Şübhələrə cavab » Aşura günü oruc tutmaq barədə Əhli-beytin (ə) nəzəri

Bismillahir-Rəhmanir-Rəhim

Vəhhabilər tərəfindən İmam Hüseynin (ə) Aşurası ilə bağlı ortaya atdığı mövzulardan biri də Bəni-Üməyyəyə tabe olub Həzrət Hüseynin (ə) və dostlarının şəhadətinə şükranlıq və sevinc hisslərini üzə çıxarmaq məqsədilə Aşura günü oruc tutmaqdır.

[pagename:Giriş|Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-beyt (ə) rəvayətlərində|Şiə alimlərinin nəzərləri|Aşura gününü orucu əhli-sünnə mənbələri və alimlərinin nəzərində|Nəticə]

Bu barədə İmam Sadiq (ə) buyurmuşdur:

إن آل أمية عليهم لعنة الله ومن أعانهم على قتل الحسين من أهل الشام، نذروا نذرا إن قتل الحسين عليه السلام وسلم من خرج إلى الحسين عليه السلام وصارت الخلافة في آل أبي سفيان، أن يتخذوا ذلك اليوم عيدا لهم، وأن يصوموا فيه شكرا.

Bəni-Üməyyə və İmam Hüseynin (ə) qətlə yetirilməsində kömək edən Şam camaatı nəzir etdilər ki, əgər İmam Hüseyn (ə) öldürülərsə və xilafət məqamı Əbu Süfyanın sülaləsinə yetişərsə, Aşura gününü özləri üçün bayram qərar versinlər və (hər ilin) o günü şükranlıq məqsədilə oruc tutsunlar.

Şeyx Tusi, Əmali, s.667, №1397/ 4 (onlayn: 1, 2)

Peyğəmbərin (s) Məkkəyə olan hicrətinə yaxın olan Aşura günündə oruc tutmağa xalqın təşviq olunması

Ərəbistanın böyük alimlər heyətinin, fətvalar və elmi təhqiqat mərkəzinin rəis və müftisi Şeyx Əbdüləziz ibn Əbdillah Ali Şeyx bir bəyanatda müsəlmanları Aşura günü oruc tutmağa təşviq edir. Bu bəyanat Səudiyyə Ərəbistanının ən böyük və ən qədim qəzetlərindən olan və ən məşhur media təşkilatlarından biri olan «əl-Yəmamə» tərəfindən nəşr edilən «ər-Riyad» qəzetində yayımlanmışdır və o cümlədən, vəhabilərin qorxulu yuxusu olan Şeyx Əli əl-Kurani də özünün «əl-İntisar» kitabında qeyd etmişdir.

الحمد لله والصلاة والسلام على رسول الله، وعلى آله وأصحابه ومن اهتدى بهداه..؛ اما بعد: فقد ثبت عن النبي أنه كان يصوم يوم عاشوراء، ويرغب الناس في صيامه، لأنه يوم نجى الله فيه موسى وقومه، وأهلك فيه فرعون وقومه، فيستحب لكل مسلم ومسلمة صيام هذا اليوم شكرا لله عز وجل! وهو اليوم العاشر من المحرم.ويستحب أن يصوم قبله يوما أو بعده يوما... ونظرا إلى أن يوم الاثنين هو اليوم الأول من محرم هذا العام 1422 هـ لأن الأصل هو كمال ذي الحجة، فإن الأفضل للمؤمن في هذا العام أن يصوم يومي الثلاثاء والأربعاء التاسع والعاشر من محرم، أو يومي الأربعاء والخميس العاشر والحادي عشر من محرم. وأسال الله أن يوفقنا وجميع المسلمين لما يرضيه وأن يجعلنا جميعا من المسارعين إلى كل خير. إنه جواد كريم. وصلى الله على نبينا محمد وآله وصحبه...
مفتي عام المملكة العربية السعودية ورئيس هيئة كبار العلماء وإدارة البحوث العلمية والإفتاء عبد العزيز بن عبد الله بن محمد آل الشيخ

Həmd olsun Allaha, Salam və salat olsun Peyğəmbərin (s), onun ailəsinin, səhabələrinin və onların yolunu gedənlərin üzərinə. Bundan sonra: Peyğəmbərdən (s) nəqlən sabit olmuşdur ki, o Həzrət (s) Aşura günü oruc tutardı və camaatı da bu gündə oruc tutmağa təşviq edərdi. Çünki bu gün elə bir gündür ki, Allah-Təala bu gündə Musa (ə) və qövmünə nicat bəxş etmiş, Firon və qövmünü isə həlak etmişdir. Buna görə də hər bir müsəlman qadın və kişiyə müstəhəbdir ki, Məhərrəm ayının 10-cu günü Allaha olan şükranlıq səbəbinə oruc tutsunlar. Daha yaxşıdır ki, ondan bir gün əvvəl və bir gün sonra da oruc tutsunlar. Bu il 1422-ci ildir və zilhiccə ayı tamam olur. Bazar ertəsi Məhərrəm ayının 1-dir. Yaxşıdır ki, bu il iki gün – 10-cu və 11-ci gün – oruc tutsunlar...
Əli əl-Kurani əl-Amili, əl-İntisar, c.9, s.302 (onlayn: 1)
ər-Riyad qəzeti, 1422-ci il, Məhərrəm ayının 8-i, 11970-ci say (onlayn: 1)

«Zahidan» sünni elmi hövzəsinin saytında Əbu Xalidin söhbəti

«Zahidan» sünni elmi hövzəsinin rəsmi saytında (sunnionline.us) əhli-sünnə alimi Əbu Xalid adlı şəxs tərəfindən yazılan bir məqalədə belə deyilir:

Aşuranın məqamını nəzərə alaraq, o gün oruc tutmaq Peyğəmbər (s) sünnəsində təkid olunmuşdur və o Həzrət (s) ümməti də bu gün oruc tutmağa təşviq etmişdir. əl-Buxarinin «əs-Səhih»ində Abdullah ibn Abbasdan (r.a) belə nəql olunur: «Həzrət Peyğəmbər (s) Mədinəyə təşrif buyurdu və gördü ki, yəhudilər oruc tutublar. O Həzrət (s) buyurdu: «Bu işin səbəbi nədir?» Yəhudilər dedilər: «Bu gün mübarək bir gündür. Allah-Təala Bəni-İsrailə düşmənlərdən bu gün nicat verdi və Həzrət Musa (ə) bu günü oruc tuturdu.» Həzrət Peyğəmbər (s) buyurdu: «Mən Musaya (ə) sizdən daha layiqəm (yaxınam).» Buna görə də o Həzrət (s) o günü oruc tutdu və o gün oruc tutulmasına əmr etdi.»

