Namazda əllərin bir birinin üzərinə qoyulması

»»

Namazda əllərin bir birinin üzərinə qoyulması

  1. I hissə
  2. II hissə
  3. III hissə
  4. IV hissə
  5. V hissə
  6. VI hissə
  7. VII hissə
IV hissə


حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ، حَدَّثَنَا عَفَّانُ، حَدَّثَنَا هَمَّامٌ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جُحَادَةَ، حَدَّثَنِي عَبْدُ الْجَبَّارِ بْنُ وَائِلٍ، عَنْ عَلْقَمَةَ بْنِ وَائِلٍ، وَمَوْلًى، لَهُمْ أَنَّهُمَا حَدَّثَاهُ عَنْ أَبِيهِ، وَائِلِ بْنِ حُجْرٍ، أَنَّهُ رَأَى النَّبِيَّ صلى الله عليه وسلم رَفَعَ يَدَيْهِ حِينَ دَخَلَ فِي الصَّلاَةِ كَبَّرَ - وَصَفَ هَمَّامٌ حِيَالَ أُذُنَيْهِ - ثُمَّ الْتَحَفَ بِثَوْبِهِ ثُمَّ وَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى الْيُسْرَى فَلَمَّا أَرَادَ أَنْ يَرْكَعَ أَخْرَجَ يَدَيْهِ مِنَ الثَّوْبِ ثُمَّ رَفَعَهُمَا ثُمَّ كَبَّرَ فَرَكَعَ فَلَمَّا قَالَ ‏"‏ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ‏"‏ ‏.‏ رَفَعَ يَدَيْهِ فَلَمَّا سَجَدَ سَجَدَ بَيْنَ كَفَّيْهِ ‏.

Zuheyr b. Hərb--Əffan--Həmmam--Muhəmməd b. Cuhədə--Əbdul-Cəbbar b. Vail, Əlqamə b. Vail və Məulə (azad olunmuş qul), atası Vail b. Hucr Peyğəmbər s.a.s-i namaza başlayarkən əllərini qaldıraraq təkbir etdiyini gördüyünü rəvayət etdi.--Həmmam (peyğəmbər s.a.s-in) əllərini qulaqlarına qədər qaldırdığını göstərmiş--Sonra paltarına sarınmış, sağ əlini sol əlinin üzərinə qoymuşdur. Ruku etmək istəyəndə əllərini paltarının arasından çıxarmış, əllərini qaldırıb təkbir etmiş və rukuya getmişdir. "SəmiAllahu limən həmidəh" deyəndə əllərini yenidən qaldırmış, səcdə edərkən iki əllərinin arasına səcdə etmişdir.
"Səhih" Muslim 923-cü hədis


Bu hədisə nəzər salmadan Türk dilində Muslimin "Səhih"ində rastlaşdığım maraqlı məlumatı sizlərin nəzərinə çatdırmaq istərdim.


Buhârî' bu bâbda Sehl b. Sa'd (Radiyallahû anh) 'dan şu hadîsi rivayet etmiştir:

«Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) zamanında insanlara namaz kılarken sağ ellerin sol elleri üzerine koymaları emr olunurdu» gerek Buhar î'nin, gerekse Müslim'in buradaki hadîsinde ellerin bağlanacağı yer tam tesbit edilmemişse de Vâi1 hadîsinin Ebû Dâvûd ile Nesâi rivayetlerinde; «Sonra sağ elini sol elinin üzerine, kolun bilek kısmına bağladı» denilerek ellerin bağlanacağı yer gösterilmiştir. Hadîsi îbni Huzeyme ile diğer imamlar sahih bulmuşlardır. Namazda el bağlama meselesi bir kaç yönden tetkik edile bilir:

1- Ellerin bağlanıp bağlanmıyacağı ihtilaflıdır. Hanefîlerle, Şâfiî-lere göre eller bağlanır. İmam Ahmed b. Hanbel ile ishâk'm ve ekseriyetle ulemânın kavilleri de budur. Ashâbı kiramdan A1i b. Ebü Tâ1ib ile Ebû Hüreyre (Radiyallahû anhûma) 'nın, tabiînden İbrahim, Nesaî ve Süfyan-ı Sevrî'nin mezhebleri de budur. îbnül Münzir bu kavli îmam Mâlik 'ten de rivayet etmiştir. «el-Tevhid» nam eserde Saîd b. Cübeyr, Ebû Miclez, Ebû Sevr, Ebû Ubeyd, îbni Cerîr ve Davûd-u Zahirî ile Ashâbiı kiramdan Ebû Bekr ve Aişe (Radiyallahû anhûma) nın ve keza Cumhur-u ulemânın buna kail oldukları zikrediliyor. Tirmizî: «Sahabe ile Tabiîn hazerâtı ve onlardan sonraki ulemâ bununla amel etmişlerdir» demiştir. Yine îbnû'l-Münzirin rivayetine göre Abdullah b. Zübeyr, Hasan-ı Basrî ve îbni Sîrin (Radiyallahû anhûm) namazda ellerini yanlara salarlarmış. İmam Mâlik 'den meşhur olan rivayet de budur. Ona göre namaz uzun sürerse istirahat için sağ eli sol el üzerine koymak caizdir. Leys İbni Sa 'd'ın mezhebi de budur. Evzâî'ye göre namaz kılan kimse ellerini bağlamakla yana salmak arasında ixtiyar sahibidir.

