Aşura günü oruc tutmaq barədə Əhli-beytin (ə) nəzəri

»»

Aşura günü oruc tutmaq barədə Əhli-beytin (ə) nəzəri

  1. Giriş
  2. Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-beyt (ə) rəvayətlərində
  3. Şiə alimlərinin nəzərləri
  4. Aşura gününü orucu əhli-sünnə mənbələri və alimlərinin nəzərində
  5. Nəticə

Bismillahir-Rəhmanir-Rəhim

Vəhhabilər tərəfindən İmam Hüseynin (ə) Aşurası ilə bağlı ortaya atdığı mövzulardan biri də Bəni-Üməyyəyə tabe olub Həzrət Hüseynin (ə) və dostlarının şəhadətinə şükranlıq və sevinc hisslərini üzə çıxarmaq məqsədilə Aşura günü oruc tutmaqdır.

Bu barədə İmam Sadiq (ə) buyurmuşdur:

إن آل أمية عليهم لعنة الله ومن أعانهم على قتل الحسين من أهل الشام، نذروا نذرا إن قتل الحسين عليه السلام وسلم من خرج إلى الحسين عليه السلام وصارت الخلافة في آل أبي سفيان، أن يتخذوا ذلك اليوم عيدا لهم، وأن يصوموا فيه شكرا.

Bəni-Üməyyə və İmam Hüseynin (ə) qətlə yetirilməsində kömək edən Şam camaatı nəzir etdilər ki, əgər İmam Hüseyn (ə) öldürülərsə və xilafət məqamı Əbu Süfyanın sülaləsinə yetişərsə, Aşura gününü özləri üçün bayram qərar versinlər və (hər ilin) o günü şükranlıq məqsədilə oruc tutsunlar.

Şeyx Tusi, Əmali, s.667, №1397/ 4 (onlayn: 1, 2)

Peyğəmbərin (s) Məkkəyə olan hicrətinə yaxın olan Aşura günündə oruc tutmağa xalqın təşviq olunması

Ərəbistanın böyük alimlər heyətinin, fətvalar və elmi təhqiqat mərkəzinin rəis və müftisi Şeyx Əbdüləziz ibn Əbdillah Ali Şeyx bir bəyanatda müsəlmanları Aşura günü oruc tutmağa təşviq edir. Bu bəyanat Səudiyyə Ərəbistanının ən böyük və ən qədim qəzetlərindən olan və ən məşhur media təşkilatlarından biri olan «əl-Yəmamə» tərəfindən nəşr edilən «ər-Riyad» qəzetində yayımlanmışdır və o cümlədən, vəhabilərin qorxulu yuxusu olan Şeyx Əli əl-Kurani də özünün «əl-İntisar» kitabında qeyd etmişdir.

الحمد لله والصلاة والسلام على رسول الله، وعلى آله وأصحابه ومن اهتدى بهداه..؛ اما بعد: فقد ثبت عن النبي أنه كان يصوم يوم عاشوراء، ويرغب الناس في صيامه، لأنه يوم نجى الله فيه موسى وقومه، وأهلك فيه فرعون وقومه، فيستحب لكل مسلم ومسلمة صيام هذا اليوم شكرا لله عز وجل! وهو اليوم العاشر من المحرم.ويستحب أن يصوم قبله يوما أو بعده يوما... ونظرا إلى أن يوم الاثنين هو اليوم الأول من محرم هذا العام 1422 هـ لأن الأصل هو كمال ذي الحجة، فإن الأفضل للمؤمن في هذا العام أن يصوم يومي الثلاثاء والأربعاء التاسع والعاشر من محرم، أو يومي الأربعاء والخميس العاشر والحادي عشر من محرم. وأسال الله أن يوفقنا وجميع المسلمين لما يرضيه وأن يجعلنا جميعا من المسارعين إلى كل خير. إنه جواد كريم. وصلى الله على نبينا محمد وآله وصحبه...
مفتي عام المملكة العربية السعودية ورئيس هيئة كبار العلماء وإدارة البحوث العلمية والإفتاء عبد العزيز بن عبد الله بن محمد آل الشيخ

