Namazda əllərin bir birinin üzərinə qoyulması

»»

Namazda əllərin bir birinin üzərinə qoyulması

  1. I hissə
  2. II hissə
  3. III hissə
  4. IV hissə
  5. V hissə
  6. VI hissə
  7. VII hissə

I hissə

Bu mövzuda məqsəd 3 məzhəbinin yəni Hənəfi, Şafii və Hənbəli məzhəblərinin bunu hansı dəlilə əsasən etdiklərini öyrənməkdir.

Xatırladım ki, əhli-sünnəyə mənsub olan Malikilər əllərini 12 imam şiyələri və Zeydilər kimi namazda aşağı sallayırlar.

وقال مالك : في وضع اليمنى على اليسرى في الصلاة ؟ قال : لا أعرف ذلك في الفريضة وكان يكرهه ولكن في النوافل إذا طال القيام فلا بأس بذلك يعين به نفسه

Malik namazda sağ əlin sol əl üzərinə qoyulmağı barədə dedi: Bunun fərz(vacib) namazlarda olduğunu bilmirəm. O, bunu xoshlamırdı(məkruh bilirdi). Ancaq nafilə namazlarında əgər qiyam uzun olarsa özünə kömək etmək məqsəd ilə bunu etsə eybi yoxdur.
"Mudəvvinə" Malik İbn Ənəs


حَدَّثَنِي يَحْيَى، عَنْ مَالِكٍ، عَنْ عَبْدِ الْكَرِيمِ بْنِ أَبِي الْمُخَارِقِ الْبَصْرِيِّ، أَنَّهُ قَالَ مِنْ كَلاَمِ النُّبُوَّةِ إِذَا لَمْ تَسْتَحِي فَافْعَلْ مَا شِئْتَ وَوَضْعُ الْيَدَيْنِ إِحْدَاهُمَا عَلَى الأُخْرَى فِي الصَّلاَةِ يَضَعُ الْيُمْنَى عَلَى الْيُسْرَى

Yəhya -- Malik -- Əbdül-Kərim b. Əbul-Muxariq Əl-Bəsri Peyğəmbərin kəlamından rəvayət edir: Əgər utanmasan istədiyini et və namazda bir əlin o birinin üzərinə qoyulmağında saq əl sol əlin üzərinə qoyur.

Bu hədisdə diqqətinizi 3 şeyə cəlb etmək istəyirəm:

1. Hədis "mürsəl"dir. Əbdül-Kərim səhabə olmadığından hədisi kimdən rəvayət etdiyi bilinmir.
2. Əbdül-Kərim zəif ravidir. Həmçinin Mədinə əhlindən olmadığı üçün Malik onu yaxşı tanıya bilməzdi. (Aşağıda onun haqqında məlumat ala bilərsiniz )
3. Ravilərdən biri olan Malik İbn Ənəsin yuxarıda gördüyünüz "Mudəvvinə" kitabinda bu hədisin tam əksinə olan cavabı.

"Muvəttə" Malik İbn Ənəs
Əbdül-Kərim b. Əbul-Muxariq


قال ( ويعتمد بيده اليمنى على اليسرى تحت السرة ) لقوله عليه الصلاة والسلام { إن من السنة وضع اليمين على الشمال تحت السرة } وهو حجة على مالك رحمه الله في الإرسال ، وعلى الشافعي رحمه الله في الوضع على الصدر ، ولأن الوضع تحت السرة أقرب إلى التعظيم وهو المقصود

Dedi: (Göbəyin altında sağ əl ilə sol əlinə dəstək verir) Onun (peyğəmbər s.a.s.-in) "Göbəyin altında sağ əli sol əlin üzərinə qoymaq sunnətdəndir" kəlamına əsasən. Bu Malikin -Allah ona rəhmət etsin- əllərini aşağı boş buraxmasına, Şafiinin -Allah ona rəhmət etsin isə əllərini sinəsinin üzərinə qoymağına qarşı dəlildir. çünki əlləri göbəyin altinda qoymaq tə`zimə daha yaxındır və məqsəd də budur.

Burada isə bir daha Malik İbn Ənəsin namazda əllərini aşağıya doğru sallamasına, həmçinin əhli-sünnə fiqhində əllərin qoyulma yerində ixtilafın olmasını müşahidə edirik.

