"Mənim səhabələrim ulduzlar kimidir" - hədisinə cavab

»»

"Mənim səhabələrim ulduzlar kimidir" - hədisinə cavab

Sual: "Mənim səhabələrim ulduzlar kimidir, onların hansına iqtida etsəniz, hidayət olarsınız"! hədisi doğrudurmu?

CAVAB:

Əhli sünnənin çoxlu hədis, təfsir, üsul, fiqh mənbələrində habelə elmi və ümumi bəhs və müzakirələrində səhabələrin mərcə (istinad edilməsi lazım olan şəxs) olduqlarını isbat etmək və xəlifələrin xilafətinə şəri don geyindirmək üçün istifadə etdikləri hədislərdən biri də "Mənim səhabələrim ulduzlar kimidir, onların hansına iqtida etsəniz, hidayət olarsınız!" hədisdir. Biz sualı iki üsulla (xülasə və ətraflı) cavablandıracağıq!

XÜLASƏ CAVAB:

1. Bu rəvayətin sənədi səhih deyil!
2. Misirin əl-Əzhər universitetinin bir qrup əhli sünnə alimi bu hədisin səhih olmadığı barədə fətva vermişlər.
3. Bu hədis məsum və pak olan Əhli-beyt (ə) haqqında nəql olunmuş məşhur və mütəvatir hədislərə qarşılıq olaraq uydurulub.
4. Səhabələrin səhabələrə iqtida etməsinin əmr olunmasını ağıl qəbul edirmi?
5. Necə ola bilər ki, istənilən səhabəyə iqtida etmək insanı hidayətə aparsın.

ƏTRAFLI CAVAB:

HƏDİSİN SƏNƏDİNƏ BAXIŞ:

Əhli sünnənin mötəbər saydığı mənbələrdə tədqiqat apardıqda, bu hədisin mötəbər olmadığı məlum olur.
Bu hədisi zəif sayan və onun batil olduğunu bildirən alimlərin adları belədir:

1. Darqutninin Musu`ə kitabında oxuyuruq:

وفيه (أصحابي كالنجوم ، بأيهم اقتديتم اهتديتم) ، أخرجه الدارقطني في (غرائب مالك) ، والخطيب ، في الرواة عن مالك ،... قال الدارقطني لا يثبت عن مالك ، ورواته مجهولون
موسوعة أقوال الدارقطني ، ج10 ، ص82 جمع وترتيب : السيد أبو المعاطي النوري المتوفى سنة 1401 ـ 1981 الدكتور محمد مهدي المسلمي ، أشرف منصور عبد الرحمان ، أحمد عبد الرزاق عيد أيمن إبراهيم الزاملي ، ومحمود خليل ، مصدر الكتاب : ملتقى أهل الحديث

"Mənim səhabələrim ..." hədisini əl-Darqutni ravisi məlum olmayanlar sırasında zikr edib və əl-Xətib onu ravisi məlum olanlar sırasında zikr edib ... Sonra Darqutni deyib: Bu rəvayət müəyyən bir raviyə istinad olunmur (onun maliki yoxdur) və onun raviləri naməlumdur.
Musuətu əqvali əl-Darqutni, c-10, s-82.

2. Fətəni "Təzkirə" kitabında yazır:

ان اصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم " من نسخة نبيط الكذاب
تذكرة الموضوعات ، الفتني ، ص 98

"Mənim səhabələrim ..." hədisi Nəbit Kəzzabın (yəni, yalançı Nəbit) rəvayətlərindəndir.
Təzkirətu əl-muzu`at, əl-Fətəni, s-98.

3. İbn Qəyyim Cəvziyyə yazır:

وَأَمَّا مَا يُرْوَى عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ { أَصْحَابِي كَالنُّجُومِ بِأَيِّهِمْ اقْتَدَيْتُمْ اهْتَدَيْتُمْ } فَهَذَا الْكَلَامُ لَا يَصِحُّ عَنْ النَبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
إعلام الموقعين عن رب العالمين ، ج2 ص 361 المؤلف : محمد بن أبي بكر أيوب الزرعي أبو عبد الله ابن القيم الجوزيه مصدر الكتاب : موقع الإسلام

"Mənim səhabələrim ..." Allahın rəsuluna (s) istinad olunmasına baxmayaraq səhih olmayan sözdür.
"E`lamu əl-muqinin `ən rəbbil-aləmin", c-2, s-361.

