Aşura günü oruc tutmaq barədə Əhli-beytin (ə) nəzəri

»»

Aşura günü oruc tutmaq barədə Əhli-beytin (ə) nəzəri

  1. Giriş
  2. Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-beyt (ə) rəvayətlərində
  3. Şiə alimlərinin nəzərləri
  4. Aşura gününü orucu əhli-sünnə mənbələri və alimlərinin nəzərində
  5. Nəticə

Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-beyt (ə) rəvayətlərində

2.1. Ramazan ayının orucu Aşura gününün orucunu nəsx etdi

Şiə kitab və mənbələrində bu mətləbə işarə edən bir çox rəvayətlər mövcuddur ki, Ramazan ayının orucunun vacib olması ilə Aşura gününün orucunu vaciblikdən çıxarmış, onun tərkini daha münasib bilmişdir. Bu mətləbi və Aşura gününün orucunun İslamda yerini daha yaxşı bəyan etmək üçün Məsum İmamlardan (ə) bir neçə rəvayətə işarə edib, daha çox araşdıranlar üçün hədis kitablarına müraciət etmələrini xahiş edirik.

Səhih rəvayətdə Məhəmməd ibn Müslim və Zürarə ibn Əyun İmam Baqirdən (ə) Aşura günü oruc tutmaq barədə soruşurlar. Həzrət (ə) onların cavabında buyurur:

كان صومه قبل شهر رمضان، فلما نزل شهر رمضان ترك.

Ramazan ayının orucu vacib olmamışdan qabaq Aşura günü oruc tutmaq vacib idi, lakin Ramazan ayının orucu vacib olan kimi Aşura orucu tərk olundu.

Mən la yəhzuruhu əl-fəqih, c.2, s.51, №224 (onlayn: 1, 2)

Eyni mətnli hədis «Səhih Müslim»də də mövcuddur.

حدثنا أبو بكر بن أبي شيبة وأبو كريب جميعا عن أبي معاوية قال أبو بكر حدثنا أبو معاوية عن الأعمش عن عمارة عن عبد الرحمن بن يزيد قال دخل الأشعث بن قيس على عبد الله وهو يتغدى فقال يا أبا محمد ادن إلى الغداء فقال أوليس اليوم يوم عاشوراء قال وهل تدري ما يوم عاشوراء قال وما هو قال إنما هو يوم كان رسول الله صلى الله عليه وسلم يصومه قبل أن ينزل شهر رمضان فلما نزل شهر رمضان ترك

..... Abdullah (ibn Ömər) deyir: «Sən Aşura gününün nə olduğunu bilirsənmi?» Əşas dedi: «Nədir ki?» Abdullah dedi: «O, Rəsulullahın (s) ancaq Ramazan orucu nazil olmamışdan öncə oruc tutduğu bir gündür. Ramazan orucu nazil olduqda tərk edildi.» .....

Səhih Müslim, c.2, s.794, №1127; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi (onlayn 1)

Digər rəvayətdə ravi deyir ki, İmam Baqirdən (ə) Aşura gününün orucu barəsində soruşdum. Həzrət buyurdu:

صوم متروك بنزول شهر رمضان، والمتروك بدعة

Ramazan ayının vacib olması ilə tərk olunan bir orucdur. Tərk olunmuş orucu tutmaq da bidətdir.

Şeyx Kuleyni, əl-Kafi, Aşura və Ərəfə orucları babı, c.4, s.146, hədis 4 (onlayn 1, 2)

2.2. Aşura gününün orucu İmam Hüseynin (ə) şəhadəti səbəbinə olan Bəni-Üməyyənin sünnəsidir.

Başqa bir rəvayətdə Aşura orucu barəsində İmam Sadiqdən (ə) soruşarkən belə buyurur:

ذاك يوم قتل فيه الحسين عليه السلام، فإن كنت شامتا فصم. ثم قال: إن آل أمية عليهم لعنة الله ومن أعانهم على قتل الحسين من أهل الشام، نذروا نذرا إن قتل الحسين عليه السلام وسلم من خرج إلى الحسين عليه السلام وصارت الخلافة في آل أبي سفيان، أن يتخذوا ذلك اليوم عيدا لهم، وأن يصوموا فيه شكرا، ويفرحون أولادهم، فصارت في آل أبي سفيان سنّة إلى اليوم في الناس، واقتدى بهم الناس جميعا، فلذلك يصومونه ويدخلون على عيالاتهم وأهاليهم الفرح ذلك اليوم. ثم قال: إن الصوم لا يكون للمصيبة، ولا يكون إلا شكرا للسلامة، وإن الحسين عليه السلام أصيب، فإن كنت ممن أصبت به فلا تصم، وإن كنت شامتا ممن سرك سلامة بني أمية فصم شكرا لله تعالى.

