Şiə imamlarının şəxsən peyğəmbər tərəfindən təyin olunması

»»

Şiə imamlarının şəxsən peyğəmbər tərəfindən təyin olunması

İstər  peyğəmbərimizin həyatı, istərsə də islam tarixi haqqında araşdırma edən hər bir insan, Rəsulu Əkrəmin (s. a. a) özündən sonra on iki imam təyin etdiyini və bunları adlarıyla birlikdə zikr etdiyini şübhəsiz ki, bilir.

Bu əhli-sünnətin səhih qəbul etdikləri hədis kitablarında da sayları ilə birlikdə göstərilir. Ayrıca rəvayətlərdə hamısının Qureyşdən olduqları açıqlanır. Buxari, Müslim və digərləri bu rəvayətləri sənədləriylə birlikdə nəql etmişlər. Bəzi əhli-sünnət qaynaqlarında bu imamların birincisinin İmam Əli olduğu, ondan sonra oğulu Hz. Həsənin, ondan sonra Hz. Həsənin qardaşı Hz. Hüseynin və ondan sonra da Hz. Hüseynin oğullarından sonuncusu Mehdi olan doqquz övladının imam olacağı rəvayət edilmişdir. "Yənəbiul-Məvəddə"nin müəllifi adı çəkilən kitabında belə rəvayət edir:

A'təl adlı bir yəhudi peyğəmbərimizin yanına gələrək "Ey Məhəmməd! Uzun zamandır səndən soruşmaq istədiyim bir neçə sual var; əgər cavab versən sənin əlinlə müsəlman olacağam" dedi. Peyğəmbərimiz "Soruş ey Əmmarə!" dəyincə yəhudi suallarını soruşmağa başladı. Cavablarını aldıqdan sonra da "Doğru söylədin" dedi. Sonra "Yaxşı, sənin xəlifən kimdir?" deyə soruşdu. Verdiyi suala açıqlama olaraq  "Çünki xəlifəsi olmayan peyğəmbər yoxdur; bizim peyğəmbərimiz Musa b. İmranın xəlifəsi də Yuşa b. Nun idi." dedi. Bundan sonra Peyğəmbərimiz belə buyurdu: "Mənim xəlifəm Əli b. Əbu Talibdir. Ondan sonra mənim iki nəvəm olan Həsən və Hüseyndir. Sonra da Hüseynin nəslindən  doqquz adam bir-birinin ardınca gəlirlər." Yəhudi -"Ey Məhəmməd! Onların adları nədir?" deyə soruşduqda peyğəmbərimiz yenə belə buyurdu: "Hüseyn dünyadan köçdükdən sonra oğulu Əli (İmam Zeynəlabidin), ondan sonra oğulu Məhəmməd (İmam Məhəmməd Baqir), ondan sonra oğlu Cəfər (İmam Cəfər Sadiq), ondan sonra oğulu Musa (İmam Musa Kazım), ondan sonra oğlu Əli (İmam Riza), ondan sonra oğulu Məhəmməd (İmam Məhəmməd Taqi), ondan sonra oğlu Əli (İmam Əli Naqi), ondan sonra oğulu Həsən (İmam Həsən Əsgəri), ondan sonra da oğlu Hüccətullah Məhəmməd Məhdidir. Bunlar on iki nəfərdir." Yəhudi, daha sonra müsəlman oldu və bu hidayətindən dolayı Allaha həmdü-səna etdi.
[Yənabiul-Məvəddə, Qunduzi Hənəfi, s.441; Fəraidu's-Sımtayn, Haməvini, (özəl bir sənədlə Mücahiddən, o da İbn-i Abbasdan rəvayətlə), c.2, s.133; Hədis no: 430-431, Mahmudî çapı.]

Əgər Şiə qaynaqlarına və bu mövzu ilə bağlı olan məlumatlara müraciət etsək, yuxarıda yazılanlardan çox daha informasiyalara  rast gələrik. Amma yenə də əhli-sünnə vəl-camaatın imamların sayını on iki olaraq qəbul etməsi dəlil olaraq kifayətdir. Çünki bu ədəd Əli və övladları xaricində başqa heç bir yerdə uyğun gəlmir. Bizim yəqinimizi artıran isə, əhli-beyt imamlarının bu ümmətin alimlərinin heç birindən dərs almamasıdır. Əhli-beytin hər hansı bir səhabə və ya təbiindən dərs aldığına dair heç bir məlumat qeyd olunmayıb. Amma digər alimlər haqqında məlumatlar mövcuddur. Əbu Hənifə imam Sadiqin (ə.s), Malik Əbu Hənifənin, Şafii Malikin, Əhməd b. Hənbəl də Şafiinin tələbələridir. Amma əhli-beyt imamları elmlərini Allahdan almışlar və nəsildən nəslə bunu bir-birlərinə miras buraxmışlar. Quranda Allah şəxsən onlar haqqında belə buyurmaqdadır:

"Sonra Kitabı qullarımız arasından seçdiklərimizə miras verdik." [Fatır, 32]

İmam Sadiq (ə.s) bu həqiqətə diqqət yetirərək belə buyurmuşdur: "Qəribədir ki, insanlar bir tərəfdən "Biz elmimizi Allah rəsulundan almışıq, ona əməl edir və onunla hidayət oluruq" deyirlər, bir tərəfdən də Peyğəmbər ailəsi olan bizlərin o elmlərdən xəbərsiz olduğuna inanırlar! Halbuki biz o evin uşaqlarıyıq. Vəhy bizim evimizdə nazil oldu. Elm bizim vəsiləmizlə insanlara çatdı. Sizə görə onlar bu elmi öyrənib hidayət oldular, biz isə öyrənməyib yoldan çıxdıq?"
Bəli, İmam Sadiq (ə.s) bunların inancına necə təəccüblənməsin ki? Onlar bir tərəfdən elmlərini Allah rəsulundan aldıqlarını iddia edirlər, digər tərəfdən də elm şəhərinin qapısı olan Əhli-beytlə düşmənlik edirlər. Və yenə necə təəccüblənməsin ki, açıq-aydın sünnəyə müxalif çıxırlar. Tarix də şahidlik edir ki, şiələr daim Hz. Əliyə kömək ediblər, onun düşmənlərinə qarşı müqavimət göstəriblər, döyüşlərdə yanında iştirak ediblər və elmlərini ondan öyrəndilər. Demək, əhli-sünnə vəl-camaat onun şiələri (tərəfdarları) deyil və ona köməkçi olmadılar. Əksinə ona qarşı döyüşürdülər və onu aradan qaldırmaq üçün vasitələr axtarırdılar. Onun ardından övladlarını da öldürmək üçün fürsət gözləyirdilər. Zindan, zülm, əziyyət və cinayəti onlara rəva gördülər. Dini hökmlərdə belə onlara müxalif çıxdılar. Quran və sünnənin açıq hökmlərinə baxmayaraq mənafelərinə uyğun fətvalar verən və ictihad pərdəsinin arxasına sığınaraq sözdə alim olanların arxasınca getdilər.

Daha nə deyə bilərik ki? Onlar öz haqlarında belə sünnəyə zidd davrandıqlarını etiraf edirlər. Baxın, İbni Teymiyə nə deyir: "Peyğəmbərin sünnəsini bir kənara buraxmalıyıq, çünki bu şiənin şüarı halına gəlmişdir." [Minhacu's-Sünnə, İbn-i Teymiyə, c.2, s.141; Şərhu'l-Məvahib, Zərkanî, c.5, s.13.]

Sizcə də bu maraqlı deyilmi? Necə özlərinə əhli-sünnə vəl-camaat deyənlər Maliki, Hənəfi, Şafii və Hənbəli olaraq bir neçə qrupa ayrıla bilir, fiqhi məsələlərdə bir-birləriylə müxalifət edə bilir və bu ixtilafın bir rəhmətdən ibarət olduğunu deyə bilirlər? Bu məntiq Allahın dininə nəfsani istəklərin qarışmasına gətirib çıxarmırmı?

Bəli, onlar Allah və Peyğəmbərinin hökmlərindən ayrılmış bir neçə qrup olsalar da, bir nöqtədə ittifaq etmişlər. Onları birləşdirən tək ünsür, Səqifədə qanunsuz bir şəkildə yaradılan xilafəti qəbul etmələri və Peyğəmbərin məsum əhli-beytini kənara itələmələridir. Peyğəmbərimizin iki ağır əmanətinə (Quran və əhli-beyt) sarılma barəsində ictimai əmri olmasına baxmayaraq buna müxalif çıxan və hələ əhli-sünnə vəl-camaat olmaqla öyünən bu insanlara təəccüblənməmək mümkündürmü? Halbuki bu hədisi özləri də səhih olaraq qəbul edib, kitablarında sənədləriylə birlikdə nəql etmişlər. Əslində onlar nə Qurana bağlıdilar, nə də əhli-beytə. Çünki əhli-beyti kənara itələmək, Quranı kənara itələmək mənasını verir və Quran ilə əhli-beytin heç bir zaman bir-birlərindən ayrılmayacağını Peyğəmbərimiz (s. a. a.s) bildirib və belə buyurmuşdur: "Hər şeyi bilən Allah mənə xəbər verdi ki, Quran və itrətim  (Əhli-beytim), Kövsər Hovuzuna çatana qədər əsla bir-birlərindən ayrılmazlar. "
[Müsnəd-i Əhmed, c.5, s.189-190; Müstədrək, Hakim, c.3, s.148. Bu iki alim, məzkur hədisi rəvayət etdikdən sonra "Bu hədis iki şeyxin (Buxari ve Müslim) şərtınə görə səhihdir, amma şeyxlər onu nəql etməyiblər demişlər." Zəhəbi də Təlhis'ində bunu səhih bilmiş və qəbul etmiş, o da, "Şeyxlərin şərtıylə səhihdir" demişdir.]

