Namazda əllərin bir birinin üzərinə qoyulması

»»

Namazda əllərin bir birinin üzərinə qoyulması

  1. I hissə
  2. II hissə
  3. III hissə
  4. IV hissə
  5. V hissə
  6. VI hissə
  7. VII hissə
V hissə

Alqamə b. Vail barədə:

Bir rəvayətdə gəlir ki:

قال أبو داود حدثنا عبيد الله بن ميسرة الجشمي ثنا عبد الوارث هو ابن سعد ثنا محمد بن جحادة حدثني عبد الجبار بن وائل قال كنت غلاما لا أعقل صلاة أبي فحدثني علقمة بن وائل عن وائل بن حجر قال صليت مع رسول الله

"Əbu Davud dedi: Ubeydullah bin Meysərə əl-Cəşmi bizə rəvayət etdi: Abdulvaris - və o, İbn Sad'dır - bizə rəvayət etdi: Muhamməd bin Cəhadə bizə rəvayət etdi: Abdulcəbbar bin Vail mənə rəvayət etdi: "Mən uşaq idim və atamın necə namaz qıldığını ağlım çatmırdı və Alqamə bin Vail mənə Vail bin Hucr'dan rəvayət etdi: Allahin Elçisi ilə namaz qıldım...."

Əbu Davudun "Sunən"ində yazılıb:

حدثنا عبيد الله بن عمر بن ميسرة الجشمي حدثنا عبد الوارث بن سعيد قال حدثنا محمد بن جحادة حدثني عبد الجبار بن وائل بن
حجر قال كنت غلاما لا أعقل صلاة أبي قال فحدثني وائل بن علقمة عن أبي وائل بن حجر قال صليت مع رسول الله صلى الله عليه


...................Abdul-Cəbbar b. Vail b. Hucr mənə rəvayət etdi: Mən uşaq idim və atamın namazı necə qılmağına əqlim çatmırdı. Dedi: Mənə Vail b. Alqamə atam Vail b. Hucrdən rəvayət etdi.........
Əbu Davud "Sunən" 723-cü hədis


Mətnlərdəki qırmızı ilə qeyd olunan və nəzərə çarpan fərq maraqlıdır. Bu fərqi 2 ssılka ilə yoxladım. Amma bu o qədər də önəmli deyil. Önəmli olan Abdul-Cəbbarın bu sözləri deməsidir. Yuxarida Buxarinin sözlərindən də gördük ki, Abdul-Cəbbar atasının vəfatından sonra dünyaya gəlib. Belə çıxır ki, bu sözləri deyən Abdul-Cabbar yox qardaşı Alqamədir. Bunu təsdiqləyən də var. İbn Həcər yazır:

نص أبو بكر البزار على أن القائل كنت غلاما لا أعقل صلاة أبي هو علقمة بن وائل لا أخوه عبد الجبار وقال الترمذي سمعت محمد يقول عبد الجبار لم يسمع من أبيه ولا أدركه وقال بن حبان في الثقات من زعم أنه سمع أباه فقد وهم لأن أباه مات وأمه حامل به وقال البخاري لا يصح سماعه من ابية مات أبوه قبل أن يولد

Əbu Bəkr Əl-Bəzzar bildirir ki, "Mən uşaq idim və atamın namazı necə qılmağına əqlim çatmırdı." sözlərini deyən Alqamədir, qardaşı Abdul-Cəbbar deyil. Tirmizi dedi: Muhəmmədin "Abdul-Cəbbar atasından nə eşitməyib, nədə ki, görməyib" dediyini eşitdim. İbn Hibban "Əs-Siqat"da dedi: Kim desə ki, o, (Abdul-Cəbbar) atasını eşidib vəhm etmişdir, çünki onun atası öləndə anası ona hamilə idi. Buxari dedi: Onun atasından eşitməyi doğru deyil. Atası o, doğulmamışdan öncə vəfat etmişdir.
İbn Həcər "Təhzubut-Təhzib" "Abdul-Cəbbar b. Vail"

Nəticə:
Əgər bu sözləri deyən Alqamədirsə onun rəvayəti atasının namazını dərk etməyən uşağın rəvayətidir. Bu isə öz növbəsində Alqamə yolu ilə rəvayət olunan hədislərin qarşısında sual işarəsinin qoyulması deməkdir.

