"ƏL-MÜSƏNNƏF" KİTABINDA VƏHY EVİNƏ HÜCUM RƏVAYƏTİ
[pagename:"əl-Müsənnəf" kitabında vəhy evinə hücum rəvayəti|Rəvayəti səhih hesab edən alimlər|Rəvayətin təhrif edilməsi|Hadisəni dəstəkləyən şahidlər]
Əziz müsəlmanlar! Əsrlərdir əhli-xilaf nümayəndələri cənnət qadınlarının xanımı həzrət Fatimənin (əleyhəs-səlam) evinə hücum hadisəsini saxta adlandırır, bəziləri daha da irəli gedərək bu hadisənin şiələrin uydurması olduğunu iddia edirlər. Bu məqalədə bu mövzu ilə bağlı son dərəcədə mühüm məqamlar işıqlandırılacaq, klassik və müasir əhli-xilaf alimlərinin fikirləri ilə yanaşı, bu mövzunu şiddətlə inkar edən bir sıra əhli-xilaf alimlərinin sözləri qeyd ediləcəkdir, həmçinin bəzi “alimlər”in bu hadisəni necə təhrif etməyə çalışdıqları gözlər önünə səriləcəkdir.
Qeyd edək ki, biz bu yazımızda həzrət Fatimənin (əleyhəs-səlam) evinin yandırılması hadisəsi barədə hədislər göstərməyəcəyik. Bizim bu yazımızda göstərəcəyimiz hədislərdə evin yandırılması hadisəsi deyil, Ömərin evi yandırmaqla təhdid etməsi hadisəsi qeyd olunmuşdur. Məlumdur ki, evin yandırılması məsələsi şiə mənbələrində səhih və sabit bir məsələdir. Lakin, əhli-xilaf mənbələrində bu məsələyə açıqca deyil, üstüörtülü şəkildə işarə edilmişdir. Aşağıda göstərəcəyimiz mənbələr də məhz bu növdəndirlər. Burada Ömərin bir dəstə şəxslə birgə gəlib həzrət Fatimənin evinə hücum etməsi və o Xanımın evini yandırmaqla hədələməsi göstərilmişdir. Lakin, ardınca Ömərin evi yandırması məsələsi zikr edilməmişdir. Əlbəttə, bu başadüşüləndir. Başqa cür düşünülə də bilməzdi. Görəsən, tarixin yüzlərlə həqiqətini gizlədən məkrli əllər belə bir hadisəni tam çılpaqlığı ilə ortada saxlaya və nəql edə bilərdimi? Cavab, şübhəsiz ki, xeyrdir. Bu səbəbdən də aşağıda qeyd edəcəyimiz hədislərdə təkcə Ömərin bir dəstə şəxslə birgə evə hücum edib ev əhlini təhdid etməsi hadisəsini zikr edilmişdir. Lakin, əlbəttə ki, həqiqətlər tamamilə gizli qalmaz, bütün mənfi cəhdlərə rəğmən həqiqət günəşi yenə də qaranlıq buludların arxasından öz şüasını saçar. Bu hədislər şiələrin tarix boyunca dedikləri sözün həqiqət olduğuna açıqca işarə etmişdir. Elə isə gəlin hədislərlə tanış olaq.
Biz bunun üçün ilk öncə İbn Əbi Şeybənin rəvayətinə müraciət edəcəyik. İlk öncə qeyd etmək lazımdır ki, istinad edəcəyimiz müəlliflər “əl-Musənnəf” kitabının müxtəlif nəşrlərinə müraciət etdikləri üçün hər birinin qeyd etdikləri cild, səhifə və hədis nömrələri bir-birindən fərqlənir. Buna görə də biz əvvəlcə həmin nəşrlərin hər birinin fotoşəklini burada yerləşdirəcəyik ki, bəzi inadkar şəxslər yersiz iradlar bildirməsinlər.
İbn Əbi Şeybə “əl-Musənnəf” kitabında belə nəql edir:
مُحَمَّدُ بْنُ بِشْرٍ , نا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ , حَدَّثَنَا زَيْدُ بْنُ أَسْلَمَ , عَنْ أَبِيهِ أَسْلَمَ أَنَّهُ حِينَ بُويِعَ لِأَبِي بَكْرٍ بَعْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ عَلِيٌّ وَالزُّبَيْرُ يَدْخُلَانِ عَلَى فَاطِمَةَ بِنْتِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيُشَاوِرُونَهَا وَيَرْتَجِعُونَ فِي أَمْرِهِمْ , فَلَمَّا بَلَغَ ذَلِكَ عُمَرَ بْنَ الْخَطَّابِ خَرَجَ حَتَّى دَخَلَ عَلَى فَاطِمَةَ فَقَالَ: «يَا بِنْتَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ , وَاللَّهِ مَا مِنْ أَحَدٍ أَحَبَّ إِلَيْنَا مِنْ أَبِيكِ , وَمَا مِنْ أَحَدٍ أَحَبَّ إِلَيْنَا بَعْدَ أَبِيكِ مِنْكِ , وَايْمُ اللَّهِ مَا ذَاكَ بِمَانِعِي إِنِ اجْتَمَعَ هَؤُلَاءِ النَّفَرُ عِنْدَكِ ; أَنْ أَمَرْتُهُمْ أَنْ يُحَرَّقَ عَلَيْهِمِ الْبَيْتُ» , قَالَ: فَلَمَّا خَرَجَ عُمَرُ جَاءُوهَا فَقَالَتْ: تَعْلَمُونَ أَنَّ عُمَرَ قَدْ جَاءَنِي وَقَدْ حَلَفَ بِاللَّهِ لَئِنْ عُدْتُمْ لَيُحَرِّقَنَّ عَلَيْكُمُ الْبَيْتَ وَايْمُ اللَّهِ لَيَمْضِيَنَّ لِمَا حَلَفَ عَلَيْهِ , فَانْصَرِفُوا رَاشِدِينَ , فَرَوْا رَأْيَكُمْ وَلَا تَرْجِعُوا إِلَيَّ , فَانْصَرَفُوا عَنْهَا فَلَمْ يَرْجِعُوا إِلَيْهَا حَتَّى بَايَعُوا لِأَبِي بَكْرٍ
Bizə Muhəmməd ibn Bişr nəql edib dedi: bizə Ubeydullah ibn Ömər nəql edib dedi: bizə Zeyd ibn Əsləm atası Əsləmdən nəql edib dedi ki: Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) sonra Əbu Bəkrə beyət edildiyində Əli və Zübeyr Fatimə binti Rəsulillahın (sallallahu əleyhi [və alihi] və səlləm) yanına daxil olur, onunla məşvərət edirdilər. Bu xəbər Ömərə çatınca (evindən) çıxıb Fatimənin yanına gəldi. Dedi: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, Allaha and olsun ki, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur. Lakin, Allaha and olsun ki, bu (xüsusiyyətin) bu şəxslər sənin evinə yığışacaqları təqdirdə evin onlarla birlikdə yandırılması əmrini verməyimə mane ola bilməz!” Ömər gedincə onlar Fatimənin yanına gəldilər. Fatimə onlara dedi: “Bilirsinizmi ki, Ömər mənim yanıma gəlib Allaha and içdi ki, əgər yenə də bura gəlsəniz, evi sizinlə birlikdə yandıracaq! And olsun ki, o and içdiyi şeyi mütləq edəcək. Elə isə alnıaçıq halda geri dönün, özünüz bir qərara gəlin və mənim yanıma gəlməyin.” Onlar da Fatimənin yanından ayrıldılar və Əbu Bəkrə beyət edənə qədər onun yanına qayıtmadılar.
Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.13, səh.468-469, hədis 38042; MƏktəbə ər-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1425/2004; təhqiq: Həməd ibn Abdullah əl-Cuma və Muhəmməd ibn İbrahim əl-Luhəydan
Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.7, s.432, h.37045; Dar əl-Tac, Beyrut, 1409/1989; təhqiq: Kamal Yusif əl-Hut
Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.20, s.579, h.38200; Dar əl-Qiblə/Muəssisə Ulum əl-Quran - Ciddə/Diməşq, 1427/2006; təhqiq: Muhəmməd Əvvamə
[page]
RƏVAYƏTİ SƏHİH HESAB EDƏN ALİMLƏR
1. Səd ibn Nasir ibn Əbdül-Əziz əş-Şəsri:
Səd ibn Nasir əş-Şəsri “əl-Müsənnəf” kitabına yazdığı təhqiqində 39827 nömrəli eyni hədisə “səhihdir” demişdir.
Deyir:
صحیح؛ أخرجه أحمد في فضائل الصحابه (٥٣٢) وابن عبد البر فی الإستذکار ٣/٩٧٥ ، وابن أبی عاصم في الآحاد (٢٩٥٢).
Səhihdir. Onu Əhməd “Fadailus-Səhabə” kitabında (532), İbn Əbdül-Birr “əl-İstizkar”da (3/975), İbn Əbi Asim də “əl-Ahad”da (2952) nəql etmişdir.
Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.21, səh.143-144; təhqiq: Səd ibn Nasir əl-Şəsri
2. Əmr ibn Əbdül-Munim əl-Misri:
İbn Əbi Asim özünün “əl-Muzəkkir vət-təzkir vəz-zikr” əsərində bu hədisi azacıq fərqlə aşağıdakı şəkildə nəql etmişdir:
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ، حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ، عَنْ أَبِيهِ، قَالَ: بَلَغَ عُمَرَ بْنَ الْخَطَّابِ أَنَّ نَاسًا، يَجْتَمِعُونَ فِي بَيْتِ فَاطِمَةَ فَأَتَاهَا فَقَالَ: يَا بِنْتَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا كَانَ أَحَدٌ مِنَ النَّاسِ أَحَبَّ إِلَيْنَا مِنْ أَبِيكِ وَلَا بَعْدَ أَبِيكِ أَحَبَّ إِلَيْنَا مِنْكِ فَقَدْ بَلَغَنِي أَنَّ هَؤُلَاءِ النَّفْرَ يَجْتَمِعُونَ عِنْدَكِ وَايْمُ اللَّهِ لَئِنْ بَلَغَنِي ذَلِكَ لَأُحَرِّقَنَّ عَلَيْهِمُ الْبَيْتَ فَلَمَّا جَاءُوا فَاطِمَةَ قَالَتْ: إِنَّ ابْنَ الْخَطَّابِ قَالَ كَذَا وَكَذَا فَإِنَّهُ فَاعِلٌ ذَلِكَ، فَتَفَرَّقُوا حَتَّى بُويِعَ لِأَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ
Bizə Əbu Bəkr ibn Əbi Şeybə nəql edib dedi: bizə Muhəmməd ibn Bişr nəql edib dedi: bizə Ubeydullah ibn Ömər nəql edib dedi: bizə Zeyd ibn Əsləm atasından nəql edib dedi: “Ömərə xəbər çatdı ki, bir dəstə şəxs Fatimənin evində toplanırlar. Ömər Fatimənin yanına gəlib dedi: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, Allaha and olsun ki, sənin atan qədər bizə əziz olan bir kəs yox idi, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur. Mənə xəbər çatıb ki, bu şəxslər sənin evində toplanırlar. Allaha and olsun ki, əgər (birdə) mənə belə bir şey çatsa, evi onlarla birlikdə yandıracağam!” Elə ki, onlar Fatimənin yanına gəldilər, Fatimə dedi: “Xəttabın oğlu belə-belə dedi. O bunu edəcək.” Onlar da dağılışdılar və nəhayət Əbu Bəkrə beyət edildi.
Kitabın haşiyəsində kitabın mühəqqiqi Əmr ibn Əbdül-Munim deyir:
[19] إسناده صحيح. أخرجه ابن أبي شيبة قي "المصنف" (7/432-37045) وفيه ذكر الرجلين اللذين كان يجتمعان عند فاطمة وهما علي بن أبي طالب والزبير بن العوام.
[19] Sənədi səhihdir. Bunu İbn Əbi Şeybə “əl-Musənnəf”də gətirmişdir (7/432, 37045). Orada Fatimənin evinə toplaşan şəxslərin adı vardır, onlar Əli ibn Əbi Talib və Zübeyr ibn əl-Əvam idilər.
Fotoşəkil: İbn Əbi Asim, əl-Muzəkkir vət-təzkir vəz-zikr, səh.41; Dar Kunuz İşbiliyyə, Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Əmr ibn Əbdül-Munim əl-Misri
3. Xalid ibn Qasim ər-Rədadi:
O, “əl-Muzəkkir vət-təzkir vəz-zikr” kitabına etdiyi təhqiqində 19-cu hədis üçün deyir:
(6) إسناده صحيح. أخرجه ابن أبي شيبة في المصنف (14/567-568) بهذا الإسناد.
(6) Sənədi səhihdir. Onu İbn Əbi Şeybə “əl-Musənnəf”də (14/567-568) bu sənədlə gətirmişdir.
Fotoşəkil: İbn Əbi Asim, əl-Muzəkkir vət-təzkir vəz-zikr, səh.91; Dar əl-Mənar, Riyad, Səudiyyə Ərəbistanı, 1412/1992; təhqiq: Xalid ibn Qasim ər-Rədadi
4. Həsən ibn Fərhan əl-Maliki:
O özünün “Qiraətun fi kutubil-əqaid” adlı kitabında deyir:
ولكن حزب علي كان أقل عند بيعة عمر منه عند بيعة أبي بكر الصديق نظراً لتفرقهم الأول عن علي بسبب ما رأوه من بوادر الفتنة التي انتهت إلى مداهمة بيت فاطمة في أول عهد أبي بكر وإكراه بعض الصحابة الذين كانوا مع علي على بيعة أبي بكر فكانت لهذه الخصومة والمداهمة (وهي ثابتة بأسانيد صحيحة) [3] ذكرى مؤلمة لا يحبون تكرارها.
Lakin, Ömərə beyət zamanı Əlinin tərəfdarlarının sayı Əbu Bəkrə beyət zamanınkından daha az idi. Çünki, onlar fitnə əlamətləri gördükləri üçün ilk dəfə idi ki, Əlidən ayrılmışdılar. Hansı ki, bu fitnə Əbu Bəkrin xilafətinin ilk günlərində Fatimənin evinə hücumla və Əli ilə birgə olan bəzi səhabələrin Əbu Bəkrə beyət etməyə məcbur edilmələri ilə nəticələnmişdi. Bu düşmənçiliyin və hücumun (bu hücum hadisəsi səhih sənədlərlə sübuta yetmişdir) acı bir xatirəsi var idi ki, onlar bunun təkrar olunmasını istəmirdilər.
Sonra 3 nömrəli haşiyədə yazır:
[3] كنت أظن المداهمة مكذوبة لا تصح حتى وجدت لها أسانيد قوية منها ما أخرجه ابن أبي شيبة في المصنف بسند صحيح عن أسلم مولى عمر وغير ذلك، لكن ليس كما يبالغ غلاة الشيعة وليس كما ينفي غلاة الحنابلة
[3] Mən hücum hadisəsini yalan və qeyri-səhih hesab edirdim. Ta ki, bu hadisə üçün güclü sənədlər tapana qədər. Belə (güclü sənədə malik hədislərdən) biri İbn Əbi Şeybənin “əl-Müsənnəf” kitabında Ömərin azadlısı Salimdən səhih sənədlə nəql etdiyi hədisdir, eləcə də başqa hədislərdir. Lakin, hadisə nə şiələrin ğulatlarının şişirtdiyi kimi, nə də hənbəlilərin ğulatlarının inkar etdiyi kimidir.
Fotoşəkil: Həsən Fərhan əl-Maliki, Qiraətun fi kutubil-aqaid, «Əbu Bəkrin xilafəti Ömərə vəsiyyət etməsi» fəsli, s.46-47; İordaniya çapı, 1430/2009
5. Bəşar Əvvad Məruf
O, "Tarixi-Bağdad" kitabının təhqiqində bu hədisin səhih olduğunu bildirmişdir. Hədisin təhrif edilməsi barədə söz açdıqda bu barədə ətraflı danışılacaq.
6. Əbdüs-Səlam ibn Muhsin Ali-İsa:
Bu şəxs də hədisi səhih hesab edənlərdəndir. Hədisin təhrif edilməsi barədə söz açdıqda bu barədə ətraflı danışılacaq.
7. Şeyx Muhəmməd Saleh əl-Munəccid:
Sələfilərin məşhur alimi olan Şeyx Muhəmməd Saleh əl-Munəccidin rəhbərliyi altında fəaliyyət göstərən və ərəbdili sual-cavab saytları arasında kifayət qədər məşhur olan və dünyanın 13 dilində fəaliyyət göstərən “islamqa.info” saytında “əl-Müsənnəf”də gələn bu hədisin səhih olduğu bildirilmişdir.
Saytda deyilir:
روى أسلم القرشي - مولى عمر بن الخطاب - رضي الله عنه ، قال : ( حين بُويع لأبي بكر بعد رسول الله صلى الله عليه وسلم ، كان علي والزبير يدخلان على فاطمة بنت رسول الله صلى الله عليه وسلم فيشاورونها ويرتجعون في أمرهم ، فلما بلغ ذلك عمر بن الخطاب خرج حتى دخل على فاطمة فقال : يا بنت رسول الله صلى الله عليه وسلم ! والله ما من أحد أحب إلينا من أبيك ، وما من أحد أحب إلينا بعد أبيك منك ، وايم الله ما ذاك بمانعي إن اجتمع هؤلاء النفر عندك إن أمرتهم أن يحرق عليهم البيت . قال : فلما خرج عمر جاؤوها فقالت : تعلمون أن عمر قد جاءني ، وقد حلف بالله لئن عدتم ليحرقن عليكم البيت ، وايم الله ليمضين لما حلف عليه ، فانصرِفوا راشدين ، فَرُوا رأيَكم ولا ترجعوا إلّيَّ ، فانصرفوا عنها ، فلم يرجعوا إليها حتى بايعوا لأبي بكر).
Əsləm əl-Qurəşi – Ömər ibn əl-Xəttabın azad etdiyi qul – belə nəql etmişdir: Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) sonra Əbu Bəkrə beyət edildiyində Əli və Zübeyr Fatimə binti Rəsulillahın (sallallahu əleyhi [və alihi] və səlləm) yanına daxil olur, onunla məşvərət edirdilər. Bu xəbər Ömərə çatınca (evindən) çıxıb Fatimənin yanına gəldi. Dedi: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, Allaha and olsun ki, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur. Lakin, Allaha and olsun ki, bu (xüsusiyyətin) bu şəxslər sənin evinə yığışacaqları təqdirdə evin onlarla birlikdə yandırılması əmrini verməyimə mane ola bilməz!” Ömər gedincə onlar Fatimənin yanına gəldilər. Fatimə onlara dedi: “Bilirsinizmi ki, Ömər mənim yanıma gəlib Allaha and içdi ki, əgər yenə də bura gəlsəniz, evi sizinlə birlikdə yandıracaq! And içdi ki, and içdiyi şeyi mütləq edəcək. Elə isə alnıaçıq halda geri dönün, özünüz bir qərara gəlin və mənim yanıma gəlməyin.” Onlar da Fatimənin yanından ayrıldılar və Əbu Bəkrə beyət edənə qədər onun yanına qayıtmadılar.