Necə təəccüblənməyək? Peyğəmbərimizin açıq bir şəkildə əmr etdiyi və ya qadağan etdiyi bir şeyi çəkinmədən etdiklərini öz səhih kitablarında etiraf edirlər!
[Buxari Səhih'ində (c.1, s.178, Salatu'l-Leyl babı və c.8, s.142; Müsnəd-i Əhmed, c.5, s.182) Peyğəmbərimizin (s.a.a), Ramazan ayında Təravih namazının camaatla qılınmasını qadağan  etdiyini və belə buyurduğunu rəvayət edirlər: Ey insanlar! Evlərinizdə çox namaz qılın. Vacib namazlar xaricində digər namazları evdə qılmaq daha yaxşıdır". Təəssüf ki,  əhli-sünne vəl-camaat Peyğəmbərimizin sünnəsini tərk edib Ömər b. Xəttabın bidətini əsas götürür.]

Əhli-sünnət alimlərindən bir çoxunun sübut etməyə çalışdığı "Mən sizin aranızda Allahın kitabını və sünnəmi buraxıram; bu ikisinə sarıldığınız müddətcə məndən sonra əsla yolunuzu azmazsınız" hədisini səhih olaraq qəbul etsək də yenə də çaşqınlığımızı aradan qaldıra bilmərik. Hətta bu dəfə daha da artar, onların sünnəyə olan xəyanəti daha çox diqqətə çarpar. Nə deyə bilərik ki? Onların böyükləri sünnəni yandırıb tərk edib,  izah edilməsini də qadağan etməmişdimi?
Ömər b. Xəttab açıq-aydın bir şəkildə "Quran bizə yetər!" deyərkən bu Rəsulu Əkrəmin (s. a. a.s.) sünnəsinin rəddi mənasını vermirmi? Bu da aydındır ki, Allah rəsulunu rədd edən Allahı da rədd etmiş sayılır. Ömərin bu sözünü başda Səhihi Buxari və Səhihi Müslim olmaqla səhih olaraq qəbul edilən bütün əhli-sünnət kitabları qeyd etmişdir. Əgər Peyğəmbərimiz "Mən sizin aranızda Allahın kitabını və sünnəmi buraxıram..." demişdisə, Ömər də "Allahın kitabı bizə yetər!" deməklə "Bizim sənin sünnənə ehtiyacımız yoxdur!" demək istəmişdi. Ömər, Peyğəmbərimizin hüzurunda "Bizə Allahın kitabı yetər!" deyərkən, yoldaşı Əbu Bəkr də yəqin onu təsdiqləmişdi ki, xəlifə olduğundan sonra belə bəyan etmişdi: "Allah rəsulundan heç bir şey rəvayət etməyin. Bu barədə biri sizə bir şey soruşacaq olsa, dəyin ki: Allahın kitabı aramızdadır; halalını halal sayın, haramlarından da uzaq olun! "
[Təzkirətu'l-Hifaz, Zehebî, c.1, s.3.]

Peyğəmbərimizin sünnəsini tərk edən bu insanlara necə heyrətlənməyək? Allahın öyüdləri xaricində bidətlər ortaya çıxartdılar və hələ də özlərinə əhli-sünnə vəl-camaat deyirlər. Amma bizim bütün bu çaşqınlığımıza Əbu Bəkrin bu sözü son nöqtəni qoymaqdadır: "Məni Peyğəmbərin sünnəsinə görə mühakimə etsəniz, buna tab gətirə bilmərəm! "
[Müsnəd, Əhməd b. Hənbəl, c.1, s.14; Kənzu'l-Ummal, c.5, s.588, Hadis no: 14046]

Necə ola bilər ki, Əbu Bəkr Peyğəmbərin sünnəsinə tab gətirə bilməsin? Peyğəmbərimizin sünnəsi çox ağır və dözülməsi qeyri-mümkün olan bir şeydirmi ki?