4. Şəvkani yazır:

روي عنه صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أنه قال: "أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم" فهذا لم يثبت قط، والكلام فيه معروف عند أهل هذا الشأن، بحيث لا يصح العمل بمثله في أدنى حكم من أحكام الشرع
إرشاد الفحول إلي تحقيق الحق من علم الأصول ، ج2 ، ص 188، المؤلف : محمد بن علي بن محمد الشوكاني (المتوفى : 1250هـ) المحقق : الشيخ أحمد عزو عناية ، دمشق ، الناشر : دار الكتاب العربي ، الطبعة الأولى 1419هـ ، 1999م مصدر الكتاب : موقع المكتبة الرقمية

"Mənim səhabələrim ..." hədisi qətiyyən sübuta yetməyib. Lakin onun barəsində bu söz məşhurdur ki, ona şəriətin ən sadə hökmlərində belə əməl etmək olmaz.
"İrşadul-fuhuli ila təhqiqil-həqqi min ilmil-usul", c-2, s-188.

5. Ziəli "Təxric əl-əhadis vəl- asar əl-vaqiə fi təfsir əl-kəşşaf" kitabında yazır:

هَذَا حَدِيث مَشْهُور وَأَسَانِيده كلهَا ضَعِيفَة لم يثبت مِنْهَا شَيْء
تخريج الاحاديث ج2ص230 محقق:عبد الله بن عبد الرحمن السعد ، ناشر:دارابن خزيمة – الرياض ، الطبعة : الأولى ، 1414هـ

Bu hədis məşhurdur və onun sənədlərinin hamısı zəifdir, heç biri (sənədlərdən) sübuta yetməyib.
"Təxricül-əhadis", c-2, s-230.

6. İbn Qüdamə Müqəddəsi yazır:

قول النبي (صلى الله عليه وسلم): "أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم"لا يصح هذا الحديث
المنتخب من علل الخلال لعلل للخلال ج1 ص12للإمام العلامةموفّق الدين عبدالله بن أحمد بن محمّدالشهير بـ:ابن قدامة المقدسي ملتقى أهل الحديث

Peyğəmbərin (s) buyurduğu (ona istinad olunan) "Mənim səhabələrim ..." hədisi səhih deyil.
"Əl-müntəxəbu min iləlil-xilal li-iləli lil-xilal", c-1, s-12.

7. İbn Həzm bu rəvayət barədə deyir:

ان اصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم .، وأما الحديث المذكور فباطل مكذوب
الاحكام ، ابن حزم، ج 5 ، ص 642 ، 643

Qeyd olunan hədis batil və yalandır.
"Əl-əhkam", İbn Həzm, c-5, s-642, 643.

Başqa yerdə isə belə deyib:

وأما قولهم: " أصحابي کالنجوم بأيهم اقتديتم اهتديتم " ، فحديث موضوع
رسائل ابن حزم الأندلسي – ج3 ص 96 المؤلف : ابن حزم المحقق : إحسان عباس الناشر : المؤسسة العربية للدراسات والنشر مصدر الكتاب : موقع الوراق

Hədis uydurmadır.
"Rəsailu ibn həzm əl-əndulusi", c-3, s-96. Müəllif: İbn Həzm.

8. İbn Həcər deyir:

ان اصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم أخرجه الدارقطني في غرائب مالك و قال لا يثبت عن مالك. ورواته مجهولون
سان الميزان ، ابن حجر ، ج 2 ، ص 137 ، 138، مصدر الكتاب : موقع الوراق

"Mənim səhabələrim ..." hədisini Darqutni "Sahibi tanınmayanlar silsiləsindən" saymış və demişdir: "Bu rəvayətin ravisi sabit deyil". (Sonra İbn Həcr əlavə edir:) "Onun raviləri naməlumdur".
"Lisanul-mizan", İbn Həcər, c-2, s-137 və 138.