Hanefîler buradaki Müs1im hadîsinden maada Buhârî rivayeti ile Ebû Dâvûd, Nesaî ve îbni Mâce 'nin tahrîc ettikleri Abdullah îbni Mes'ud hadîsi ile D.âre Kutnî'nin tahrîc ettiği İbni Abbâs ve Ebû Hüreyre rivayetleri ile de istidlal ederler. Mezkûr rivayetlerin her birinde namazda el bağlanacağı beyân edilmektedir. Hattâ İbni Mes'ud hadisinde; Hz. İbni Mes'ud'un namazda sol elini sağ elinin ü-zerine bağladığı, Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) bunu görünce 0-nun sağ elini sol elinin üzerine koyduğu tasrih edildiği gibi, İbni Abbâs hadîsinde de; «Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) :

Biz Peygamberler cemaatı namazda sağ ellerimizi sol ellerimiz üzerine bağlamakla me'muruz, buyurdular» denilmektedir. Yalnız bu hadîs zayıftır.

2- Ellerin nasıl bağlanacağı meselesi dahi ulemâ arasında mevzuu bahis olmuştur. Bunun sıfatı sağ avucunun içini sol bileğin üzerine koymak ve bileği avucun ortasında bulundurmaktır. İsbîcabî'nin Ebû Yûsuf'tan rivayetine göre, sağ elle sol elin bileği tutulur. İmam Muhammed dahi ellerin böyle bağlanacağını ve bileğin avucun ortasına geleceğini söylemiştir. «el-Müfîd» nam eserde sol elin bileği sağ elin baş ve küçük parmaklan ile tutulur diyor ki muhtar olan da budur. «ed-Dirâye» de sol bileğin büküntüsü, sağ elin avucu ile tutulur denilmiştir. İmam Şafiî ile Ahmed b. Hanbel'in mezhepleri budur. İmam Ebû Yûsuf ile İmam Muhammedden bir rivayete göre, sağ elin orta parmakları bileyin üzerine uzunluğuna yatırılır. Bilek baş ve küçük parmaklarla tutulur. Ulemâmızdan birçokları bu kavli benimsemişlerdir.(Hərəsi bir söz deyir)

3- Ellerin nereye bağlanacağı ihtilaflıdır. Hanefîlere göre; göbeğin altına, Şâfiîlere göre göğsün üstüne bağlanır. Şâfiîlerin «el-Hâvi», «el-Vasît» nam eserlerinde ellerin göğsün altına bağlanacağı bildirilmiştir. İmam Şafiî (Rahimehullah) İbni Huzeyme 'nin «Sahîh» inde Hz. Vâi1 b. Hucr'dan rivayet ettiği şu hadîsle istidlal eder:
"Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) ile beraber namaz kıldım. Sağ elini sol eli üzerine bağlayarak göğsü üzerine koydu". Nevevî «el-Hülâsa» adlı eserinde bundan başka delil zikretmediği gibi, Şeyh Tâkiyiddîn dahî «el-Imam» nâm eserinde bundan başka birşey söylememiştir.

Hanefilerden «el-Hidâye- sahibi Burhaneddin Merginanî: Ulemâmız bu meselede Peygamber (Sallallahü Aleyhi ve Sellem) in sağ eli sol eli üzerine bağlayarak göbeğin altına koymak sünnettir, hadîsi ile ihticâc etmişlerdir» diyor. Ancak Aynî bu hadîsin Peygamber (Sallallahü Aleyhi ve Sellem)e isnadının doğru olmadığını, bu sözü Hz. Ali 'nin söylediğini beyanla her iki vechin caiz olduğuna işaret ediyor.(Əli a.s.-a atılan iftira)

4- Ellerin ne zaman bağlanacağı meselesine gelince; bu bâbda esas şudur: İçersinde mesnûn zikir bulunan her kıyam halinde eller bağlanır. Zikr-i mesnûn bulunmayan kıyamda eller salınır. Binâenaleyh kunut duası okurken ve cenaze namazı kılarken eller bağlanır. Fakat Rükû'dan doğrulduktan sonra ve bayram tekbirlerinin arasında eller yanlara salınır, sahih olan budur. Ebû Ali En-Nesefî ile îmam Ebû Abdullah ve diğer bazı zevata göre, Zikr-i mesnûn bulunsun bulunmasın her kıyamda mutlak surette eller bağlanır.