Ardınca deyilir:
أخرجه أحمد في "فضائل الصحابة" (1/364) وابن أبي شيبة في "المصنف" (7/432) وعنه ابن أبي عاصم في "المذكر والتذكير" (1/91) ورواه ابن عبد البر في "الاستيعاب" (3/975) من طريق البزار – ولم أجده في كتب البزار المطبوعة – وأخرجه الخطيب في "تاريخ بغداد" (6/75) مختصرا : كلهم من طريق محمد بن بشر ثنا عبيد الله بن عمر عن زيد بن أسلم عن أبيه به . قلت : وهذا إسناد صحيح ، فإن محمد بن بشر العبدي (203هـ) ثقة حافظ من رجال الكتب الستة، وكذا عبيد الله بن عمر العمري المتوفى سنة مائة وبضع وأربعون ، وكذا زيد بن أسلم مولى عمر بن الخطاب (136هـ)، وكذا أبوه أسلم مولى عمر ، جاء في ترجمته في "تهذيب التهذيب" (1/266) أنه أدرك زمان النبي صلى الله عليه وسلم ، إلا أنه لم يكن في المدينة في وقت أحداث البيعة ، لأن محمد بن إسحاق قال : بعث أبو بكر عمر سنة إحدى عشرة ، فأقام للناس الحج ، وابتاع فيها أسلم مولاه . فيكون الحديث بذلك مرسلا ، إلا أن الغالب أن أسلم سمع القصة من عمر بن الخطاب أو غيره من الصحابة الذين عاشوا تلك الحادثة.
Bunu Əhməd “Fadailus-Səhabə” kitabında (1/364), İbn Əbi Şeybə də “əl-Müsənnəf” kitabında (7/432) nəql etmişdir. İbn Əbi Asim də İbn Əbi Şeybədən nəqlən “əl-Muzəkkir vət-təzkir” kitabında (1/91) nəql etmişdir. Həmçinin, onu İbn Əbdül-Birr “əl-İstiab” kitabında (3/975) Bəzzarın təriqi ilə (lakin, mən bunu Bəzzarın çap olunmuş kitablarında tapmadım) və Xətib də “Tarixi-Bağdad” kitabında (6/75) müxtəsər şəkildə nəql etmişlər. Hamısı da Muhəmməd ibn Bişr, Ubeydullah ibn Ömər, Zeyd ibn Əsləm və Əsləm təriqi ilədir.
Deyirəm: “Bu, səhih sənəddir. Belə ki, Muhəmməd ibn Bişr əl-Əbdi (h.203) siqədir, hafizdir, “kutubi-sittə”nin ravilərindəndir. Eləcə də, yüz qırx neçənci ildə vəfat edən Ubeydullah ibn Ömər belədir. Habelə, Ömər ibn əl-Xəttabın azad etdiyi qul olan Zeyd ibn Əsləm belədir (h.136), həmçinin də, onun atası Ömərin azad etdiyi qul olan Əsləm belədir. “Təhzibut-Təhzib” kitabında Əsləmin tərcümeyi-halında onun Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) zamanında yaşadığı bildirilmişdir. Lakin beyət hadisələri baş verən zaman o Mədinədə olmamışdır. Çünki, Muhəmməd ibn İshaq demişdir ki: “Əbu Bəkr on birinci ildə Öməri göndərdi və Ömər camaata Həcc rəhbərliyi etdi. Ömər orada (Məkkədə) Əsləmi aldı.” Buna əsasən, hədis mürsəl olmuş olur. Lakin, böyük ehtimal budur ki, Əsləm bu hadisəni Ömərin özündən, yaxud, o hadisənin şahidi olmuş başqa bir səhabədən nəql etmişdir.”
Mənbə: http://islamqa.info/ar/98641
Gördüyünüz kimi, Şeyx Muhəmməd Saleh əl-Munəccid hədisi səhih və məqbul bilir. Əsləmin hadisəyə şəxsən şahid olmaması ehtimalı mövcud olsa belə, hədis öz qüvvəsində qalır və zərrəcə sihhətinə xələl gəlmir. Çünki:
Əvvəla: Böyük ehtimal budur ki, Əsləm bu hadisəni Ömərin özündən nəql etmişdir.
Çünki, Əsləm Ömərdən çoxlu hədislər nəql etdir.
Şeyx Muhəmməd əl-Munəccid başqa bir yerdə deyir:
وقد لازم أسلمُ عمرَ بنَ الخطاب رضي الله عنه ، وحفظ عنه ، وروى عنه الأحاديث الكثيرة
Əsləm daim Ömər ibn əl-Xəttabın yanında olmuş, ondan hədis əzbərləmiş, ondan çoxlu hədislər nəql etmişdir.
Bax: http://islamqa.info/ar/121389
İkincisi: Yaxud da, Əsləm bu hadisəni hadisəyə şahid olan başqa bir səhabədən nəql etmişdir.
Hər iki halda onun hədisləri höccət sayılacaq. Çünki, Əsləm ya səhabədir, ya da tabei. İstər səhabənin, istərsə tabeinin, istərsə də səhabə və ya tabei olması barədə ixtilaf olan şəxslərin məvsul və mürsəl hədisləri müxaliflər yanında höccətdir.
1) Tabeinin və səhabəliyi barədə ixtilaf edilən şəxsin mürsəl hədisinin höccət olmasına misal olaraq aşağıdakını göstərə bilərik:
Molla Əli Qari deyir:
قلت: مرسل التابعي حجة عند الجمهور، فكيف مرسل من اختلف في صحة صحبته.
Deyirəm: cümhurun* nəzərində tabeinin mürsəl hədisi höccətdir, elə isə səhabəliyi barədə ixtilaf edilən bir şəxsin mürsəl hədisi necə höccət olmaya bilər?!
___________________________________________
* Alimlərin demək olar ki, hamısının, böyük əksəriyyətinin. (Red.)
Fotoşəkil: Əli əl-Qari, Mirqat əl-məfatih şərh mişkat əl-məsabih, c.9, s.434; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2001; təhqiq: Camal əl-İtani
Yəni: alimlərin cümhurunun nəzərində tabeinin hədisi höccət sayılır, elə isə, səhabə olmasında ixtilaf edilən bir şəxsin hədisi necə höccət sayılmaya bilər?! Çünki, həmin şəxsin səhabəliyi sübuta yetməsə belə ən azından tabei sayılacaq və nəticədə, yenə də hədisi höccət olacaq.
2) Səhabənin mürsəl hədisinin höccət olmasına dair isə bunu göstərə bilərik:
Hafiz İbn Həcər deyir:
وقد اتفق المحدثون على أن مرسل الصحابى فى حكم الموصول
Mühəddislər ittifaq etmişlər ki, səhabənin mürsəl hədisi məvsul (qeyri-mürsəl, bitişik) hədis hökmündədir.
Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Hədyus-Sari, səh.350; Məktəbə əs-Sələfiyyə, Misir, 1347; təhqiq: Əbdül-Əziz ibn Abdullah ibn Baz və Muhəmməd Fuad Əbdül-Baqi
Elə isə aydın olur ki, Əsləm hadisəyə şəxsən şahid olmasa belə onun hədisi höccət sayılacaq. Çünki, ya səhabədir, ya tabeidir, ya da səhabə və tabei olması barədə ixtilaf edilən şəxsdir. Hər üç halda onun hədisi höccət olacaq.
Üstəlik, Şeyx Muhəmməd əl-Munəccid bu hadisənin qəti şəkildə səhih və sabit olduğunu başqa cümlələrlə də bildirmişdir. Deyir:
حتى جاء عمر بن الخطاب وبعض الصحابة بيت فاطمة رضي الله عنها ، وطلب منها إبلاغ علي والزبير ومن معهم بلزوم المبادرة إلى بيعة أبي بكر الصديق ، درءا للفتنة ، وحفظا لجماعة المسلمين ، فلما سمعوا تشديد عمر بن الخطاب في هذا الأمر ، سارعوا بإعلان البيعة
Nəhayət, Ömər və bəzi səhabələr Fatimənin (Allah ondan razı olsun) evinə gəldilər. Ömər Fatimədən tələb etdi ki, Əliyə, Zübeyrə və onlarla birgə olanlara Əbu Bəkr Siddiqə beyət etməyə tələsməyin vacibliyini çatdırsın. Bununla, fitnənin qarşısı alınsın, müsəlmanlar parçalanmasın. Onlar (Əli, Zübeyr və onlarla birgə olanlar) Ömərin bu məsələdəki şiddətli mövqeyini eşidincə, beyət etməyə tələsdilər.
Mənbə: http://islamqa.info/ar/98641
Görəsən, bu deyilənlər “əl-Müsənnəf”də gələnlərdən ayrı bir şeydirmi?
Bundan daha aydını Şeyx Muhəmməd əl-Munəccidin daha sonra dediyi sözdür. Belə ki, o “əl-Müsənnəf” kitabında gələn hədisi və digər bir sıra hədisləri qeyd etdikdən sonra deyir:
ولا يجد القارئ والمتأمل في هذه الروايات الصحيحة الثابتة شيئا من وقوع القتال بين الصحابة رضوان الله عليهم ، ولا اعتداءَ بعضِهم على بعضٍ ، وخاصة في شأن فاطمة بنت رسول الله صلى الله عليه وسلم ، فقد قال لها عمر بن الخطاب رضي الله عنه فيما قال : ( وما من أحد أحب إلينا بعد أبيك منك ) ، فقد عرف الصحابة رضوان الله عليهم لها قدرها ومنزلتها من رسول الله صلى الله عليه وسلم ، ولم يسعَ أحدٌ في تعمُّدِ أذيتها أو في إغضابها ، بل ولا في تهديدها ، إنما غاية ما فيه توجيه التخويف والتشديد لكلٍّ من علي بن أبي طالب والزبير بن العوام
Bu səhih və sabit hədisləri oxuyan və onlar üzərində düşünən şəxs bu rəvayətlərdə səhabələr arasında döyüş baş verdiyini, bir-birləri ilə düşmənçilik etdiklərini görmür. Xüsusən də Fatimə binti Rəsulullah (sallallahu əleyhi [və alihi] və səlləm) barədə. Ömər ibn əl-Xəttab ona “atandan sonra sənin qədər bizə əziz olan bir kəs yoxdur” demişdi. Səhabələr onun Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) yanında hansı məqama və mənzilətə sahib olduğunu bilirdilər. Onlardan heç kəs ona əziyyət etmək və ya onu qəzəbləndirmək, hətta, təhdid etmək istəməmişdi. Əksinə, bu hadisədə onların etmək istədikləri şey Əli ibn Əbi Talibi və Zübeyr ibn əl-Əvamı qorxutmaq, onlar təzyiq göstərmək idi.