"Fəthul-Qədir" Kəmaluddin b. Əbdul-Vahid (İbn Əl-Həmmam) Hənəfi məzhəbinin fiqhi


وحدثني عن مالك عن أبي حازم بن دينار عن سهل بن سعد أنه قال كان الناس يؤمرون أن يضع الرجل اليد اليمنى على ذراعه اليسرى في الصلاة قال أبو حازم لا أعلم إلا أنه ينمي ذلك

Malik--Əbu Hazim b. Dinar--Səhl b. Sə'd dedi: Camaata namazda sağ əli sol əl üzərinə qoymaq əmr olunardı. Əbu Hazim dedi: Onun (Səhl b. Sə'din) nisbət verdiyindən başqa bir şey bilmirəm.

Bu hədisin raviləri rical alimlərinə görə siqədirlər. Lakin:

1. Hədisin mətnində camaat əmr olunurdu deyilir. Bu cür hədis "mərfu" deyil "hökmən rəf" hədis adlanır. Bu isə "mərfu" hədisdən aşağı hesab olunur.
2. Ravilərdən biri olan Malik İbn Ənəsin yuxarıda gördüyünüz "Mudəvvinə" kitabinda bu hədisin tam əksinə olan cavabı.
"Muvəttə" Malik İbn Ənəs

حدثنا عبد الله بن مسلمة عن مالك عن أبي حازم عن سهل بن سعد قال كان الناس يؤمرون أن يضع الرجل اليد اليمنى على ذراعه اليسرى في الصلاة

Abdullah b. Məsləmə-Malik-Əbu Hazim-Səhl b. Sə'd dedi: Camaata namazda sağ əli sol əl üzərinə qoymaq əmr olunardı.

"Səhihul-Buxari"

Bu hədis eynilə yuxaridakı hədisdir. Fəqət 1 ravi Abdullah b. Məsləmə fərqi ilə.Yuxarıda deyilənlər bu hədisə də şamil olunur.
Bu barədə "Səhihul-Buxari"də yalnız bir hədis var.

حَدَّثَنَا أَبُو تَوْبَةَ، حَدَّثَنَا الْهَيْثَمُ، - يَعْنِي ابْنَ حُمَيْدٍ - عَنْ ثَوْرٍ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى، عَنْ طَاوُسٍ، قَالَ كَانَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَضَعُ يَدَهُ الْيُمْنَى عَلَى يَدِهِ الْيُسْرَى ثُمَّ يَشُدُّ بَيْنَهُمَا عَلَى صَدْرِهِ وَهُوَ فِي الصَّلاَةِ ‏.‏

Əbu Təubə---Əl-Heysəm ibn Humeyd---Səur, Suleyman b. Musa, Tavus b. Keysanın belə dediyini bizə xəbər verdi: Peyğəmbər s.a.s. namaz qılarkən sağ əlini, sol əlinin üzərinə qoyub sinəsinə sıxardı.
"Sunən Əbu Davud" 759-cu hədis

Bu hədisdə 3 problem var:

1. Səur b. Yezid. Bu ravi barədə müxtəlif fikirlər söyləyirlər. Onun siqə olduğunu da deyən var, zəif olduğunu da. Onun barədə məşhur olan şey "qədəri" olmağıdır. Yə`ni əqidəsində problemi var. Həmçinin atası Müaviyə ilə birlikdə Əli a.s.-a qarşı vuruşub. Buna görə də o, Əli a.s. barədə söhbət olduqda "Atamı öldürən kişini sevmirəm" dediyi rəvayət olunur. (İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 2/30)

2.Əl-Heysəm b. Humeyd. Bu ravidə həmçinin şeyxi Səur b. Yezid kimi "qədəri" olubdur. Bə`ziləri onu siqə, digərləri isə zəif hesab edir. (İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 11/81)

3. Hədis mursəldir. Tavus b. Keysan tabein olduğundan peyğəmbəri görməyib.

حدثنا نصر بن علي أخبرنا أبو أحمد عن العلاء بن صالح عن زرعة بن عبد الرحمن قال سمعت ابن الزبير يقول صف القدمين ووضع اليد على اليد من السنة

Nəsr b. Əli---Əbu Əhməd---Əl-Alə b. Saleh---Zur`ə b. Əbdur-Rəhman---İbn Zubeyrindən belə eşitdiyini rəvayət edir: Ayaqları bir sirada qoymaq və əli əl üstə qoymaq namazın sunnəsindəndir.
"Sunən Əbu Davud" 754-cü hədis