5- Elleri göğsün üzerine veya göbeğin altına koymanın hikmeti ta'zimdir. Elleri göğsün üzerine koymak sünnettir, diyenler bunun huşûa daha münâsip olduğunu söylerler ve; «Bunda îman nurunu muhafaza vardır. Binâenaleyh elleri göbeğin altına bağlayıp ta avret mahallini işaret etmektense bu şekil daha münâsiptir» derler. Hanefîler ise göbeğin altına koymak daha ziyâde ta'zim ifâde eder. Namaz kılanı ehl-i kitaba benzemekten uzaklaştırır. Avret mahallini örtmeğe ve elbiseyi düşmekten muhafazaya vesile olur. Nitekim hükümdarlar huzuruna girerken dahî ayni şekilde hareket etmek âdettir. Bir de elleri göğse bağlamak kadınlara benzemektir. Binâenaleyh elleri göğse değil, göbeğin altına koymak sünnettir.» derler.
SAHİH-İ MüSLİM TERCüME VE ŞERHİ

Özləridə boyunlarına alırlar ki, namazları yəhudi namazına bənzəyir. "Namaz kılanı ehl-i kitaba benzemekten uzaklaştırır."

Hənbəlilər (vəhabilər, sələfilər, ........), Hənəfilərə görə siz qadınlar kimi namaz qılırsınız. Sizi təbrik edirəm."Bir de elleri göğse bağlamak kadınlara benzemektir."

Mənim bu hədisdə diqqət çəkmək istədiyim məsələlərdən biri Alqamə b. Vaildir.
Abdul-Cəbbar b. Vail və Alqamə b. Vail qardaşlardır. Əbdul-Cəbbarın atasını görmədiyi deyənlər var. Buxari "Ət-tarixul-Kəbir"də Əbdul-Cəbbarın atasından 6 ay sonra dünyayə gəldiyini söyləyir.

عبد الجبار بن وائل بن حجر الحضرمي عن أخيه عن أبيه قال محمد بن حجر ولد بعد أبيه لستة أشهر

Lakin Əbdul-Cəbbar bu hədisi atasından Məulə(azad olunmuş qul, bə`zi versiyalarda ev əhlindən biri) və Qardaşı vasitəsilə rəvayət edir. Əgər Əbdul-Cəbbarın azad olunmuş qul və ya ev əhlindən birindən rəvayət etdiyi versiyanı götürsək hədis mürsəldir. Yə`ni Əbdul-Cəbbar ilə atası arasında olan vasitə məchuldur. Lakin atası ilə onun arasında vasitə olaraq qardaşını götürsək bu zaman hədis mursəl deyil lakin yenə bə`zi müşküllər var....................

Qeyd: Mursəl hədis dedikdə adətən tabiinin səhabəsiz bir başa peyğəmbər s.a.s.-dən rəvayət etdiyi hədis nəzərdə tutulur. Lakin mən burada mursəl hədisi ümum mə`nada götürərək munqəti hədis kimi nəzərdə tutmuşam.

Vail bin Hucr - radiyallahu anhu - rəvayət edir:

رأيت النبي صلى الله عليه و سلم حين كبر رفع يديه حذاء أذنيه ثم حين ركع ثم حين قال سمع الله لمن حمده رفع يديه ورأيته ممسكا يمينه على شماله في الصلاة

"Peyğəmbəri - salləllahu aleyhi va səlləm - təkbir gətirərkən əllərini qulaqları səviyyəsinə qədər qaldırdığını və sonra rükuya gedərkən "Səmi Allahu limən həmidəh" dediyini və əlini qaldırdığını gördüm və onu (salləllahu aleyhi va səlləm) namazda sağ əli ilə sol əlini tutarkən gördüm."
"Musnəd Əhməd bin Hənbəl", 4/318
Muəssəsə Qurtubə, Qahirə

Bu hədisi imam Əhməd öz "Müsnəd"ində hədis 18891 qeyd edib və Şuayb əl-Arnavut onun taliqində sənədinin güclü olduğunu, yəni dəlil üçün güclü olduğunu qeyd etmişdir. Eləcədə Əhməd Şakirin təhqiqində sənədinin səhih olduğunu qeyd edir. (bax: 14/289, Dar əl-Hədis çapı, Qahirə, birinci nəşr/1416 (1995) )

Bu hədis Muslimin "Səhih"indən yazdığımız hədis kimi Vail b. Hucr tərəfindən rəvayət olunub. İnşaAllah Muslimin rəvayət etdiyi hədisi aydınlaşdırarkən bu hədisə də nəzər yetirərik.
Hələlik isə məhz bu hədisin sənədinə nəzər yetirək:

حدثنا عبد الله حدثني أبي ثنا عبد الله بن الوليد حدثني سفيان عن عاصم بن كليب عن أبيه عن وائل بن حجر

İsnadda gördüyümüz kimi Sufyan əs-Sauri bu hədisi Asim b. Kuleybdən birbaşa eşitdiyini bildirməmiş, yə`ni "an`ana" ilə rəvayət etmişdir.

