Namazda əllərin bir birinin üzərinə qoyulması

»»

Namazda əllərin bir birinin üzərinə qoyulması

  1. I hissə
  2. II hissə
  3. III hissə
  4. IV hissə
  5. V hissə
  6. VI hissə
  7. VII hissə
VII hissə

 

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَحْبُوبٍ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ إِسْحَاقَ، عَنْ زِيَادِ بْنِ زَيْدٍ، عَنْ أَبِي جُحَيْفَةَ، أَنَّ عَلِيًّا، - رضى الله عنه - قَالَ السُّنَّةُ وَضْعُ الْكَفِّ عَلَى الْكَفِّ فِي الصَّلاَةِ تَحْتَ السُّرَّةِ

Muhəmməd b. Məhbub--Həfs b. Ğiyas--Əbdur-Rahman b. İshaq--Ziyad b. Zeyd--Əbu Cuheyfə--Əli r.a.-in belə dediyini bizə rəvayət etdi: "Namazda sağ əli sol əlin üzərində, göbəkdən aşağıda tutmaq sünnətdir."
Əbu Davud "Sunən" 756-ci hədis

Əli (ə)-dan bu barədə 2 hədis var. Birini Əbu Davud, digərini isə Əhməd b. Hənbəl rəvayət etmişdir.

Ziyad b. Zeyd. İbn Həcər Asqalani yazır:

قال أبو حاتم مجهول روى له أبو داود حديثا واحدا عن علي

Əbu Hatim dedi: Məchuldur. Əbu Davud onun Əlidən olan bir hədisini rəvayət etmişdir.
İbn Həcər "Təhzib" Ziyad b. Zeyd

Əbdur-Rahman b. İshaq. Bu ravi barədə rical alimləri xoşa gələn bir şey söyləməmişlər. İbn Həcər "Təhzib" Abdur-Rəhman b. ishaq.
Görünür ki, Abdur-Rahman b. İshaq hədisi uyduraraq Ziyad b. Zeyd kimi məchul bir kəsə nisbət vermişdir.

Sonunda vəhhabilər üçün: Albani "Ət-Tac" kitabının tənqidində bu hədis barədə deyir:

إن هذا الحديث ضعيف باتفاق علماء الحديث

"Bu hədisin zəif olmasında hədis alimləri ittifaq etmişlər"
Mənbə Albaninin rəsmi saytı

Əli a.s.-dan digər hədisi Cərir Əd-Dabbi rəvayət edir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ، - يَعْنِي ابْنَ أَعْيَنَ - عَنْ أَبِي بَدْرٍ، عَنْ أَبِي طَالُوتَ عَبْدِ السَّلاَمِ، عَنِ ابْنِ جَرِيرٍ الضَّبِّيِّ، عَنْ أَبِيهِ، قَالَ رَأَيْتُ عَلِيًّا - رضى الله عنه - يُمْسِكُ شِمَالَهُ بِيَمِينِهِ عَلَى الرُّسْغِ فَوْقَ السُّرَّةِ ‏.‏ قَالَ أَبُو دَاوُدَ وَرُوِيَ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ فَوْقَ السُّرَّةِ ‏.‏ وَقَالَ أَبُو مِجْلَزٍ تَحْتَ السُّرَّةِ ‏.‏ وَرُوِيَ عَنْ أَبِي هُرَيْرَةَ وَلَيْسَ بِالْقَوِيِّ

......................İbn Cərir Əd-Dabbi atasından (Cərir Əd-Dabbidən) bizə bu cür dediyini rəvayət etdi: "Əli r.a.-i sağ əli ilə sol əlinin biləyindən göbəkdən yuxarıda tutduğunu gördüm."
Əbu Davud dedi: Səid b. Cubeyrdən göbəkdən yuxarı rəvayət olunub.
Əbu Micləz dedi: Göbəkdən aşağı.
Əbu Hureyrədən rəvayət olundu, lakin, qüvvətli deyil.