Yenə də İbn Abbasdan başqa bir rəvayət nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur:

صوموا يوم عاشورا و خالفوا فيه اليهود، صوموا قبله يوماً أو بعده يوماً

«Aşura günü oruc tutun, lakin yəhudilərə xilaf olaraq ondan bir gün əvvəl, və ya bir gün sonra da oruc tutun!»

Əhməd b. Hənbəl, əl-Müsnəd, c.2, s.542-543, №2154; Əhməd Şakir hədisin sənədinin həsən olduğunu bildirmişdir. (onlayn: 1)

İxtilaf və araşdırma

Aşura günü oruc tutmağın hökmü haqqında ixtilaf var. Bəziləri bu fikirdədir ki, mübarək Ramazan ayının orucu vacib olana qədər Aşura günü oruc tutmaq vacib olub, lakin mübarək Ramazan ayının orucu vacib olandan sonra bu hökm nəsx olmuşdur. Bəziləri isə bu nəsx olmanın arxasınca deyiblər ki, nəsx olmasına baxmayaraq müstəhəbliyi qalmışdır. Bəziləri isə məkruh hesab edir. Bəziləri isə bu fikirdədir ki, bu gün oruc tutmaq insan insanların ixtiyarına buraxılmışdır, yəni hər kəs istəsə o gün oruc tuta bilər.

Biz bu mövzunu 3 hissədə araşdıracağıq:

1. Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-beyt (ə) rəvayətlərində

2. Bu məsələ barədə şiə alimlərinin rəyləri

3. Aşura günü oruc tutmaq əhli-sünnə alimlərinin nəzərində

 

[page]

Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-beyt (ə) rəvayətlərində

2.1. Ramazan ayının orucu Aşura gününün orucunu nəsx etdi

Şiə kitab və mənbələrində bu mətləbə işarə edən bir çox rəvayətlər mövcuddur ki, Ramazan ayının orucunun vacib olması ilə Aşura gününün orucunu vaciblikdən çıxarmış, onun tərkini daha münasib bilmişdir. Bu mətləbi və Aşura gününün orucunun İslamda yerini daha yaxşı bəyan etmək üçün Məsum İmamlardan (ə) bir neçə rəvayətə işarə edib, daha çox araşdıranlar üçün hədis kitablarına müraciət etmələrini xahiş edirik.

Səhih rəvayətdə Məhəmməd ibn Müslim və Zürarə ibn Əyun İmam Baqirdən (ə) Aşura günü oruc tutmaq barədə soruşurlar. Həzrət (ə) onların cavabında buyurur:

كان صومه قبل شهر رمضان، فلما نزل شهر رمضان ترك.

Ramazan ayının orucu vacib olmamışdan qabaq Aşura günü oruc tutmaq vacib idi, lakin Ramazan ayının orucu vacib olan kimi Aşura orucu tərk olundu.

Mən la yəhzuruhu əl-fəqih, c.2, s.51, №224 (onlayn: 1, 2)

Eyni mətnli hədis «Səhih Müslim»də də mövcuddur.

حدثنا أبو بكر بن أبي شيبة وأبو كريب جميعا عن أبي معاوية قال أبو بكر حدثنا أبو معاوية عن الأعمش عن عمارة عن عبد الرحمن بن يزيد قال دخل الأشعث بن قيس على عبد الله وهو يتغدى فقال يا أبا محمد ادن إلى الغداء فقال أوليس اليوم يوم عاشوراء قال وهل تدري ما يوم عاشوراء قال وما هو قال إنما هو يوم كان رسول الله صلى الله عليه وسلم يصومه قبل أن ينزل شهر رمضان فلما نزل شهر رمضان ترك

..... Abdullah (ibn Ömər) deyir: «Sən Aşura gününün nə olduğunu bilirsənmi?» Əşas dedi: «Nədir ki?» Abdullah dedi: «O, Rəsulullahın (s) ancaq Ramazan orucu nazil olmamışdan öncə oruc tutduğu bir gündür. Ramazan orucu nazil olduqda tərk edildi.» .....

Səhih Müslim, c.2, s.794, №1127; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi (onlayn 1)

Digər rəvayətdə ravi deyir ki, İmam Baqirdən (ə) Aşura gününün orucu barəsində soruşdum. Həzrət buyurdu:

صوم متروك بنزول شهر رمضان، والمتروك بدعة

Ramazan ayının vacib olması ilə tərk olunan bir orucdur. Tərk olunmuş orucu tutmaq da bidətdir.

Şeyx Kuleyni, əl-Kafi, Aşura və Ərəfə orucları babı, c.4, s.146, hədis 4 (onlayn 1, 2)

2.2. Aşura gününün orucu İmam Hüseynin (ə) şəhadəti səbəbinə olan Bəni-Üməyyənin sünnəsidir.

Başqa bir rəvayətdə Aşura orucu barəsində İmam Sadiqdən (ə) soruşarkən belə buyurur:

ذاك يوم قتل فيه الحسين عليه السلام، فإن كنت شامتا فصم. ثم قال: إن آل أمية عليهم لعنة الله ومن أعانهم على قتل الحسين من أهل الشام، نذروا نذرا إن قتل الحسين عليه السلام وسلم من خرج إلى الحسين عليه السلام وصارت الخلافة في آل أبي سفيان، أن يتخذوا ذلك اليوم عيدا لهم، وأن يصوموا فيه شكرا، ويفرحون أولادهم، فصارت في آل أبي سفيان سنّة إلى اليوم في الناس، واقتدى بهم الناس جميعا، فلذلك يصومونه ويدخلون على عيالاتهم وأهاليهم الفرح ذلك اليوم. ثم قال: إن الصوم لا يكون للمصيبة، ولا يكون إلا شكرا للسلامة، وإن الحسين عليه السلام أصيب، فإن كنت ممن أصبت به فلا تصم، وإن كنت شامتا ممن سرك سلامة بني أمية فصم شكرا لله تعالى.

