Vəhy evinə hücum: əhli-xilaf alimlərinin etirafları, söz oyunları və kitablardakı təhriflər

»»

Vəhy evinə hücum: əhli-xilaf alimlərinin etirafları, söz oyunları və kitablardakı təhriflər

  1. "əl-Müsənnəf" kitabında vəhy evinə hücum rəvayəti
  2. Rəvayəti səhih hesab edən alimlər
  3. Rəvayətin təhrif edilməsi
  4. Hadisəni dəstəkləyən şahidlər

RƏVAYƏTİ SƏHİH HESAB EDƏN ALİMLƏR

1. Səd ibn Nasir ibn Əbdül-Əziz əş-Şəsri:

 

Səd ibn Nasir əş-Şəsri “əl-Müsənnəf” kitabına yazdığı təhqiqində 39827 nömrəli eyni hədisə “səhihdir” demişdir.

Deyir:

صحیح؛ أخرجه أحمد في فضائل الصحابه (٥٣٢) وابن عبد البر فی الإستذکار ٣/٩٧٥ ، وابن أبی عاصم في الآحاد (٢٩٥٢).


Səhihdir. Onu Əhməd “Fadailus-Səhabə” kitabında (532), İbn Əbdül-Birr “əl-İstizkar”da (3/975), İbn Əbi Asim də “əl-Ahad”da (2952) nəql etmişdir.

 

Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.21, səh.143-144; təhqiq: Səd ibn Nasir əl-Şəsri

2. Əmr ibn Əbdül-Munim əl-Misri:

İbn Əbi Asim özünün “əl-Muzəkkir vət-təzkir vəz-zikr” əsərində bu hədisi azacıq fərqlə aşağıdakı şəkildə nəql etmişdir:

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ، حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ، عَنْ أَبِيهِ، قَالَ: بَلَغَ عُمَرَ بْنَ الْخَطَّابِ أَنَّ نَاسًا، يَجْتَمِعُونَ فِي بَيْتِ فَاطِمَةَ فَأَتَاهَا فَقَالَ: يَا بِنْتَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا كَانَ أَحَدٌ مِنَ النَّاسِ أَحَبَّ إِلَيْنَا مِنْ أَبِيكِ وَلَا بَعْدَ أَبِيكِ أَحَبَّ إِلَيْنَا مِنْكِ فَقَدْ بَلَغَنِي أَنَّ هَؤُلَاءِ النَّفْرَ يَجْتَمِعُونَ عِنْدَكِ وَايْمُ اللَّهِ لَئِنْ بَلَغَنِي ذَلِكَ لَأُحَرِّقَنَّ عَلَيْهِمُ الْبَيْتَ فَلَمَّا جَاءُوا فَاطِمَةَ قَالَتْ: إِنَّ ابْنَ الْخَطَّابِ قَالَ كَذَا وَكَذَا فَإِنَّهُ فَاعِلٌ ذَلِكَ، فَتَفَرَّقُوا حَتَّى بُويِعَ لِأَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ


Bizə Əbu Bəkr ibn Əbi Şeybə nəql edib dedi: bizə Muhəmməd ibn Bişr nəql edib dedi: bizə Ubeydullah ibn Ömər nəql edib dedi: bizə Zeyd ibn Əsləm atasından nəql edib dedi: “Ömərə xəbər çatdı ki, bir dəstə şəxs Fatimənin evində toplanırlar. Ömər Fatimənin yanına gəlib dedi: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, Allaha and olsun ki, sənin atan qədər bizə əziz olan bir kəs yox idi, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur. Mənə xəbər çatıb ki, bu şəxslər sənin evində toplanırlar. Allaha and olsun ki, əgər (birdə) mənə belə bir şey çatsa, evi onlarla birlikdə yandıracağam!” Elə ki, onlar Fatimənin yanına gəldilər, Fatimə dedi: “Xəttabın oğlu belə-belə dedi. O bunu edəcək.” Onlar da dağılışdılar və nəhayət Əbu Bəkrə beyət edildi.

