxlayıram”. Sonra Ayətullah Xomeyni içəri daxil olub, Seyyid Əhməd Fihriyə bir əba verilməsini göstəriş verdi.
***
6. Mənə elə gəlir ki, bunu Ağa Mustafanın oğlu Seyyid Hüseyndən eşitmişəm. Ayətullah Xomeyni Nəcəfdə olanda, onun evi çox isti olardı. İstilik onlara əziyyət verirdi. Ayətullah Xoyi bir gün Ayətullah Xomeyninin evinə gələndə, evə bir nəzər edib bəzi abadlıq göstərişləri verdi. Mənzilin filan yerin sökün, filan yerin dəyişin və filan yerin bu cür təmir edin. Bu göstərişlərə əməl olunandan sonra, evin istilik problemi həllin tapdı. Ayətullah Xoyi memarlıqdan da məlumatlı idi.
Mənbə: "Dəryadan bir damla", cild 3, səhifə 672
313news.net