Aşura günü İmam Hüseynin (ə) şəhadətə çatdığı gündür. Əgər İmam Hüseynə (ə) şəmatət (Onun (ə) başına gələnlərə sevinc izhar) etmək istəyirsənsə, Aşura günü oruc tut. Bəni-Üməyyə (l.ə) və onlara kömək edənlər İmam Hüseynin (ə) öldürülməsinə belə nəzir etdilər ki, əgər Hüseyn (ə) öldürülsə, Hüseynə (ə) qarşı olan şəxslər salamat qalsa və xilafət məqamı Əbu Süfyan (l.ə) ailəsinin nəsibi olarsa, Aşura gününü özləri üçün bayram qərar verərək o günü şükranlıq üçün oruc tutsunlar. Buna görə də bu iş bu günə qədər insanlar arasında sünnə olaraq qaldı. İnsanlar ümumi şəkildə onlara iqtida etdilər. Bəli, elə buna görə də Aşura gününü oruc tuturlar və bu gündə öz ailələrini sevindirirlər. Sonra Həzrət (ə) buyurdu: Bəli bu günün orucu müsibət üçün deyil, çünki Bəni-Üməyyənin salamatçılığı üçün olan şükranlıqdır. İmam Hüseyn (ə) bu gün müsibət görübdür. Əgər sən də müsibət görmüsənsə, bu günü oruc tutma. Əgər Əhli-beytə (ə) şəmatət etmək istəyirsənsə və Bəni-Üməyyənin salamatlığından razısansa, onda bu günü oruc tut.

Şeyx Tusi, Əmali, s.667, h.1397/4 (onlayn 1, 2)

2.3. Aşura gününün orucu – cəhənnəm atəşi

Digər rəvayətdə Zeyd ən-Nərsi Zürarədən belə nəql edir:

عن زيد النرسي قال: سمعت عبيد بن زرارة يسأل أبا عبد الله عليه السلام عن صوم يوم عاشورا فقال: من صامه كان حظه من صيام ذلك اليوم حظ ابن مرجانة وآل زياد. قال: قلت: وما كان حظهم من ذلك اليوم؟ قال: النار أعاذنا الله من النار ومن عمل يقرب من النار.

Zeyd ən-Nərsi deyir ki, Ubeyd ibn Zürarənin İmam Sadiqdən Aşura orucu haqqında soruşduğunu eşitdim. Həzrət (ə) belə buyurdu: «Hər kəs bu gün orcu tutsa, İbn Mərcanə və Ali-Ziyadın apardığı bəhrəni aparar.» Dedim: «Onlar bu gün nə bəhrə aparıblar?» Buyurdu: «Cəhənnəm atəşini. Nəticəsi cəhənnəm atəşi olan əməldən Allaha pənah aparıram.»

əl-Kafi, c.4, s.147, hədis 6 (onlayn 1); Təhzib, c.4, s.301, hədis 912; əl-İstibsar, c.2, s.135, hədis 443

2.4. Aşura günü oruc tutanın mükafatı – Allahın qəzəbi

محمد بن يعقوب عن الحسين بن علي الهاشمي عن محمد بن الحسين عن محمد بن سنان (عن أبان عن عبد الملك) قال: سألت أبا عبد الله عليه السلام عن صوم تاسوعاء وعاشوراء من شهر المحرم؟ فقال:... ما هو يوم صوم. وما هو إلا يوم حزن ومصيبة دخلت على أهل السماء وأهل الأرض وجميع المؤمنين. ويوم فرح وسرور لابن مرجانة وآل زياد وأهل الشام. غضب الله عليهم وعلى ذرياتهم...

Məhəmməd ibn Sinan deyir ki, İmam Sadiqdən (ə) Məhərrəm ayında Tasua və Aşura gününün orucu haqqında soruşdum. Həzrət (ə) belə buyurdu: «Bu günlər oruc tutmaq üçün deyildir. Çünki bu günlər asiman və yer əhlinin və bütün möminlərin hüzn və müsibət günüdür, İbn Mərcanə, Ali-Ziyad və Şam camaatının isə sevinc günləridir.»

Şeyx Hürr Amili, Vəsail əş-şiə (Alul Beyt), c.10, s.460, №13847 (onalyn 1)

[page]

Şiə alimlərinin nəzərləri

Aşura orucu barəsində şiə alimlərinin müxtəlif nəzərləri mövcuddur. Şiə alimlərindən bəziləri Aşura günündə oruc tutmağı haram biliblər. Məsələn, mərhum Xansari (r.ə) «Came əl-mədarik»də belə deyir:

وجزم بعض متأخري المتأخرين بالحرمة ترجيحا للنصوص الناهية وحملا لما دل على الاستحباب على التقية. والظاهر أن هذا أقرب.

Ən müasir şiə alimlərindən bəziləri Aşura günündə oruc tutmağı nəhy edən hədislərə üstünlük verərək orucun müstəhəbliyini bildirən hədisləri təqiyyəyə həml ediblər və nəticədə qətiyyətlə bu gündə oruc tutmağı haram biliblər. Zahir budur ki, bu nəzər daha əqrəbdir (yaxındır).

Mərhum Xansari, Came əl-mədarik, c.2, s.226

Yaxud mərhum Mühəddis Bəhrani «Hədaiq»də belə deyir:

وبالجملة فإن دلالة هذه الأخبار على التحريم مطلقا أظهر ظاهر

Ümumiyyətlə bu hədislərin (Aşura) orucunun haramlığına qeydsiz-şərtsiz dəlalət etməsi daha aydındır.