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir! (Əzhab, 21)

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər... (Bəqərə, 286)

O (Allah) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı (Həcc, 78)

Görəsən Əbu Bəkr və yoldaşları, Rəsulu Əkrəmin (s. a. a) Allahın əmrlərindən başqa bir şey gətirdiyinəmi inanırlar da, buna görə Peyğəmbərin, insanları artıq işlərə məcbur etdiyini söyləməyə çalışırlar? Əsla belə ola bilməz. Allah elçisi dəfələrlə belə buyurmuşdur: "İnsanları müjdələyin. Onları bezdirməyin. Asanlaşdırın, çətinləşdirməyin. Allah, sizə bəzi işlərinizdə çətinliyə düşməməyiniz üçün icazə vermişdir." Halbuki Əbu Bəkr bütün bu gerçəklərə baxmayaraq sünnəyə dözə bilməyəcəyinə dair etiraf etmişdi. Daha əvvəl də dediyimiz kimi, Əbu Bəkrin bu sözündən məqsədi, öz istəkləri üzündən çıxardığı bidətləri, başında olduğu dövlətin siyasətlərinə uydurmağa və onlara örtük tapmağa çalışmaq idi. Ömər b. Hattab da Quran və sünnəyə riayət edə bilmənin çox çətin olduğuna inanmışdı ki, xilafəti dövründə "Su tapa bilməsək necə namaz qılaq?" deyə soruşan birinə "Əgər su tapa bilməzsiniz, namaz qılmayın!" şəklində cavab vermişdi. Halbuki xalqın avam təbəqəsindən müdrik insanlarına qədər hər kəs bunun cavabını bilirdi. Üstəlik hədisçilər də bunun hökmünü kitablarında rəvayət etmişdilər. Osmana gəlincə isə, o da Peyğəmbərimizin sünnəsinə müxalif çıxdı. Bu hadisə məşhurdur ki, bir dəfə Aişə, Peyğəmbərimizin (s.a.a.s.) köynəyini çıxararaq "Peyğəmbərin köynəyi köhnəlmədən Osman onun sünnəsini köhnəltdi!" demişdi. Belə ki, bu cür hadisələr nəticəsində səhabələr hiddətə gəlib "Osman, Peyğəmbərimizin və digər iki xəlifənin sünnəsini ayaqlar altına atdı!" deyərək onu öldürdülər. Müaviyənin vəziyyəti isə onsuz da göz qabağındadır. O həm Qurana, həm də sünnəyə düşmənlik etdi. Çünki Peyğəmbərimiz belə buyurmuşdu:

"Əli məndəndir, mən də Əlidən. Əliyə düşmən olan mənə düşmən olmuşdur; mənə düşmən olan isə Allaha düşmən olmuşdur."
[Müstədrək, Hakim, c.3, s.121; Müsnəd-i Əhməd, c.6, s.323; Hasai, Nəsai, s.169, Mahmudi  nəşri]

Müaviyə imam Əliyə lənət oxutma məsələsində həddini o qədər aşmışdı ki, valilərinə məktub göndərərək ona lənət oxutmalarını əmr etmişdi, etiraz edənləri isə öldürtmüşdü. Bu hərəkətləri edən Müaviyə, Əlinın dostları qarşısında özünü və tərəfdarlarını əhli-sünnə vəl-camaat olaraq hesab edir, guya sünnənin təqibçisi olduğunu iddia edirdi. Bəzi tarixçilər, Müaviyə xilafət kürsüsünə oturduqdan və imam Həsən ilə sülh imzaladıqdan sonra o ili "Camaat ili" olaraq adlandırdığını yazırlar. Məsələ belə olunca da qarışıq fikirlərimiz təkrar itir və anlayırıq ki, onlara görə "Sünnə" bayramlarda, cümə namazlarında və minbərlərdə Əli b. Əbu Talibə lənət oxutmaqdan başqa bir şey deyil. Əgər sünnə və camaat Əbu Süfyan oğlu Müaviyə tərəfindən öyrədiləcəksə, Allahdan istəyirik ki Allah bizi, Əlinin qurduğu iddia edilən rafizilik bidəti üzrə öldürsün!

Ey əziz oxucu! Əsl bidət əhlinin əhli-sünnə vəl-camaat olaraq adlandırılmasına və pak əhli-beyt imamlarının (ə.s) bidət əhli olaraq tanıtmalarına  əsla çaşmayın.
Əhli-sünnətin öndə gedənlərindən  İbni Halidin əhli-sünnət məzhəblərinin adlarını bir-bir zikr etdikdən sonra utanmadan belə demişdir:

"Əhli-beyt (imamları) də ümmətə əks olan ayrı bir məzhəb qurmuşdu. Özlərinə xas bir fiqh meydana gətirdilər. Bunu özlərindən çıxardıqları azmış, hələ səhabələri tənqid etdilər."
[Muqaddimə, İbn-i Haldun, s.354]

Hörmətli oxucu! Məqalənin əvvəlində də söyləmişdik, bunların sözü yalnız tərsinə fikirləşəndə doğru olur. Əgər Əməvilərin fasiqləri sünnə əhli, əhli-beyt imamları isə bidətçidirlərsə, o zaman islamın fatihəsini oxumaq lazımdır; dünyanın da dəyəri qalmaz.

Рейтинг

В этом разделе