Əbu Davud "Sunən" 757-ci hədis

 

Cərir Əd-Dabbi. əz-Zəhəbi yazır:

جرير الضبى [ د ]. عن على. وعنه ابنه غزوان. لا يعرف

Cərir əd-Dabbi. Əlidən və oğlu Ğəzvan ondan rəvayət etmişdir. Tanınmır.

Əz-Zəhəbi "Mizanul-İtidal" 1474-cü ravi


İbn Hibban yazır:

جرير الضبي يروى عن على روى عنه ابنه غزوان

Cərir əd-Dabbi Əlidən rəvayət edir. Ondan Oğlu Ğazvan rəvayət etdi.

İbn Hibban "Əs-Siqat" 4/108

 

Əvvəlki yazılarda Albaninin İbn Hibbanı mutəsahillərdən hesab etdiyini görmüşük. Ümumiyyətlə barəsində cərh bilmədiyi ravini "əs-Siqat" kitabında qeyd etmək İbn Hibbanın məzhəbidir.
Məsələn: Vəhhabinin lap zırından (murdarından olan) Şeyx Muhəmməd əl-Əmin İbn Hibban barədə yazır:

و ابن حبّان قد يذكر الرجل في كتابه "الثّقات" مع أنه لا يعرفه. وقد ظن بعض العلماء أن هذا توثيق له، وهو خطأ فادح. فقد يذكر رجلاً في كتابه الثقات ثم يجرحه في كتابه المجروحين

İbn Hibban bə`zən bir şəxsi (ravini) "Əs-Siqat (e`timadlı ravilər)" kitabında qeyd edir, lakin bununla belə onu tanımır. Bə`zi alimlər elə zənn etmişlər ki, o, (ibn Hibban) bununla həmin ravini e`timadlı hesab etmişdir. Bu böyük səhvdir. O, bə`zən bir şəxsi "əs-Siqat" kitabında qeyd edir, sonra "əl-Məcruhin (Cərh olunmuşlar)" kitabında onu cərh edir.

Bundan əvvəl və sonra vəhhabi şeyxi Muhəmməd əl-Əmin yazıq İbn Hibbanın qabırğasına sitatlarla və öz fikirləri ilə döşəyərək yazır:

قلت أيما كان السبب فهو دليلٌ على ضعف توثيقه

Deyirəm: Səbəb nə olursa olsun, bu onun (İbn Hibbanın) kiminsə e`timadlı, güvənilir hesab etməsində zəif olduğuna dəlildir.

Sonda isə yazır:

فالخلاصة أن مجرد ذكر ابن حبان للرجل في كتابه "الثقات" لا يفيد توثيقاً يعتد به

"Xülasə İbn Hibbanın bir şəxsi "əs-Siqat" kitabında qeyd etməyi hələ onun e`timadlı hesab olunması üçün faydalı deyil."

Şeyx Muhəmməd əl-Əmin "İbn Hibbanın mənhəci"

Deməli əz-Zəhəbinin sözü hələki qüvvədə qalır, yə`ni Cərir əd-Dəbbi tanınmır. Vəhhabilərdən Cərir əd-Dabbi barədə gücənmək istəyən varsa buyursun.

 

Növbəti hədisi muksirunun lideri, torbası yalanlarla dolu, yəhudi ustadının üzünü ağ etmiş, Müaviyyənin (Allahın lənəti ona və oğlu Yezidə olsun) qulu Əbu Hureyrə rəvayət edir:

حَدَّثَنَا مُسَدَّدٌ، حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ إِسْحَاقَ الْكُوفِيِّ، عَنْ سَيَّارٍ أَبِي الْحَكَمِ، عَنْ أَبِي وَائِلٍ، قَالَ قَالَ أَبُو هُرَيْرَةَ أَخْذُ الأَكُفِّ عَلَى الأَكُفِّ فِي الصَّلاَةِ تَحْتَ السُّرَّةِ ‏.‏ قَالَ أَبُو دَاوُدَ سَمِعْتُ أَحْمَدَ بْنَ حَنْبَلٍ يُضَعِّفُ عَبْدَ الرَّحْمَنِ بْنَ إِسْحَاقَ الْكُوفِيَّ

............................Abdur-Rahman b. İshaq.......................Əbu Hureyrənin belə dediyini bizə rəvayət etdi:....................................Əbu Davud dedi: Eşitdim ki, Əhməd b. Hənbəl Abdur-Rahman b. İshaq əl-Kufinin zəif olduğunu deyir.
Əbu Davud "Sunən" 758-ci hədis

Abdur-Rahmanın nə mal olduğunu bir az öncə görmüşdük. Yuxarıdakı hədislədə mətnin eyni olması bir daha bu hədisin Abdur-Rahmanın fantaziyası olduğunu sübut edir.