Kitabın haşiyəsində kitabın mühəqqiqi Əmr ibn Əbdül-Munim deyir:

[19] إسناده صحيح. أخرجه ابن أبي شيبة قي "المصنف" (7/432-37045) وفيه ذكر الرجلين اللذين كان يجتمعان عند فاطمة وهما علي بن أبي طالب والزبير بن العوام.


[19]
Sənədi səhihdir. Bunu İbn Əbi Şeybə “əl-Musənnəf”də gətirmişdir (7/432, 37045). Orada Fatimənin evinə toplaşan şəxslərin adı vardır, onlar Əli ibn Əbi Talib və Zübeyr ibn əl-Əvam idilər.

 

Fotoşəkil: İbn Əbi Asim, əl-Muzəkkir vət-təzkir vəz-zikr, səh.41; Dar Kunuz İşbiliyyə, Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Əmr ibn Əbdül-Munim əl-Misri

3. Xalid ibn Qasim ər-Rədadi:

 

O, “əl-Muzəkkir vət-təzkir vəz-zikr” kitabına etdiyi təhqiqində 19-cu hədis üçün deyir:

(6) إسناده صحيح. أخرجه ابن أبي شيبة في المصنف (14/567-568) بهذا الإسناد.


(6)
Sənədi səhihdir. Onu İbn Əbi Şeybə “əl-Musənnəf”də (14/567-568) bu sənədlə gətirmişdir.

 

Fotoşəkil: İbn Əbi Asim, əl-Muzəkkir vət-təzkir vəz-zikr, səh.91; Dar əl-Mənar, Riyad, Səudiyyə Ərəbistanı, 1412/1992; təhqiq: Xalid ibn Qasim ər-Rədadi

4. Həsən ibn Fərhan əl-Maliki:

 

O özünün “Qiraətun fi kutubil-əqaid” adlı kitabında deyir:

ولكن حزب علي كان أقل عند بيعة عمر منه عند بيعة أبي بكر الصديق نظراً لتفرقهم الأول عن علي بسبب ما رأوه من بوادر الفتنة التي انتهت إلى مداهمة بيت فاطمة في أول عهد أبي بكر وإكراه بعض الصحابة الذين كانوا مع علي على بيعة أبي بكر فكانت لهذه الخصومة والمداهمة (وهي ثابتة بأسانيد صحيحة) [3] ذكرى مؤلمة لا يحبون تكرارها.


Lakin, Ömərə beyət zamanı Əlinin tərəfdarlarının sayı Əbu Bəkrə beyət zamanınkından daha az idi. Çünki, onlar fitnə əlamətləri gördükləri üçün ilk dəfə idi ki, Əlidən ayrılmışdılar. Hansı ki, bu fitnə Əbu Bəkrin xilafətinin ilk günlərində Fatimənin evinə hücumla və Əli ilə birgə olan bəzi səhabələrin Əbu Bəkrə beyət etməyə məcbur edilmələri ilə nəticələnmişdi. Bu düşmənçiliyin və hücumun (bu hücum hadisəsi səhih sənədlərlə sübuta yetmişdir) acı bir xatirəsi var idi ki, onlar bunun təkrar olunmasını istəmirdilər.

Sonra 3 nömrəli haşiyədə yazır:

[3] كنت أظن المداهمة مكذوبة لا تصح حتى وجدت لها أسانيد قوية منها ما أخرجه ابن أبي شيبة في المصنف بسند صحيح عن أسلم مولى عمر وغير ذلك، لكن ليس كما يبالغ غلاة الشيعة وليس كما ينفي غلاة الحنابلة


[3]
Mən hücum hadisəsini yalan və qeyri-səhih hesab edirdim. Ta ki, bu hadisə üçün güclü sənədlər tapana qədər. Belə (güclü sənədə malik hədislərdən) biri İbn Əbi Şeybənin “əl-Müsənnəf” kitabında Ömərin azadlısı Salimdən səhih sənədlə nəql etdiyi hədisdir, eləcə də başqa hədislərdir. Lakin, hadisə nə şiələrin ğulatlarının şişirtdiyi kimi, nə də hənbəlilərin ğulatlarının inkar etdiyi kimidir.