9. Əbul-`izz Hənəfi yazır:

ما يروى عن النبي صلى الله عليه وسلم أنه قال : " أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم فهو حديث ضعيف، قال البزار: هذا حديث لا يصح عن رسول الله صلى الله عليه وسلم، وليس هو في كتب الحديث المعتمدة" ( باطل ).
شرح الطحاوية في العقيدة السلفية ، المؤلف : صدر الدين علي بن علي بن محمد بن أبي العز الحنفي تحقيق أحمد محمد شاكر ، الطبعة : الأولى ، الناشر : وزارة الشئون الإسلامية والأوقاف والدعوة والإرشاد ، المملكة العربية السعودية ، تاريخ النشر : 1418هـ

Peyğəmbərdən (s) nəql olunan "Mənim səhabələrim ..." hədisi zəifdir. Əl-Bəzzaz deyib: "Bu hədisi peyğəmbər (s) buyurmayıb"! Bu hədis etimad olunası hədis kitablarında gəlməyib (batildir).
"Şərhut-təhaviyyə fil-əqidətis-sələfiyyəh"

10. Səxavi bu rəvayəti zəif sayıb və yazıb:

إن أصحابي بمنزلة النجوم في السماء، فأيما أخذتم به اهتديتم... ضعيف جداً ،
المقاصد الحسنه – سخاوي ، ج1 ص14 ،

"Mənim səhabələrim ..." hədisi olduqca zəifdir.
"Əl-məqasidul-həsənəh Səxavi", c-1, s-14.

11. Əcluni bu hədis barədə deyir:

إن أصحابي بمنزلة النجوم في السماء فأيما أخذتم به اهتديتم ، ومن هذا الوجه أخرجه الطبراني والديلمي بلفظه وفيه ضعيف
كشف الخفاء ، العجلوني ، ج 1 ، ص 64 ، 65

Təbərani və Deyləmi bu hədisi belə yazıblar: "Mənim səhabələrim göydəki ulduzlar kimidir, onların hansından yapışsanız hidayət olarsınız". Lakin bu hədis zəifdir.
"Kəşful-xəfa", c-1, s-64-65.

12. Mubarəkfəvri yazıb:

ان اصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم... ضعيف جدا
تحفة الأحوذي ، المباركفوري ، ج 10 ، ص 155 ، 156

"Mənim səhabələrim ..." hədisi olduqca zəifdir.
"Tuhfətul-əhvəzi", c-10, s-155 və 156.

13. İbn Əbdül-birr "Camiul-bəyan" kitabında yazır:

ان أصحابي كالنجوم فبأيهم اقتديتم اهتديتم وهذا مذهب ضعيف عند جماعة من أهل العلم وقد رفضه أكثر الفقهاء وأهل النظر ونحن نبين الحجة عليه
جامع بيان العلم وفضله ، ابن عبد البر ، ج 2 ، ص 78

"Mənim səhabələrim ..." hədisi elm əhli yanında zəif sayılır və fəqihlər və nəzər sahibləri tərəfindən rədd olunub. Biz də onun rəddinə aid dəlil gətiririk.
"Camiu bəyanul-ilmi və fəzlih", c-2, s-78.

Başqa yerdə yazır:

وهذا الكلام لا يصح عن النبي صلى الله عليه وسلم ... والكلام أيضا منكر عن النبي صلى الله عليه وسلم ... وهذا إسناد لا يصح ... ولم يأمر أصحابه أن يقتدي بعضهم ببعض ... هذا اسناد لا تقوم به حجة لأن الحرث بن غصين مجهول
جامع بيان العلم وفضله ، ابن عبد البر ، ج 2 ، ص 90 ، 91

Bu sözü peyğəmbər (s) buyurmayıb ... və peyğəmbərin (s) onu buyurması inkar olunub ... onun sənədləri də zəifdir ... və peyğəmbər (s) öz səhabələrini birinin digərinə iqtida etməsini əmr etməyib ... bu peyğəmbərə (s) isnad verilib, onun heç bir dəlili yoxdur, çünki Hərs ibn Ğissin naməlumdur.
Həmin mənbə, c-2, s-90 və 91.