Qeyd: "An`ana" ravi ilə şeyxin görüşdüyünə dəlalət eləməz. Bu halda ola bilsin ki, ravi hədisi şeyxindən almamışdır. Buna görədə isnad ya munqatidir ya da ki, tədlis edilmişdir. Adətən "an`ana ilə rəvayət munqati hesab olunur. Bu isə hədisin "zəif hədis" qrupuna girməyinə dəlalət edir. Lakin qeyd etmək istərdim ki, hər "an`ana" yoluyla rəvayət olunmuş hədis munqati və ya mudəlləs deyildir. Müəyyən şərtlər daxilində bunun əksini deyənlərdə vardır.
Məhz buna görədə bə`ziləri bu hədisin "İhticaca" yaramadığını, bə`ziləri isə yaradığını söyləmişlər.

An'ane ravi ile şeyhi arasında mülakata delalet etmez. Şeyhinden "an fulân" diyerek rivayette bulunan ravi gerçekte onu görmemiş ve hadisi ondan almamış olabilir. Bu durumda isnadı munkatı olabileceği gibi tedlis yapmış da olabilir. Her iki halde de hadisi sahih addedilmez. Bu itibarla mu'an'an hadisin muttasıl sayılabilmesi için bazı şartlar ileri sürülmüştür. Bunlardan ilki "an" lafzı ile rivayette bulunan ravinin adaletli dolayısıyle sika olmasıdır. İkincisi ravinin tedlis yapan yani mülaki olmadığı şeyhlerden hadis rivayet eden biri (mudellis) olmaması, üçüncüsü ise hadis aldığı şeyhe mülaki olduğunun bilinmesidir. Bu şart üzerinde belli başlı iki görüş vardır. Birisi Buhârî'ye, diğeri Müslim'e aittir.

Mənbə Hadis Sözlügü "Muan`an"

An'anə, ravi ilə şeyxinin bir araya gəldiyinə qətiyyətlə dəlalət etməz. Beləliklə "an fulanin" deyərək birindən hədis rəvayət edən ravi, gerçəkdə o hədisi ondan götürmədiyi kimi onunla heç görüşməmiş də ola bilər. Buna görə ya isnadı munkatidir, ya da tədlis edir. Buna görə an'anə ilə rəvayət daha çox munkati sayılmışdır. Bununla birlikdə hər an'anə yoluyla rəvayət munkati deyil. Bəzi şərtlərin söz mövzusu olması halında an'anə ilə rəvayət muttasil sayılar.

Mənbə Hadis Sözlügü "An'ane"

 

Azərbaycan xəvaricləri bizə cavab olaraq öz forumlarında pafoslu çıxışlarındakı biyabırçılıqlarını ört-basdır etmək üçün "an`ana" barədə mövzu açaraq camaata Muslimin nəzərini diktə edirlər.

Sitat:

"An'anə" rəvayət şəkli haqqında ilk yazan İmam Muslim olmuşdur. "əs-Səhih" kitabının müqəddiməsində rəvayət elminin müxtəlif məqamlarından danışarkən, bu məsələyə də ayrılıqda toxunmuşdur. İmam Muslim - rahiməhullah - bu məsələ ilə əlaqədar olaraq açdığı mövzusunda "an'anə" ilə rəvayətlərə şübhə salan müasirlərindən adını zikr etmədiyi bir nəfərdən danışır və həmin kəsin özündən əvvəl demədiyi bir şeyi dediyinə işarə edir. Qeyd edir ki, "an'anə" ilə gəlmiş rəvayətləri qəbul etməyən kəs bununla bir bidət ortaya atmışdır, halbuki ümmətin alimləri bunun qəbul olunmasında ittifaq etmişlər. Gəlin birlikdə İmam Muslim'in sözlərini oxuyaq:

