Namazda əllərin bir birinin üzərinə qoyulması

»»

Namazda əllərin bir birinin üzərinə qoyulması

  1. I hissə
  2. II hissə
  3. III hissə
  4. IV hissə
  5. V hissə
  6. VI hissə
  7. VII hissə
VI hissə

Növbəti hədisi Hulb Ət-Tai rəvayət etmişdir:

حَدَّثَنَا قُتَيْبَةُ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ، عَنْ قَبِيصَةَ بْنِ هُلْبٍ، عَنْ أَبِيهِ، قَالَ كَانَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَؤُمُّنَا فَيَأْخُذُ شِمَالَهُ بِيَمِينِهِ

Quteybə--Əbul-Əhvas--Simak b. Harb--Qabisə b. Hulb--atası (Hulb Ət-Tai) dedi: Rəsulallah s.a.s. bizə imamlıq edərdi və sağ əli ilə sol əlini tutardı.
Tirmizi "Sunən" 253-cü hədis "Namazda sağ əlin sol əl üzərinə qoyulması" fəsli

Tirmizi bu hədisin "həsən" olduğunu demişdir. Buna görə uzağa getmədən vəhhabilərin ulu ustadl olan Albanidən bir sitatla kifayətlənmək istərdim. Düzdür Albani bu sözləri bu hədisin şərhində yazmamışdır. Lakin, bu sözlər elə bir hədisin şərhində gəlmişdir ki, ravilər içində Simak b. Harb də yer almaqdadır, yəni bizim barəsində söz etdiyimiz hədisin ravilərindən biri.

لأن الترمذي معدود في جملة المتساهلين في تصحيح الأحاديث كالحاكم وابن خزيمة وابن حبان ونحوهم ، ولهذا قال الذهبي في " الميزان " (ص 33) :
"لا يعتمد العلماء على تصحيح الترمذي."

Çünki ət-Tirmizi hədislərin təshihində (hədis haqqında sihhət hökmünü verməkdə) əl-Hakim, İbn Xuzeymə, İbn Hibban və bunlara bənzərlər kimi "mütəsahil"lərdən (yetərincə araşdırmadan hədisə hökm verən alimlərdən) hesab olunur. Buna görə əz-Zəhəbi "əl-Mizan (səh. 33)" kitabında yazmışdır: "Alimlər ət-Tirmizinin hədis barədə sihhət hökmü verməsinə e`timad etmirlər.
Albaninin cavabı burada

Deməli Tirmizinin bu hədisi "həsən" hesab etməsinə etimad etmək düzgün deyil.

 

Simak b. Harb

Bu ravini bəziləri siqa, digərləri isə zəif hesab etmişlər. Mən bəzi nümunələr gətirim, vəhhabilər isə gücənmək istəsələr buyursunlar.

وروى أبو طالب ، عن أحمد ، قال : مضطرب الحديث

Əbu Talib Əhməddən rəvayət etdi: (Simak b. Harb) Muztaribul-hədisdir. (Yə`ni hədisi bir dəfə bir cür, digər dəfə isə başqa cür rəvayət edir).

وروى أحمد بن سعد ، عن ابن معين : ثقة ، وكان شعبة يضعفه

Əhməd b. Sa`d İbn Maindən rəvayət etdi: Siqadır. Şu`bə onu zəif hesab edirdi.

زكريا بن عدي ، عن ابن المبارك ، قال : سماك ضعيف في الحديث


Zəkəriyyə b. Addi İbn əl-Mübarəkdən rəvayət etdi: Simak hədisdə zəifdir.

Həmçinin onun barəsində "təlqin" və s. kimi cərh sifətlərini deyənlərdə var.


Qabisə b. Hulb

Bu ravi barədə də müxtəlif fikirlər söylənilir. Məsələn İbn Hibban və əl-İcli onu siqa etmişlər. Lakin yuxarıda Albaninin sözlərindən aydın oldu ki, İbn Hibban mütasahillərdəndir.
Digər tərəfdən isə İbn əl-Mədini ilə ən-Nəsai onu məchul hesab edirlər.