 

Fotoşəkil: Həsən Fərhan əl-Maliki, Qiraətun fi kutubil-aqaid, «Əbu Bəkrin xilafəti Ömərə vəsiyyət etməsi» fəsli, s.46-47; İordaniya çapı, 1430/2009

5. Bəşar Əvvad Məruf

O, "Tarixi-Bağdad" kitabının təhqiqində bu hədisin səhih olduğunu bildirmişdir. Hədisin təhrif edilməsi barədə söz açdıqda bu barədə ətraflı danışılacaq.

6. Əbdüs-Səlam ibn Muhsin Ali-İsa:

Bu şəxs də hədisi səhih hesab edənlərdəndir. Hədisin təhrif edilməsi barədə söz açdıqda bu barədə ətraflı danışılacaq.

7. Şeyx Muhəmməd Saleh əl-Munəccid:

 

Sələfilərin məşhur alimi olan Şeyx Muhəmməd Saleh əl-Munəccidin rəhbərliyi altında fəaliyyət göstərən və ərəbdili sual-cavab saytları arasında kifayət qədər məşhur olan və dünyanın 13 dilində fəaliyyət göstərən “islamqa.info” saytında “əl-Müsənnəf”də gələn bu hədisin səhih olduğu bildirilmişdir.

Saytda deyilir:

روى أسلم القرشي - مولى عمر بن الخطاب - رضي الله عنه ، قال : ( حين بُويع لأبي بكر بعد رسول الله صلى الله عليه وسلم ، كان علي والزبير يدخلان على فاطمة بنت رسول الله صلى الله عليه وسلم فيشاورونها ويرتجعون في أمرهم ، فلما بلغ ذلك عمر بن الخطاب خرج حتى دخل على فاطمة فقال : يا بنت رسول الله صلى الله عليه وسلم ! والله ما من أحد أحب إلينا من أبيك ، وما من أحد أحب إلينا بعد أبيك منك ، وايم الله ما ذاك بمانعي إن اجتمع هؤلاء النفر عندك إن أمرتهم أن يحرق عليهم البيت . قال : فلما خرج عمر جاؤوها فقالت : تعلمون أن عمر قد جاءني ، وقد حلف بالله لئن عدتم ليحرقن عليكم البيت ، وايم الله ليمضين لما حلف عليه ، فانصرِفوا راشدين ، فَرُوا رأيَكم ولا ترجعوا إلّيَّ ، فانصرفوا عنها ، فلم يرجعوا إليها حتى بايعوا لأبي بكر).


Əsləm əl-Qurəşi – Ömər ibn əl-Xəttabın azad etdiyi qul – belə nəql etmişdir: Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) sonra Əbu Bəkrə beyət edildiyində Əli və Zübeyr Fatimə binti Rəsulillahın (sallallahu əleyhi [və alihi] və səlləm) yanına daxil olur, onunla məşvərət edirdilər. Bu xəbər Ömərə çatınca (evindən) çıxıb Fatimənin yanına gəldi. Dedi: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, Allaha and olsun ki, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur. Lakin, Allaha and olsun ki, bu (xüsusiyyətin) bu şəxslər sənin evinə yığışacaqları təqdirdə evin onlarla birlikdə yandırılması əmrini verməyimə mane ola bilməz!” Ömər gedincə onlar Fatimənin yanına gəldilər. Fatimə onlara dedi: “Bilirsinizmi ki, Ömər mənim yanıma gəlib Allaha and içdi ki, əgər yenə də bura gəlsəniz, evi sizinlə birlikdə yandıracaq! And içdi ki, and içdiyi şeyi mütləq edəcək. Elə isə alnıaçıq halda geri dönün, özünüz bir qərara gəlin və mənim yanıma gəlməyin.” Onlar da Fatimənin yanından ayrıldılar və Əbu Bəkrə beyət edənə qədər onun yanına qayıtmadılar.