باب ‏ ‏صحة ‏ ‏الاحتجاج بالحديث ‏ ‏المعنعن
‏ ‏وهذا القول يرحمك الله في الطعن في الأسانيد قول مخترع مستحدث غير مسبوق صاحبه إليه ولا مساعد له من أهل العلم عليه وذلك أن القول الشائع المتفق عليه بين أهل العلم بالأخبار والروايات قديما وحديثا أن كل رجل ثقة روى عن مثله حديثا وجائز ممكن له لقاؤه والسماع منه لكونهما جميعا كانا في عصر واحد وإن لم يأت في خبر قط أنهما اجتمعا ولا ‏ ‏تشافها بكلام فالرواية ثابتة والحجة بها لازمة إلا أن يكون هناك دلالة بينة أن هذا الراوي لم يلق من روى عنه أو لم يسمع منه شيئا فأما والأمر مبهم على الإمكان الذي فسرنا فالرواية على السماع أبدا حتى تكون الدلالة التي بينا

"Mu'an'ən hədis ilə dəlilləndirmənin səhihliyi babı:
Sənədi bu şəkildə tənqid etmək fikri uydurulmuş, sonradan ortaya çıxarılmış, özündən əvvəl heç kəsin söyləmədiyi və elm əhlindən heç bir kəsin dəstəkləmədiyi bir görüşdür, beləki xəbər və rəvayət elminin əhli olan bütün ilk və son dövr alimlərin üzərində ittifaq etdikləri və geniş yayılmış görüş budur ki, əgər hər bir siqa kəs özü kimi birindən bir hədis rəvayət edərsə, eyni əsrdə yaşadıqlarına görə (həmin ravinin) onu görməsi və ondan (hədis) eşitməsi mümkündürsə, onların bir yerdə görüşmələrinə, şifahi danışmalarına dair hər hansı bir məlumat gəlməsə belə, həmin rəvayət sabit sayılır və onu hüccət kimi qəbul etmək qaçınılmazdır. Lakin bu ravinin hədisi rəvayət etdiyi kəsi görməməsinə və ya onu eşitməməsinə dair açıq-aydın bir dəlilin mövcud olması halı istisnadır. Lakin izah etdiyimizin (görüşmələrənin) mümkünlüyü ilə bilrikdə bunun qeyri-müəyyənliyinə gəldikdə isə, izah etdiyimiz (bir-birilərini görməmələri və ya eşitməmələri) dəlaləti istisna olmaqla, rəvayəti eşitmə halına həml etmək lazımdır."
"Sahih Muslim", səh: 18

Maraqlıdır bunlar özləri mənbə kimi verdiyi saytda İmam Ən-Nəvəvinin Muslimin cəfəngiyatına yazdığı şərhi oxumayıblar? Mən inşaALLAH bəzi bizə lazım olan məqamları tərcümə edəcəm:

İmam Ən-Nəvəvi yazır:

أن مسلما - رحمه الله - ادعى إجماع العلماء قديما وحديثا على أن المعنعن , وهو الذي فيه فلان عن فلان محمول على الاتصال والسماع إذا أمكن لقاء من أضيفت العنعنة إليهم

Muslim rahiməhullah filankəsin filankəsdən olan "mu`an`an" hədisdə an`anənin izafə edildiyi şəxslərin görüşmə imkanı olduğu halda ilk və son dövr alimlərinin bunun ittisala(sənədin qopuqsuz olması) və sima`ya(eşitməyə) həml oldunduğunda icma etdiklərini iddia etdi.

Deməli bu Muslimin iddiasından başqa bir şey deyil. Necə ki, qarşıda bu daha da aydın olacaq. İmam Ən-Nəvəvi davam edir:

ونقل مسلم عن بعض أهل عصره أنه قال : لا تقوم الحجة بها , ولا يحمل على الاتصال , حتى يثبت أنهما التقيا في عمرهما مرة فأكثر , ولا يكفي إمكان تلاقيهما . قال مسلم : وهذا قول ساقط مخترع مستحدث , لم يسبق قائله إليه , ولا مساعد له من أهل العلم عليه , وإن القول به بدعة باطلة وأطنب مسلم - رحمه الله - في الشناعة على قائله , واحتج مسلم - رحمه الله - بكلام مختصره : أن المعنعن عند أهل العلم محمول على الاتصال إذا ثبت التلاقي , مع احتمال الإرسال , وكذا إذا أمكن التلاقي . وهذا الذي صار إليه مسلم قد أنكره المحققون , وقالوا : هذا الذي صار إليه ضعيف

Muslim onunla eyni əsrdə yaşayanların bə`zilərinin belə dediklərini nəql etdi: "Onunla (mu`an`an hədislə) höccət qiyam edilməz(dəlil kimi istifadə olunmaz), onların ömürlərində bir dəfə və ya daha artıq görüşdükləri sabit olmayana qədər ittisala(sənədin qopuqsuz olmasına) həml olunmaz. Onların bir-birini görmə imkanı (yə`ni Muslimin nəzəri) kifayət etməz."