Mənbə: http://islamqa.info/ar/98641
Əlbəttə, bizə Munəccidin gətirdiyi bu “üzr”lər maraqlı deyildir, bizə maraqlı olan Munəccidin bu hadisəyə “səhih” və “sabit” deməsi, hadisəni qəbul etməsidir. Çünki, hörümçək evindən daha cılız və daha zəif olan bu üzrlər açıq-aşkar nəssin müqabilində heç bir şey deyillər.
Necə deyilə bilər ki, Ömər həzrət Zəhranı (əleyhəs-səlam) təhdid etməmişdir? Görəsən “Allaha and olsun ki, bu (xüsusiyyətin) bu şəxslər sənin evinə yığışacaqları təqdirdə evin onlarla birlikdə yandırılması əmrini verməyimə mane ola bilməz!” cümləsi təhdid deyil də nədir?
Görəsən, Ömər “evi içindəkilərlə birgə yandıraram” dedikdə bu cümlə evin içində olan həzrət Fatiməyə (əleyhəs-səlam) də şamil olur, yoxsa, yox?
Görəsən, həzrət Fatimənin (əleyhəs-səlam) dediyi “and olsun ki, o and içdiyi şeyi mütləq edəcək” cümləsi Ömərin “zarafat” etdiyinə dəlalət edir, ya təhdid?
Üstəlik, bu təhdid və qorxutma Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) tərəfindən haram edilmişdir. Elə isə nə cürətlə Peyğəmbər qızı təhdid edilib qorxudulur?
Albani “Səhihi-Sünəni-Əbi Davud” kitabında deyir:
وعن عبدالرحمن ابن أبي ليلى قال : حدثنا أصحاب محمد صلى الله عليه وسلم أنهم كانوا يسيرون مع رسول الله صلى الله عليه وسلم فنام رجل منهم فانطلق بعضهم إلى حبل معه لأخذه . قال رسول الله صلى الله عليه وسلم : لا يحل لمسلم أن يروع مسلما.
Əbdür-Rəhman ibn Əbi Leyla deyir: Muhəmmədin (sallallahu əleyhi [və alihi] və səlləm) əshabı bizə nəql edib dedilər ki, bir dəfə gecə vaxtı Peyğəmbərlə (sallallahu əleyhi [və alihi] və səlləm) birgə səfər edirlərmiş. Bu zaman onlardan bir nəfər yatır. Aralarından bir nəfər öz yanındakı ipi götürmək üçün qalxır və ipi götürüb (həmin yatan şəxsi bağlamaq istəyir). Bu zaman həmin şəxs qorxur. Bunu görən Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurur: “Müsəlmana müsəlmanı qorxutmaq halal deyildir.”
Ardınca Albani deyir:
(صحيح)
Səhihdir.
Fotoşəkil: Əbu Davud əs-Sicistani, əs-Sünən, s.905, h.5004; Məktəbə əl-Məarif, ər-Riyad; təhqiq: Nasiruddin əl-Albani və Məşhur Həsən Al Səlman
Həmçinin, Albani özünün “Səhihut-Tərğib vət-Tərhib” kitabında aşağıdakı rəvayəti qeyd edir:
2806-(2) وعن نعمان بن بشير رضي الله عنهما قال:
كنا مع رسول الله صلى الله عليه وسلم في مسير, فخنق رجل على راحلته, فأخذ رجل سهماً من كنانته, فانتبه الرجل ففزع, فقال رسول الله صلى الله عليه وسلم: لا يحل لرجل أن يروّع مسلما.
2806 - (2) - Numan ibn Bəşir demişdir:
Bir dəfə Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) ilə birgə bir səfərdə idik. (Səfər əsnasında) bir nəfər miniyinin üzərində mürgülədi. Bu zaman başqa bir şəxs onun ox qabından bir ox götürdü. Bu vaxt həmin şəxs ayıldı və qorxdu. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Heç kəsə bir müsəlmanı qorxutmaq halal deyildir.”
Ardınca Albani deyir:
حسن صحيح
Həsən və səhihdir.
Fotoşəkil: Nasiruddin Albani, Səhihut-Tərğib vət-Tərhib, c.3, səh.67; Məktəbə əl-Məarif, Riyad, Səudiyyə Ərəbistanı, 1421/2000
Elə isə aydın olur ki, məsələ qəti şəkildə səhih və sabitdir. Bu məsələni yalnız inadkar azğın kəs inkar edə bilər.
[page]
RƏVAYƏTİN TƏHRİF EDİLMƏSİ
Lakin, bütün bunlara rəğmən batinində əməvi kini və təəssübkeşliyi olan bəzi şəxsləri yenə də hiylə işlədərək məsələni sapdırmağa çalışmış, hadisəni təhrif edərək insanları aldatmağa cəhd etmişlər. Belə şəxslərdən ikisini sizlərə təqdim edirik:
1. Əli Muhəmməd Muhəmməd əs-Səllabi:
O özünün “Əsmal-Mətalib fi sirəti Əmiril-muminin Əli ibn Əbi Talib” kitabında səh.202-də “əl-Musənnəf” kitabındakı hədisi aşağıdakı şəkildə nəql etmişdir:
عن أسلم العدوي قال: لما بويع لأبي بكر بعد النبي صلى الله عليه وسلم كان علي والزبير ابن العوام يدخلان على فاطمة فيشاورانها, فبلغ عمر, فدخل على فاطمة فقال: يا بنت رسول الله ما أحد من الخلق أحب إلينا من أبيك, وما أحد من الخلق بعد أبيك أحب إلينا منك, وكلّما, فدخل علي والزبير على فاطمة فقالت: انصرفا راشدين, فما رجعا إليها حتى بايعا.
Əsləm əl-Ədvi dedi: ... Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) sonra Əbu Bəkrə beyət edildiyində Əli və Zübeyr ibn əl-Əvam Fatimənin yanına daxil olub onunla məşvərət edirdilər. Bu xəbər Ömərə çatdı. Ömər Fatimənin yanına gəlib dedi: “Ey Allah Rəsulunun qızı, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur.” Bundan sonra Fatimə ilə danışdı. Sonra Əli və Zübeyr Fatimənin yanına gəldilər. Fatimə dedi: “Alnıaçıq halda geri qayıdın.” Onlar da bir daha Fatimənin yanına gəlmədilər və nəhayət beyət etdilər.
Səllabi rəvayəti kəsib bu hala saldıqdan sonra kəsdiyi rəvayətin sənədini təqdim etmişdir:
(4) أخرجه ابن أبي شيبة في "المصنف" (14/567) وإسناده صحيح.
(4) Bunu İbn Əbi Şeybə “əl-Musənnəf” kitabında (14/567) gətirmişdir. İsnadı səhihdir.
Ardınca rəvayəti kəsib təhrif etdikdən sonra deyir:
هذا هو الثابت الصحیح والذی مع صحة سنده ینسجم مع روح ذلك الجیل وتزکیة الله له.
Sabit (sübuta yetmiş) və səhih olan məhz budur, hansı ki, sənədinin səhih olması ilə bərabər o nəslin ruhuna və Allahın o nəsli təzkiyə etməsinə* də uyğun gəlir.
_________________________
* “Allahın o nəsli təzkiyə etməsinə”: “təzkiyə etmək” bir şəxsin müsbət, təmiz, pak şəxs olduğunu bildirmək. Bunu nəzərdə tutur ki, Allah səhabələrin pak və təmiz şəxslər olduğunu bildirmişdir. Müt.
وقد زاد الروافض فی هذه الروایة واختلقوا إفكاً وبهتاناً وزوراً وقالوا بأن عمر قال: إذا اجتمع عندك هؤلاء النفر فسأحرق علیهم هذا البیت، لأنهم أرادوا شق عصى المسلمین بتأخرهم عن البیعة, ثم خرج عنها، فلم یلبث أن عادوا إلیها، فقالت لهم: تعلمون أن عمر جاءني وحلف بالله لئن أنتم عدتم إلى هذا البیت لیحرقنه عليكم وأیم الله أنه لیصدقن فیما حلف علیه، فانصرفوا عني فلا ترجعوا إليّ، ففعلوا ذلك، ولم یرجعوا إلیها إلا بعدما بایعوا.
وهذه القصة الباطلة لم تثبت عن عمر رضي الله عنه، ودعوى أن عمر رضی الله عنه همّ بإحراق بیت فاطمة، من أکاذیب الرافضة.
Rafizlər bu rəvayətə (cümlələr) əlavə edərək yalan, iftira və böhtan uydurmuşlar. Demişlər ki, Ömər belə deyib: “Əgər bu şəxslər sənin evinə toplaşsalar, evi onlarla birlikdə yandıracağam! Çünki, onlar beyətdən yayınmaqla müsəlmanları parçalamaq istəmişlər.” Sonra Fatimənin yanından getmişdir. Çox keçməmişdir ki, onlar Fatimənin yanına gəlmişlər və Fatimə onlara demişdir: “Bilirsinizmi ki, Ömər mənim yanıma gəlib Allaha and içdi ki, əgər yenə də bura gəlsəniz, evi üzərinizə yandıracaq. And olsun ki, o and içdiyi şeyi mütləq edəcək. Elə isə alnıaçıq halda mənim yanımdan gedin və mənim yanıma gəlməyin.” Onlar da Fatimənin yanından ayrılmışlar və yalnız beyət etdikdən sonra onun yanına qayıtmışlar.” Ömər barədə nəql edilən bu batil əhvalat sübuta yetməmişdir. Ömərin Fatimənin evini yandırmaq istəməsi iddiası rafizilərin yalanlarındandır.