14. Məhəmməd ibn Yusuf Əbu Həyyan "Əl-bəhrul-muhit" təfsirində "Nəhl" surəsinin 84-89-cu ayələrinin təfsirində yazır:

عن النبي صلى الله عليه وسلم: إنما مثل أصحابي كمثل النجوم أو كالنجوم ، بأيها اقتدوا اهتدوا . وهذا كلام لم يصح عن النبي صلى الله عليه وسلم ، رواه عبد الرحيم ...عن ابن عمر عن النبي صلى الله عليه وسلم . وإنما أتى ضعف هذا الحديث من قبل عبد الرحيم ، لأن أهل العلم سكتوا عن الرواية لحديثه . والكلام أيضاً منكر عن النبي صلى الله عليه وسلم ولم يثبت
تفسير البحر المحيط، أبو حيان محمد بن يوسف بن علي بن يوسف بن حيّان – ذيل آيه 84 تا 89 سوره نحل

"Mənim səhabələrim ..." hədisini peyğəmbər (s) buyurmayıb. Onu Əbdürrəhim ... ibn Ömərdən və peyğəmbərdən (s) rəvayət edib. Bu hədisin Əbdürrəhim tərəfindən rəvayət olunması onun zəif olmasına dəlalət edir. Çünki elm əhli onun hədislərini rəvayət etməkdən çəkiniblər. Habelə peyğəmbərin (s) bu sözü buyurması inkar edilib və sübuta yetməyib.
"Əl-bəhrul-muhit" təfsiri, "Nəhl" surəsinin 84-89-cu ayələrinin təfsiri.

15. Şənqiti "Əzvaul-bəyan" təfsirində yazır:

وأما ما يروى عن النبي صلى الله عليه وسلم: «أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم» فهذا الكلام لا يصح عن النبي صلى الله عليه وسلم.وضعف الحديث المذكور معروف عن أهل العلم
تفسير اضواء البيان ، شنقيطي ج14 ص25

"Mənim səhabələrim ..." hədisini peyğəmbər (s) buyurmayıb və qeyd olunan hədisin zəifliyini elm əhli qəbul etmişdir.
"Əzvaul-bəyan" təfsiri, c-14, s-25.

16. Əbdül-əziz Racihi yazıb:

حديث (أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم) .هذا ما يذكره أهل الأصول يستدلون به، والحديث باطل ليس بصحيح سندا ومتنا أما من جهة السند فليس في شيء من دواوين السنة فهو حديث ضعيف، قال البزار: هذا حديث لا يصح عن رسول الله صلى الله عليه وسلم وليس هو في كتب الحديث المعتمدة فلا يحتج به أصلا، وأما معناه فمعناه فاسد
شرح العقيدة الطحاوية الشيخ عبدالعزيز الراجحي ج1 ص364

"Mənim səhabələrim ..." hədisi üsul alimlərinin zikr etdiyi və ona istidlal etdikləri hədisdir. Halbuki bu hədis batil, mətn və sənədi səhih olmayan, mötəbər kitablardan heç birində gəlməmiş və zəifdir. Bəzzaz deyib: Bu hədisi Rəsulullah (s) buyurmayıb və etina olunası mötəbər kitabların heç birində gəlməmişdir. (Sonra Əbdül-Əziz Racihi əlavə edir:) Buna görə qəti olaraq bu hədisi höccət olaraq qəbul etmək və onunla bəhs etmək olmaz. Məna baxımından isə, mənası fasiddir (qüsurlu, yanlışdır).
"Şərhul-əqidətut-təhaviyyə", Əl-Şeyx Əbdül-Əziz əl-Racihi, c-1, s-364.

17. 804-cü h. q. tarixində vəfat etmiş ibn əl-Muləqqin yazır:

رُوِيَ أنَّه ، صَلَّى الله عَلَيْهِ وَسلم ، قَالَ : «أَصْحَابِي كَالنُّجُومِ بِأَيِّهِمْ اقْتَدَيْتُمْ [ اهْتَدَيْتُمْ ] » .هَذَا الحَدِيث غَرِيب لم يروه أحد من أَصْحَاب الْكتب الْمُعْتَمدَة
البدر المنير في تخريج الأحاديث والأثار الواقعة في الشرح الكبير،ج9 ص584 ، المؤلف : ابن الملقن سراج الدين أبو حفص عمر بن علي بن أحمد الشافعي المصري (المتوفى : 804هـ) المحقق : مصطفى أبو الغيط و عبدالله بن سليمان وياسر بن كمال ، الناشر : دار الهجرة للنشر والتوزيع ، الرياض،السعودية ، الطبعة : الاولى ، 1425هـ،2004م

"Mənim səhabələrim ..." hədisi tanınmamış hədisdir və onu mötəbər kitabların müəllifləri rəvayət etməyiblər.
"əl-Bədrul-muniru fi təxricil-əhadisi vəl-asaril-vaqiəti fiş-şərhil-kəbir", c-9, s-584.