Həmd olsun Allaha, Salam və salat olsun Peyğəmbərin (s), onun ailəsinin, səhabələrinin və onların yolunu gedənlərin üzərinə. Bundan sonra: Peyğəmbərdən (s) nəqlən sabit olmuşdur ki, o Həzrət (s) Aşura günü oruc tutardı və camaatı da bu gündə oruc tutmağa təşviq edərdi. Çünki bu gün elə bir gündür ki, Allah-Təala bu gündə Musa (ə) və qövmünə nicat bəxş etmiş, Firon və qövmünü isə həlak etmişdir. Buna görə də hər bir müsəlman qadın və kişiyə müstəhəbdir ki, Məhərrəm ayının 10-cu günü Allaha olan şükranlıq səbəbinə oruc tutsunlar. Daha yaxşıdır ki, ondan bir gün əvvəl və bir gün sonra da oruc tutsunlar. Bu il 1422-ci ildir və zilhiccə ayı tamam olur. Bazar ertəsi Məhərrəm ayının 1-dir. Yaxşıdır ki, bu il iki gün – 10-cu və 11-ci gün – oruc tutsunlar...
Əli əl-Kurani əl-Amili, əl-İntisar, c.9, s.302 (onlayn: 1)
ər-Riyad qəzeti, 1422-ci il, Məhərrəm ayının 8-i, 11970-ci say (onlayn: 1)

«Zahidan» sünni elmi hövzəsinin saytında Əbu Xalidin söhbəti

«Zahidan» sünni elmi hövzəsinin rəsmi saytında (sunnionline.us) əhli-sünnə alimi Əbu Xalid adlı şəxs tərəfindən yazılan bir məqalədə belə deyilir:

Aşuranın məqamını nəzərə alaraq, o gün oruc tutmaq Peyğəmbər (s) sünnəsində təkid olunmuşdur və o Həzrət (s) ümməti də bu gün oruc tutmağa təşviq etmişdir. əl-Buxarinin «əs-Səhih»ində Abdullah ibn Abbasdan (r.a) belə nəql olunur: «Həzrət Peyğəmbər (s) Mədinəyə təşrif buyurdu və gördü ki, yəhudilər oruc tutublar. O Həzrət (s) buyurdu: «Bu işin səbəbi nədir?» Yəhudilər dedilər: «Bu gün mübarək bir gündür. Allah-Təala Bəni-İsrailə düşmənlərdən bu gün nicat verdi və Həzrət Musa (ə) bu günü oruc tuturdu.» Həzrət Peyğəmbər (s) buyurdu: «Mən Musaya (ə) sizdən daha layiqəm (yaxınam).» Buna görə də o Həzrət (s) o günü oruc tutdu və o gün oruc tutulmasına əmr etdi.»

Yenə də İbn Abbasdan başqa bir rəvayət nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur:

صوموا يوم عاشورا و خالفوا فيه اليهود، صوموا قبله يوماً أو بعده يوماً

«Aşura günü oruc tutun, lakin yəhudilərə xilaf olaraq ondan bir gün əvvəl, və ya bir gün sonra da oruc tutun!»

Əhməd b. Hənbəl, əl-Müsnəd, c.2, s.542-543, №2154; Əhməd Şakir hədisin sənədinin həsən olduğunu bildirmişdir. (onlayn: 1)

İxtilaf və araşdırma

Aşura günü oruc tutmağın hökmü haqqında ixtilaf var. Bəziləri bu fikirdədir ki, mübarək Ramazan ayının orucu vacib olana qədər Aşura günü oruc tutmaq vacib olub, lakin mübarək Ramazan ayının orucu vacib olandan sonra bu hökm nəsx olmuşdur. Bəziləri isə bu nəsx olmanın arxasınca deyiblər ki, nəsx olmasına baxmayaraq müstəhəbliyi qalmışdır. Bəziləri isə məkruh hesab edir. Bəziləri isə bu fikirdədir ki, bu gün oruc tutmaq insan insanların ixtiyarına buraxılmışdır, yəni hər kəs istəsə o gün oruc tuta bilər.

Biz bu mövzunu 3 hissədə araşdıracağıq:

1. Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-beyt (ə) rəvayətlərində

2. Bu məsələ barədə şiə alimlərinin rəyləri

3. Aşura günü oruc tutmaq əhli-sünnə alimlərinin nəzərində

 

Страница 1 из 512345»
Рейтинг

В этом разделе