Muslim dedi: "Bu bir səhv, uydurulmuş, sonradan ortaya çıxmış, özündən əvvəl heç kəsin söyləmədiyi və elm əhlindən heç kəsin dəstəkləmədiyi bir fikirdir. Bu cür söyləmək batil bid`ətdir." Muslim rəhiməhullah bu fikrin müəllifini qəbahətləndirməkdə ifrata varmışdır. Həmçinin Muslim rəhiməhullah qısa sözlərlə (iddiasına)dəlil olaraq demişdir:" Mu`an`an hədis görüşdükləri sabit olduqda, elm əhlinin nəzərində irsal ehtimalı ilə birlikdə ittisala həml olunur. Görüşmək imkanı olduqda da bu cürdür. Təhqiqatçı alimlər Muslimin bu dediklərini inkar edərək demişlər: Muslimin dedikləri zəifdir.....

Ardıyca İmam Ən-Nəvəvi Muslimin səhv, uydurulmuş, sonradan ortaya çıxan və s. ilə ittiham etdiyi nəzər sahiblərinə nümunə olaraq bu fənnin imamlarından olan əl-Buxari və Əli b. əl-Mədininin adlarını çəkir. Həmçinin mütəəxxirinlərdən əl-Qabisinin, Əl-Səm`aninin, əbu Əmr əd-Daninin də bu nəzəri dəstəklədiklərini bildirir. Bu xəvariclər də öz yazılarında bu məsələni təsdiqləyiblər:

Sitat:

Imam Muslim kitabında bu məsələdə icma olduğunu nəql etdikdən sonra İmam Muslim'dən sonra üç əsr ərzində gəlib keçmiş heç bir alim onun bu sözlərinə etiraz etməmişdir, lakin daha sonra İmam Muslim'in "əs-Səhih" əsərinə şərh yazmış əl-Qadi İyad - rahiməhullah - (vəf. hicri 544) gəlmiş və həmin əlavə şərti İmam əl-Buxari'yə və onun şeyxi Əli bin əl-Mədini'yə aid etmişdir; yəni iki ravinin bir-biriləri ilə görüşmələrini şərt görən və İmam Muslim'in bidət olaraq adlandırdığı bu görüşü həmin o iki böyük alimə nisbət etmişdir.
Bundan sonra məsələ çox təhlükəli bir dönüş nöqtəsinə varmışdır, beləki hədis elmində ən məşhur kitabı yazmış alim İbn Salah - rahiməhullah - (öl. hicri 643) əl-Qadi İyad'ın bu sözlərini qəbul etmişdir və ondan sonra bizim əsrimizə qədər gələn alimlər də ona tabe olmuşlar.

İmam Müslimin bu fikri muhaddislər tərəfindən tənqid olunmuşdur. İbnü's-Salah bu barədə bunu söyləyir: "Müslimin söylədiyi barədə düşünmək lazımdır. Ayrıca Müslimin rədd etdiyi görüşün, Əli b. əl-Mədini, Buxari və bunlardan başqa zəvatın üzərində birləşdiyi görüş olduğunu söyləyənlər də vardır" (İbnü's-Salah, Ulumu'l-Hadis, Nşr. Nureddin Itr, Beyrut 1981, s. 60). İbn Həcərin bu mövzudakı qiymətləndirməsi də belədir: "Buxarinin, hədislərindəki ittisal cəhətdən Müslimə üstünlüyü, bir-birindən hədis nəql edən ravilərin, bir dəfə də olsa, bir-birləriylə qarşılaşmış olduqlarının sabit olması barəsində irəli sürdüyü şərt ötərisiylədir. Halbuki Müslim, bu ravilerin müasir olmalarıyla kifayətlənmiş və Buxarini də irəli sürdüyü bu şərt səbəbindən ənənəni əsla qəbul etməməklə ilzam etmişdir; bir başqa ifadəylə, onun ənənəni qəbul etməməsi lazım olduğunu irəli sürmüşdür (İbn Həcər, Nuhbetü'l fiker şərhi, terc. Talat Koçyiğit, Ankara 1971, s. 37).
Daha ətraflı burada

 

İndi isə vəhhabilərin ulu liderləri İbn Teymiyyə l.a.-in saytındakı mə`lumat:(ixtisar üçün lazım olan hissələri kopyalayıram)


فإذا روى الراوي عن شيخه بكلمة "عن" هذا يسمى معنعنا؛ لأن صيغ الأداء منها ما يدل على الاتصال كـ"سمعت" و"حدثنا" و"أخبرنا" ومنها ما لا يدل على ذلك، ومنه صيغة "عن" هذه.