Mühəqqiq Bəhrani, əl-Hədaiq ən-nazirə, c.13, s.376 (onlayn 1, 2)

Və ya mərhum Nəraqi «Müstənəd əş-şiə» kitabında belə deyir:

فالحق: حرمة صومه من هذه الجهة. فإنه بدعة عند آل محمد متروكة

Doğrusu budur ki, bu gün oruc tutmaq ona görə haramdır ki, bu Ali-Məhəmmədin (s) yanında tərk olunmuş bidətdir.

Mühəqqiq Nəraqi, Müstənəd əş-şiə, c.10, s.493

Müasirlərin əksəriyyəti – Seyyid Yəzdi («Ürvətül-vüsqa»nın müəllifi), mərhum Bürucerdi, Həkim, Xomeyni, «Ürvətül-vüsqa» kitabının bir çox şərhçiləri, və ya hazırkı zamanda bir çox müasir alimlər o gün oruc tutmağın kərahətli olduğunu demişlər (Seyyid Yəzdi, Ürvətul-vüsqa, c.3, s.657). Bununla belə, bir qrup alimlər Bəni-Üməyyənin təbərrük qəsdilə etdiyi şəkildə deyil, əsrə qədər hüzn, qəm-qüssə niyyətilə oruc tutmağı, qürubdan əvvəl isə (İmam Hüseynin (ə) türbətilə olsa daha yaxşıdır) iftar etməyi müstəhəb biliblər və bunu Aşura orucunun istihbabiyyəti (müstəhəbliyi) barəsində varid olan hədisləri və bu orucu nəhy edən hədisləri cəm edən bir yol hesab etmişlər. Məsələn, Şeyx «əl-İstibsar»da (Şeyx Tusi, İstibsar, c.2, s.136) aşağıdakı rəvayətdən belə nəticə əldə edib:

عبد الله بن سنان عن الصادق عليه السلام قال: دخلت عليه يوم عاشورا فألفيته كاسف اللون ظاهر الحزن و دموعه تنحدر كاللؤلؤ المتساقط، فقلت: يا ابن رسول الله مم بكاؤك لا أبكى الله عينيك فقال لي: أو في غفلة أنت؛ اما علمت أن الحسين عليه السلام أصيب في مثل هذا اليوم فقلت: يا سيدي فما قولك في صومه قال لي: صمه من غير تبييت وأفطره من غير تشميت ولا تجعل صوم يوم كملا وليكن إفطارك بعد صلاة العصر بساعة على شربة من ماء فإنه في ذلك الوقت من ذلك اليوم تجلت الهيجاء عن آل رسول الله صلى الله عليه وآله وانكشفت الملحمة عنهم

Abdullah ibn Sənan İmam Sadiqdən (ə) nəql edərək deyir: «Aşura günü o Həzrətin (ə) məhzərinə müşərrəf oldum. Gördüm ki, Ağanın (ə) rəngi tutqun və qaralmış, çöhrəsindəki hüzn zahir olmuş, lölö dənələri kimi mübarək gözlərindən yaş axırdı. Ərz etdim: «Yəbnə Rəsulillah! Allah gözlərinizi ağlatmasın, nəyə görə ağlayırsınız?» Həzrət (ə) buyurdu: «Məgər qəflətdəsən və bilmirsən ki, Hüseyn (ə) belə bir gündə müsibət görmüşdür?» Ərz etdim: «Ey seyyidim, o günün orucu haqqında rəyiniz nədir?» Buyurdu: «Bu gün oruc tut, lakin onu sona çatdırmamış iftar et və ondan rəhmət gözləmə! Onu kamil bir oruc qərar vermə, əsr namazından bir az sonra bir qurtum su ilə iftar et!...»

Şeyx Tusi, Misbah əl-mutəhəccid, s.547 (onlayn 1)

Buna görə də şiə fəqihləri Əhli-beyt (ə) rəvayətlərindən ilham almaqla bu günün qəm qüssə günü olmasını və bu gündə İmam Hüseynin (ə) əzadarlığını keçirməyin lazım olduğunu nəzərə alaraq, əzadarlıqla ziddiyyət təşkil edən hər bir əməli qadağan etmişlər, möminlərə də tövsiyə etmişlər ki, bu gündə gündəlik işlərdən əl çəkib bu günü özləri üçün ağlamaq, müsibət və qəm qüssə günü qərar versinlər. İmam Rza (ə) bir hədisdə belə buyurur:

من كان يوم عاشوراء يوم مصيبته وحزنه وبكائه يجعل الله عز وجل يوم القيامة يوم فرحه وسروره وقرت بنا في الجنان عينه.

Aşura günü onun üçün müsibət, qəm-qüssə günü olan kəs üçün Allah qiyamət gününü şadlıq günü qərar verər və behiştdə onların gözlərini bizimlə işıqlandırar.

Şeyx Səduq, İləl əş-şəraye, c.1, s.227 (onlayn 1)

İmam (ə) yuxarıdakı rəvayətdə Aşura gününü hüzn və müsibət günü adlandırır. Buna görə də şadlığa səbəb olan , İmam Hüseynin (ə) müsibətindən qəflətə salan hər cür işi Allahın və Əhli-beytin (ə) istəyinə xilaf bilmişdir.

[page]

Aşura gününü orucu əhli-sünnə mənbələri və alimlərinin nəzərində

4.1. Əhli-sünnə mənbələrində Aşura orucu haqqında gələn rəvayətlərdə olan ziddiyyətlər

Əhli-sünnənin «Səhih»lərinə müraciət etdikdə Aşura gününün orucu haqqında olan ziddiyyətli rəvayətlər toplusu ilə üzləşirik və bir çox hallarda o hədisləri cəm etmək mümkün olmur.

4.2. Peyğəmbər (s) və Qureyşin İslamdan qabaq Aşura günü oruc tutmaları

«Səhih əl-Buxari»də gəlmiş və əhli-sünnənin Aşura orucunun müstəhəb olması fətvasına səbəb olan rəvayətərdən biri də aşağıdakı hədisdir:

عَنْ عَائِشَةَ رضى الله عنها قَالَتْ: كَانَ يَوْمُ عَاشُورَاءَ تَصُومُهُ قُرَيْشٌ فِي الْجَاهِلِيَّةِ، وَكَانَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَصُومُهُ، فَلَمَّا قَدِمَ الْمَدِينَةَ صَامَهُ، وَأَمَرَ بِصِيَامِهِ، فَلَمَّا فُرِضَ رَمَضَانُ تَرَكَ يَوْمَ عَاشُورَاءَ، فَمَنْ شَاءَ صَامَهُ، وَمَنْ شَاءَ تَرَكَهُ.

