Ramazan ayı, oruc tutmaq və Fitr bayramı ("Səhifeyi Səccadiyyə"də)

»»

Ramazan ayı, oruc tutmaq və Fitr bayramı ("Səhifeyi Səccadiyyə"də)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Səhifeyi Səccadiyyə dördüncü imam Hz. Əli ibn Hüseyn, Səccadın (ə.s) dualarından təşəkkül tapmış kitabdır. Kitabın əsas mövzusu dualar və dualar məzmunca düzgün etiqadi məsələlər, fiqhi hökmlər və əxlaqi qaydalardan ibarətdir. İslam dininin eləcə də Şiə aləminin əsas möhkəm dini ədəbiyyatı və dini biliklərin mənbəyi (qaynağı) sayılan bu kitabda dini müxtəlif sahələr üzrə araşdırmaq mümkündür. Ümumiyyətlə Ramazan ayı haqqında olan məlumatları müfəssəl şəkildə öyrənmək üçün Səhifeyi-Səccadiyyənin 44-cü və 45-ci dualarına müraciət etmək lazımdır. Bu yazıda Ramazan ayı, ayın fəzilətləri və faydaları, bu ayda yerinə yetirilməsi vacib və müstəhəb olan əməllər, orucun vaxtı, əhkamı, muftiratı, dərəcələri və Fitr bayramı və sair mövzulara dair duaların tərcüməsini təqdim edirik.

Ramazan ayında Quran nazil olub

İmam Səccad (ə.s) bu duada mübarək ramazan ayını vəsf edir (ramazan ayının sifətlərini izah edir). Ramazan ayı yetdikdə belə dua edərdi:

وَ الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ مِنْ تِلْكَ السُّبُلِ شَهْرَهُ شَهْرَ رَمَضَانَ، شَهْرَ الصِّيَامِ، وَ شَهْرَ الْإِسْلَامِ، وَ شَهْرَ الطَّهُورِ، وَ شَهْرَ التَّمْحِيصِ، وَ شَهْرَ الْقِيَامِ‏ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ، هُدىً لِلنَّاسِ، وَ بَيِّناتٍ مِنَ الْهُدى‏ وَ الْفُرْقان‏

“Özünə həmd etməyi bizə yolgöstərən Allaha həmd olsun, həmd etməyə layiq görənə yol göstərdi ki, ehsanına şükür edənlərdən olaq…Ehsan yollarında hərəkətə gətirənə həmd olsun, bu cür etdi ki, lütfü ilə razılığına sarı hərəkət edək… Həmd olsun o Allaha ki, o yollardan birini də Ramazan ayı qərar verdi, orucluq ayı, islam ayı, təharət ayı, imtahan ayı, qiyam ayı. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.

Ramazan ayının fəzilətləri

فَأَبَانَ فَضِيلَتَهُ عَلَى سَائِرِ الشُّهُورِ بِمَا جَعَلَ لَهُ مِنَ الْحُرُمَاتِ الْمَوْفُورَةِ، وَ الْفَضَائِلِ الْمَشْهُورَةِ، فَحَرَّمَ فِيهِ مَا أَحَلَّ فِي غَيْرِهِ إِعْظَاماً، وَ حَجَرَ فِيهِ الْمَطَاعِمَ وَ الْمَشَارِبَ إِكْرَاماً، وَ جَعَلَ لَهُ وَقْتاً بَيِّناً لَا يُجِيزُ- جَلَّ وَ عَزَّ- أَنْ يُقَدَّمَ قَبْلَهُ، وَ لَا يَقْبَلُ أَنْ يُؤَخَّرَ عَنْهُ. ثُمَّ فَضَّلَ لَيْلَةً وَاحِدَةً مِنْ لَيَالِيهِ عَلَى لَيَالِي أَلْفِ شَهْرٍ، وَ سَمَّاهَا لَيْلَةَ الْقَدْرِ، تَنَزَّلُ الْمَلائِكَةُ وَ الرُّوحُ فِيها بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ سَلامٌ‏، دَائِمُ الْبَرَكَةِ إِلَى طُلُوعِ الْفَجْرِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ…

“Quran i-Kərimi insanların hidayəti üçün nazil etdi və bununla Ramazan ayının başqa aylardan üstün olub ondakı hörmətlərlə bol etdi. Onu əziz tutmaq üçün onda yemək-içməyi qadağan etdi, (Ayın hörməti üçün digər aylarda halal sayılan şeyləri haram buuyurdu. Yemək və içməyi qadağan etdi.) (tez yaxud gec olmaması üçün) onun üçün müəyyən bir zaman qərar verdi ki, izzət və cəlal sahibi olan Allah ondan irəli keçməyə icazə vermir, ondan geriyə düşməyi də qəbul etmir, sonra gecələrinin birini başqa bir ayın gecələrindən üstün etdi və onu qədr gecəsi adlandırdı, (Gecələrindən birini min aydan daha xeyirli etdi və onu qədr gecəsi adlandırdı. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)) o gecə mələklər və Ruh (Cəbrail) Rəbbinin əmri (izni) ilə hər bir iş üçün nazil olurlar və cəzası ilə hökm etdiyi istədiyi bəndələrinə o gecə dan yeri ağaranadək daim bərəkət əmin-amanlıqdır.