İbn Həcər "Təhzib" Ğudeyf b. əl-Haris

əz-Zəhəbi "Siyər" Ğudeyf b. əl-Haris

Əhməd b. Hənbəl "Musnəd" 21991-ci hədis

حديث غضيف بن الحرث رضي الله تعالى عنه

əl-Beyhəqi "Sunən" 2376-cı hədis

Növbəti hədis.

21991
حدثنا عبد الرحمن بن مهدي حدثنا معاوية عن يونس بن سيف عن الحارث بن غطيف أو غطيف بن الحارث قال ما نسيت من الأشياء لم أنس أني رأيت رسول الله صلى الله عليه وسلم واضعا يمينه على شماله في الصلاة

......Namazda Rəsulallah s.a.s.-i sağ əlini sol əlinin üzərinə qoyduğunu gördüm
Əhməd b. Hənbəl "Musnəd" 21991-ci hədis

İlk öncə hədisin sənədində "əl-Haris b. Ğuteyf və yaxud Ğuteyf b. əl-Haris" ifadəsinə toxunmaq istərdim. Bəli, gördüyünüz kimi hədisi Peyğəmbər s.a.s.-ə nisbət verən ravinin adında ixtilaf vardır. Həmçinin bu ravinin adını Ğuteyf yox, Ğudeyf kimi qeyd edənlərdə vardır.

Məsələn İbn Həcər Əsqalaninin "Təhzib" kitabından bu ravi haqqında məlumatlardan bəzilərini qısa tərcümə edirəm:

Ğudeyf. Bə`ziləri Ğuteyf b. əl-Haris adlandırırlar. غضيف ويقال غطيف بن الحارث

Səhabə olmağında ixtilaf vardır. مختلف في صحبته

İbn Əbi Hatim atasından və Əbu Zər`ədən rəvayət edərək onun səhabə olduğunu bildirir. قال بن أبي حاتم قال أبي وأبو زرعة غضيف بن الحارث له صحبة

İbn Sa`d "ət-Təbəqat"ında onun Şam əhlindən olan Tabii olduğunu bildirir.وقال بن سعد في الطبقة الأولى من تابعي أهل الشام

əl-İcli də onun Şamlı tabii olduğunu bildirir. وقال العجلي عضيف بن الحارث شامي تابعي

Daha geniş mə`lumat üçün "Təhzib" kitabına ssılka verirəm.

İbn Həcər "Təhzib" "Adı Ğudeyf olanlar"

Həmçinin əl-Beyhəqi də "Süunən əl-Kubra" kitabında Ğudeyf b. əl-Harisin bu cür hədis rəvayət etdiyini bildirir. Lakin əl-Beyhəqi onun adını əl-Haris b. Ğudeyf kimi qeyd edir.

و روينا عن الحارث بن غضيف الكندي و شداد بن شرحبيل الأنصاري أن كل واحد منهما رأى النبي صلى الله عليه و سلم فعل ذلك

əl-Beyhəqi "Sunən əl-Kubra" "Namazda sağ əlin sol əl üzərinə qoyulması" fəsli

Hədisin digər ravisi Yunis b. Seyfdir. Bu ravinin də adında ixtilaf vardır. Belə ki, bə`ziləri onun adını Yusif b. Seyf kimi qeyd etmişlər.
İbn Həcər Əsqalani "Təhzib" Yunis b. Seyf"


Növbəti ravi Muaviyə b. Salih haqqında da ixtilaflı fikirlər vardır. Nümunə üçün:

Əli b. Əl-Mədini Yəhya b. Saidin ondan hədis almadığını bildirir. وقال علي بن المديني عن يحيى بن سعيد ما كنا نأخذ عنه