Aişə deyir: «Qureyş cahiliyyət dövründə Aşura günü oruc tuturdu. Allahın rəsulu (s) da o günü oruc tuturdu və Mədinəyə gələndə də o gün oruc tuturdu, digərlərinə də oruc tutmağı əmr edirdi. Ramazan ayının orucu vacib olan zaman Həzrət (ə) Aşura günü oruc tutmağı tərk etdi. İstəyən o günü oruc tuta bilər, istəyən də tərk edə bilər.»

Səhih əl-Buxari, Oruc kitabı, Aşura orucu babı, c.2, s.704, №1898, Dar ibn Kəsir, Beyrut, 1414/1993 (onlayn 1, 2)

 

Əvvəla, bu rəvayətin sənəd silsiləsində Hişam ibn Ürvə olduğu üçün işkallı və münaqişəlidir.

İbn Qəttan onun barəsində belə demişdir:

«أنّه اختلط و تغيّر»

«O, mətləbləri doğru olmayan mətləblərlə dəyişdirərək qarışdırır.»

əz-Zəhəbi onun barəsində belə deyir:

«أنّه نسي بعض محفوظه أو وهم»

«O, bildiklərinin unudur və ya onlar haqqında şəkk edir.»

İbn Xərraşdan da onun barəsində belə gəlmişdir:

«كان مالك لا يرضاه نقد عليه حديثه لأهل العراق»

«Malik ondan razı deyildi və onun İraq camaatı üçün nəql etdiyi hədisləri tənqid edirdi.»

Mizan əl-İtidal, c.4, s.301 (onlayn 1)

İkincisi bu hədis aşağıda gələn hədislərlə ziddiyyətlidir:

4.3. Peyğəmbərin (s) və Qureyşin hicrətədək Aşura orucundan xəbərsizliyi

«Səhih əl-Buxari»də gəlmiş və yuxarıdakı hədislə tamamən ziddiyyət təşkil edən hədis budur:

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ حَدَّثَنَا أَيُّوبُ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ - رضى الله عنهما - قَالَ قَدِمَ النَّبِىُّ - صلى الله عليه وسلم - الْمَدِينَةَ. فَرَأَى الْيَهُودَ تَصُومُ يَوْمَ عَاشُورَاءَ. فَقَالَ «مَا هَذَا». قَالُوا هَذَا يَوْمٌ صَالِحٌ. هَذَا يَوْمٌ نَجَّى اللَّهُ بَنِى إِسْرَائِيلَ مِنْ عَدُوِّهِمْ. فَصَامَهُ مُوسَى. قَالَ «فَأَنَا أَحَقُّ بِمُوسَى مِنْكُمْ». فَصَامَهُ وَأَمَرَ بِصِيَامِهِ.

İbn Abbas deyir: «Həzrət Peyğəmbər (s) Mədinəyə gələndə bir yəhudinin Aşura günü oruc tutduğunu gördü. Buyurdu ki: «Bu nə işdir?» Dedilər ki: «Bu gün mübarək bir gündür. Elə bir gündür ki, Allah-Təala Bəni-İsrailə onların düşmənlərindən nicat verdi və həmin günü Musa (ə) oruc tutdu.» Həzrət (s) buyurdu: «Mən sizdən Musaya daha layiqəm (yaxınam).» Elə buna görə də Həzrət (s) o günü oruc tutdu və digərlərinə də oruc tutmağı əmr etdi.»

Səhih əl-Buxari, Oruc kitabı, Aşura orucu babı, c.2, s.704, №1900; Dar ibn Kəsir, Beyrut, 1414/1993 (onlayn 1)

Birinci rəvayət deyir ki, Həzrət Peyğəmbər (s) və Qureyş cahiliyyət dövründə bu günü oruc tuturdular. İslamdan sonra 13 il Məkkədə olduqları müddətdə də bu hökm qüvvədə idi. Mədinəyə hicrət edəndən sonra isə Ramazan orucu vacib oldu. Ondan sonra Aşura gününün orucu insanların ixtiyarına qoyuldu. İstəyən oruc tutar, istəyən də tərk edər.

İkinci rəvayət isə bunu deyir ki, Peyğəmbər (s) Mədinəyə gələrkən nəinki bu günü oruc tutmuş, heç ondan xəbəri belə olmamışdır. Yəhudinin bu günün orucunu tutduğunu görərkən təəccüblə bunun səbəbini soruşmuşdur. Cavabında isə yəhudinin Musanın (ə) nicat tapmasına sevinc əlaməti olaraq oruc tutduğunu eşitmişdir. Elə buna görə də Həzrət (s) buyurmuşdur: Əgər belədirsə, mənim Məkkə müşriklərindən nicat tapmağımın səbəbinə özümü bu günü oruc tutmaq üçün Musadan (ə) daha layiqli bilirəm. Ondan sonra Həzrət (ə) Aşura günü nəinki özü oruc tutur, digərlərini də oruc tutmağa əmr edirdi.

4.4. Ramazan orucunun vacib olması ilə Aşura orucunun tərk olunması

«Səhih əl-Buxari»də gələn və yuxarıdakı rəvayətlərlə ziddiyyətli olan digər bir hədisə diqqət edin:

عَنِ ابْنِ عُمَرَ رضى الله عنهما قَالَ: صَامَ النَّبِيُّ صلى الله عليه وسلم عَاشُورَاءَ، وَأَمَرَ بِصِيَامِهِ، فَلَمَّا فُرِضَ رَمَضَانُ تُرِكَ. وَكَانَ عَبْدُ اللَّهِ لاَ يَصُومُهُ، إِلاَّ أَنْ يُوَافِقَ صَوْمَهُ.