Ardınca deyilir:

أخرجه أحمد في "فضائل الصحابة" (1/364) وابن أبي شيبة في "المصنف" (7/432) وعنه ابن أبي عاصم في "المذكر والتذكير" (1/91) ورواه ابن عبد البر في "الاستيعاب" (3/975) من طريق البزار – ولم أجده في كتب البزار المطبوعة – وأخرجه الخطيب في "تاريخ بغداد" (6/75) مختصرا : كلهم من طريق محمد بن بشر ثنا عبيد الله بن عمر عن زيد بن أسلم عن أبيه به . قلت : وهذا إسناد صحيح ، فإن محمد بن بشر العبدي (203هـ) ثقة حافظ من رجال الكتب الستة، وكذا عبيد الله بن عمر العمري المتوفى سنة مائة وبضع وأربعون ، وكذا زيد بن أسلم مولى عمر بن الخطاب (136هـ)، وكذا أبوه أسلم مولى عمر ، جاء في ترجمته في "تهذيب التهذيب" (1/266) أنه أدرك زمان النبي صلى الله عليه وسلم ، إلا أنه لم يكن في المدينة في وقت أحداث البيعة ، لأن محمد بن إسحاق قال : بعث أبو بكر عمر سنة إحدى عشرة ، فأقام للناس الحج ، وابتاع فيها أسلم مولاه . فيكون الحديث بذلك مرسلا ، إلا أن الغالب أن أسلم سمع القصة من عمر بن الخطاب أو غيره من الصحابة الذين عاشوا تلك الحادثة.


Bunu Əhməd “Fadailus-Səhabə” kitabında (1/364), İbn Əbi Şeybə də “əl-Müsənnəf” kitabında (7/432) nəql etmişdir. İbn Əbi Asim də İbn Əbi Şeybədən nəqlən “əl-Muzəkkir vət-təzkir” kitabında (1/91) nəql etmişdir. Həmçinin, onu İbn Əbdül-Birr “əl-İstiab” kitabında (3/975) Bəzzarın təriqi ilə (lakin, mən bunu Bəzzarın çap olunmuş kitablarında tapmadım) və Xətib də “Tarixi-Bağdad” kitabında (6/75) müxtəsər şəkildə nəql etmişlər. Hamısı da Muhəmməd ibn Bişr, Ubeydullah ibn Ömər, Zeyd ibn Əsləm və Əsləm təriqi ilədir.

Deyirəm: Bu, səhih sənəddir. Belə ki, Muhəmməd ibn Bişr əl-Əbdi (h.203) siqədir, hafizdir, “kutubi-sittə”nin ravilərindəndir. Eləcə də, yüz qırx neçənci ildə vəfat edən Ubeydullah ibn Ömər belədir. Habelə, Ömər ibn əl-Xəttabın azad etdiyi qul olan Zeyd ibn Əsləm belədir (h.136), həmçinin də, onun atası Ömərin azad etdiyi qul olan Əsləm belədir. “Təhzibut-Təhzib” kitabında Əsləmin tərcümeyi-halında onun Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) zamanında yaşadığı bildirilmişdir. Lakin beyət hadisələri baş verən zaman o Mədinədə olmamışdır. Çünki, Muhəmməd ibn İshaq demişdir ki: “Əbu Bəkr on birinci ildə Öməri göndərdi və Ömər camaata Həcc rəhbərliyi etdi. Ömər orada (Məkkədə) Əsləmi aldı.” Buna əsasən, hədis mürsəl olmuş olur. Lakin, böyük ehtimal budur ki, Əsləm bu hadisəni Ömərin özündən, yaxud, o hadisənin şahidi olmuş başqa bir səhabədən nəql etmişdir.