Fotoşəkil: Əli əs-Səllabi, Əsmal-Mətalib fi sirəti Əmiril-muminin Əli ibn Əbi Talib, c.1, səh.202-203. Məktəbə əs-səhabə, əş-Şariqə, BƏƏ, 1425/2004
2. Şeyx Həsən əl-Hüseyni:
O özünün “Mausuatul-Həsəni vəl-Huseyn” adlı kitabının 191-ci səhifəsində deyir:
محبة الفارق لعلي والزهراء
أما موقف عمر رضي الله عنه من بضعة النبي صلى الله عليه وسلم وأم الحسنين السبطين فهو موقف التعظيم والإجلال, فمما قاله لفاطمة الزهراء: : يا بنت رسول الله صلى الله عليه وسلم ما أحد من الخلق أحب إلينا من أبيك, وما أحد من الخلق بعد أبيك أحب إلينا منك.
Faruqun (Ömərin) Əliyə və Fatiməyə məhəbbəti:
Ömərin Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) bədənin parçasına; Peyğəmbərin iki nəvəsi Həsən və Hüseynin anasına olan mövqeyinə gəlincə, bu, təzim və ehtiram mövqeyidir. Onun Fatimeyi-Zəhraya dediyi sözlərdən biri belədir: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur.” Sabit və səhih olan budur; o nəslin ruhu ilə, Allahın onları təzkiyə etməsi ilə uyğun gələn məhz budur.
Maraqlıdır ki, Həsən əl-Hüseyni adlı bu şəxs hədisi qeyd etdikdən sonra ardıyca demişdir:
[مصنف ابن أبي شيبة (14/567) وإسناده صحيح]
[İbn Əbi Şeybənin “əl-Musənnəf” əsəri, (14/567) sənədi səhihdir.]
Fotoşəkil: Şeyx Həsən əl-Hüseyni, Mausuatul-Həsəni vəl-Huseyn, səh. 191; Camiyyatu Aal val-ashab, Bəhreyn, 2011
3. Xətib Bağdadi:
Xətib Bağdadi hədisin nə əvvəlini, nə də sonunu gətirməmiş, əvəzində Ömər ibn əl-Xəttabın həzrət Fatiməyə (əleyhəs-səlam) dediyi “Sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur” cümləsini qeyd etməklə kifayətlənmişdir. Deyir:
أخبرنا أحمد بن محمّد العتيقيّ، أَخْبَرَنَا أَبُوالْفَرَجِ أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ بشّار الصّيرفيّ- في سنة سبع وثمانين وثلاثمائة- قَالَ: حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ إِسْمَاعِيل الأدمي، حدّثنا الفضل بن سهل الأعرج، حدّثنا محمّد بن بشر، حَدَّثَنَا عُبْيَدُ اللَّهِ بْنُ عُمَرَ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ، عَنْ أَبِيهِ. قَالَ: قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ لِفَاطِمَةَ: يَا بِنْتَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، مَا كَانَ أَحَدٌ مِنَ النَّاسِ أَحَبَّ إِلَيْنَا مِنْ أَبِيكِ، وَمَا أَحَدٌ بَعْدَ أَبِيكِ أَحَبَّ إِلَيْنَا مِنْكِ.
Bizə Əhməd ibn Muhəmməd ibn Əhməd əl-Ətiqi xəbər verib dedi: bizə Əbul-Fərəc Əhməd ibn Muhəmməd ibn Bəşar əs-Seyrəfi 387-ci ildə xəbər verib dedi: bizə Əhməd ibn Muhəmməd ibn İsmayıl əl-Ədəmi nəql edib dedi: bizə Fəzl ibn Səhl əl-Ə`rəc nəql edib dedi: bizə Muhəmməd ibn Bişr nəql edib dedi: bizə Ubeydullah ibn Ömər Zeyd ibn Əsləmdən, o da atasından nəql edib dedi:
Ömər ibn əl-Xəttab Fatiməyə dedi: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, sənin atan qədər bizə əziz olan bir kəs yox idi, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur.”
Kitabın mühəqqiqi doktor Bəşar Əvvad Məruf isə hədisin ardınca haşiyədə demişdir:
(3) أثر صحيح, أخرجه ابن أبي شيبة 14/567, وفيه قصة.
(3) Səhih hədisdir. Onu İbn Əbi Şeybə (“əl-Müsənnəf”də, 14/567) nəql etmişdir. Burada bir əhvalat vardır.
Fotoşəkil: əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.6, s.75; Dar əl-Ğərb əl-İslami, 1422/2001; təhqiq: Bəşar Əvvad Maruf
Əlbəttə, onun bu işi Səllabinin və Həsən əl-Hüseyninin təhrifindən forma baxımından azacıq fərqlənsə də, mahiyyət etibarilə eynidir və təhrif sayılır. Kitabın mühəqqiqi doktor Əvvad Məruf da haşiyədə bu məqama işarə etmiş və hədisin orijinal mənbəsini göstərərək “burada bir əhvalat vardır” demişdir. Bununla da qeyd olunan rəvayətin yarımçıq olduğunu bildirmişdir.
4. Əbdüs-Səlam ibn Muhsin Ali-İsa:
Əbdüs-Səlam Ali-İsa barədə məlumat da az əvvəl qeyd edildi. O da eyniylə Bağdadi kimi hədisin yalnızca ona sərf edən hissəsini gətirmiş, ardınca, haşiyədə hədisin orijinal mənbəsini qeyd edərək onun səhih olduğunu bildirmişdir. Bağdadi barədə dediklərimiz burada da keçərlidir: hərçənd ki, Əbdüs-Səlam ibn Muhsin haşiyədə hədisin orijinal mənbəsini qeyd etmiş və onu səhih bilmişdir, lakin, o, hədisin öz məqsədinə xidmət edən hissəsini gətirməklə elmi xəyanət etmişdir.
Belə ki, Əbdüs-Səlam ibn Muhsin hədisi belə bir başlıq altında gətirmişdir:
المطلب الأول: محبة عمر رضي الله عنه للنبي صلى الله عليه وسلم وعنايته ورأفته به وتوقيره له
Birinci mətləb: Ömərin Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) olan məhəbbəti, diqqəti, rəfəti və ehtiramı.
Bunun ardınca Ömərin nəzərində ən sevimli şəxsin Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) olduğunu isbat etmək üçün “əl-Müsənnəf”dəki hədisdə Ömərin dediyi sözü dəlil gətirmişdir:
قال رضي الله عنه لفاطمة بنت رسول الله صلى الله عليه وسلم: والله ما من أحد أحب إلينا من أبيك, وما من أحد أحب إلينا بعد أبيك منك.
Ömər Fatimə binti Rəsulillaha (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: “Allaha and olsun, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur.”
2 nömrəli haşiyədə müəllif yazır:
رواه ابن أبي شيبة /المصنف 7/432, الخطيب البغدادي/تاريخ بغداد 4/401, صحيح من طريق ابن أبي شيبة. قال: حدثنامحمد بن بِشْرٍ نا عُبید الله بن عمر حدثنا زید بن أسلَم عن أبیه أسلم.
Bu hədisi İbn Əbi Şeybə “əl-Müsənnəf”də (7/432) nəql etmişdir, həmçinin, Xətib Bağdadi “Tarixi-Bağdad”da (4/401) nəql etmişdir. Hədis İbn Əbi Şeybənin təriqi ilə səhihdir. O demişdir: Bizə Muhəmməd ibn Bişr nəql edib dedi: bizə Ubeydullah ibn Ömər nəql edib dedi: bizə Zeyd ibn Əsləm atası Əsləmdən nəql edib dedi.
Fotoşəkil: Əbdüs-Səlam Ali-İsa, Dirasətun nəqdiyyətun fil-mərviyyat əl-varidə, c.1, səh.467; əl-Cəmiyyət əl-İslamiyyə, Mədinə, 1423/2002
Ardınca da qeyd etdiyimiz kimi, mənbə olaraq İbn Əbi Şeybənin hədisini göstərmiş, daha sonra bu hədisin sənədini qeyd edərək onun səhih olduğunu bildirmişdir. Lakin, onun etdiyi elmi əmanətsizlik və təhrif buradadır ki, o təkcə Ömərin məlum sözünü qeyd etməklə kifayətlənmişdir və hadisəni təfsilatı ilə nəql etməmişdir. Bununla oxucuların diqqətini tamamilə fərqli yönə çəkməyə çalışmışdır. Oxucularda belə fikir yaratmağa çalışmışdır ki, Ömər Peyğəmbəri və Peyğəmbər qızını hər kəsdən çox sevirmiş. Halbuki, hədisin ardını qeyd etsəydi, bu sevginin nə həddə olduğu aşkar olardı.
Belə ki, insan ən çox sevdiyi şəxsi necə qəzəbləndirə bilər? Məgər Allah Rəsulu buyurmamışdırmı ki, “Fatimə mənim bir parçamdır. Hər kim onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir” (“Səhihi-Buxari”: 3/1144)? Həmçinin: “Fatimə mənim bir parçamdır. Onu incidən şey məni incitmişdir.” (“Səhihi-Müslim”: 4/1902) Əgər Ömər Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) hər kəsdən çox sevirdisə, o zaman ən çox sevdiyi şəxsə nə üçün əziyyət edirdi? Məgər Fatiməni (əleyhəs-səlam) onun evini yandırmaqla təhdid etmək və bununla onu qorxutmaq o xanıma əziyyət etmək və onu qəzəbləndirmək deyil? Elə isə harada qaldı Ömərin sevgisi?