İbn Ömər deyir: Həzrət Peyğəmbər (s) Aşura günü oruc tutar və digərlərini də bu günü oruc tutmağı əmr edirdi. Ramazan orucu vacib olan kimi Həzrət (s) Aşura orucunu tərk etdi. Abdullah da o günü oruc tutmazdı. Amma Aşura günü oruc tutulan günə düşsəydi onda oruc tutardı. (Məsələn cümə gününə düşərkən).

Səhih əl-Buxari, Oruc kitabı, Ramazan orucunun vacibliyi babı, c.2, s.669, №1793; Dar ibn Kəsir, Beyrut, 1414/1993 (onlayn 1)

Nəticə olaraq deyə bilərik ki, bu hədis Ramazan ayının orucu vacib olmamışdan əvvəl Aşura orucu haqqında olan ikinci rəvayətlə uyğun, Aşura orucunun ixtiyari və icbari olmasını bəyan edən rəvayətlə ziddiyyətlidir.

4.5. Kitab əhlinin ayinilə Peyğəmbərin (s) uyğunluğu

Yuxarıdakı rəvayətlərlə ziddiyyət təşkil edən və «Səhih əl-Buxari»də gələn hədislərdən biri də Həzrət Peyğəmbərin (s) Allahın hökmü gəlməyən işlərdə yəhudi və digər ayinlərə tabe olması hədisidir.

əl-Buxari öz «Səhih»ində İbn Abbasdan belə nəql edir:

وَكَانَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يُحِبُّ مُوَافَقَةَ أَهْلِ الْكِتَابِ فِيمَا لَمْ يُؤْمَرْ فِيهِ بِشَىْ‏ءٍ....

Allahın rəsulu (s) Allah tərəfindən əmr nazil olmadığı işlərdə əhli kitaba tabe olmağı sevirdi.

Səhih əl-Buxari, Mənaqib kitabı, Peyğəmbərin (s) xüsusiyyətləri babı, c.3, s.1305, №3365; Dar ibn Kəsir, Beyrut, 1414/1993 (onlayn 1)

Həmçinin əhli-sünnənin böyük alimi İbn Həcər əl-Əsqəlani deyir:

و قد كان (ص) يحبّ موافقة أهل الكتاب فيما لم يؤمر فيه بشي‏ء و لا سيّما إذا كان فيما يخالف فيه أهل الأوثان

Allahın rəsulu (s) əmr nazil olmayan yerlərdə - xüsusilə o iş bütpərəstlərlə müxalif bir iş olanda - əhli kitabla müvafiq olmağı sevirdi.

İbn Həcər əl-Əsqəlani, Fəth əl-Bari, c.4, s.288; Dar ər-Rəyan lit-Turas, Qahirə, 1407/1986 (onlayn 1)

Hicrətin 795-ci ilində vəfat edən Zeynuddin ibn Rəcəb ibn Əbdir-Rəhman əl-Hənbəli öz kitabında Peyğəmbərin (s) tutduğu orucları dörd qismə böləndən sonra belə deyir:

الحالة الثانية انّ النبي (ص) لمّا قدم المدينة و رأى صيام أهل الكتاب له وتعظيمهم له وكان يحبّ موافقتهم! فيما لم يؤمر به صامه، وأمر النّاس بصيامه، وأكّد الأمر بصيامه و الحثّ عليه حتى كانوا يصوِّمونه أطفالهم.

İkinci qisim odur ki, Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət edən zaman əhli-kitabın oruc tutmasını və onların bu orucu əzəmətli bilməsini müşahidə edərkən, onlarla bu işdə müvafiq olmaq istədi! Buna görə də ona (Allah tərəfindən) əmr olmayan yerdə Aşura günündə oruc tutdu və insanlara da bu orucu tutmağı əmr etdi. O, bu işə o qədər israr etdi ki, hətta uşaqların da bu orucu tutmalarına əmr etdi.

Lətaif əl-məarif, s.103; Dar ibn Kəsir, Dəməşq/Beyrut, 1420/1999; təhqiq: Yasin Muhəmməd əs-Səvvas (onlayn 1)

Növbəti hissədə bu məsələni araşdıracağıq ki, görəsən həqiqətən də Allahın rəsulu (s) ilahi hökmlərdə yəhudi və nəsranilərlə müvafiq olmağı sevirdimi?

4.6. Görəsən Peyğəmbər (s) yəhudilərə tabe olmağı sevirdimi?

Maraqlı burasıdır ki, burda deyilir ki, Peyğəmbər (s) yəhudiyə tabeçilik göstərərək Aşura orucunu tutmağa əmr etmişdir!!!

Şiə və sünni alimlərindən bəziləri bu əqidədədirlər ki, Həzrət Peyğəmbər (s) besətdən əvvəl belə öz ibadətlərində başqa dinlərə, o cümlədən yəhudi və nəsranilərin tabe olmamışdır. Bu barədə aşağıdakı mətləblərə diqqət edin:

Əhli-sünnənin böyük alimlərindən olan Fəxri ər-Razi belə deyir:

... الاحتمال الثاني وهو حقيقة المسألة فيدل على بطلانه وجوه:

الأول: لو كان متعبدا بشرع أحد لوجب أن يرجع في أحكام الحوادث إلى شرعه وأن لا يتوقف إلى نزول الوحي لكنه لم يفعل ذلك لوجهين:

الأول: أنه لو فعل لأشتهر. والثاني: أن عمر رضي الله عنه طالع ورقة من التوراة فغضب رسول الله عليه الصلاة والسلام وقال لو كان موسى حيا لما وسعه إلا اتباعي ولما لم يكن كذلك علمنا أنه لم يكن متعبدا بشرع أحد الحجة الثانية: أنه عليه السلام لو كان متعبدا بشرع من قبله لوجب على علماء الأعصار أن يرجعوا في الوقائع إلى شرع من قبله ضرورة أن التأسي به واجب وحيث لم يفعلوا ذلك البتة علمنا بطلان ذلك.