İmam Səccad (ə.s) Ramazan ayının saysız-hesabsız fəzilətini və faydalarını nəzərə alaraq dua edir və Allahdan istəyir ki, bu ayın fəzilətlərini bilmək və hörmətini saxlamağı bizə nəsib etsin.

وَ أَلْهِمْنَا مَعْرِفَةَ فَضْلِهِ وَ إِجْلَالَ حُرْمَتِهِ…

Ramazan ayı diğər aylardan üstündür və seçilmiş aydır:

اللَّهُمَّ وَ أَنْتَ جَعَلْتَ مِنْ صَفَايَا تِلْكَ الْوَظَائِفِ، وَ خَصَائِصِ تِلْكَ الْفُرُوضِ شَهْرَ رَمَضَانَ الَّذِي اخْتَصَصْتَهُ مِنْ سَائِرِ الشُّهُورِ، وَ تَخَيَّرْتَهُ مِنْ جَمِيعِ الْأَزْمِنَةِ وَ الدُّهُورِ، وَ آثَرْتَهُ عَلَى كُلِّ أَوْقَاتِ السَّنَةِ بِمَا أَنْزَلْتَ فِيهِ مِنَ الْقُرْآنِ وَ النُّورِ، وَ ضَاعَفْتَ فِيهِ مِنَ الْإِيمَانِ، وَ فَرَضْتَ فِيهِ مِنَ الصِّيَامِ، وَ رَغَّبْتَ فِيهِ مِنَ الْقِيَامِ، وَ أَجْلَلْتَ فِيهِ مِنْ لَيْلَةِ الْقَدْرِ الَّتِي هِيَ‏ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ.

Ey mənim Rəbbim, Sə o vəzifələrin ən safını, vacib olan işlərin ən üstününü Ramazan ayı qərar verdin ki, onus air aylar arasından seçdin, bütün zaman və əsrlər arasından ixtiyar etdin, ilin bütün vaxtlarından fəzilətli etdin, onda Quran və nur nazil etdiyin üçün bu ayda imanı bir neçə bərabər etdiyinə görə, onda oruc tutmağı vacib buyurub o ayda gecəni oyaq qalmağı rəğbətləndirib min Aydan üstün olan Qədr gecəsini onda qərar verdin

Ramazan ayı və müsəlmanların üstünlüyü:

ثُمَّ آثَرْتَنَا بِهِ عَلَى سَائِرِ الْأُمَمِ، وَ اصْطَفَيْتَنَا بِفَضْلِهِ دُونَ أَهْلِ الْمِلَلِ، فَصُمْنَا بِأَمْرِكَ نَهَارَهُ، وَ قُمْنَا بِعَوْنِكَ لَيْلَهُ، مُتَعَرِّضِينَ بِصِيَامِهِ وَ قِيَامِهِ لِمَا عَرَّضْتَنَا لَهُ مِنْ رَحْمَتِكَ…

“Bizə də keçmiş ümmətlərindən üstünlük verdin, lütfü sayəsində bizi bütün millətlər arasından seçdin, beləliklə sənin əmrinlə gün düzünü oruc tutduq, gecəsində Sənin yardımınla ibadətə qalxdıq, oruc və n amaz ilə bizə hazırladığın rəhmətini tələb etdik…”

Ramazan ayında günahlardan çəkinmək lazımdır:

حَتَّى لَا نُصْغِيَ بِأَسْمَاعِنَا إِلَى لَغْوٍ، وَ لَا نُسْرِعَ بِأَبْصَارِنَا إِلَى لَهْوٍ وَ حَتَّى لَا نَبْسُطَ أَيْدِيَنَا إِلَى مَحْظُورٍ، وَ لَا نَخْطُوَ بِأَقْدَامِنَا إِلَى مَحْجُورٍ، وَ حَتَّى لَا تَعِيَ بُطُونُنَا إِلَّا مَا أَحْلَلْتَ، وَ لَا تَنْطِقَ أَلْسِنَتُنَا إِلَّا بِمَا مَثَّلْت‏…

“Bizə yardım et ki, qulağımızla boş sözlərə qulaq asmayaq, gözlərimizlə batilin tamaşasına tələsməyək, əllərimizi harama uzatmayaq, Sənin qadağan etdiyin yerlərə addım atmayaq, qarınlarımız halaldan başqa şeylə dolmasın, dillərimiz Sənin dediklərindən savayı, başqa şeylərə açılmasın

Ramazan ayı “təzkiyə” ayıdır:

…وَ أَنْ نَتَقَرَّبَ إِلَيْكَ فِيهِ مِنَ الْأَعْمَالِ الزَّاكِيَةِ بِمَا تُطَهِّرُنَا بِهِ مِنَ الذُّنُوبِ، وَ تَعْصِمُنَا فِيهِ مِمَّا نَسْتَأْنِفُ‏مِنَ الْعُيُوبِ، حَتَّى لَا يُورِدَ عَلَيْكَ أَحَدٌ مِنْ مَلَائِكَتِكَ إِلَّا دُونَ مَا نُورِدُ مِنْ أَبْوَابِ الطَّاعَةِ لَكَ، وَ أَنْوَاعِ الْقُرْبَةِ إِلَيْك‏…