Ravinin öz şeyxindən "an" kəlməsi ilə rəvayət eməsi "muan`an" adlanır. çünki əda siğələrindən bə`ziləri "səmi`tu", "həddəsənə" və "əxbaranə" kimilər "ittisala" dəlalət edir. Bə`ziləri isə buna (ittisala) dəlalət etmir. Onlardan "an" siğəsi.


والإسناد المعنعن له علاقة باتصال السند وانقطاعه، فتارة كلمة "عن" هذه تُحْمَل على الاتصال، وتارة تحمل على الانقطاع، وتارة تكون مما تردد فيه العلماء، أو اختلف فيه العلماء هل هي قاضية بالاتصال، أو دالة على الانقطاع؟

"Muan`an isnad"ın sənədin həm "ittisal"ı və həm də "inqita"sı ilə əlaqəsi var. "An" kəlməsi bə`zən "ittisala", bə`zən "inqita"ya, bə`zən də üləmanın tərəddüd etdiyi şeyə dəlalət edir və yaxud üləma ixtilaf etmişlər ki, "O, "ittisal"a dəalət edir yoxsa "inqita"ya?"

www.taimiah.org "Muan`an hadis"

Sonra Şeyx Əbdül-Əziz hansı şərtlər daxilində "muan`an hədis"in ittisala dəlalət etdiyi izah edir.

هل هو من المتصل أو المنقطع ؟ :
اختلف العلماء فيه على قولين:

أ‌) قيل أنه منقطع حتى يتبين اتصاله

O (muan`an hədis) muttəsildir yoxsa munqatidir?

üləma bu məsələdə iki qövl ilə ixtilaf etmişdilər:
1) Onun ittisalı bəyan olmayana qədər "munqati" olduğu deyilir.

...............................
http://www.hadith.abed-alkarem.com/mardod/9.htm#_ftnref1


●المسألة الثانية : هل الحديث المعنعن من قبيل المقبول أو من قبيل المردود ؟

اختلف العلماء في هذه المسألة على ثلاثة أقوال :

1- فمنهم من قال : إنه مردود مطلقًا .

2- ومنهم من قال : إنه مقبول مطلقًا .

3- ومنهم من فَصَّل - وهم الجمهور - فقالوا : إن الراوي إذا عنعن عن شيخه؛ قُبِلَ قولُه بشروط ثلاثة

İkinci məsələ: "Muan`an hədis" məqbul(qəbul olunmuş) (hədislər) qəbilindəndir yoxsa mərdud(rədd olunmuş)?

üləma bu məsələdə 3 qövl ilə ixtilaf etmişlər:

1) Onlardan bə`ziləri dedi: Mütləq şəkildə mərduddur.
2).......................................... Mütləq şəkildə məqbuldur
3) Onlardan bə`ziləri təfsil etdilər--Onlar cümhurdur--Dedilər: Ravi öz şeyxindən an`anə ilə rəvayət etsə 3 şərt ilə qəbuldur


Şeyx Əbil-Həsən Əs-Süleymanı "Hədis barədə suallar"

Bu isə vəhhabi Abdullah b. Əbdür-Rəman b. Cibrinin sözləri:


والعنعنة يستعملونها إما للاختصار وإما لعدم التثبت من سماعه عن ذلك الشيخ، كأن يرويه عنه بواسطة أو ما أشبه ذلك،

"An`anə"ni ya ixtisar üçün istifadə edirlər, yadaki həmin şeyxdən eşitdiyinə əmin olmaması üçün. Sanki ondan (şeyxdən) vasitə və ya buna bənzər bir şeylə rəvayət edir.
"Şərhul-Mənzumə" İbn Cibrin

Doğrudur müasir vəhhabi alimlərinin də bəzi kitablarını nəzərdən keçirdim və onların "muan`an" hədisi müttəsil adlandırdıqlarının şahidi oldum. Lakin yenədə mütləq şəkildə yox müəyyən şərtlər daxilində. Odur ki, mənim yazdıqlarımda havalanası bir şey görmürəm.
Digər tərəfdən mən bu hədisin "munqəti" olduğunu yazmamışam. Sadəcə olaraq hədisdə "an`anə" olduğunu yazmışam, qeyddə isə "an`anə" ilə bağlı qısa izah verməyə çalışmışam.

Nəhayət gələk Sufyan Əs-Sauriyə. Bəli, asim b. Kuleyb Sufyanın şeyxidir. Lakin Sufyan As-Saurinin isə tədlis etdiyini deyənlər var. Muan`an hədisin müttəsil sayılmağı üçün şərtlərdən biri də ravinin müdəllis olmamasıdır. Ona görə hədisin təhqiqə ehtiyyacı var. İnşaAllah buna nəzər yetirərik.