الحجة الثالثة: أنه عليه الصلاة والسلام صوب معاذا في حكمه باجتهاد نفسه إذا عدم حكم الحادثة في الكتاب والسنة ولو كان متعبدا بحكم التوراة كما تعبد بحكم الكتاب لم يكن له العمل باجتهاد نفسه حتى ينظر في التوراة والإنجيل.

Məsələnin həqiqəti olan ikinci ehtimalın batil olmasına dəlalət edən bir neçə yol mövcuddur:

1-ci dəlil: Əgər o Həzrət (s) besətdən öncə hər hansı bir kəsin (Hz. Musa və ya Hz. İsa) dinində ibadət etsəydi, o zaman hər hansı bir hadisə ilə üzləşəndə də vəhyi gözləməməli və əvvəlki şəriətlərə müraciət etməli idi. Amma o Həzrət (s) bunu iki dəlilə əsasən etmirdi:

a. Əgər Peyğəmbər (s) belə etsəydi, bu iş mütləq məşhurlaşardı.

b. Ömər Tövratdan bir vərəq oxudu, Həzrət (ə) onun bu işindən qəzəbləndi və buyurdu: Əgər Musa (ə) diri olsaydı, yalnız mənə tabe olardı. Burdan başa düşürük ki, Həzrət Peyğəmbər (s) əvvəlki dinlərdə ibadət etməyibdir.

2-ci dəlil: Əgər Peyğəmbər (s) başqa dinlərdə ibadət etsəydi qarşılarına çıxan hadisələrdə özlərindən əvvəlki dinlərə tabe olan müasir alimlərə - onlara müraciət etməyin vacib olduğunu nəzərə alaraq - müraciət edərdi. Bu hadisənin olmamasını nəzərə alsaq nəticə alarıq ki, Peyğəmbər (s) heç bir dini ayinə tabe olmamışdır.

3-cü dəlil: O Həzrət (s) Kitab və sünnətdə olmayan bir hadisə barəsində ictihad edən Məazı dəstəklədi. Əgər Həzrət (s) Tövratın hökmlərinə ibadət edirdisə, Məaz Tövrat və ya İncilə müraciət etmədən özbaşına ictihad edə bilməzdi.

Fəxr ər-Razi (606 h), əl-Məhsul, c.3, s.267; Müəssisə ər-Risalə, Beyrut; təhqiq: Dr.Taha Cabir əl-Alvani (onlayn 1)


Yaxud, Əbul-Hüseyn əl-Bəsri deyir:

... أن نبينا (ص) لم يكن متعبدا قبل النبوة ولا بعدها بشريعة من تقدم لا هو ولا أمته...

Bizim Peyğəmbərimiz (s) və onun ümməti besətdən əvvəl və ya sonra başqa dinlərin heç birinə ibadət etməmişlər.

Əbul-Hüseyn əl-Bəsri, əl-Mutəməd, s.336 (onlayn 1)

İbn Abidin «Rədd əl-muxtar» kitabının haşiyəsində deyir:

هل كان قبل البعثة متعبدا بشرع أحد؟ أن المختار عندنا عدمه وهو قول الجمهور

Peyğəmbər (s) besətdən əvvəl başqa bir dinə ibadət edibmi? Bizim fikrimizə görə O (s) , bunu etməmişdir və üləma icmasının da nəzəri budur.

İbn Abidin, Haşiyətu rədd əl-muxtar, c.1, s. 97 (onlayn 1)

Əhli-sünnə mənbələrində bir çox rəvayətlər Peyğəmbərin (s) digərlərinə yəhudi ayininə tabe olmağı qadağan etmişdir. Həzrət (s) buyurmuşdur:

ليس منا من تشبه بغيرنا لا تشبهوا باليهود ولا بالنصارى.

Özlərini bizdən başqasına – yəhudi və nəsranilərə oxşadan kəs bizdən deyildir.

Sünən ət-Tirmizi, c 5, s.54, №2695 (onlayn 1)

Başqa bir hədisdə Həzrət (s) buyurub:

لا تشبهوا باليهود و النصاري.

Özünüzü yəhudi və nəsranilərə bənzətməyin!

İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari, c.11, s.12 (onlayn 1, 2)

Yenə Həzrət (s) buyurmuşdur:

صلوا في نعالكم وخالفوا اليهود.

Nəleynlərinizlə (ayaqqabılarınızla) namaz qılın və yəhudilərlə müxalifət edin!

əl-Mucəm əl-kəbir, c.7, s.290, №7165; İbn Kəsir, əl-Bidayə vən-nihayə, c.2, s.172; əl-Hakim, əl-Müstədrək əla əs-səhiheyn, c.1, s.260

Əhli-sünnə mənbələrində olan belə hədisləri görəndə necə demək olar ki, Həzrət Peyğəmbər (s) Aşura orucunu tutmaqda yəhudiyə tabe olmuşdur?

4.7. Aşura barəsində olan rəvayətlərdə olan işkallar

Əhli-sünnənin gətirdikləri Aşura orucunun hikmətini bəyan edən rəvayətlərdə bir çox işkallar gözə dəyir. Biz onların bəzilərinə işarə edirik:

4.7.1. Yəhudilərlə müxalif olsun deyə Aşura günü oruc tutulması

Peyğəmbərin (s) yəhudilərə tabe olub Aşura gününün orucunu tutmasını bəyan edən rəvayətlərlə ziddiyyət təşkil edən rəvayətlər də mövcuddur. Bu rəvayətlər Peyğəmbərin (s) Aşura günü yəhudilərlə müxalifət etdiyi üçün oruc tutmasına dəlalət edir. Bu halda Aşura orucu barədə olan rəvayətlər arasında möhkəm ziddiyyətlər meydana gəlir:

Həzrət Peyğəmbər (s) buyurub:

صوموا عاشوراء وخالفوا فيه اليهود.

Aşura günü oruc tutun və bu işdə yəhudilərlə müxalifət edin!