Bu hədisdə bizə görə 3, əhli-sünnəyə gorə 2 problem var:

1.Zur`ə b. Əbdur-Rəhman. . Bu hədisdən başqa hədis rəvayət etdiyi bilinmir, yə`ni məchuldur. Həmçinin hədis öyrənməyi və s. mə`lum deyil. (İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 3/281)

2. Əl-Alə b. Saleh. Bə`ziləri onun siqə olduğunu deyir, digərləri isə əksinə. Buxari ona tabe olmamaqı deyir. (İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 8/164)

3. Abdullah b. Zubeyr. Bizə görə əhli-beytin düşməni, əhli-sünnəyə görə sössüz ki, fəzilət sahibidir. "Cəməl" döyüşündə xalası Aişə ilə birlikdə olaraq Əli a.s.-a qarşı vuruşub.


حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكَّارِ بْنِ الرَّيَّانِ، عَنْ هُشَيْمِ بْنِ بَشِيرٍ، عَنِ الْحَجَّاجِ بْنِ أَبِي زَيْنَبَ، عَنْ أَبِي عُثْمَانَ النَّهْدِيِّ، عَنِ ابْنِ مَسْعُودٍ، أَنَّهُ كَانَ يُصَلِّي فَوَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى الْيُمْنَى فَرَآهُ النَّبِيُّ صلى الله عليه وسلم فَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى الْيُسْرَى .

Muhammad b. Bəkkar b. Ər-Rəyyan---Huşeym b. Bəşir---Həccac b. Əbu Zeynəb---Əbu Osman Ən-Nəhdi---(Abdullah)İbn Məs`ud namaz qılarkən sol əlini sağ əlinin üzərinə qoymuşdu. Peyğəmbər s.a.s. onu gördü və sağ əlini sol əlinin üzərinə qoydu.
"Sunən" Əbu Davud 755-ci hədis


أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ، قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ، قَالَ حَدَّثَنَا هُشَيْمٌ، عَنِ الْحَجَّاجِ بْنِ أَبِي زَيْنَبَ، قَالَ سَمِعْتُ أَبَا عُثْمَانَ، يُحَدِّثُ عَنِ ابْنِ مَسْعُودٍ، قَالَ رَآنِي النَّبِيُّ صلى الله عليه وسلم وَقَدْ وَضَعْتُ شِمَالِي عَلَى يَمِينِي فِي الصَّلاَةِ فَأَخَذَ بِيَمِينِي فَوَضَعَهَا عَلَى شِمَالِي ‏.

........Huşeym( b. Bəşir)---Həccac b. Əbu Zeynəb---Əbu Osman Ən-Nəhdi---(Abdullah) İbn Məs`ud dedi: Namazda sol əlimi sağ əlimin üzərinə qoyanda peyğəmbər s.a.s. məni görüb sağ əlimi sol əlimin üzərinə qoydu.
"Sunən" Ən-Nəsai 896-cı hədis


حَدَّثَنَا أَبُو إِسْحَاقَ الْهَرَوِيُّ، إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللَّهِ بْنِ حَاتِمٍ أَنْبَأَنَا هُشَيْمٌ، أَنْبَأَنَا الْحَجَّاجُ بْنُ أَبِي زَيْنَبَ السُّلَمِيُّ، عَنْ أَبِي عُثْمَانَ النَّهْدِيِّ، عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ، قَالَ مَرَّ بِي النَّبِيُّ ـ صلى الله عليه وسلم ـ وَأَنَا وَاضِعٌ يَدِي الْيُسْرَى عَلَى الْيُمْنَى فَأَخَذَ بِيَدِي الْيُمْنَى فَوَضَعَهَا عَلَى الْيُسْرَى ‏.‏

......Huşeym( b. Bəşir)---Həccac b. Əbu Zeynəb Əs-Sələmi---Əbu Osman Ən-Nəhdi---Abdullah İbn Məs`ud dedi: Peyğəmbər s.a.s. yanımdan keçirdi. Mən sol əlimi sağ əlimin üzərinə qoymuşdum. O, mənim sağ əlimdən tutub sol əlimin üzərinə qoydu.
"Sunən" İbn Macə 860-cı hədis

Bu hədisi Əbu Osman Ən-Nəhdi Abdullah İbn Məs`uddan rəvayət edib. 3 hədis kitabında mətnindəki ixtilaflar göz qabağındadır.