Məhz bu ziddiyyəti başa düşdüyü üçün Əbdüs-Səlam ibn Muhsin hədisin ardını qeyd etməmiş, gətirdiyi miqdarla kifayətlənmişdir. Beləcə elmi əmanətdarlığa riayət etməyərək hədisi təhrif etmiş və bununla adını təhrifçilər cərgəsinə həkk etmişdir.
Əlbəttə, bura kimi qeyd olunan məlumatlardan və hədis barədə deyilən fikirlərdən aydın olur ki, hədis səhihdir və sabitdir. Oxucu bura qədər deyilənlərdən nəyin yalan və təhrif olduğunu, nəyin də səhih və sabit olduğunu qəti şəkildə bilmiş olur. Hörmətli oxucu özü də görür ki, istər təhrifçi Səllabi, istərsə təhrifçi Həsən əl-Hüseyni, istərsə də digər təhrifçilər təhrif etdikləri hədisin İbn Əbi Şeybənin “əl-Müsənnəf” kitabında gəldiyini etiraf etmişlər, üstəlik, bununla da kifayətlənməyərək hədisin səhih olduğunu bildirmişlər. Lakin, sahib olduqları təəssübkeşlik üzündən heç bir dəlil və səbəb göstərmədən “əl-Müsənnəf” kitabından nəql etdikləri hədisi yarıdan kəsmişlər. Heç bir səbəb göstərmədən, sırf Ömər ibn əl-Xəttabın məzəmmətinə dəlalət edir deyə hədisin bir hissəsini inkar etmiş, bilərəkdən nəql etməmişlər. Hətta, Səllabi utanmadan “bu rafizilərin uydurmasıdır” demişdir. Yəqin, Səllabinin nəzərində İbn Əbi Şeybə rafizidir. Yaxud da İbn Əbi Şeybənin nəql etdiyi rəvayətin təriqindəki şəxslər rafizidirlər.
Bəli, Səllabi və Həsən əl-Hüseyni hədisin “əl-Müsənnəf” kitabında gəldiyini və səhih olduğunu etiraf etsələr də, heç bir əsas olmadan səhih dedikləri hədisin bir hissəsini inkar etmişlər. Onlar öz iddiaları üçün bircə dəlil belə gətirə bilməmişlər, təkcə bunu deməklə kifayətlənmişlər: “Bu iş o nəslin ruhiyyəsinə uyğun gəlmir!”
Bu qədər sadə...
Şübhəsiz ki, bütün əql sahiblərinə bu işin nə qədər gülünc olduğu ap-açıq məlumdur. Səhih dedikləri rəvayətin bir hissəsini qəbul edib digər bir hissəsini inkar edən bu şəxslər bu işləri ilə özlərini bütün dünyaya güldürmüşlər. Elm və əmanətdarlıqdan uzaq düşmüş bu şəxslər hədisin bir hissəsini “o nəslin ruhiyyəsinə uyğun gəlir” deyə qəbul etmiş, digər hissəsini isə “o nəslin ruhiyyəsinə uyğun gəlmir” deyə inkar etmişlər və bunu şiələrin iftirası adlandırmışlar.
Biz bu şəxslərə deyirik: Ey Səllabi və ey Hüseyni, “bu iş o nəslin ruhiyyəsinə uyğun gəlmir” deyib səhih hədisi inkar etmək hansı elmi və əqli qaydaya sığır? Görəsən, o nəslin “ruhiyyəsini” kim təyin edir? Siz təyin edirsiniz? Bütün vur-çatlasın elə həmin nəslin “ruhiyyəsi”nin necəliyini isbat etmək üstündə deyilmi? Bütün bu hədislər elə o nəslin ruhiyyəsini təyin etmək üçün göstərilmirmi?
Ey Səllabi və ey Hüseyni, o nəslin “ruhiyyəsi” sizin ata-babalarınızdan miras aldığınız həva-həvəslə təyin olunmur. O nəslin ruhiyyəsinin necəliyini bax bu cür hədislər təyin edir. Lakin, siz həva həvəsi nəss müqabilinə keçirməkdə ustalaşdığınız üçün, bu cür işlər sizə çətin görünmür. Bu, sizin açıq-aşkar nəss müqabilində şəxsi həva-həvəslərinizə itaət etdiyiniz ilk işiniz deyildir.
Bəli, bu cür hədislər sizin qurduğunuz saxta kəramətləri alt-üst edir. Ona görə də vəziyyətdən qurtulmaqdan ötrü belə məntiqəsığmaz işlərə əl atırsınız. Sizin bu cür rəvayətləri inkar etmək üçün şəxsi nəzərlərinizi və qənaətlərinizi önə keçirməkdən başqa yolunuz yoxdur. Əks halda müqəddəs hesab etdiyiniz şəxslərin bütün müqəddəslikləri toz olub havaya sovrulacaq.
Lakin, Allaha sonsuz sayda həmd olsun ki, istənilən halda haqq aşkara çıxarır, heç bir vaxt haqqın gizli qalmasına izin vermir. Allahu-təala bu dəfə də haqqı müxaliflərin dilindən aşkara çıxarmış, onu ən açıq şəkildə ortaya qoymuşdur. Az öncə qeyd etdiyimiz səhih rəvayət və bundan sonra da şahid olaraq qeyd edəcəklərimiz digər bir rəvayət istənilən inadkarı susdurmağa yetir.
[page]
HADİSƏNİ DƏSTƏKLƏYƏN ŞAHİDLƏR
Aşağıda qeyd edəcəyimiz rəvayətlər də həmçinin, Ömərin bir neçə nəfərlə birlikdə həzrət Fatimənin (əleyhəs-səlam) evinə gəlib evə soxulmalarından xəbər verir.
1. Abdullah ibn Əhməd ibn Hənbəl:
O özünün “əs-Sünnə” kitabında (2/553) belə bir rəvayət nəql etmişdir:
حدثنا محمد بن إسحاق بن محمد المخزومي المسيبي ، نا : محمد بن فليح بن سليمان ، عن موسى بن عقبة ، عن ابن شهاب ، قال:وغضب رجال من المهاجرين في بيعة أبي بكر رضي الله عنه منهم علي بن أبي طالب والزبير بن العوام رضي الله عنهما فدخلا بيت فاطمة بنت رسول الله صلى الله عليه و سلم ومعهما السلاح فجاءهما عمر رضي الله عنه في عصابة من المسلمين ، فيهم : أسيد ، وسلمة بن سلامة بن وقش ، وهما من بني عبد الاشهل ، ويقال : فيهم ثابت بن قيس بن الشماس ، أخو بني الحارث بن الخزرج، فأخذ أحدهم سيف الزبير فضرب به الحجر حتى كسره . قال موسى بن عقبة : قال سعد بن إبراهيم : حدثني إبراهيم بن عبد الرحمن بن عوف أن عبد الرحمن كان مع عمر يومئذ ، وأن محمد بن مسلمة كسر سيف الزبير والله اعلم . تقدم في (1236).
Bizə Muhəmməd ibn İshaq ibn Muhəmməd əl-Məxzumi əl-Museybi nəql edib dedi: bizə Muhəmməd ibn Fuleyh ibn Süleyman Musa ibn Uqbədən, o da İbn Şihabdan nəql edib dedi:
“Mühacirlərdən olan bəzi şəxslər Əbu Bəkrin beyətinə qəzəbləndilər. Əli ibn Əbi Talib və Zübeyr ibn əl-Əvam onlardan idi. O ikisi silahla birgə Fatimə binti Rəsulillahın (sallalahu əleyhi [və alihi] və səlləm) evinə daxil oldular. Ömər müsəlmanlardan olan bir dəstə şəxs ilə birlikdə onların yanına gəldi. Onların içində Bəni Əbdül-Əşhəldən olan Useyd və Sələmə ibn Səlamə ibn Vəqş var idi, həmçinin, demişlər ki: Bəni-Xəzrəcdən olan Sabit ibn Qeys ibn Şəmmas var idi. Onlardan biri Zübeyrin qılıncını götürüb onu daşa vurdu və sındırdı.”
Musa ibn Uqbə deyir: Səd ibn İbrahim dedi: mənə İbrahim ibn Əbdür-Rəhman ibn Auf nəql edib dedi ki: “Əbdür-Rəhman da o gün Ömərlə birgə imiş. Zübeyrin qılıncını da Muhəmməd ibn Məsləmə sındırıb.”
Hədisin ardınca kitabın mühəqqiqi Muhəmməd əl-Qəhtaninin haşiyədə ravilərin tərcümeyi-halını qeyd edir və deyir:
(1291) المسيبي: صدوق تقدم فس 1236
محمد بن فليح بن سليمان: الأسلمي أو الخزاعي, صدوق يهم روى عن موسى بن عقبة وعنه محمد بن أسحاق المسيبي. مات سنة 197 هـــ. التقريب (2:201).
وترجمته في التهذيب (9:406).
موسى بن عقبة: بن أبي عياش الأسدي مولى آل الزبير ثقة فقيه إمام في المغازي, روى عن الزهري, وعنه محمد بن فليح, مات سنة 141 هــ. التقريب (2:286).
وترجمته في التهذيب (10:360).
(1291) əl-Museybi: səduqdur (doğru danışandır). 1236-cı hədisin haşiyəsində qeyd olundu.
Muhəmməd ibn Fuleyh ibn Süleyman: əl-Əsləmi və ya əl-Xuzai: səduqdur, vəhm edir . Musa ibn Uqbədən nəql etmiş, Muhəmməd ibn İshaq əl-Museybi də ondan nəql etmişdir. 197-ci ildə ölmüşdür. “ət-Təqrib” (2/201).
Onun tərcümeyi-halı “ət-Təhzib” kitabında qeyd olunmuşdur (9/406).