Mənbə: http://islamqa.info/ar/98641

Gördüyünüz kimi, Şeyx Muhəmməd Saleh əl-Munəccid hədisi səhih və məqbul bilir. Əsləmin hadisəyə şəxsən şahid olmaması ehtimalı mövcud olsa belə, hədis öz qüvvəsində qalır və zərrəcə sihhətinə xələl gəlmir. Çünki:

Əvvəla: Böyük ehtimal budur ki, Əsləm bu hadisəni Ömərin özündən nəql etmişdir.

Çünki, Əsləm Ömərdən çoxlu hədislər nəql etdir.

Şeyx Muhəmməd əl-Munəccid başqa bir yerdə deyir:

وقد لازم أسلمُ عمرَ بنَ الخطاب رضي الله عنه ، وحفظ عنه ، وروى عنه الأحاديث الكثيرة


Əsləm daim Ömər ibn əl-Xəttabın yanında olmuş, ondan hədis əzbərləmiş, ondan çoxlu hədislər nəql etmişdir.

Bax: http://islamqa.info/ar/121389

İkincisi: Yaxud da, Əsləm bu hadisəni hadisəyə şahid olan başqa bir səhabədən nəql etmişdir.

Hər iki halda onun hədisləri höccət sayılacaq. Çünki, Əsləm ya səhabədir, ya da tabei. İstər səhabənin, istərsə tabeinin, istərsə də səhabə və ya tabei olması barədə ixtilaf olan şəxslərin məvsul və mürsəl hədisləri müxaliflər yanında höccətdir.

1) Tabeinin və səhabəliyi barədə ixtilaf edilən şəxsin mürsəl hədisinin höccət olmasına misal olaraq aşağıdakını göstərə bilərik:

Molla Əli Qari deyir:

قلت: مرسل التابعي حجة عند الجمهور، فكيف مرسل من اختلف في صحة صحبته.


Deyirəm: cümhurun* nəzərində tabeinin mürsəl hədisi höccətdir, elə isə səhabəliyi barədə ixtilaf edilən bir şəxsin mürsəl hədisi necə höccət olmaya bilər?!

___________________________________________

* Alimlərin demək olar ki, hamısının, böyük əksəriyyətinin. (Red.)

 

Fotoşəkil: Əli əl-Qari, Mirqat əl-məfatih şərh mişkat əl-məsabih, c.9, s.434; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2001; təhqiq: Camal əl-İtani

Yəni: alimlərin cümhurunun nəzərində tabeinin hədisi höccət sayılır, elə isə, səhabə olmasında ixtilaf edilən bir şəxsin hədisi necə höccət sayılmaya bilər?! Çünki, həmin şəxsin səhabəliyi sübuta yetməsə belə ən azından tabei sayılacaq və nəticədə, yenə də hədisi höccət olacaq.

2) Səhabənin mürsəl hədisinin höccət olmasına dair isə bunu göstərə bilərik:

Hafiz İbn Həcər deyir:

وقد اتفق المحدثون على أن مرسل الصحابى فى حكم الموصول


Mühəddislər ittifaq etmişlər ki, səhabənin mürsəl hədisi məvsul (qeyri-mürsəl, bitişik) hədis hökmündədir.

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Hədyus-Sari, səh.350; Məktəbə əs-Sələfiyyə, Misir, 1347; təhqiq: Əbdül-Əziz ibn Abdullah ibn Baz və Muhəmməd Fuad Əbdül-Baqi

Elə isə aydın olur ki, Əsləm hadisəyə şəxsən şahid olmasa belə onun hədisi höccət sayılacaq. Çünki, ya səhabədir, ya tabeidir, ya da səhabə və tabei olması barədə ixtilaf edilən şəxsdir. Hər üç halda onun hədisi höccət olacaq.