“…Bizə yardım et ki, o ayda Sənə yaxınlaşmaq, yaxşı əməl etməklə pisliklərdən pak et, təzə eyblərdən saxla ki, mələklərdən heç biri Sənə itaət üçün əmələ gətirdiklərimizdən aşağı dərəcəli bir əməl təqdim etməsinlər…”

Ramazan ayı və dinin adabı:

وَ وَفِّقْنَا فِيهِ لِأَنْ نَصِلَ أَرْحَامَنَا بِالْبِرِّ وَ الصِّلَةِ، وَ أَنْ نَتَعَاهَدَ جِيرَانَنَا بِالْإِفْضَالِ وَ الْعَطِيَّةِ، وَ أَنْ نُخَلِّصَ أَمْوَالَنَا مِنَ التَّبِعَاتِ، وَ أَنْ نُطَهِّرَهَا بِإِخْرَاجِ الزَّكَوَاتِ، وَ أَنْ نُرَاجِعَ مَنْ هَاجَرَنَا، وَ أَنْ نُنْصِفَ مَنْ ظَلَمَنَا، وَ أَنْ نُسَالِمَ مَنْ عَادَانَا حَاشَى مَنْ عُودِيَ فِيكَ وَ لَكَ، فَإِنَّهُ الْعَدُوُّ الَّذِي لَا نُوَالِيهِ، وَ الْحِزْبُ الَّذِي لَا نُصَافِيه‏…

“Yardım et ki, bu ayda qohumlarımıza birləşib onlara yaxşılıq edək, qonşularımıza bəxşiş yolu ilə ehsan edək, mallarımızı (əmlakımızı) mübahlardan təmizləyək, zəkat çıxarmaqla onu pak edək, onunla bizdən küsənlə barışıb bizə zülm edənə insaf göstərək, düşmən lə mülayim davranaq, yalnız Sənin düşmənin müstəsna olmaqla, qəlbimiz onunla barışmasın.

Duanın bu bölməsində qohumlarla münasibətin keyfiyyəti və qonşularla davranış qaydaları açıqlanıb. Həmçinin İmam (ə.s) buyurur ki, xums və zəkat əmlakın paklanmasına səbəb olur. Bəlkə də İmam (ə.s) bu məsələni Qurani-Kərimin ayəsinə istinad etmişdir: “(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan…”

Ramazan İlahi məğfirət və əzabdan qurtuluş ayı:

…وَ امْحَقْ ذُنُوبَنَا مَعَ امِّحَاقِ هِلَالِهِ، وَ اسْلَخْ عَنَّا تَبِعَاتِنَا مَعَ انْسِلَاخِ أَيَّامِهِ حَتَّى يَنْقَضِيَ عَنَّا وَ قَدْ صَفَّيْتَنَا فِيهِ مِنَ الْخَطِيئَاتِ، وَ أَخْلَصْتَنَا فِيهِ مِنَ السَّيِّئَات‏…

“…Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və Ramazan ayının sona yetməsi ilə günahlarımızı da sona yetir, günlərinin ötməsi ilə günahlarımızın aqibətini də bizdən uzaqlaşdır ki, bizdən günahlarımızı yumaqla xətalarımızı pak etməklə bitsin…”

Ramazan ayında çoxlu itaət etmək və qəflətdən uzaq olmaq:

اللَّهُمَّ اشْحَنْهُ بِعِبَادَتِنَا إِيَّاكَ، وَ زَيِّنْ أَوْقَاتَهُ بِطَاعَتِنَا لَكَ، وَ أَعِنَّا فِي نَهَارِهِ عَلَى صِيَامِهِ، وَ فِي لَيْلِهِ عَلَى الصَّلَاةِ وَ التَّضَرُّعِ إِلَيْكَ، وَ الْخُشُوعِ لَكَ، وَ الذِّلَّةِ بَيْنَ يَدَيْكَ حَتَّى لَا يَشْهَدَ نَهَارُهُ عَلَيْنَا بِغَفْلَةٍ، وَ لَا لَيْلُهُ بِتَفْرِيطٍ

“Ey mənim Rəbbim, bu ayı ibadətimizlə doldur, vaxtlarını Sənə ibadət etməklə zinətləndir, gündüzündə oruc tutmağa, gecəsində Sənin hüzurunda n amaz qılıb nalə etməyə, qarşında təslim olmağa yardım et ki, gündüzü qəflətimizə gecəsi də təqsirimizə şahid olmasın”

Gələcək (gələn ilin) ramazanı dərk etmək (görmək) diləyi (arzusu):

وَ أَوْجِبْ لَنَا عُذْرَكَ عَلَى مَا قَصَّرْنَا فِيهِ مِنْ حَقِّكَ، وَ ابْلُغْ بِأَعْمَارِنَا مَا بَيْنَ أَيْدِينَا مِنْ شَهْرِ رَمَضَانَ الْمُقْبِلِ، فَإِذَا بَلَّغْتَنَاهُ فَأَعِنِّا عَلَى تَنَاوُلِ مَا أَنْتَ أَهْلُهُ مِنَ الْعِبَادَةِ، وَ أَدِّنَا إِلَى الْقِيَامِ بِمَا يَسْتَحِقُّهُ مِنَ الطَّاعَةِ…