1.Həccac b. Əbu Zeynəb. Bu ravı barədə ixtilaflar var. Bə`ziləri onu siqa, Nəsai, Əhməd b. Hənbəl və s. is' onu zəif hesab etmışlər. Əd-dar Qutni onu bir yerdə zəif digər yerdə isə siqa hesab etmışdır.(İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 2/177) Əl-Əqili İbn Məs`uddan olan bu hədis barədə demişdir:"Ona tabe olunmaz".(Əl-Əqili "Əd-Duəfa" 1/283)

2. Huşeym b. Bəşir. Bu ravı barədə də ixtilaflar var. Lakin çoxları onun müdəllis olduğunda ittifaq etmışlər.
İbn Macənin "Sunən"ində bu hədisi Huşeym b. Bəşirdən Əbu İshaq rəvayət etmişdir. Əbu İshaq h.178-də anadan olub. Huşeym b. Bəşir isə h.183-də dünyadan köçüb. Yə`ni Əbu İshaq max. 5 yaşında Huşeym b. Bəşiri görüb. Deməli sənəddə diqqətsizlik var.
Ən-Nəsainin rəvayətində Huşeym b. Bəşir Həccac b. Əbu Zeynəbdən an`ana ilə rəvayət edir. Onun ö`zündən bir-başa eşitdiyi bildirilmir.


حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ الْوَاسِطِيُّ يَعْنِي الْمُزَنِيَّ، حَدَّثَنَا أَبُو يُوسُفَ الْحَجَّاجُ يَعْنِي ابْنَ أَبِي زَيْنَبَ الصَّيْقَلَ، عَنْ أَبِي سُفْيَانَ، عَنْ جَابِرٍ، قَالَ مَرَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِرَجُلٍ وَهُوَ يُصَلِّي وَقَدْ وَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى الْيُمْنَى فَانْتَزَعَهَا وَوَضَعَ الْيُمْنَى عَلَى الْيُسْرَى‏.‏

.........Əbu Yusuf Əl-Həccac b. Əbu Zeynəb---Əbu Sufyan(Təlhə b. Nafi)---Cabir(b. Abdullah) rəvayət edir: Peyğəmbər namaz qılan bir kişinin yanından keçirdi. O, sol əlini sağ əlinin üzərinə qoymuşdu. Peyğəmbər onun əlini ayırıb sağ əlini sol əlinın üzərinə qoydu.
"Musnəd Əhməd" 14558-ci hədis

1.Əbu Yusuf Əl-Həccac b. Əbu Zeynəb. Bu ravi barədə yuxarıda mə`lumat verdik.

2. Əbu Sufyan Təlhə b. Nafi. Bə`ziləri onun Cabir b. Abdullahdan yazılı şəkildə 4 hədisi olduğunu deyirlər. Buxari bu 4 hədisi rəvayət edib. Lakin bu hədis onların içində yoxdur.(İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 5/24).

Bundan başqa fikir versəniz yuxarıda Həccac b. Əbu Zeynəbın rəvayət etdiyi hədisdə İbn Məs`udun bu cür etdiyi deyilirdi. Bu hədisdə isə eyni ravidən bir kişinin bu cür etdiyini və Cabir b. Abdullahın bunu gördüyü deyilir.

Başqa maraqlı bir məqamı nəzərinizə çatdırmaq istərdim:

حدثنا يزيد قال : أخبرنا الحجاج بن أبي زينب قال : حدثني أبو عثمان أن النبي صلى الله عليه وسلم مر برجل يصلي وقد وضع شماله على يمينه فأخذ النبي صلى الله عليه وسلم يمينه ووضعها على شماله

Yezid (b. Harun)--Həccac b. Zeynəb--Əbu Osman (Ən-Nəhdi) rəvayət edir. Peyğəmbər s.a.s. namaz qılan bir kişinin yanından keçirdi. O, sol əlini sağ əlinin üzərinə qoymuşdu. Peyğəmbər s.a.s. onun sağ əlini sol əlinin üzərinə qoydu.
"Əl-Musənnəf" Abdullah b. Muhammad b. Əbu Şeybə

 

Fikir versəniz eyni mətnli hədisi yenə Həccac b. Zeynəb Əbu Osman Ən-Nəhdidən rəvayət edir. Əbu Osman bu dəfə hədisi Cabir b. Abdullahdan yox bir-başa Peyğəmbər s.a.s-dən rəvayət edir. Bu hədis mursəldir. Belə ki, Əbu Osman Peyğəmbər s.a.s.-i görməyibdir.