قال بن المديني مجهول لم يرو عنه غير سماك

İbn əl-Mədini dedi: Məchuldur. Ondan Simakdan başqa heç kəs rəvayət etməyib.

وقال النسائي مجهول

ən-Nəsai dedi: Məchuldur.

İbn Həcər "Təhzibut-Təhzib" 635-ci ravi

Yerdə qaldı Qabisa b. Hulbün atası Hulb ət-Tai
Qısa olaraq: Bu səhabənin əsl adının nə olduğunda ixtilaf vardır. "Hulb" (tüklü) bu səhabənin ləqəbidır. Mə`lum olan budur ki, o, keçəl olub. Peyğəmbər s.a.s. mübarək əlini onun başına çəkdikdən sonra başına tük gəlmişdir. İslamı Məkkə fəthindən sonra qəbul etdiyi və Peyğəmbər s.a.s.-i çox qısa müddət gördüyü də deyilir.

İbn əl-Əsir "Əsədul-ğabə" Hülb ət-Tai

Maraqlıdır sənədi bu gündə olan hədisə "həsən" hökmünü necə vermək olar?
Haqqında ixtilaf olan (Simak b. Harb), məchul olandan (Qabisə b. Hulb), o da adı doğru dürüst xatırlanmayan atasından (Hulb ət-Tai) rəvayət edir.

Hədisin mətni də o qədər xoşa gələn deyil. Bu hədisi Simak b. Harbdən Əbul-Əhvas və Süfyan rəvayət etmişdir. Əbul-Əhvas ilə Sufyanın rəvayət etdikləri hədislərin mətnlərində uyğunsuzluq var. Həmçinin Sufyandan bu hədisi Vaki və Yəhya rəvayət edir, özü də müxtəlif mətnlərlə:

حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ، عَنْ سُفْيَانَ، حَدَّثَنِي سِمَاكٌ، عَنْ قَبِيصَةَ بْنِ هُلْبٍ، عَنْ أَبِيهِ، قَالَ رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَنْصَرِفُ عَنْ يَمِينِهِ وَعَنْ يَسَارِهِ وَرَأَيْتُهُ قَالَ يَضَعُ هَذِهِ عَلَى صَدْرِهِ وَصَفَّ يَحْيَى الْيُمْنَى عَلَى الْيُسْرَى فَوْقَ الْمِفْصَلِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ، حَدَّثَنَا وَكِيعٌ، عَنْ سُفْيَانَ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ، عَنْ قَبِيصَةَ بْنِ الْهُلْبِ، عَنْ أَبِيهِ، قَالَ رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاضِعًا يَمِينَهُ عَلَى شِمَالِهِ فِي الصَّلَاةِ وَرَأَيْتُهُ يَنْصَرِفُ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ‏

Əhməd b. Hənbəl "Musnəd" 20961və 20962-ci hədislər

 

Əli bağlı namaz haqda bütün hədislərin zəif olmasına baxmayaraq vəhhabi üləmaları bunu peyğəmbərin (s) sünnəti adlandırırlar. Misal üçün vəhhabi məktəbinin ulu liderlərindən olan Bin Bazın cavabını çatdırmaq istərdim:

السنة في وضع اليدين في الصلاة على الصدر، هذا هو المحفوظ عن النبي - صلى الله عليه وسلم

Namazda əllərin qoyuluşunda sünnət sinəyə qoymaqdır. Bu Peyğəmbər s.a.s.-dən öyrənilmiş bir şeydir.

يروى عن علي - رضي الله عنه – أن من السنة وضع اليدين تحت السرة. لكنه حديث ضعيف عند أهل العلم ليس بصحيح،

Əli r.a.-dən rəvayət olunur ki, əlləri göbəyin altına qoymaq sünnətdir. Lakin bu hədis elm əhlinin nəzərində zəifdir, səhih deyildir.