Musa ibn Uqbə: ibn Əbi Əyyaş əl-Əsədi, Ali-Zübeyrin mövlası, siqədir, fəqihdir, “məğazi”də imamdır, Zuhridən nəql etmişdir. Muhəmməd ibn Fuleyh də ondan nəql etmişdir. 141-ci ildə ölmüşdür. “ət-Təqrib” (2/286).
Onun tərcümeyi-halı “ət-Təhzib” kitabında qeyd olunmuşdur (10/360).
Fotoşəkil: Abdullah ibn Əhməd ibn Hənbəl, Kitabus-Sünnə, c.2, səh.553; Dar İbn Qəyyim, Dəmmam, Səudiyyə Ərəbistanı, 1406/1986; təhqiq: Muhəmməd ibn Səid ibn Salim əl-Qəhtani
Deməli, hədisin sənədi həsən və mötəbərdir. Barəsində “səduqdur, vəhm edir” deyilən şəxslərin hədisinin höccət olması ilə bağlı Əbdül-Əziz ibn Bazın dediyi sözlərlə bu linkdə tanış ola bilərsiniz. (Səudiyyə Ərəbistanı fətva və elmi araşdırmalar üzrə Daimi Heyət) Bundan başqa, az sonra Şeyx Muhəmməd əl-Munəccidin sözlərində də görəcəyiniz kimi, bu hədis səhih rəvayətlərlə tam uyğun gəlir və mötəbərdir.
2. Muhib ət-Təbəri:
O da özünün “ər-Riyadun-Nadira” kitabında (1/115) bu rəvayəti İbn Şihabdan nəql etmiş və demişdir:
قال ابن شهاب وغضب رجال من المهاجرين في بيعة أبي بكر منهم علي بن أبي طالب والزبير فدخلا بيت فاطمة معهما السلاح فجاءهما عمر بن الخطاب في عصابة من المسلمين منهم أسيد بن حضير وسلمة بن سلامة بن وقش وهما من بني عبد الأشهل ويقال منهم ثابت بن قيس بن شماس من بني الخزرج فأخذ أحدهم سيف الزبير فضرب به الحجر حتى كسره ويقال إنه كان فيهم عبد الرحمن بن عوف ومحمد بن مسلمة وإن محمد بن مسلمة هو الذي كسر سيف الزبير والله أعلم خرجه موسى بن عقبة وهذا محمول على تقدير صحته على تسكين نار الفتنة وإغماد سيفها لا على قصد إهانة الزبير وتخلف عن بيعة أبي بكر يومئذ سعد بن عبادة في طائفة من الخزرج وعلي بن أبي طالب وابناه والعباس عم رسول الله صلى الله عليه وسلم وبنوه في بني هاشم والزبير وطلحة وسلمان وعمار وأبو ذر والمقداد وغيرهم من المهاجرين وخالد بن سعيد بن العاص ثم إنهم بايعوا كلهم فمنهم من أسرع بيعته ومنهم من تأخر حينا إلا ما روي عن سعد بن عبادة فإنهم قالوا أدركته المنية قبل البيعة ويقال قتلته الجن
İbn Şihab demişdir: Mühacirlərdən olan bəzi şəxslər Əbu Bəkrin beyətinə qəzəbləndilər. Əli ibn Əbi Talib və Zübeyr ibn əl-Əvam onlardan idi. O ikisi silahla birgə Fatimə binti Rəsulillahın (sallalahu əleyhi [və alihi] və səlləm) evinə daxil oldular. Ömər bir dəstə müsəlmanla birlikdə onların yanına gəldi. Onların içində Bəni Əbdül-Əşhəldən olan Useyd ibn Hudeyr və Sələmə ibn Səlamə ibn Vəqş var idi, həmçinin, demişlər ki: Bəni-Xəzrəcdən olan Sabit ibn Qeys ibn Şəmmas var idi. Onlardan biri Zübeyrin qılıncını götürüb onu daşa vurdu və sındırdı. Demişlər ki: Əbdür-Rəhman ibn Auf və Muhəmməd ibn Məsləmə də onların arasında imiş. Zübeyrin qılıncını sındıran da məhz Muhəmmməd ibn Məsləmə olmuşdur. Allah daha yaxşı bilər. Bu hədis səhih olduğu təqdirdə bu işin (qılıncın sındırılmasının) izahı bu cürdür ki, bununla fitnə odu yatırılmaq istənmişdir, nəinki, Zübeyrə qarşı hörmətsizlik edilmək istənmişdir. O gün Əbu Bəkrin beyətindən imtina edənlər bunlar idilər: Xəzrəcdən olan bir dəstə ilə birlikdə Səd ibn Übadə, Bəni-Haşimlə birlikdə Əli ibn Əbi Talib, onun iki oğlu, Allah Rəsulunun (sallalahu əleyhi [və alihi] və səlləm) əmisi Abbas və onun oğlanları, Zübeyr, Təlhə, Salman, Əmmar, Əbu Zər, Miqdad, mühacirlərdən olan başqa şəxslər və Xalid ibn Səid ibn əl-As. Sonradan onların hamısı beyət etdilər; bəziləri tez beyət etdilər, bəziləri isə bir müddət sonra beyət etdilər. Təkcə Səd ibn Übadədən başqa. Demişlər ki, o beyət etmədən ölmüşdür, həmçinin, demişlər ki: onu cinlər öldürmüşdür.
“ər-Riyadun-Nadira” kitabının mühəqqiqi İsa ibn Abdullah əl-Mani əl-Himyəri İbn Şihab əz-Zuhrinin hədisinin ardınca haşiyədə deyir:
لم أقف على هذا المصدر ولكن أورد هذا المعنى الحاكم في المستدرك 3/66.. قال: عن موسى بن عقبة, عن سعد بن إبراهيم, قال حدثني إبراهيم بن عبدالرحمن بن عوف أن عبدالرحمن بن عوف كان مع عمر بن الخطاب رضي الله عنه وأن محمد بن مسلمة كسر سيف الزبير, ثم قام أبو بكر وخطب الناس.. إلخ. قال الحاكم: حديث صحيح الإسناد ولم يخرجاه وسكت عنه الذهبي.
وأخرجه أحمد في كتاب السنة 2/553, برقم 1291 من طريق محمد بن إسحاق المخزومي المسيبي نا محمد بن فليح بن سليمان عن موسى بن عقبة عن ابن شهاب... الحديث, محمد بن إسحاق: صدوق, محمد بن فليح بن سليمان: صدوق يهم, انظر التقريب ص 502, وبقية رجال إسناده ثقات, وذكر نحوه ابن هشام في سيرته 4/704.
Bu mənbəyə rast gəlmədim, lakin, Hakim “əl-Müstədrək” kitabında (3/66) bu mənanı qeyd etmiş və demişdir: “Musa ibn Uqbə Səd ibn İbrahimdən belə nəql edir: bizə İbrahim ibn Əbdür-Rəhman ibn Auf dedi ki, Əbdür-Rəhman ibn Auf Ömər ibn əl-Xəttab ilə birgə idi. Muhəmməd ibn Məsələmə də Zübeyrin qılıncını sındırdı. Sonra Əbu Bəkr qalxıb camaata xütbə etdi..” Hakim deyir: “Səhih sənədli hədisdir. Lakin, iki şeyx bunu kitablarında gətirməmişlər.” Zəhəbi isə bu barədə susmuşdur.
Bu hədisi Əhməd “Kitabus-Sünnə” kitabında (2/553, hədis 1291) Muhəmməd ibn İshaq əl-Məxzumi əl-Museybi, Muhəmməd ibn Fuleyh ibn Süleyman, Musa ibn Uqbə və İbn Şihab (əz-Zuhri) təriqi ilə gətirmişdir.
Muhəmməd ibn İshaq: səduqdur (doğru danışandır).
Muhəmməd ibn Fuleyh ibn Süleyman: səduqdur, xəta edir. (Bax: “ət-Təqrib”: 502).
Hədisin qalan raviləri isə siqədirlər. Buna oxşar bir hədisi İbn Hişamda “Sirə” əsərində nəql etmişdir. (4/704).
Fotoşəkil: Muhib ət-Təbəri, ər-Riyadun-Nadira, c.2, səh.213-215; Dar əl-Ğərib əl-İslami, Beyrut, 1996; təhqiq: İsa ibn Abdullah əl-Mani əl-Himyəri
3. Şeyx Muhəmməd Saleh əl-Munəccid:
O da öz saytında bu rəvayəti nəql edərək onun səhih olduğunu demişdir. Əl-Munəccid deyir:
وروى الإمام الزهري (124هـ) قال : ( وغضب رجال من المهاجرين في بيعة أبي بكر رضي الله عنه ، منهم علي بن أبي طالب والزبير بن العوام رضي الله عنهما ، فدخلا بيت فاطمة بنت رسول الله صلى الله عليه وسلم ومعهما السلاح ، فجاءهما عمر رضي الله عنه في عصابة من المسلمين فيهم : أسيد ، وسلمة بن سلامة بن وقش - وهما من بني عبد الاشهل - ، ويقال : فيهم ثابت بن قيس بن الشماس أخو بني الحارث بن الخزرج ، فأخذ أحدهم سيف الزبير فضرب به الحجر حتى كسره).
رواه موسى بن عقبة (140هـ) عن شيخه الزهري ، ومن طريقه أخرجه عبد الله بن أحمد في "السنة" (2/553-554).
قلت : ورواية السير والمغازي من طريق موسى بن عقبة عن الزهري من أصح الروايات ، حتى قال ابن معين : " كتاب موسى بن عقبة عن الزهري من أصح هذه الكتب " . وكان الإمام مالك يقول : " عليك بمغازي الرجل الصالح موسى بن عقبة " . وقال الإمام الشافعي : " ليس في المغازي أصح من كتاب موسى بن عقبة " . وقال الذهبي : " وأما مغازي موسى بن عقبة فهي في مجلد ليس بالكبير ، سمعناها ، وغالبها صحيح ومرسل جيد " انتهى . انظر "سير أعلام النبلاء" (6/114-118) ، والزهري لم يدرك تلك الحادثة ، إلا أن روايته هذه جاءت موافقة لما سبق من روايات صحيحة، والله أعلم.