“Haqqını ödəməməklə səhlənkarlıq göstərdiyimiz üçün üzrümüzü qəbul et, gələcək ömrümüzü gələcək ramazana çatdır, ona yetirdiyin zaman ona Sənə layiq olduğu kimi ibadət etməyimizə yardım göstər, o aya layiqli şəkildə itaət etməyimizə kömək et…”

“Ramazan əhli” olmaq və Ramazan ayı ilə “vida”-laşmaq:

فَنَحْنُ مُوَدِّعُوهُ وِدَاعَ مَنْ عَزَّ فِرَاقُهُ عَلَيْنَا، وَ غَمَّنَا وَ أَوْحَشَنَا انْصِرَافُهُ عَنَّا، وَ لَزِمَنَا لَهُ الذِّمَامُ الْمَحْفُوظُ، وَ الْحُرْمَةُ الْمَرْعِيَّةُ، وَ الْحَقُّ الْمَقْضِيُّ، فَنَحْنُ قَائِلُونَ:

السَّلَامُ عَلَيْكَ يَا شَهْرَ اللَّهِ‏ الْأَكْبَرَ، وَ يَا عِيدَ أَوْلِيَائِهِ

السَّلَامُ عَلَيْكَ يَا أَكْرَمَ مَصْحُوبٍ مِنَ الْأَوْقَاتِ، وَ يَا خَيْرَ شَهْرٍ فِي الْأَيَّامِ وَ السَّاعَاتِ

السَّلَامُ عَلَيْكَ مِنْ شَهْرٍ قَرُبَتْ فِيهِ الْآمَالُ، وَ نُشِرَتْ فِيهِ الْأَعْمَالُ

السَّلَامُ عَلَيْكَ مِنْ قَرِينٍ جَلَّ قَدْرُهُ مَوْجُوداً، وَ أَفْجَعَ فَقْدُهُ مَفْقُوداً، وَ مَرْجُوٍّ آلَمَ فِرَاقُهُ

السَّلَامُ عَلَيْكَ مِنْ أَلِيفٍ آنَسَ مُقْبِلًا فَسَرَّ، وَ أَوْحَشَ مُنْقَضِياً فَمَضَّ

السَّلَامُ عَلَيْكَ مِنْ مُجَاوِرٍ رَقَّتْ فِيهِ الْقُلُوبُ، وَ قَلَّتْ فِيهِ الذُّنُوبُ

السَّلَامُ عَلَيْكَ مِنْ نَاصِرٍ أَعَانَ عَلَى الشَّيْطَانِ، وَ صَاحِبٍ سَهَّلَ سُبُلَ الْإِحْسَانِ

السَّلَامُ عَلَيْكَ مَا أَكْثَرَ عُتَقَاءَ اللَّهِ فِيكَ، وَ مَا أَسْعَدَ مَنْ رَعَى حُرْمَتَكَ بِكَ!

السَّلَامُ عَلَيْكَ مَا كَانَ أَمْحَاكَ لِلذُّنُوبِ، وَ أَسْتَرَكَ لِأَنْوَاعِ الْعُيُوبِ!

السَّلَامُ عَلَيْكَ مَا كَانَ أَطْوَلَكَ عَلَى الْمُجْرِمِينَ، وَ أَهْيَبَكَ فِي صُدُورِ الْمُؤْمِنِينَ!

السَّلَامُ عَلَيْكَ مِنْ شَهْرٍ لَا تُنَافِسُهُ الْأَيَّامُ.

السَّلَامُ عَلَيْكَ مِنْ شَهْرٍ هُوَ مِنْ كُلِّ أَمْرٍ سَلَامٌ

السَّلَامُ عَلَيْكَ غَيْرَ كَرِيهِ الْمُصَاحَبَةِ، وَ لَا ذَمِيمِ الْمُلَابَسَةِ

السَّلَامُ عَلَيْكَ كَمَا وَفَدْتَ عَلَيْنَا بِالْبَرَكَاتِ، وَ غَسَلْتَ عَنَّا دَنَسَ الْخَطِيئَاتِ

السَّلَامُ عَلَيْكَ غَيْرَ مُوَدَّعٍ بَرَماً وَ لَا مَتْرُوكٍ صِيَامُهُ سَأَماً

السَّلَامُ عَلَيْكَ مِنْ مَطْلُوبٍ قَبْلَ وَقْتِهِ، وَ مَحْزُونٍ عَلَيْهِ قَبْلَ فَوْتِهِ

السَّلَامُ عَلَيْكَ كَمْ مِنْ سُوءٍ صُرِفَ بِكَ عَنَّا، وَ كَمْ مِنْ خَيْرٍ أُفِيضَ بِكَ عَلَيْنَا

السَّلَامُ عَلَيْكَ وَ عَلَى لَيْلَةِ الْقَدْرِ الَّتِي هِيَ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ

السَّلَامُ عَلَيْكَ مَا كَانَ أَحْرَصَنَا بِالْأَمْسِ عَلَيْكَ، وَ أَشَدَّ شَوْقَنَا غَداً إِلَيْكَ

السَّلَامُ عَلَيْكَ وَ عَلَى فَضْلِكَ الَّذِي حُرِمْنَاهُ، وَ عَلَى مَاضٍ مِنْ بَرَكَاتِكَ سُلِبْنَاهُ.