Nəticə: Görünür ki, Həccac b. Zeynəb bu hədisi uydurmuş və hər dəfə bir şəkildə rəvayət etmişdir. Allahu Ə`ləm!

Yeri gəlmişkən həmin bu "Əl-Musənnəf" kitabında əllərin aşağıya doğru sallayıb namaz qılanlardan 5 hədis rəvayət edir:

حدثنا أبو بكر قال : حدثنا هشيم عن يونس عن الحسن ومغيرة عن إبراهيم أنهما كان يرسلان أيديهما في الصلاة


Əbu Bəkr bizə xəbər verdi: Huşeym (b. Bəşir)--Yunis (b. Ubeyd)--Əl-Həsən və Muğırə--İbrahimdən onların əllərini sallayaraq namaz qıldıqlarını rəvayət etdi.


Yuxarıda Huşeym b. Bəşirin İbn Məs`uddan olan sağ əli sol əlin üzərinə qoymaq barədə hədisi görmüşdük.


حدثنا عفان قال : حدثنا يزيد بن إبراهيم قال : سمعت عمرو بن دينار قال : كان ابن الزبير إذا صلى يرسل يديه

Əffan bizə xəbər verdi: Yezid b. İbrahim--Əmr b. Dinar (Abdullah)İbn Zubeyrin namaz qılarkən əllərini aşağı salladığını rəvayət etdi.

Yuxarıda Əbu Davudun "Sunən"ində 754-cü hədisdə Abdullah b. Zubeyr namazda sağ əlin sol əl üzərinə qoyulmasının sünnə olduğunu bildirmişdi. Bu hədisdə isə onun əllərinin aşağı sallayaraq namaz qıldığı bildirilir. Qəribə deyilmi?


حدثنا ابن علية عن ابن عون عن ابن سيرين أنه سئل عن الرجل يمسك يمينه بشماله قال : إنما فعل ذلك من أجل الدم

........İbn Sirindən (namazda) sağ əli ilə sol əlini tutan kişi barədə soruşuldu.(bunun səbəbini) Dedi: O, bunu qanın səbəbinə edibdir.

 

حدثنا عمر بن هارون عن عبد الله بن يزيد قال : ما رأيت ابن المسيب قابضا يمينه في الصلاة كان يرسلها

...........Abdullah b. Yezid dedi: İbn Əl-Museyyibi namazda əllərini tutan görməmişəm. O, (əllərini) sallayırdı.

حدثنا يحيى بن سعيد عن عبد الله بن العيزار قال : كنت أطوف مع سعيد بن جبير فرأى رجلا يصلي واضعا إحدى يديه على الأخرى هذه على هذه وهذه على هذه فذهب ففرق بينهما ثم جاء

Yəhya b. Səid---Abdullah b. İzardan bizə xəbər verərək dedi: Səid b. Cubeyr ilə təvaf edirdim. (Səid b. Cubeyr) Bir kişinin əllərindən bir-birinin üzərinə qoyub namaz qıldığını gördü. (Səid b. Cubeyr)Ona yaxınlaşıb əllərini bir-birindən araladı və gəldi.
"Əl-Musənnəf" Abdullah b. Muhammad b. Əbu Şeybə

Musənnəf kitabları barədə qısa mə`lumat: Bu kitablar da Sunən və Cami` kimi hədis kitabıdır. Əsas fərqi ondan ibarətdir ki, bu kitablarda mərfu hədislərlə yanaşı movquf və məqtu hədislərdə öz əksini tapır. Yuxarida Əbu Şeybənin "Əl-Musənnəf"indən namazda əllərin aşağı sallanması barədə olan hədislər buna bir misaldır. Movquf hədis dedikdə səhabələrin, məqtu dedikdə isə tabeinlərin söz və fe`lləri ilə bağlı olan hədislər nəzərdə tutulur. Bu kitabların da əhli-sünnə hədis mənbəyində mühüm yeri var.

 

Страница 1 из 712345»
Рейтинг

В этом разделе