Üstəlik, Şeyx Muhəmməd əl-Munəccid bu hadisənin qəti şəkildə səhih və sabit olduğunu başqa cümlələrlə də bildirmişdir. Deyir:

حتى جاء عمر بن الخطاب وبعض الصحابة بيت فاطمة رضي الله عنها ، وطلب منها إبلاغ علي والزبير ومن معهم بلزوم المبادرة إلى بيعة أبي بكر الصديق ، درءا للفتنة ، وحفظا لجماعة المسلمين ، فلما سمعوا تشديد عمر بن الخطاب في هذا الأمر ، سارعوا بإعلان البيعة


Nəhayət, Ömər və bəzi səhabələr Fatimənin (Allah ondan razı olsun) evinə gəldilər. Ömər Fatimədən tələb etdi ki, Əliyə, Zübeyrə və onlarla birgə olanlara Əbu Bəkr Siddiqə beyət etməyə tələsməyin vacibliyini çatdırsın. Bununla, fitnənin qarşısı alınsın, müsəlmanlar parçalanmasın. Onlar (Əli, Zübeyr və onlarla birgə olanlar) Ömərin bu məsələdəki şiddətli mövqeyini eşidincə, beyət etməyə tələsdilər.

Mənbə: http://islamqa.info/ar/98641

Görəsən, bu deyilənlər “əl-Müsənnəf”də gələnlərdən ayrı bir şeydirmi?

Bundan daha aydını Şeyx Muhəmməd əl-Munəccidin daha sonra dediyi sözdür. Belə ki, o “əl-Müsənnəf” kitabında gələn hədisi və digər bir sıra hədisləri qeyd etdikdən sonra deyir:

ولا يجد القارئ والمتأمل في هذه الروايات الصحيحة الثابتة شيئا من وقوع القتال بين الصحابة رضوان الله عليهم ، ولا اعتداءَ بعضِهم على بعضٍ ، وخاصة في شأن فاطمة بنت رسول الله صلى الله عليه وسلم ، فقد قال لها عمر بن الخطاب رضي الله عنه فيما قال : ( وما من أحد أحب إلينا بعد أبيك منك ) ، فقد عرف الصحابة رضوان الله عليهم لها قدرها ومنزلتها من رسول الله صلى الله عليه وسلم ، ولم يسعَ أحدٌ في تعمُّدِ أذيتها أو في إغضابها ، بل ولا في تهديدها ، إنما غاية ما فيه توجيه التخويف والتشديد لكلٍّ من علي بن أبي طالب والزبير بن العوام


Bu səhih və sabit hədisləri
oxuyan və onlar üzərində düşünən şəxs bu rəvayətlərdə səhabələr arasında döyüş baş verdiyini, bir-birləri ilə düşmənçilik etdiklərini görmür. Xüsusən də Fatimə binti Rəsulullah (sallallahu əleyhi [və alihi] və səlləm) barədə. Ömər ibn əl-Xəttab ona “atandan sonra sənin qədər bizə əziz olan bir kəs yoxdur” demişdi. Səhabələr onun Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) yanında hansı məqama və mənzilətə sahib olduğunu bilirdilər. Onlardan heç kəs ona əziyyət etmək və ya onu qəzəbləndirmək, hətta, təhdid etmək istəməmişdi. Əksinə, bu hadisədə onların etmək istədikləri şey Əli ibn Əbi Talibi və Zübeyr ibn əl-Əvamı qorxutmaq, onlar təzyiq göstərmək idi.

Mənbə: http://islamqa.info/ar/98641

Əlbəttə, bizə Munəccidin gətirdiyi bu “üzr”lər maraqlı deyildir, bizə maraqlı olan Munəccidin bu hadisəyə “səhih”“sabit” deməsi, hadisəni qəbul etməsidir. Çünki, hörümçək evindən daha cılız və daha zəif olan bu üzrlər açıq-aşkar nəssin müqabilində heç bir şey deyillər.