اللَّهُمَّ إِنَّا أَهْلُ هَذَا الشَّهْرِ الَّذِي شَرَّفْتَنَا بِهِ، وَ وَفَّقْتَنَا بِمَنِّكَ لَهُ حِينَ جَهِلَ الْأَشْقِيَاءُ وَقْتَهُ، وَ حُرِمُوا لِشَقَائِهِمْ فَضْلَهُ.

“Həqiqətən də bu ay bizim yanımızda bəyənilmiş, bizimlə sevilən həmnişin idi. Bizim üçün aləmin ən üstün mənfəətini sovqat gətirdi, vaxtın sona çatdığı zaman, müddətin bitdiyi, günlərinin tamamlandığından sonra bizdən ayrıldı, indi onunla vidalaşırıq, hicranı qəmimizi artıran bir kəslə vidalaşdığımız kimi, üz çevirməyi bizi vəhşətə düçar etdiyi halla və bizim üzərimizdə qırılmayan bir əhdi, hörmətinə diqqət yetirməyimiz, haqq və lazımdır və buna görə də deyirik:

Ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə.

Ey vaxtlar içrə ən kəramətli həmnişin, ey günlər və saatlar arasında ən üstün ay, salam olsun sənə

Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə.

Ey məqamı böyük olan həmnəfəs, ayrılığın çox ağır olan ay, salam olsun sənə

Ey ümid mayası, ey ayrılğı çətin olan, salam olsun sənə.

Ey üz gətirdikdə bizi şadlandıran munis, ötdükcə qorxunu və əzablı olan ay salam olsun sənə.

Ey qəlblər sənin yanında yumşalan günahlar səndə azalan ay, salam olsun sənə.

Ey şeytanla mübarizədə bizə yardımçı olan, ehsan yollarını hamar və asanlaşdıran ay, salam olsun sənə.

Allah tərəfindən səndə azad olanlar nə çoxdur, nə xoşbəxtdir o kəs ki, sənin vasitənlə hörmətini riayət etdi, salam olsun sənə.

Çoxlu günahlarımızı əməl dəftərimizdən yuyub çoxlu eyblərimizi örtən ay, salam olsun sənə.

Zamanı günahkarlara çox olan, mömünlərin qəlbində böyük heybəti olan ay, salam olsun sənə.

Heç bir zamanın onunla müqayisə oluna bilmədiyi ay, salam olsun sənə.

Söhbəti xoşagəlməz olmayan, üzləşməyin əzəmətsiz olan ay, salam olsun sənə.

Bərəkəti ilə bizə gəlib günahlarımızın pisliklərini əməl dəftərimizdən silən ay, salam olsun sənə.

Səninlə vidalaşmağımız yorğunluq üzündən olmayan, orucdan ayrılmağımız usanmağımızdan olmayan ay, salam olsun sənə,

Gəlməzdən öncə arzusunda olduğumuz getdiyindən sonra hicranından qəm-qüssəsində olduğumuz ay, salam olsun sənə.

Nə çox pisliklər vasitəsilə bizdən aralı düşüb, bir çox yaxşılıqları bizə sarı yönəldən ay, salam olsun sənə.

Salam olsun sənə və min aydan xeyirli olan Qədr gecəsinə.

Salam olsun sənə, və dünən necə də sənə qarşı könül vermişdik, sabah sənə necə də şövq bəsləyəcik.

Sənə və məhrum olduğumuz fəzilətinə və bizdən alınan keçmiş bərəkətlərinə salam olsun.

Ey mənim Rəbbim! Biz bu ayın əhliyik. Onu dərk etməkdə bizə yardım göstərdin, bəxtlərinin pisliyindən fəzilətindən məhrum olan halda bizə vasitəsilə şərəf verdiyin mərifətilə bizlərə üstünlük verdiyinin ixtiyar sahibi Sənsən…”

Faydalı oruc tutmaq:

...وَ لَا أَسْتَشْهِدُ عَلَى صِيَامِي نَهَاراً، وَ لَا أَسْتَجِيرُ بِتَهَجُّدِي لَيْلًا، وَ لَا تُثْنِي عَلَيَّ بِإِحْيَائِهَا سُنَّةٌ…

“(İlahi mənə əmr etdin və mən məhəl qoymadım. Qadağan etdin və mən o işə bulaşdım)…nə bir günü oruc tutdum ki, şahid gətirəm, nə də bir gecəni oyaq qaldım ki, ona pənah aparam, nə də bir sünnəti dirçəltdim ki, məni yaxşılıqla yad etsinlər…”

Bu dauya əsasən faydalı oruc, o orucdur ki, qiyamət günü onu şahid kimi təqdim etmək mümkün olsun. Orucu batil edən şeylərə məhəl qoymamaq yaxud oruc tutduqdan sonra günah etmək səbəbilə orucun savabını məhv etmək kimi amillərdən söz açılır.