İmam Zuhri (h.124) nəql edib deyir: “Mühacirlərdən olan bəzi şəxslər Əbu Bəkrin beyətinə qəzəbləndilər. Əli ibn Əbi Talib və Zübeyr ibn əl-Əvam onlardan idi. O ikisi silahla birgə Fatimə binti Rəsulillahın (sallalahu əleyhi [və alihi] və səlləm) evinə daxil oldular...””
Daha sonra eyni rəvayəti nəql edir və deyir:
“Bunu Musa ibn Uqbə şeyxi Zuhridən nəql etmişdir. Abdullah ibn Əhməd də “əs-Sünnə” kitabında bu hədisi onun təriqi ilə nəql etmişdir (2/553-554).
Deyirəm: Musa ibn Uqbə təriqi ilə Zuhridən nəql edilən “Siyər və Məğazi” rəvayət(ləri) ən səhih rəvayətlərdəndir. Hətta İbn Məin demişdir: “Musa ibn Uqbənin Zuhridən nəql etdiyi kitab bu kitabların ən səhihlərindəndir.” İmam Malik deyirdi: “Sənə saleh şəxsin; Musa ibn Uqbənin məğazisini tövsiyə edirəm.” Zəhəbi demişdir: “Musa ibn Uqbənin məğazisinə gəlincə, o elə də böyük olmayan bir cilddə toplanmışdır. Biz oradakı rəvayətləri eşitmişik, onların əksəriyyəti səhih rəvayətlər və çox yaxşı mürsəl rəvayətlərdir.” (Bax: “Siyəru-ə`lamin-nubəla: 6/114-118) Zuhri bu hadisənin şəxsən şahidi olmamışdır. Lakin, onun bu rəvayəti daha öncə qeyd edilən səhih rəvayətlərlə müvafiqdir. Ən doğrusunu Allah bilər.”
Mənbə: http://islamqa.info/ar/98641
Deməli, sənədində heç bir problem olmayan bu mötəbər rəvayət də bildirir ki, İmam Əli ibn Əbi Talib (əleyhis-səlam), Zübeyr və digərləri Əbu Bəkrə beyət edilməsindən razı olmayıb qəzəblənmişlər, nəticədə beyət etməkdən imtina edərək silahları ilə birlikdə həzrət Fatimənin (əleyhəs-səlam) evinə yığışmışlar. Lakin, sonradan Ömər ibn əl-Xəttab bir dəstə şəxs ilə birlikdə onların üzərinə gələrək onları zorla beyətə məcbur etmişdir. Elə isə aydın olur ki, Ömərin həzrət Fatimənin (əleyhəs-səlam) evini yandırmaqla təhdid etməsi məsələsi həqiqətdir və heç kəs bunu inkar edə bilməz.
Qeyd:
Şahid olaraq gətirdiyimiz bu son rəvayətlərdə, xüsusən də Təbərinin sözündə bir sıra maraqlı məqamlar vardır kı, qeyd etməkdə fayda görürük:
Birinci:
Rəvayətlərin də bildirdiyi kimi, İmam Əli (əleyhis-səlam) və digər səhabələr Əbu Bəkrə beyət edilməsindən narazı olmuş və buna qəzəblənmişlər.
İkinci:
Ömər ibn əl-Xəttab bir dəstə şəxs ilə birlikdə həzrət Fatimənin (əleyhəs-səlam) evinə hücum etmişdir və bu şəxslər arasında aşağıdakılar vardır:
1-Useyd ibn Hudeyr;
2-Sələmə ibn Səlamə;
3-Sabit ibn Qeys ibn Şəmmas;
4-Əbdür-Rəhman ibn Auf;
5-Muhəmməd ibn Məsləmə.
Üçüncü:
Təbərinin dediyi sözlər “səhabələr hamılıqla bir nəfər kimi Əbu Bəkrə beyət etmişlər” iddiasını üzərindən qalın bir xətt çəkmişdir. Belə ki, onun sözlərindən belə nəticə çıxır ki, aşağıdakı şəxslər Əbu Bəkrə beyət etməkdən imtina etmişlər:
1-Səd ibn Übadə;
2-Xəzrəcdən olan bir dəstə şəxs;
3-Əli ibn Əbi Talib;
4-Həsən ibn Əli;
5-Hüseyn ibn Əli;
6-Abbas ibn Əbdül-Müttəlib;
7-Abbasın oğlanları;
8-Bəni-Haşim;
9-Zübeyr;
10-Təlhə;
11-Salman;
12-Əbu Zər;
13-Miqdad;
14-Əmmar;
15-Mühacirlərdən olan başqa şəxslər;
16-Xalid ibn Səid ibn əl-As.
Deməli, Xəzrəcdən olan bir dəstə şəxs, Abbasın övladları (10 övladı var idi-red.), bütün Bəni-Haşim və mühacirlərdən olan sair şəxslərlə bərabər 12 nəfər şəxs Əbu Bəkrə beyət etməkdən imtina edib. Elə isə, haradadır səhabələrin Əbu Bəkrin xilafətindən razı olmaları? Haradadır, icma ilə Əbu Bəkrə edilən beyət?
Burada İbn Həzmin dediyi söz yerinə düşür:
وَلَعْنَةُ اللَّهِ على كل إجْمَاعٍ يَخْرُجُ عنه عَلِيُّ بن أبي طَالِبٍ وَمَنْ بِحَضْرَتِهِ من الصَّحَابَةِ.
Əli ibn Əbi Talibin və onunla birgə olan səhabələrin daxil olmadığı hər bir icmaya Allahın lənəti olsun.
Fotoşəkil: İbn Həzm, əl-Muhəlla, c.9, səh.345; Mətbəə əl-Muniriyyə, Misir; təhqiq: Bəşar Əvvad Məruf
4. “Ev yandırmaq” işinin Ömərin xisləti olduğunu bildirən rəvayətlər:
“Ev yandırmaq” işinin Ömərin xisləti olduğunu bildirən rəvayətlər:
Aşağıda göstərəcəyimiz iki səhih rəvayət “ev yandırmaq” işinin Ömər ibn əl-Xəttabın xisləti olduğunu xəbər verir. Bu rəvayətləri oxuduqdan sonra Ömərin həzrət Fatimənin (əleyhəs-səlam) evini yandırması məsələsi bir qədər də aydınlaşır. Rəvayətlər belədir:
Birinci rəvayət:
İbn Əbi Şeybə özünün “əl-Müsənnəf” kitabında belə nəql edir:
حَدَّثَنا أَبُو بَكْرٍ قَالَ: حَدَّثَنَا يَعْلَى بْنُ عُبَيْدٍ، عَنْ فُضَيْلِ بْنِ غَزْوَانَ، عَنْ نَافِعٍ، عَنِ ابْنِ عُمَرَ، قَالَ: بَلَغَ عُمَرَ أَنَّ ابْنًا لَهُ سَتَرَ حِيطَانَهُ، فَقَالَ: وَاللَّهِ لَئِنْ كَانَ كَذَلِكَ لأَحْرِقَنَّ بَيْتَهُ.
Bizə Əbu Bəkr nəql edib dedi: bizə Yəla ibn Ubeyd Fudeyl ibn Ğəzvandan, o Nafedən, o da İbn Ömərdən nəql edib dedi: “Ömərə xəbər çatdı ki, onun oğlu evinin divarına örtük çəkib. Ömər dedi: Allaha and olsun, əgər belə olsa onun evini yandıracağam.” (3)
Kitabın mühəqqiqi haşiyədə deyir:
(3) إسناده صحيح.
(3) İsnadı səhihdir.
Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.8, səh.360, hədis 25744; Məktəbə ər-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1425/2004; təhqiq: Həməd ibn Abdullah əl-Cuma və Muhəmməd ibn İbrahim əl-Luhəydan
İkinci rəvayət:
Albani özünün “Təhzirus-Sacid min ittixazil-qubur vəl-məsacid” kitabında belə deyir:
روى الدولابي في "الكنى" (1 / 189) عن إبراهيم بن عبد الرحمن بن عوف قال: رأيت عمر أحرق بيت رويشد الثقفي حتى كأنه جمرة أو حمة وكان جارنا يبيع الخمر.
Dulabi “əl-Kuna” kitabında (1/189) İbrahim ibn Əbdür-Rəhman ibn Aufdan belə dediyini nəql etmişdir: “Ömərin Ruveyşid əs-Səqəfinin evini yandırdığını gördüm. Onun evi bir köz və ya kömür parçasına çevrildi. Ruveyşid bizim qonşumuz idi və şərab satırdı”.
Ardınca Albani deyir:
وسنده صحيح. ورواه عبد الرزاق عن صفية بنت ابي عبيد كما في " الجامع الكبيرة " (3 / 204 / 1) وأبو عبيد في " الأموال " (ص 103) عن ابن عمر وسنده صحيح أيضا
Sənədi səhihdir. Onu Əbdür-Rəzzaq “əl-Cami əl-Kəbir”də (3/204/1) Səfiyyə binti Əbu-Ubeyddən, “əl-Əmval”da isə (səh.103) Əbu Ubeyddən, o da İbn Ömərdən nəql etmişdir. Onun da sənədi, həmçinin, səhihdir.
Fotoşəkil: Muhəmməd Nasiruddin Albani, Təhzirus-Sacid min ittixazil-qubur vəl-məsacid, səh.42; əl-Məktəbə əl-İslamiyyə, Beyrut, 1403/1983
Hadisəni məlumatsızlıq üzündən bu günə qədər inkar edən, lakin ağlı başında olan əhli-xilaf nümayəndələrinin burada təqdim etdiyimiz dəlillərdən sonra görəsən nə kimi irad və şübhələri ola bilər?