Necə deyilə bilər ki, Ömər həzrət Zəhranı (əleyhəs-səlam) təhdid etməmişdir? Görəsən “Allaha and olsun ki, bu (xüsusiyyətin) bu şəxslər sənin evinə yığışacaqları təqdirdə evin onlarla birlikdə yandırılması əmrini verməyimə mane ola bilməz!” cümləsi təhdid deyil də nədir?

Görəsən, Ömər “evi içindəkilərlə birgə yandıraram” dedikdə bu cümlə evin içində olan həzrət Fatiməyə (əleyhəs-səlam) də şamil olur, yoxsa, yox?

Görəsən, həzrət Fatimənin (əleyhəs-səlam) dediyi “and olsun ki, o and içdiyi şeyi mütləq edəcək” cümləsi Ömərin “zarafat” etdiyinə dəlalət edir, ya təhdid?

Üstəlik, bu təhdid və qorxutma Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) tərəfindən haram edilmişdir. Elə isə nə cürətlə Peyğəmbər qızı təhdid edilib qorxudulur?

Albani “Səhihi-Sünəni-Əbi Davud” kitabında deyir:

وعن عبدالرحمن ابن أبي ليلى قال : حدثنا أصحاب محمد صلى الله عليه وسلم أنهم كانوا يسيرون مع رسول الله صلى الله عليه وسلم فنام رجل منهم فانطلق بعضهم إلى حبل معه لأخذه . قال رسول الله صلى الله عليه وسلم : لا يحل لمسلم أن يروع مسلما.


Əbdür-Rəhman ibn Əbi Leyla deyir: Muhəmmədin (sallallahu əleyhi [və alihi] və səlləm) əshabı bizə nəql edib dedilər ki, bir dəfə gecə vaxtı Peyğəmbərlə (sallallahu əleyhi [və alihi] və səlləm) birgə səfər edirlərmiş. Bu zaman onlardan bir nəfər yatır. Aralarından bir nəfər öz yanındakı ipi götürmək üçün qalxır və ipi götürüb (həmin yatan şəxsi bağlamaq istəyir). Bu zaman həmin şəxs qorxur. Bunu görən Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurur: “Müsəlmana müsəlmanı qorxutmaq halal deyildir.”

Ardınca Albani deyir:

(صحيح)

Səhihdir.

 

Fotoşəkil: Əbu Davud əs-Sicistani, əs-Sünən, s.905, h.5004; Məktəbə əl-Məarif, ər-Riyad; təhqiq: Nasiruddin əl-Albani və Məşhur Həsən Al Səlman

Həmçinin, Albani özünün “Səhihut-Tərğib vət-Tərhib” kitabında aşağıdakı rəvayəti qeyd edir:

2806-(2) وعن نعمان بن بشير رضي الله عنهما قال:

كنا مع رسول الله صلى الله عليه وسلم في مسير, فخنق رجل على راحلته, فأخذ رجل سهماً من كنانته, فانتبه الرجل ففزع, فقال رسول الله صلى الله عليه وسلم: لا يحل لرجل أن يروّع مسلما.


2806 - (2) - Numan ibn Bəşir demişdir:

Bir dəfə Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) ilə birgə bir səfərdə idik. (Səfər əsnasında) bir nəfər miniyinin üzərində mürgülədi. Bu zaman başqa bir şəxs onun ox qabından bir ox götürdü. Bu vaxt həmin şəxs ayıldı və qorxdu. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Heç kəsə bir müsəlmanı qorxutmaq halal deyildir.”

Ardınca Albani deyir:

حسن صحيح


Həsən və səhihdir.

 

Fotoşəkil: Nasiruddin Albani, Səhihut-Tərğib vət-Tərhib, c.3, səh.67; Məktəbə əl-Məarif, Riyad, Səudiyyə Ərəbistanı, 1421/2000

Elə isə aydın olur ki, məsələ qəti şəkildə səhih və sabitdir. Bu məsələni yalnız inadkar azğın kəs inkar edə bilər.

Страница 2 из 4«1234»
Рейтинг

В этом разделе