əl-Heysəmi, Məcməuz zəvaid, c.3, s.188; əs-Sünən əl-kubra, c.4, s.475

4.7.2. Yəhudilərin orucu ilə Aşura orucu uyğun deyil

Tarixə və mühəqqiqlərin nəzərinə görə, yəhudilərin təqvimi qəməri təqvim deyil ki, hər il Aşura gününə təsadüf edən gündə oruc tutsunlar və Peyğəmbər (s) də o gündə yəhudi ilə müvafiq və ya müxalif olmaqla oruc tutmağı əmr və ya nəhy etsin. Çünki yəhudilərin orucu 1-ci tişrin ayının 10-na düşür və bu da şəmsi təqvimlə Aban ayına, miladi təqvimlə isə oktyabr ayına düşür. Yəhudilər o günü “kipur” – yəni kafir və ya kəffarə adlandırırlar. O elə bir gündür ki, israillilər ikinci lövhə ilə öz dinlərini tanıyıblar.

Yəhudilərin sünnəsinin hər il Məhərrəm ayının 10-da oruc tutmalarına heç cür bəraət qazandırıla bilməz. Bundan əlavə, Həzrət Peyğəmbər (s) Məkkədən Mədinəyə Məhərrəm ayında yox, Rəbiul-əvvəlin 12-si, bazar ertəsi günü hicrət etmişdir. (Tarixi Təbəri, c.2, s.3; əl-Kamil fi ət-tarix, c.2, s.518; Fəth əl-bari, c.4, s.289) Belə olan halda necə ola bilər ki, Həzrətin (s) Mədinəyə daxil olma tarixi yəhudilərin oruc tutma sünnəsi ilə eyni zamana təsadüf etsin və Həzrət (s) Məkkə müşriklərindən xilas olma münasibətilə bu günü oruc tutmağı əmr etsin?!

Yəhudi ili şəmsi ilinin əsasındadır. Təqribən hər 36 ildən bir Aşura günü yəhudilərin oruc tutduğu günə düşür. Nəticədə Məhərrəm ayında, Aşura günündə oruc tutmaq və bunun əsasında yəhudilərin hər il bu günü Fironun əlindən xilas olma günü kimi qeyd edib oruc tutaraq sünnəyə çevirmələri ağıldan uzaq bir işdir.

4.7.3. Yəhudi orucu ilə İslam orucunun fərqi

Yəhudi orucunda olan problemlərdən biri də onların orucu ilə müsəlman orucunun arasında olan zaman fərqidir. Belə ki, yəhudi orucu sübhdən axşamadək tutulmaq əvəzinə, axşamdan növbəti günün sübhünə qədər tutulur. Doktor Cavad Əli bu barədə belə deyir:

و يقصدون بصوم اليهود يوم عاشوراء ما يقال له: «يوم الكفّارة» و هو يوم صوم و انقطاع و يقع قبل عيد المظال بخمسة أيّام أي في يوم عشرة تشري و هو يوم الكبور «kipur» ، و يكون الصوم فيه من غروب الشمس إلى غروبها في اليوم التالي، و له حرمة كحرمة السبت، و فيه يدخل الكاهن الأعظم قدس الأقداس لأداء الفروض الدينيّة المفروضة في ذلك اليوم.

Aşura günü yəhudi orucundan məqsəd o gündür ki, ona “kəffarə günü “ deyilir və o gün oruc günü və inqita (Fironun əlindən qırılmaq) günü sayılır. “Məzal” bayramından 5 gün əvvəl, yəni təşrin ayının 10-cu gününə deyilir. O günə “kipur” günü də deyirlər. O günün orucu günəş batandan növbəti günün gün çıxan vaxtına qədər tutulur. Onların nəzərində o günün hörməti şənbə gününün hörməti kimidir. Bu gündə onların böyük kahini dinin vacib olan ayinlərini yerinə yetirmək üçün Qüdsə daxil olur.

əl-Müfəssəl fi tarix əl-ərəb, c.6, s.339, Kitab əl-müqəddəs, c.2, s.2660; Dar əl-Məlayin

Yuxarıdakı mətnin bu hissəsinə diqqət edin:

... يوم الكبور «kipur» ، و يكون الصوم فيه من غروب الشمس إلى غروبها في اليوم التالي...

... O günə “kipur” günü də deyirlər. O günün orucu günəş batandan növbəti günün gün çıxan vaxtına qədər tutulur...

Bu fənnin mütəxəssislərindən olan əs-Səqqaf deyir:

في واقعنا الحاضر لانجد أيّ يهوديّ يصوم في العاشر من محرّم أو يعدّه عيداً، و لم يوجد في السجلاّت التاريخيّة ما يشير إلى انّهم صاموا في العاشر من محرّم أو عدوّه عيداً، بل اليهود يصومون يوم العاشر من شهر تشرين و هو الشهر الأوّل من سنتهم في تقويمهم و تاريخهم إلاّ انّهم لا يسمّونه يوم عاشوراء، بل يوم أو عيد كيپور

Bizim zamanımızda Aşura gününü bayram edib oruc tutan bir yəhudiyə rast gəlinməmişdir. Buna dəlalət edən tarixi bir mətləb də yoxumuzdur. Çünki yəhudilər ilin birinci ayı olan tişrin ayının 10-cu gününü oruc tutarlar, lakin bu günü Aşura günü adlandırmazlar. Çünki bu günə “kipur” günü və ya “kipur” bayramı deyərlər.

Məcəllət əl-hadi, c.2, s.37 (7 cilddə)

[page]

5. Araşdırmanın nəticəsi

Şiə və sünni mənbələrində Aşura orucunu tənqid edən rəvayətləri nəzərə alsaq bu gündə oruc tutmağı nəql edən rəvayətlərə olan etimad və inam aradan gedir. Bu da bu cür hədislərin Kərbəla faciəsini meydana gətirən Bəni-Üməyyə tərəfindən uydurduğu saxta hədislər olduğunu bizə əsas verir. Onlar bu hədisləri düzəltməklə insanların zehinlərini Aşuranın əhəmiyyətindən başqa yerə yönləndirmək və İmam Hüseynin (ə) bu hərəkatına ləkə gətirmək istəyirlər. Lakin onların xoşuna gəlsə də, gəlməsə də Allah öz nurunu tamamlayacaqdır.

Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

Redaktə, ixtisar və əlavələr : 313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!