Orucun hökmləri, vaxtı və orucu pozan şeylər (muftirat):

فَأَبَانَ فَضِيلَتَهُ عَلَى سَائِرِ الشُّهُورِ بِمَا جَعَلَ لَهُ مِنَ الْحُرُمَاتِ الْمَوْفُورَةِ، وَ الْفَضَائِلِ الْمَشْهُورَةِ، فَحَرَّمَ فِيهِ مَا أَحَلَّ فِي غَيْرِهِ إِعْظَاماً، وَ حَجَرَ فِيهِ الْمَطَاعِمَ وَ الْمَشَارِبَ إِكْرَاماً، وَ جَعَلَ لَهُ وَقْتاً بَيِّناً لَا يُجِيزُ- جَلَّ وَ عَزَّ- أَنْ يُقَدَّمَ قَبْلَهُ، وَ لَا يَقْبَلُ أَنْ يُؤَخَّرَ عَنْهُ.

“(Qurani-Kərimi insanların hidayəti üçün nazil etdi və bununla Ramazan ayının başqa aylardan üstün olub ondakı hörmətlərlə bol etdi). Onu əziz tutmaq üçün onda yemək-içməyi qadağan etdi, (Ayın hörməti üçün digər aylarda halal sayılan şeyləri haram buuyurdu. Yemək və içməyi qadağan etdi.) (tez yaxud gec olmaması üçün) onun üçün müəyyən bir zaman qərar verdi ki, izzət və cəlal sahibi olan Allah ondan irəli keçməyə icazə vermir, ondan geriyə düşməyi də qəbul etmir…”

Bu duada oruc tutmağın vaxtı qeyd olunur və bildirilir ki, təyin olunmuş vaxtdan tez və gec yerinə yetirilərsə oruc batildir. Həmçinin digər aylarda halal olan əməllər də Ramazan ayında oruc tutduqda haram sayılır və orucu batil edir. Yemək və içmək kimi əməllər.

Həqiqi oruc bütün bədən əzasının orucu, (orucun üç dərəcəsi):

…وَ أَلْهِمْنَا مَعْرِفَةَ فَضْلِهِ وَ إِجْلَالَ حُرْمَتِهِ، وَ التَّحَفُّظَ مِمَّا حَظَرْتَ فِيهِ، وَ أَعِنَّا عَلَى صِيَامِهِ بِكَفِّ الْجَوَارِحِ عَنْ مَعَاصِيكَ، وَ اسْتِعْمَالِهَا فِيهِ بِمَا يُرْضِيكَ حَتَّى لَا نُصْغِيَ بِأَسْمَاعِنَا إِلَى لَغْوٍ، وَ لَا نُسْرِعَ بِأَبْصَارِنَا إِلَى لَهْوٍ وَ حَتَّى لَا نَبْسُطَ أَيْدِيَنَا إِلَى مَحْظُورٍ، وَ لَا نَخْطُوَ بِأَقْدَامِنَا إِلَى مَحْجُورٍ، وَ حَتَّى لَا تَعِيَ بُطُونُنَا إِلَّا مَا أَحْلَلْتَ، وَ لَا تَنْطِقَ أَلْسِنَتُنَا إِلَّا بِمَا مَثَّلْتَ، وَ لَا نَتَكَلَّفَ إِلَّا مَا يُدْنِي مِنْ ثَوَابِكَ، وَ لَا نَتَعَاطَى إِلَّا الَّذِي يَقِي مِنْ عِقَابِكَ، ثُمَّ خَلِّصْ ذَلِكَ كُلَّهُ مِنْ رِئَاءِ الْمُرَاءِينَ، وَ سُمْعَةِ الْمُسْمِعِينَ، لَا نُشْرِكُ فِيهِ أَحَداً دُونَكَ، وَ لَا نَبْتَغِي فِيهِ مُرَاداً سِوَاك‏

Ey mənim Rəbbim, bu ayın üstünlüyünü tanımağı, o ayda haramlardan çəkinməyi bizə ilham et, onda oruc tutub oruc tutan bədən əzalarımızı günahlardan qorumaqda, onları Sənin razı qaldığın yerlərdə işə salmaqda bizə yardım et ki, qulağımızla boş sözlərə qulaq asmayaq, gözlərimizlə batilin tamaşasına tələsməyək, əllərimizi harama uzatmayaq, Sənin qadağan etdiyin yerlərə addım atmayaq, qarınlarımız halaldan başqa şeylə dolmasın, dillərimiz Sənin dediklərindən savayı, başqa şeylərə açılmasın, razılığına səbəb olacaq işdən savayı heç bir iş üçün səy göstərməyək, əzabından saxlayacaq başqa şeyləri öyrənməyək. Sonra bütün bunları rıyakarların özünü göstərməsindən, şöhrət tələblərin şöhrətindən xalis və pak et, bir cür ki, kimsənin bu işdə Səninlə yanaşı şərik etməyək, Səndən savayı ayrı bir məqsədimiz olmasın.

İrfan alimləri oruc üçün üç dərəcə qeyd ediblər. Ümumi oruc, xüsusi oruc, məxsus oruc. "Ümumi oruc", yəni qarnı yemək-içməkdən, övrəti, şəhvətdən və cinsi meyllərdən hifz etmək.