 

Sufyan Əs-Saurinin müdəllis olduğunu deyənlərə nümunə:

سفيان ابن سعيد ابن مسروق الثوري أبو عبد الله الكوفي ثقة حافظ فقيه عابد إمام حجة من رؤوس الطبقة السابعة وكان ربما دلس

Sufyan b. Said b. Məsruq Əs-Sauri Əbu Abdullah Əl-Kufi----Siqa, hafiz, fəqih, abid, imam, huccə, 7-ci təbəqənin rəislərindəndir. Bə`zən tədlis edərdi.
İbn Həcər Asqalani "Təqribut-təhzib"


وكان يدلس في روايته

(Sufyan əs-Sauri)Rəvayətlərində tədlis edərdi
Əz-Zəhəbi "Siyər"

Həmçinin bir nümunə:

Məşhur mühəddis Abdir-Rəzzaqın bu rəvayəti munkatı hədisə gözəl bir nümunə təşkil edər:

"Süfyan Səvridən, o Əbu İshaqdan, o Zeyd b. Yuseydən, o da Huzeyfədən rəvayət etmişdir. Huzeyfə demişdir ki, Hz. Peyğəmbər (s.ə.v.) belə buyurmuşdur:

"Xilafətə Əbu Bəkri keçirsəniz (yaxşı olar); çünki o qüvvətli və etibarlı biridir. Heç bir intriqaçının qınaması onu Allah yolundan saxlamaz. Əlini keçirsəniz (də olar); çünki o, yol göstəricidir, doğru yoldadır. Sizi də doğru yolda tutar."

Bu hədisin sənədi ilk baxışda kəsiksizdir. Lakin yaxşıca tədqiq edən hədis alimləri onun iki yerində inkita olduğunu təsbit etmişlər. Bunlardan birincisi, Abdir-Rəzzaq bu hədisi Süfyan (us-Səvri) dən deyil, ən-Numan b. Əbi Şeybədən eşitmişdir. İkincisi də Süfyanu's-Səvri Əbu İshaqdan deyil, Şureykdən rəvayət etmişdir. Beləcə isnadın iki yerində ən-Numan b. Əbi Şeybə ilə Şureyk atlanmışdır.
"Hadis Usulu" A.Metin

Başqa bir nümunə:


Tədlis edənlər bir çoxdur. Aralarında zəif ravilər də, siqa ravilər də vardır. Həsən Bəsri, Humeyd ət-Tavil, Süleyman b. Mehran, əl-A'maş, Məhəmməd b. İshaq, əl-Vəlid b. Müslim kimi. Hədis hafizləri tədlis edənləri beş mərtəbəyə ayırmışlar:

1- Tədlis etdiyi ancaq nadir olaraq görülənlər Yəhya b. Səid kimi.
2- Hədis imamlarının Tədlis etməsini olabiləcək görməklə birlikdə, imamlığı və etdiyi rəvayətlərə görə Tədlisinin azlığı səbəbindən səhihlərdə rəvayətləri nəql edilənlər. Süfyan əs-Səvri kimi; yaxud da ancaq siqa bir ravidən Tədlis edənlər; Süfyan b. Uyeynə kimi.
3- Əbu Zübeyr əl-Məkki kimi siqalara bağlı qalmadan (hər kəsdən) çox Tədlis edənlər.
4- Əksəriyyətlə zəif və məchul ravilərin rəvayətlərini Tədlis edərək nəql edənlər. Bakiyyə b. əl-Vəlid kimi.
5- Bir başqa səbəbdən də zəif ravi qəbul edilənlər. Abdullah b. Lehiyə kimi.
Mənbə Tədlis

Mənim Sufyanın "an`anə" ilə rəvayəti və tədlisi üzərində dayanmaq fikrim yoxdur. İnşaalah Asim b. Kuleyb və Alqama b. Vail barədə olan bə`zi işkallara qısa nəzər salaraq hədisin mətni barədə mə`lumat çatdırmaq istəyirəm.


Asim b. Kuleyb əhli-sünnə alimlərinin nəzərində siqadır. Lakin bununla yanaşı İbn Həcər Asqalani "Təhzubut-təhzib" də yazır:

وقال بن المديني لا يحتج به إذا انفرد

İbn Əl-Mədini dedi: İnfirad etdikdə (ravinin rəvayətində tək qalması, hədisi hər hansı bir şeyxdən ondan başqa rəvayət edən olmasa) onunla ihticac olunmur.
İbn Həcər "Təhzibut-Təhzib" "Asim b. Kuleyb"

Ortaya belə bir sual çıxır bu hədisi Asim b. Kuleybdən başqa atasından rəvayət edən varmı?

Страница 4 из 7«1234567»
Рейтинг

В этом разделе