Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

»»

Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanıt etdi?

  1. Giriş
  2. İttihamın kökü
  3. İttihama qarşı cavablarımız
  4. Sələfilərin «şeytan ayələri» barəsində Peyğəmbərə (s) atdıqları iftira
  5. «Şeytan ayələri» hədisi barəsində şiə alimlərinin rəyi

İttihamın kökü

 

Şiələr namazın salamından sonra

 

«Xanə əl-Əmin» (Cəbrayıl xəyanət etdi) deyirlərmi?

Ayə və rəvayətlərdən aydın olur ki, yəhudilər Cəbrayılın (ə) risaləti çatdırmaqda xəyanət etdiyinə etiqad bəsləyirlər. Onların fikrinə görə, Allah-Təala Cəbrayıla əmr verdi ki, nübüvvəti İsrail ailəsinə çatdırsın, lakin Cəbrayıl (ə) Allahın əmrinin xilafına olaraq nübüvvəti İsmayılın (ə) övladlarına verdi. Buna əsasən də, yəhudilər Cəbrayılı (ə) düşmən tutaraq «Xanə əl-Əmin!» cümləsini özləri üçün şüar olaraq təyin etdilər. Buna görə də, Quran onların sözlərinin əsassız olduğunu isbat etmək üçün və onları bu işlərinə görə tənqid etmək üçün Cəbrayılı (ə) doğru və əmin bir mələk kimi tanıtdırır:

نزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ

Ruh əl-əmin (Cəbrayıl (ə)) onu endirdi, qorxudanlardan (Peyğəmbərlərdən) olasan deyə, sənin qəlbinə (nazil etdi).

əş-Şüəra, 193-194

Başqa bir yerdə buyurur:

قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ

(«Cəbrayıla düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: «Cəbrayıla düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Quranı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib”.

əl-Bəqərə, 97

Bu ayələrdən və onların təfsirindən aydın olur ki, yəhudilər Cəbrayılı (ə) düşmən tutduqları üçün onu «əzab mələyi» adlandırırdılar və onu risalətin çatdırılmasında xəyanətlə ittiham edirdilər.

حدثنا القاسم ، قال : ثنا الحسين ، قال : حدثني حجاج ، عن ابن جريح ، قال : حدثني القاسم بن أبي بزة : أن يهود سألوا النبي ( ص) من صاحبه الذي ينزل عليه بالوحي ، فقال : جبريل . قالوا : فإنه عدو لا يأتي إلا بالحرب والشدة والقتال . فنزل : ( من كان عدوا لجبريل) الآية .

Qasim bizə rəvayət etdi və dedi: Hüseyn bizə rəvayət etdi və dedi: Həccac mənə İbn Cureyhdən rəvayət etdi və dedi: Qasim ibn Əbi Bəzə mənə rəvayət etdi və dedi: Yəhudilər Peyğəmbərdən (s) soruşdular ki, kim sənə vəhy nazil etmişdir? Peyğəmbər (s) buyurdu: «Cəbrayıl (ə).» Dedilər: «O, düşməndir, müharibə və şiddətli işlərdən başqa şeylər üçün nazil olmur.» Sonra bu ayə nazil oldu.

İbn Cərir ət-Təbəri, Cami əl-bəyan, c. 1, s. 608; İbn Kəsir, Təfsir Quran əl-Əzim, c. 1, s. 134; İbn Həcər əl-Əsqəlani, əl-Ucab fi bəyan əl-əsbab, c. 1, s. 289; Bu məzmunla Əllamə ət-Təbatəbai, Təfsir əl-mizan, c. 1, s. 231

Buna əsasən, «Xanə əl-Əmin» şüarı yəhudilərin xurafatlarından qaynaqlanır. Bəzi cahil yazarlar da şiələrlə dərin düşmənçiliyi üzündən bu sözü şiənin əleyhinə işlədir və namərdcəsinə bu ittihamı şiəyə nisbət verirlər.

İbn Teymiyyə deyir:

وكذلك الرافضة واليهود تبغض جبريل ويقولون هو عدونا من الملائكة وكذلك الرافضة يقولون غلط جبريل بالوحي على محمد صلى الله عليه وسلم

Yəhudilər və rafizilər (şiələr) Cəbrayıla (ə) qarşı buğz edirlər və onu mələklər arasında öz düşməni bilirlər. Belə ki, rafizilər deyir: «Cəbrayıl (ə) səhvən vəhyi Muhəmmədə (s) nazil edibdir. »

İbn Teymiyyə, Minhac əs-sünnə ən-nəbəviyyə, c. 1, s. 27 (onlayn mənbə: 1, 2, 3, 4)

Digər səhifədə yazır:

واليهود عادوا جبريل ، فقالوا : هو عدونا ، وكذلك الرافضة قالوا : أخطأ جبريل بالوحي

Yəhudilər Cəbrayılı (ə) düşmən hesab edir və deyirlər: «O, bizim düşmənimizdir.» Necə ki, rafizilər deyir: «Cəbrayıl (ə) vəhyi gətirərkən səhv edibdir.»

İbn Teymiyyə, Minhac əs-sünnə ən-nəbəviyyə, c. 1, s. 32 (onlayn mənbə: 1, 2, 3, 4)

Страница 2 из 5«12345»
Рейтинг

В этом разделе