18. Əhli sünnə, sələfi və vəhhabilərin məşhur alimi Albani deyir:

أصحابي كالنجوم فبأيهم اقتديتم اهتديتم ) لا يصح : واه جدا وموضوع
صفة صلاة النبي صلى الله عليه وسلم ج1 ص49 ، المؤلف : محمد ناصر الدين الألباني ، الناشر : مكتبة المعارف للنشر والتوزيع ، الرياض

"Mənim səhabələrim ..." hədisi səhih deyil və puç və uydurma bir hədisdir.
"Sifətu səlatun-nəbi (s)", c-1, s-49.

19. H.q. tarixi ilə 728-ci ildə vəfat etmiş İbn Teymiyyə demişdir:

أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم) ضعيف باطل
صفة الفتوى ، أحمد الحراني الحنبلي ج1 ص55 الكتاب : صفة الفتوى والمفتي والمستفتي ، المؤلف : الإمام أحمد بن حمدان الحراني الحنبلي ، الناشر : المكتب الإسلامي – بيروت الطبعة : الرابعة – 1404 تحقيق: محمد ناصر الدين الألباني

"Mənim səhabələrim ..." hədisi zəif və batildir.
"Sifətul-fətva" Əhməd əl-Hərrai əl-Hənbəli, c-1, s-55.

20. "İbtihac" kitabında yazılıb:

قوله أصحابي كالنجوم بايهم اقتديتم اهتديتم وهو حديث ضعيف
کتاب الابهاج في شرح الابهاج قسم الفقفه الشافعي ج2 ص232

"Mənim səhabələrim ..." hədisi zəifdir.
"Kitabul-əbhac fi şərhil əbhac qismul-fiqhiş-şafi`i", c-2, s-232.


21. Məkkə Hədis Elmləri Universitetinin müəllimi Məhəmməd Cəmil Zinu deyib:

أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم ) قال عنه المحدثون: إنه موضوع
مؤلفات الشيخ محمد بن جميل زينو، ج5 ص36

"Mənim səhabələrim ..." hədisi barədə hədis alimləri deyib ki, o saxtadır.
"Muəlləfatu əl-şeyx Muhəmməd Cəmil Zinu", c-5, s-36.

 

Habelə əl-Əzhər universitetinin alimlərinin fətvaları ensiklopediyasında da yuxarıdakı hədis rədd edilmişdir ki, onların bəzisini aşağıda gətiririk:

قول النبى صلى الله عليه وسلم "أصحابى كالنجوم بأيهم اقتديتم اهتديتم " وهو أيضا ضعيف وقيل موضوع،رواه الدارمى وغيره،وأسانيده ضعيفة
فتاوى الأزهر ج8 ص209 المصدر : موقع وزارة الأوقاف المصرية

"Mənim səhabələrim ..." hədisi zəifdir və belə deyiblər ki, o saxtadır və Darəmi və başqaları onu rəvayət ediblər, lakin onun sənədi zəifdir.
"Əl-Əzhər fətvaları" c-8, s-209.

السؤال : هل من الحديث ما يقال : أصحابى كالنجوم بأيهم اقتديتم اهتديتم ؟
الجواب : هذا حديث ضعيف وقيل موضوع
فتاوى الأزهر – ج8 ص209 المصدر : موقع وزارة الأوقاف المصرية

Sual: "Mənim səhabələrim ..." hədisdirmi?
Cavab: Zəif hədisdir və belə deyilib ki, o saxtadır.
"Əl-Əzhər fətvaları" c-8, s-209.