Həmçinin İbn Həcər "Təqrib"də yazır:

علقمة ابن وائل ابن حجر بضم المهملة وسكون الجيم الحضرمي الكوفي صدوق إلا أنه لم يسمع من أبيه

Alqamə b Vail b Hucr zəmməli muhmələ və sukunlu cim ilə Əl-Xadrami Əl-Kufi. Səduqdur lakin o, atasından eşitməyib.
İbn Həcər "Təqrib" Alqamə b. Vail

Deməli Alqamə b. Vail hədisi atasından eşitməmişdir. Bu isə öz növbəsində hədisin munqati olması deməkdir. İbn Həcər həmçinin Abdul-Cəbbarin da atasından eşitmədiyini söyləyir. Yə`ni aləm qarışdı bir-birinə. Nə Alqamə, nədə ki, qardaşı Abdul-Cəbbar ataları Vail b. Hucrdən eşitməmişlər.

Alqamə b Vail və Abdul-Cəbbar b. Vail qardaşları barədə nəticə:

1) Alqamə b. Vail

صدوق إلا أنه لم يسمع من أبيه

Səduqdur. Lakin atasından eşiməmişdir

İbn Həcər "Təqrib"

وحكى العسكري عن بن معين أنه قال علقمة بن وائل عن أبيه مرسل

Əl-Əskəri İbn Maindən hekayət etdi ki, Alqamə b Vail atasından mursildir (müasiri olmadığı və ya görüşmədiyi birisindən rəvayət edən ravi).

İbn Həcər "Təhzib"

علقمة بن وائل بن حجر عن أبيه قال ابن معين مرسل قلت هو في نفسه ثقة

Alqamə b. Vail b. Hucr. İbn Main dedi: Atasından mursildir. Mən (Əz-Zəhəbi) deyirəm: O, özü-özlüyündə siqadir.
Əz-Zəhəbi "Əl-Muğni fid-Duafa" "Alqamə b. Vail" və s.

 

2) Abdul-Cəbbar b. Vail

عبد الجبار بن وائل بن حجر الحضرمي عن أخيه عن أبيه قال محمد بن حجر ولد بعد أبيه لستة أشهر

Abdul-Cəbbar b Vail b. Hucr Əl-Xadrami qardaşından o da atasından. Muhəmməd b. Hucr dedi: Atasının vəfatından 6 ay sonra doğulmuşdur.
Əl-Buxari "ət-Tarix əl-Kəbir"

عبد الجبار بن وائل بن حجر الحضرمي وكان ثقة إن شاء الله قليل الحديث ويتكلمون في روايته عن أبيه ويقولون لو يلقه

Abdul-Cəbbar b. Vail b. Hucr Əl-Xadrami İnşaallah Siqa olubdur. Az hədis rəvayət etmişdir. Atasından olan rəvayətlərində nəzərlər var. Deyirlər ki, onunla (atası ilə) görüşməyibdir.
İbn Sa`d "Ət-Təbəqat"

عبد الجبار بن وائل بن حجر بضم المهملة وسكون الجيم ثقة لكنه أرسل عن أبيه

Abdul-Cəbbar b . Vail b. Hucr zəmməli muhmələ və sukunlu cim ilə. Siqadir. Lakin atasından irsal etmişdir (görüşmədən, eşitmədən rəvayət etmişdir).
İbn Həcər "Təqrib"

Bu barədə nümunələr çox gətirə bilərəm, lakin elə bilirəm kifayət edər. Yuxarıdakıları nəzərə alaraq nə Alqamə b. Vail, nədə ki, qardaşı Abdul-Cəbbar b. Vail atalarını görməmişlər. Həmçinin:

قال يحيى بن معين: وروايته ورواية أخيه عبد الجبار عن أبيهما مرسلة، لم يدركاه

Yəhya b. Main dedi: Onun(Alqamənin) və qardaşı Abdul-Cəbbarın atalarından olan rəvayəti mursəldir. Heç birisi atalarını görməmişdilər.
İmam Ən-Nəvəvi "Təhzibul-Əsma val-Luğat" 426-cı ravi

 

Üstəlik bunların üstünə iki qardaş hər ikisinin "Mən uşaq idim və atamın namazına əqlim çatmırdı"nı əlavə etsək tənaqüz alınır. Buyurun bu tənaqüzü həll edin.

İndi isə belə bir suallar qoymaq istəyirəm:

1) İki qardaşın atası səhabə Vail b. Hucr İslamı nə vaxt qəbul edib və Peyğəmbər s.a.s. ilə nə qədər müddət bir yerdə olub?

2) Vail b. Hucrdən oğlanları və Asim b. Kuleybın atası Kuleyb b. Şihab yoluyla rəvayət olunan hədislərin mətnlərində əllərin tutulma qaydası bir-biri ilə düz gəlirmi?

3) Vail b. Hucrdən Muhammad b. Cihadə yoluyla rəvayət olunan hədisdə Peyğəmbər s.a.s.-in paltarına bürünməsi deyilir. Bu halda onun əllərini necə qoymasını Vail b. Hucr necə təyin etmişdir?

Страница 5 из 7«1234567»
Рейтинг

В этом разделе