Aşura günü İmam Hüseynin (ə) şəhadətə çatdığı gündür. Əgər İmam Hüseynə (ə) şəmatət (Onun (ə) başına gələnlərə sevinc izhar) etmək istəyirsənsə, Aşura günü oruc tut. Bəni-Üməyyə (l.ə) və onlara kömək edənlər İmam Hüseynin (ə) öldürülməsinə belə nəzir etdilər ki, əgər Hüseyn (ə) öldürülsə, Hüseynə (ə) qarşı olan şəxslər salamat qalsa və xilafət məqamı Əbu Süfyan (l.ə) ailəsinin nəsibi olarsa, Aşura gününü özləri üçün bayram qərar verərək o günü şükranlıq üçün oruc tutsunlar. Buna görə də bu iş bu günə qədər insanlar arasında sünnə olaraq qaldı. İnsanlar ümumi şəkildə onlara iqtida etdilər. Bəli, elə buna görə də Aşura gününü oruc tuturlar və bu gündə öz ailələrini sevindirirlər. Sonra Həzrət (ə) buyurdu: Bəli bu günün orucu müsibət üçün deyil, çünki Bəni-Üməyyənin salamatçılığı üçün olan şükranlıqdır. İmam Hüseyn (ə) bu gün müsibət görübdür. Əgər sən də müsibət görmüsənsə, bu günü oruc tutma. Əgər Əhli-beytə (ə) şəmatət etmək istəyirsənsə və Bəni-Üməyyənin salamatlığından razısansa, onda bu günü oruc tut.

Şeyx Tusi, Əmali, s.667, h.1397/4 (onlayn 1, 2)

2.3. Aşura gününün orucu – cəhənnəm atəşi

Digər rəvayətdə Zeyd ən-Nərsi Zürarədən belə nəql edir:

عن زيد النرسي قال: سمعت عبيد بن زرارة يسأل أبا عبد الله عليه السلام عن صوم يوم عاشورا فقال: من صامه كان حظه من صيام ذلك اليوم حظ ابن مرجانة وآل زياد. قال: قلت: وما كان حظهم من ذلك اليوم؟ قال: النار أعاذنا الله من النار ومن عمل يقرب من النار.

Zeyd ən-Nərsi deyir ki, Ubeyd ibn Zürarənin İmam Sadiqdən Aşura orucu haqqında soruşduğunu eşitdim. Həzrət (ə) belə buyurdu: «Hər kəs bu gün orcu tutsa, İbn Mərcanə və Ali-Ziyadın apardığı bəhrəni aparar.» Dedim: «Onlar bu gün nə bəhrə aparıblar?» Buyurdu: «Cəhənnəm atəşini. Nəticəsi cəhənnəm atəşi olan əməldən Allaha pənah aparıram.»

əl-Kafi, c.4, s.147, hədis 6 (onlayn 1); Təhzib, c.4, s.301, hədis 912; əl-İstibsar, c.2, s.135, hədis 443

2.4. Aşura günü oruc tutanın mükafatı – Allahın qəzəbi

محمد بن يعقوب عن الحسين بن علي الهاشمي عن محمد بن الحسين عن محمد بن سنان (عن أبان عن عبد الملك) قال: سألت أبا عبد الله عليه السلام عن صوم تاسوعاء وعاشوراء من شهر المحرم؟ فقال:... ما هو يوم صوم. وما هو إلا يوم حزن ومصيبة دخلت على أهل السماء وأهل الأرض وجميع المؤمنين. ويوم فرح وسرور لابن مرجانة وآل زياد وأهل الشام. غضب الله عليهم وعلى ذرياتهم...

Məhəmməd ibn Sinan deyir ki, İmam Sadiqdən (ə) Məhərrəm ayında Tasua və Aşura gününün orucu haqqında soruşdum. Həzrət (ə) belə buyurdu: «Bu günlər oruc tutmaq üçün deyildir. Çünki bu günlər asiman və yer əhlinin və bütün möminlərin hüzn və müsibət günüdür, İbn Mərcanə, Ali-Ziyad və Şam camaatının isə sevinc günləridir.»

Şeyx Hürr Amili, Vəsail əş-şiə (Alul Beyt), c.10, s.460, №13847 (onalyn 1)

Страница 2 из 5«12345»
Рейтинг

В этом разделе