Müqəddəs Məkkə şəhərinin müftisi və (Səudiyyə Ərəbistanında) İslam Qaziləri və Nüfuzu İdarəsinin sədri Məhəmməd ibn İbrahim ibn Əbdül-lətif Aləş-şeyx yazır:

أصحابي كالنجوم المعروف عند أَهل الحديث حقاً أَنه لا يثبت سنده ولا يصلح للاحتجاج فلا تقوم به حجة
فتاوى و رسائل الشيخ محمد بن إبراهيم آل الشيخ ج2 ص7

Hədis əhli tərəfindən tanınmış olan "Mənim səhabələrim ..." hədisinin sənədinin düzlüyü sübuta yetməyib, dini bəhslərdə dəlil kimi istifadə olunmağa layiq deyil və ona heç bir höccət arxalanmır (onunla dini və şəri hökm vermək olmaz).
"Fətava və rəsailu əş-şəyx Muhəmməd ibn İbrahim Aləş-şeyx" c-2, s-7.

RƏVAYƏTİN QONDARILMASININ SƏBƏBİ

Yuxarıdakı rəvayətin sənədinin araşdırılmasından və onun zəif və saxta olması barədə əhli sünnə alimlərinin dediklərini vurğuladıqdan sonra bir neçə məsələ ilə üzləşirik:

1. Görəsən bu rəvayət nə üçün uydurulmuşdur?
Cavab: Bu rəvayət məsum və pak olan Əhli-beyt (ə) haqqında zikr olunmuş məşhur və mütəvatir hədislərə qarşılıq olaraq uydurulmuşdur.

1-Cİ HƏDİS:

قال رسول الله صلي الله عليه وآله : النجوم امان لاهل الارض و اهل بيتي امان لامتي
مستدرک حاکم ج3 ص 149

Rəsulullah (Allahın salavat və salamı ona və Əhli-beytinə olsun) buyurub: Ulduzlar yer əhli üçün aman (təhlükəsizlik, sığınacaq) mənbəyi olduğu kimi, mənim Əhli-beytim (ə) də mənim ümmətim üçün aman mənbəyidir.
"Mustədrəku Hakim", c-3, s-149.

2-Cİ HƏDİS:

قال رسول الله صلي الله عليه وآله : اهل بيتي کالنجوم بايهم اقتديتم اهتديتم
مستدرک حاکم ج3 ص 149

Rəsulullah (s) buyurub: "Mənim Əhlibeytim (ə) ulduzlar kimidir, onların hansına iqtida etsəniz hidayət olarsınız.
Həmin mənbə.

Əhli sünnənin özlərinin mötəbər kitablarında qeyd olunan bu hədisdən açıq-aydın görünür ki, peyğəmbər (s) bu hədisi səhabələr haqqında deyil, Əhli-beyt (ə) haqqında buyurmuşdur.

3-CÜ HƏDİS:

قال رسول الله صلي الله عليه وآله :النجوم امان لاهل الارض من الغرق و اهل بيتي امان لامتي من الاختلاف فاذا خالفتهم قبيله من العرب اختلفوا فصارو حزب ابليس
مستدرک حاکم ج3 ص 149

Rəsulullah (s) buyurub: Ulduzlar yer əhlini yolda (dənizdə) azmamaları üçün aman (hidayət) mənbəyi olduğu kimi, mənim Əhli-beytim (ə) də ümmətimin ixtilaflarda aman (hidayət) mənbəyidir. Əgər ərəblərdən bir tayfa (qövm) onlarla müxalifət etsə, şeytanın dəstəsindən olar (onun dəstəsinə çevrilər).
Həmin mənbə.

2. Saxta hədis qondarmaq dəb halını aldıqdan sonra, elə bir vəziyyət yarandı ki, belə bir hədis qondardılar:

Xazin öz təfsir kitabında yazır:

وروى البغوي بسنده عن الحسن قال إن رسول الله صلى الله عليه وسلم قال : « مثل أصحابي في أمتي كالملح في الطعام لا يصلح الطعام إلاّ بالملح
تفسيرلباب التأويل في معاني التنزيل، الخازن ، أبو الحسن علي بن محمد بن إبراهيم بن عمر الشيحي، ذيل آيه 59 سوره نساء

Bəğəvi sənədi ilə rəvayət edir ki, Həsən deyib: Həqiqətən peyğəmbər (s) buyurub: "Mənim səhabələrim ümmətim arasında yeməkdəki duz kimidirlər. Duzsuz yemək, dadlı olmaz".
"Təfsiru lubabut-tə`vili fi mə`anit-tənzil", Əl-Xazin, Əbul-Həsən Əli ibn Muhəmməd ibn İbrahim ibn Ömər əl-Şeyxi, Nisa surəsinin 59-cu ayəsinin şərhi.