Amma “məxsus oruc”, yəni bunlardan əlavə, qulağı, gözü, dili, əl və ayaqları və s. əzaları günahdan saxlamaq. Orucun bu mərtəbəsi barədə İmam Sadiq (ə.s) buyurur: “Oruc tutarkən qulağın, gözün, tükün, dərin və başqa əzaların da oruc olsun. Oruc tutduğun gününlə, oruc tutmayıb tox olduğun gün eyni olmasın.” Başqa bir xəbərdə buyurur: “Oruc tutarkən, riya, mübahisə və xidmətçilərə əziyyəti tərk et. Vüqarla oruc tut!" İslam Peyğəmbəri (s) eşidir ki, bir nəfər oruc qadın, öz kənizinə söyüş verib. Həzrət ona yemək gətirib buyurur: Ye! Qadın ərz edir: Orucam. Həzrət buyurur: Necə orucsan ki, öz kənizinə söyüş verirsən? Oruc təkcə yemək-içməkdən çəkinmək deyil! Amma, "ən məxsus oruc" odur ki, qəlbin dünyanın pis fikirlərindən oruc olub, əməldə Allahdan başqa heç bir şey fikirləşməyəsən. Belə orucun açılmasının səbəbi yemək-içməkdən istifadə deyil, bəlkə də, Allahdan başqa şey barəsindəki təfəkkür və dünyəvi fikirlərə uymaqdır. Hətta, bəzi irfan qəlblilər deyirlər: Hər kəs oruc vaxtı fikrini nə ilə iftar edəcəyinə cəmləşdirsə, ondan ötrü xəta yazılar. Bu iş Allahın fəzlinə və ruzi verməsinə, imanın zəif olmasının təsirindəndir. Orucun bu üçüncü mərtəbəsi, peyğəmbərlərin və ən sadiq şəxslərin mərtəbəsindəndir. O kəslər ki, Rəbbinin rəhmət qapılarına ən yaxındırlar. Allah-taala, İslam Peyğəmbərinə (s) buyurur: “De ki, Allah! Ondan başqasını kənara qoy!” Həmin mənada İmam Sadiqin (ə.s) sözlərinə işarə olunur. Nəql olunur ki, buyurur: “Oruc, dünya bəlalarından və Axirət əzabından qalxan və örtükdür.”

Bu barədə “Orucun sirləri (və batini şərtləri)” ünvanlı yazıya müraciət edə bilərsiniz. Düşünürəm ki, İmam Səccad (ə.s) orucun hər üç dərəcəsi barədə dua etməklə bizləri maarifləndirmişdir.

Oruc tutan şəxs və mələklər:

وَ أَنْ نَتَقَرَّبَ إِلَيْكَ فِيهِ مِنَ الْأَعْمَالِ الزَّاكِيَةِ بِمَا تُطَهِّرُنَا بِهِ مِنَ الذُّنُوبِ، وَ تَعْصِمُنَا فِيهِ مِمَّا نَسْتَأْنِفُ‏ مِنَ الْعُيُوبِ، حَتَّى لَا يُورِدَ عَلَيْكَ أَحَدٌ مِنْ مَلَائِكَتِكَ إِلَّا دُونَ مَا نُورِدُ مِنْ أَبْوَابِ الطَّاعَةِ لَكَ، وَ أَنْوَاعِ الْقُرْبَةِ إِلَيْكَ…

“…Bizə yardım et ki, o ayda Sənə yaxınlaşmaq, yaxşı əməl etməklə pisliklərdən pak et, təzə eyblərdən saxla ki, mələklərdən heç biri Sənə itaət üçün əmələ gətirdiklərimizdən aşağı dərəcəli bir əməl təqdim etməsinlər…”

Oruc tutanlara and içmək:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ هَذَا الشَّهْرِ، وَ بِحَقِّ مَنْ تَعَبَّدَ لَكَ فِيهِ مِنِ ابْتِدَائِهِ إِلَى وَقْتِ فَنَائِهِ: مِنْ مَلَكٍ قَرَّبْتَهُ، أَوْ نَبِيٍّ أَرْسَلْتَهُ، أَوْ عَبْدٍ صَالِحٍ اخْتَصَصْتَهُ، أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ أَهِّلْنَا فِيهِ لِمَا وَعَدْتَ أَوْلِيَاءَكَ مِنْ كَرَامَتِكَ، وَ أَوْجِبْ لَنَا فِيهِ مَا أَوْجَبْتَ لِأَهْلِ الْمُبَالَغَةِ فِي طَاعَتِكَ، وَ اجْعَلْنَا فِي نَظْمِ مَنِ اسْتَحَقَّ الرَّفِيعَ الْأَعْلَى بِرَحْمَتِكَ.

“Ey mənim Rəbbim! Səni Ramazan ayına, onun əvvəlindən sonunadək Sənə bəndəliyə başlayana, özünün qürb məqamına yaxınlaşdırdığın mələyə, hidayətə gətirdiyin peyğəmbərə yaxud seçdiyin bir saleh bəndəyə and verirəm ki, Muhəmməd və onun Əhli-beytinə salam yetir! Bu ayda bizi övliyalarına verdiyin vədə layiq et! Itaət əhlinə zəhməti üçün qərar verdiyini bizə nəsib et! Rəhmətin sayəsində bizi Sənin yanında ən uca məqamlarea yetənlərin zümrəsində qərar ver!”

Oruc tutanların savabını istəmək:

…وَ اكْتُبْ لَنَا مِثْلَ أُجُورِ مَنْ صَامَهُ، أَوْ تَعَبَّدَ لَكَ فِيهِ إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Ey məni Rəbbim! Bizim üçün qiyamətədək oruc tutanların, onda Sənə bəndəlik edənlərin əcrini yaz!”

