Aşura günü oruc tutmaq barədə Əhli-beytin (ə) nəzəri

»»

Aşura günü oruc tutmaq barədə Əhli-beytin (ə) nəzəri

  1. Giriş
  2. Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-beyt (ə) rəvayətlərində
  3. Şiə alimlərinin nəzərləri
  4. Aşura gününü orucu əhli-sünnə mənbələri və alimlərinin nəzərində
  5. Nəticə

Şiə alimlərinin nəzərləri

Aşura orucu barəsində şiə alimlərinin müxtəlif nəzərləri mövcuddur. Şiə alimlərindən bəziləri Aşura günündə oruc tutmağı haram biliblər. Məsələn, mərhum Xansari (r.ə) «Came əl-mədarik»də belə deyir:

وجزم بعض متأخري المتأخرين بالحرمة ترجيحا للنصوص الناهية وحملا لما دل على الاستحباب على التقية. والظاهر أن هذا أقرب.

Ən müasir şiə alimlərindən bəziləri Aşura günündə oruc tutmağı nəhy edən hədislərə üstünlük verərək orucun müstəhəbliyini bildirən hədisləri təqiyyəyə həml ediblər və nəticədə qətiyyətlə bu gündə oruc tutmağı haram biliblər. Zahir budur ki, bu nəzər daha əqrəbdir (yaxındır).

Mərhum Xansari, Came əl-mədarik, c.2, s.226

Yaxud mərhum Mühəddis Bəhrani «Hədaiq»də belə deyir:

وبالجملة فإن دلالة هذه الأخبار على التحريم مطلقا أظهر ظاهر

Ümumiyyətlə bu hədislərin (Aşura) orucunun haramlığına qeydsiz-şərtsiz dəlalət etməsi daha aydındır.

Mühəqqiq Bəhrani, əl-Hədaiq ən-nazirə, c.13, s.376 (onlayn 1, 2)

Və ya mərhum Nəraqi «Müstənəd əş-şiə» kitabında belə deyir:

فالحق: حرمة صومه من هذه الجهة. فإنه بدعة عند آل محمد متروكة

Doğrusu budur ki, bu gün oruc tutmaq ona görə haramdır ki, bu Ali-Məhəmmədin (s) yanında tərk olunmuş bidətdir.

Mühəqqiq Nəraqi, Müstənəd əş-şiə, c.10, s.493

Müasirlərin əksəriyyəti – Seyyid Yəzdi («Ürvətül-vüsqa»nın müəllifi), mərhum Bürucerdi, Həkim, Xomeyni, «Ürvətül-vüsqa» kitabının bir çox şərhçiləri, və ya hazırkı zamanda bir çox müasir alimlər o gün oruc tutmağın kərahətli olduğunu demişlər (Seyyid Yəzdi, Ürvətul-vüsqa, c.3, s.657). Bununla belə, bir qrup alimlər Bəni-Üməyyənin təbərrük qəsdilə etdiyi şəkildə deyil, əsrə qədər hüzn, qəm-qüssə niyyətilə oruc tutmağı, qürubdan əvvəl isə (İmam Hüseynin (ə) türbətilə olsa daha yaxşıdır) iftar etməyi müstəhəb biliblər və bunu Aşura orucunun istihbabiyyəti (müstəhəbliyi) barəsində varid olan hədisləri və bu orucu nəhy edən hədisləri cəm edən bir yol hesab etmişlər. Məsələn, Şeyx «əl-İstibsar»da (Şeyx Tusi, İstibsar, c.2, s.136) aşağıdakı rəvayətdən belə nəticə əldə edib:

عبد الله بن سنان عن الصادق عليه السلام قال: دخلت عليه يوم عاشورا فألفيته كاسف اللون ظاهر الحزن و دموعه تنحدر كاللؤلؤ المتساقط، فقلت: يا ابن رسول الله مم بكاؤك لا أبكى الله عينيك فقال لي: أو في غفلة أنت؛ اما علمت أن الحسين عليه السلام أصيب في مثل هذا اليوم فقلت: يا سيدي فما قولك في صومه قال لي: صمه من غير تبييت وأفطره من غير تشميت ولا تجعل صوم يوم كملا وليكن إفطارك بعد صلاة العصر بساعة على شربة من ماء فإنه في ذلك الوقت من ذلك اليوم تجلت الهيجاء عن آل رسول الله صلى الله عليه وآله وانكشفت الملحمة عنهم

Abdullah ibn Sənan İmam Sadiqdən (ə) nəql edərək deyir: «Aşura günü o Həzrətin (ə) məhzərinə müşərrəf oldum. Gördüm ki, Ağanın (ə) rəngi tutqun və qaralmış, çöhrəsindəki hüzn zahir olmuş, lölö dənələri kimi mübarək gözlərindən yaş axırdı. Ərz etdim: «Yəbnə Rəsulillah! Allah gözlərinizi ağlatmasın, nəyə görə ağlayırsınız?» Həzrət (ə) buyurdu: «Məgər qəflətdəsən və bilmirsən ki, Hüseyn (ə) belə bir gündə müsibət görmüşdür?» Ərz etdim: «Ey seyyidim, o günün orucu haqqında rəyiniz nədir?» Buyurdu: «Bu gün oruc tut, lakin onu sona çatdırmamış iftar et və ondan rəhmət gözləmə! Onu kamil bir oruc qərar vermə, əsr namazından bir az sonra bir qurtum su ilə iftar et!...»

Şeyx Tusi, Misbah əl-mutəhəccid, s.547 (onlayn 1)

Buna görə də şiə fəqihləri Əhli-beyt (ə) rəvayətlərindən ilham almaqla bu günün qəm qüssə günü olmasını və bu gündə İmam Hüseynin (ə) əzadarlığını keçirməyin lazım olduğunu nəzərə alaraq, əzadarlıqla ziddiyyət təşkil edən hər bir əməli qadağan etmişlər, möminlərə də tövsiyə etmişlər ki, bu gündə gündəlik işlərdən əl çəkib bu günü özləri üçün ağlamaq, müsibət və qəm qüssə günü qərar versinlər. İmam Rza (ə) bir hədisdə belə buyurur:

من كان يوم عاشوراء يوم مصيبته وحزنه وبكائه يجعل الله عز وجل يوم القيامة يوم فرحه وسروره وقرت بنا في الجنان عينه.

Aşura günü onun üçün müsibət, qəm-qüssə günü olan kəs üçün Allah qiyamət gününü şadlıq günü qərar verər və behiştdə onların gözlərini bizimlə işıqlandırar.

Şeyx Səduq, İləl əş-şəraye, c.1, s.227 (onlayn 1)

İmam (ə) yuxarıdakı rəvayətdə Aşura gününü hüzn və müsibət günü adlandırır. Buna görə də şadlığa səbəb olan , İmam Hüseynin (ə) müsibətindən qəflətə salan hər cür işi Allahın və Əhli-beytin (ə) istəyinə xilaf bilmişdir.

Страница 3 из 5«12345»
Рейтинг

В этом разделе