HƏDİSƏ İRADLARIMIZ:


Qeyri-mümkün olsa belə gəlin fərz edək ki, sözü gedən hədis doğrudur və həzrət Rəsulullah (Allahın salavat və salamı ona və Əhli-beytinə olsun) onu buyurub. Amma bir halda ki bu rəvayətin xitab olunduğu şəxslər səhabələrdirlər, necə mümkün ola bilər ki, o həzrət (s) səhabələrin səhabələrə iqtida etməsinə əmr etsin?

Əgər tabe olub belə bir fərzi qəbul etsək, yenə də səhabələrə xitab olunmuş bu əmrə əsasən, səhabələr peyğəmbərin (s) Əhli-beytinə (ə) tabe və təslim olmalıdırlar. Çünki çoxlu mötəbər rəvayətlərimiz var ki, o həzrət (s) səhabələri öz Əhli-beytinə (ə) tabe olmağa əmr edir. Necə ki, məşhur "səqəleyn" hədisində belə buyurmuşdur: "İqtida və hidayət olunmaq üçün peyğəmbər (s) Əhli-beytindən (ə) hansı ulduzlar daha üstün və yaxşıdırlar? (yəni, yoxdur)".

Bu rəvayət əqli baxımdan da nöqsanlıdır. Çünki necə ola bilər ki, istənilən bir səhabəyə iqtida etmək hidayətə səbəb olsun? Səhabələrin bəzisi qatil, bəzisi qətldən zərərçəkmişdir, bəzisi zalım, bəzisi məzlumdur, bəzisi lənət edən, bəzisi lənət olunmuşdur və xüsusən də xəlifələr arasında olan bir çox ixtilaflı məqamlarda biz hansı səhabəyə iqtida etməliyik???

Yeri gəlmişkən Əli ibn Əbutalib (ə), Əbubəkr, Ömər və Osmanın arasında olan bir çox ixtilafda biz onların hansına iqtida etməliyik?

Çünki Əli ibn Əbutalib (ə) və peyğəmbərin əmisi Abbas, Əbubəkr və Öməri yalançı, günahkar, əhdə vəfa etməyən və xain sayırdılar.

Müslimin öz Səhih kitabında nəql etdiyi bu hədisə diqqət edin:

فلمّا توفّي رسول اللّه صلى اللّه عليه وسلم ، قال أبو بكر: أنا ولي رسول اللّه ، ... فقال أبو بكر: قال رسول اللّه صلى الله عليه وسلم : نحن معاشر الأنبياء لا نورث، ما تركناه فهو صدقة، فرأيتماه كاذباً آثماً غادراً خائناً ،... ثمّ توفّي أبو بكر فقلت: أنا وليّ رسول اللّه صلى اللّه عليه وسلم و ولي أبي بكر، فرأيتماني كاذباً آثماً غادراً خائناً
صحيح مسلم ج 5 ص 152، كتاب الجهاد باب 15 حكم الفئ حديث 49، فتح الباري ج 6 ص 144

İkinci xəlifə Ömər deyib:
Allahın rəsulu (s) dünyadan getdikdən sonra, Əbubəkr dedi: -"Mən Allahın peyğəmbərinin (s) vəlisiyəm (xəlifəsiyəm). Əbubəkr dedi: Allahın rəsulu deyib: -"Biz peyğəmbərlər (ə) irs qoymuruq. Bizdən sonra qalan bütün şeylər sədəqədir". Sizin nəzəriniz bu idi ki, Əbubəkr sözlərində yalançı, günahkar, əhdə vəfasız və xaindir. Sonra Əbubəkr dünyadan getdi, (onun ölümündən sonra) mən dedim: Mən Allahın peyğəmbərinin (s) və Əbubəkrin vəlisiyəm (xəlifəsiyəm). Siz məni də Əbubəkr kimi yalançı, günahkar, əhdə vəfasız və xain saydınız.
"Səhih Müslim", c-5, s-152.