Fitr bayramının xüsusiyyətləri və bayramda tövbə:

اللَّهُمَّ إِنَّا نَتُوبُ إِلَيْكَ فِي يَوْمِ فِطْرِنَا الَّذِي جَعَلْتَهُ لِلْمُؤْمِنِينَ عِيداً وَ سُرُوراً، وَ لِأَهْلِ مِلَّتِكَ مَجْمَعاً وَ مُحْتَشَداً مِنْ كُلِّ ذَنْبٍ أَذْنَبْنَاهُ، أَوْ سُوءٍ أَسْلَفْنَاهُ، أَوْ خَاطِرِ شَرٍّ أَضْمَرْنَاهُ، تَوْبَةَ مَنْ‏ لَا يَنْطَوِي عَلَى رُجُوعٍ إِلَى ذَنْبٍ، وَ لَا يَعُودُ بَعْدَهَا فِي خَطِيئَةٍ، تَوْبَةً نَصُوحاً خَلَصَتْ مِنَ الشَّكِّ وَ الِارْتِيَابِ، فَتَقَبَّلْهَا مِنَّا، وَ ارْضَ عَنَّا، وَ ثَبِّتْنَا عَلَيْهَا

“Ey mənim Rəbbim! Iman əhlinə bayram və şadlıq, din əhli üçün ictima günü qərar verdiyin Fitr günündə Sənin dərgahına tövbə edirik. Qəlbimizdəki pis fikirdən bird aha günaha qayıtmaq fikri olmayanın tövbədən sonra heç bir xətaya yönəlməyən, şəkk-şübhədən pak və uzaq olan bir kəsin tövbəsi kimi tövbə edirik, belə isə onu bizdən qəbul et! Bizdən razı qal! Bizi onda sabit qədəm et!

Fitr bayramındakı diləklər:

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اجْبُرْ مُصِيبَتَنَا بِشَهْرِنَا، وَ بَارِكْ لَنَا فِي يَوْمِ عِيدِنَا وَ فِطْرِنَا، وَ اجْعَلْهُ مِنْ خَيْرِ يَوْمٍ مَرَّ عَلَيْنَا أَجْلَبِهِ لِعَفْوٍ، وَ أَمْحَاهُ لِذَنْبٍ، وَ اغْفِرْ لَنَا مَا خَفِيَ مِنْ ذُنُوبِنَا وَ مَا عَلَنَ. اللَّهُمَّ اسْلَخْنَا بِانْسِلَاخِ هَذَا الشَّهْرِ مِنْ خَطَايَانَا، وَ أَخْرِجْنَا بِخُرُوجِهِ مِنْ سَيِّئَاتِنَا، وَ اجْعَلْنَا مِنْ أَسْعَدِ أَهْلِهِ بِهِ، وَ أَجْزَلِهِمْ قِسْماً فِيهِ، وَ أَوْفَرِهِمْ حَظّاً مِنْهُ.

Ey mənim Rəbbim!... Ramazan ayında əldən verdiklərimizi geri qaytar! Bayram gün ümüzü və fitrimizi bizim üçün mübarək et! Onu bizə keçən günlərin ən yaxşısı qərar ver, ən üstün əfvə, səbəb olub ən böyük günahlarımızı məhv etsin, bizim aşkar və gizli günahlarımızı əfv et! Ey mənim Rəbbim! Bu ayın bitməsini günahlarımızın tükənməsi qərar ver, çıxmağı ilə bizi pisliklərdən çıxart, bizi bu ayda onun ən səadətli əhlindən , onda çox nəsibi olanlardan Səndən daha çox fayda görənlərdən et!

Səhifeyi-Səccadiyyə-nin 46-cı duası o həzrətin Fitr bayramında (və cümə günü) oxuduğu duadır. Bu duanı oxuduqda (və mənasına diqqət etdikdə) məlum olur ki, fitr bayramı İslam dinində böyük əhəmiyyət kəsb edən günlərdən sayılır və duaların qəbul olması üçün ən əlverişli gündür. Bu üzdən imam (ə.s) o günü (Fitr bayramını) qənimət sayıb həm dərin və uca mənalarla dua edir həm də bizlərə bu gündə nə istəməyimizin məsləhət olduğunu öyrətmiş olur.

Bayram günü müsəlmanlar fitrə zəkatını verməklə, bayrama məxsus zikri (təkbiri) deməklə və bayram namazını qılmaqla:- (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! (əl-Əla surəsi: 14-15) öz itaətlərini tamamlamış olurlar:- “...Orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (Bəqərə surəsi: 185)

Hazırladı: Ə. Şəhriyar

Рейтинг

В этом разделе

  • Orucun sirləri və batini şərtləri

    Mərhəmətli, rəhmli Allahın adı ilə! Oruc müsəlmanlara Peyğəmbərin (s) Mədinəyə hicrətindən iki il sonra vacib buyuruldu. Ayə nazil oldu ki, “Ey iman gətirənlər...

    Oruc tutmaq haqqında 40 hədis

    1. İmam Baqir (əleyhissalam) buyurmuşdur: بنى الاسلام على خمسة اشياء، على الصلوة و الزكاة و الحج و الصوم و الولايه