Bin Bazın cavabı burada


Həmçinin Sizə Azərbaycan vəhhabilərinin lideri Qamət Süleymanovun şəxsiyyətini göstərən gözəl bir nümunə təqdim edirəm:

Namazda əllərin yeri ilə əlaqədar olaraq şeyx Qamətə onun forumunda Malikin məzhəbi haqqında sual veriblər:

Assalamun aleykum ve rahmetullahi ve bereketuhu.
Fakirin bele bir suali var.
subut ede bilersinizmi ki, Rasulullah (s.a) eli bagli namaz qilib ve ya eli acik olaraq namaz qilmayib.?
niye Maliki meshebine etiqadlari olanlar eli acik namaz qilirlar? xahis edirem subutlarinan cavab veresiniz.
Assalamun aleykum ve rahmetullahi ve bereketuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əli açıq namaz qılmaq barədə heç uydurma hədis də gəlməyib. çünki nə gəlibsə, ancaq əli bağlı qılmaq barədə gəlib. Amma Maliki məzhəbində də əli açıq namaz qılmaq yoxdur. çünki imam Malikin Muvatta kitabında hədislərin birində deyilir ki, Adəmdən (a.s.) başlayaraq bütün peyğəmbərlər əli bağlı namaz qılıblar. Sadəcə imam Malikin tələbələrindən biri müəlliminin həyatının sonunda döyüldüyü və əlləri ağradığı üşün əli açıq namaz qıldığını görüb və ondan rəvayət edib.
Namaz əli bağlı qılınmalıdır, necəki peyğəmbər (s.a.v.) qılıb.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



Yenə yanvar ayında verilən eyni suala belə cavab vermişdi:

Salam aleykum sheyx. Malik ibn Enes(maliki mezhebinin banisi) namazi eli aciq qilmaga icaze verib.Sheyx bilmirsiniz o ictihadinda hansi hedis ve kitablardan istifade eleyib?Eger bilirsinizse zehmet olmasa o hedislerin menbesini ve kitablarin adini yazin.
Cazak Allah!!!
Vaassalamu aleykum !!!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. İmam Malik deməyib ki, namazı qolu açıq qılmaq olar. Sadəcə həyatının sonuna yaxın xəstəliyinə görə qollarını bağlaya bilmirdi. Tələbələrindən biri nəql edib ki, imam Maliki belə namaz qılan görüb. Ona görə bəzi malikilər qolu açıq namaz qılırlar. İmam Malikin Muvatta kitabına baxsaq görərik ki, orda hədis gətirib ki, 3 şey bütün peyğəmbərlərin yolu idi, bunlardan biri də sağ qolu sol qolun üzərinə qoyub namaz qılmaq idi. Bilin ki, qolu açıq namaz qılmaq üçün dəlil yoxdur.

Bu da Azərcaycan xəvariclərinin öz forumlarında şeyxə cavabları:

İmam Malik nəinki namazı əlləri yanda qılmağın caiz olduğunu, hətta ondan nəql olunan görüşə görə fərz namazlarında bu şəkildə qılmağı müstəhəb görmüşdür. İmam Malikin əshabının əksəriyyətinə görə namazda əllər yanda olmalıdır və bu rəy İmam Malikin özündən nəql olunmuşdur. Bu barədə məlumat almaq istəyən heç vaxtı Q.S.-dan soruşmamalıdır. Baxmayaraq ki, Q.S. özünü sələfə aid edir, lakin onun sələfdən xəbəri yoxdur. Xəbəri olsaydı belə cahilcəsinə danışmazdı. Hər bir məzhəbin görüşünü məzhəb alimlərindən soruşarlar.

 

Atiyə SaqrƏl-Əzhərin dünyasını dəyişmiş muftisi, vəhhabilərin "dostu" olan Atiyə Saqr namazda əllərin yeri sualına cavab olaraq:

اتفق العلماء على أنه لم يرد ما يوجب على المصلى أن تكون يداه فى وضع معين وهو في قيام الصلاة، فليس ذلك ركنا ولا شرطا من شروط صحة الصلاة

Namaz qılanın qiyam halında əllərinin müəyyən yerdə olmasını vacib edən bir şeyin varid olmamasında alimlər ittifaq etmişlər. Bu nə namazın səhihliyinin ruknlərindən, nədə ki, şərtlərindəndir.
Mufti Atiyə Səqrin cavabı burada

 

Страница 6 из 7«234567»
Рейтинг

В этом разделе