Səhih Buxaridə isə belə oxuyuruq:

ولكنّك استبددت علينا بالأمر وكنّا نرى لقرابتنا من رسول اللّه صلى اللّه عليه وسلم نصيباً حتّى فاضت عينا أبى بكر
صحيح البخارى: ج 5 ص82، كتاب المغازي، باب غزوة خيبر

Əmirəl-möminin Əli (ə) Əbubəkrə dedi: -"Sən xilafət məsələsində bizimlə zülmkarcasına rəftar etdin və biz Allahın rəsuluna (s) yaxın və qohum olduğumuz üçün (peyğəmbərdən (s) sonrakı xilafətdə) haqqımızın olduğuna inanırıq! Əbubəkrin gözlərindən yaş axmağa başladı...
"Səhih Buxari", c-5, s-82.

Müslim isə öz Səhihində yazılıb:

استبددت علينا بالأمر وكنّا نحن نرى لنا حقّاً لقرابتنا من رسول اللّه صلى اللّه عليه وسلم
صحيح مسلم : ج 5 ص 154، باب قول النبي صلى الله عليه وسلم لا نورث ما تركنا فهو صدقة

Əmirəl-möminin Əli (ə) Əbu Bəkrə dedi: Sən xilafət məsələsində bizimlə zülmkarcasına rəftar etdin. Lakin biz Rəsulullaha (s) yaxın olduğumuz üçün xilafət haqqının bizə məxsus olmasını bilirik.
"Səhih Müslim", c-5, s-154, Bab: "Qəvlun-nəbi (s) La nuvərrisu, ma tərəkna fəhuvə sədəqə"

İndi isə səhabələrlə imam Əli (ə) arasında olan ixtilafları nəzərə alaraq, "Siffeyn" müharibəsində meydanın bir tərəfində olan Müaviyə və Əmr-Asa iqtida edək və onun qoşununda olaq, yaxud meydanın digər tərəfində olan imam Əliyə (ə) iqtida edib onun ordusunda olaq??? Hal bu ki, onların hamısı səhabə idilər, (əgər biz bu hədisin səhih olmasını qəbul etsək) daha burda haqq və batil dəstəsi qalmır. Çünki istər haqq qoşununda olsan, istərsə də batil qoşununda olsan, hər iki halda cənnət əhlindən olacaqsan!!!

Əgər səhabələrdən olan Müaviyə, Əmr-As, Təlhə və Zübeyrə iqtida etsən, gərək Əmirəl-möminin Əli (ə) ilə müharibə edəsən və onun iki məsum övladı, cənnət cavanlarının ağası, imam Həsən və imam Hüseyni (Allahın salamı onlara olsun) öldürüb şəhid edəsən. Ən maraqlısı isə budur ki, ölən də öldürən də, zalım da məzlum da hər ikisi cənnətdə yer alacaqlar!!!(???)

Bəzən səhabələrə iqtida etməklə bəzi haram işlər də halala çevriləcək, məsələn; səhabələrdən olan Xalid ibn Vəlid, mömin bir səhabə olan Malik ibn Nüveyrəni öldürdü və həmin gecə onun arvadı ilə zina etdi. Səhabələrdən olan Həkəm ibn Əbil-As Allahın peyğəmbərini (s) məsxərəyə qoyub ələ saldı. Səhabələrdən olan Mərvan ibn Həkəm və Büsr ibn Ərtaha iqtida etsək isə camaatı kütləvi şəkildə öldürmək bizə icazəli (caiz) olacaq. Səhabələrdən olan Səmərət ibn Cündəb və Qüdamə ibn Məz`una iqtida etsək şərab içmək və əyyaşlıq bizə hala olacaq. Əgər qalan səhabələrin hamısına iqtida etmək istəsək, onda müqəddəs islam şəriətində haram buyurulmuş minlərlə əməl bizə halal olacaq. Hər halda sən Peyğəmbər (s) səhabəsinə iqtida etmisən, hidayət yolunu tutub səadətə çatmısan və cənnət əhlisən. (BƏLKƏ DÜŞÜNƏK)!!!

Tərcümə etdi: Mirməhəmməd Əhmədzadə
islammektebi.org

Рейтинг

В этом разделе