Əbu Salih əl-Fərra Əbu İshaq əl-Fəzaridən rəvayət edərək bildirir: "O, hədis rəvayət ediləsi biri deyil". وقال أبو صالح الفراء عن أبي إسحاق الفزاري ما كان بأهل أن يروي عنه

Həmçinin Əndulus (Müsəlman İspaniyası) hökmdarından hədiyyələr aldığı da bildirilir. فقال ما هذا قال شيء يهديه إلي صاحب الأندلس

İbn Həcər Əsqalani "Təhzib" 10/190


Bir çox vəhhabilər Maliki məzhəbində namazın əli açıq qılınmasını ümumiyyətlə inkar edirlər. Onların nəzərinə bəzi alimlərinin sözlərini çatdırmaq istərdim. Hənbəli fəqihlərinin böyüklərindən Əbu Muhamməd, Abdullah ibni Əhməd ibni Qudamə (541-620 h/ 1146-1223 m) bu haqda deyir:

أما وضع اليمنى على اليسرى في الصلاة ، فمن سنتها في قول كثير من أهل العلم ، يروى ذلك عن علي ، وأبي هريرة ، والنخعي ، وأبي مجلز ، وسعيد بن جبير ، والثوري ، والشافعي وأصحاب الرأي ، وحكاه ابن المنذر عن مالك
وظاهر مذهبه الذي عليه أصحابه إرسال اليدين ، وروي ذلك عن ابن الزبير ، والحسن

"Namazda, sağ əli sol əlin üzərinə qoymağa gəlincə, elm əhlinin çoxunun görüşünə görə bu namazın sünətlərindəndir.
Bu Əlidən, Əbu Hureyrədən, Nəxaidən, Əbu Micləzdən, Said bin Cubeyrdən, Səvridən, Şafidən və Rəy əshabından rəvayət olunmuşdur. Bu görüşü İbn Munzir İmam Malikdən rəvayət etmişdir.
Lakin, onun (Malikin) məzhəbində zahir/üstün görüş əllərin yana salınmasıdır ki, məzhəbin alimləri də bu görüşdədirlər.
Həmçinin bu, İbn Zubeyr və Həsən Əl Bəsridən də rəvayət edilmişdir.
"

Qaynaq: İbn Qudamə: Əl Muğni: 1/514 Darul Kitabil Arabi

Bəzi savadsızlar bu hədisə cavab olaraq: "Malikin yalnız bir tələbəsi İbn əl-Qasim deyib ki, Malik açıq əllərlə namaz qılmağı söyləyib" - deyirlər.

Əbdur-Rəhman b. əl-Qasim "Mudəvvinə" kitabında Malik b. Ənəsin müxtəlif rə`ylərini bəyan edib.
Yuxarida sələfilərin "yalnız bir tələbəsi" dedikdə sankı bu tələbə bazarda kartof satan olub. Əslində isə İbn əl-Qasim rical alimlərinə görə siqa, saleh, fəqih və s.-dir.

Məsələn:

İbn Əbi Hatim "Əc-cərh vat-ta`dil" kitabında Əbu Zər`ənin İbn əl-Qasimin siqa və saleh birisi olduğunu bildirir.

سئل أبو زرعة عنه فقال مصرى ثقة رجل صالح

İbn Əbi Hatim "Əc-cərh vat-ta`dil"5/279

Həmçinin İbn Hibban "əs-Siqat" kitabında onun xeyrli və fəzilətli biri olduğunu bildirir. وكان خيرا فاضلا
İbn Hibban "əs-Siqat" 8/374

İbn Həcər Əsqalani onun fəqih və siqa olduğunu bildirir.

عبد الرحمن بن القاسم بن خالد بن جنادة العتقي بضم المهملة وفتح المثناة بعدها قاف أو عبد الله المصري الفقيه صاحب مالك ثقة من كبار العاشرة مات سنة إحدى وتسعين خ مد س

İbn Həcər Əsqalani "Təqribut-təhzib" 1/348

Страница 7 из 7«34567
Рейтинг

В этом разделе