Məkkədə bütpərəstliyin tarixi

»»

Məkkədə bütpərəstliyin tarixi

Sual: Nə vaxtdan etibarən Məkkədə bütlərə sitayiş edilməyə başlandı? Və bu işi ilk dəfə kim gördü?

Cavab: Xüzaə qəbiləsi Curhum qəbiləsinə qalib gəlib Məkkənin hakimiyyətini ələ aldıqdan sonra Kəbənin keşikçiliyi vəzifəsi onlara keçdi. Xüzaənin başçısı Əmr ibn Lühey olduğu üçün, Kəbənin baş keşikçisi də o oldu. Rəvayətlərə görə, İbrahim Peyğəmbərin dinini dəyişən şəxs məhz o olmuşdur. Rəvayətlərin birində deyilir ki, məkkəliləri bütlərə sitayiş etməyə çağıran ilk şəxs o olmuşdur. Bir dəfə o, Şama gedərkən orada bütlərə sitayiş edən bir qrup şəxs görür. O şəxslər ona bir büt verirlər və o da həmin bütü gətirib Kəbəyə qoyur. Daha sonra Kəbəyə çoxlu bütlər yığır. Beləcə ərəblər arasında bütpərəstlik yayılır. Nəticədə hənif dini təhrif edilir, çox az sayda adamdan başqa heç kəs bu dində qalmır.

Mənbə: islamquest.net

Tərcümə: 313news.net

Рейтинг

В этом разделе