İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

»»

İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

  1. İddia
  2. Müqəddimə
  3. Bidətin mənaları və onun əsasları
  4. Quran və Peyğəmbərlərin (ə) nəzərində ağlamaq və göz yaşı tökməyin icazəli yerləri
  5. Peyğəmbərin (s) sirəsində ağlamaq və göz yaşı tökməyin yerləri
  6. Peyğəmbər (s) sünnəsində İmam Hüseyn (ə) əzadarlığı
  7. Məsumların (ə) sirəsində İmam Hüseyn (ə) əzadarlığı
  8. Əzadarlıq barəsində səhabənin əməli üslubu
  9. Əhli-sünnədə əzadarlıq
  10. Xülasə

Əhli-sünnədə əzadarlıq

1. Ağlamaq və növhə demək barəsində bəzi əhli-sünnə alimlərinin nəzərləri

Mövzunun əvvəlində ölən üçün ağlamağın bağışlanılmaz böyük günah olub-olmadığını bilməyimiz üçün ağlamaq və növhə demək barəsində olan əhli-sünnə alimlərinin rəylərini nəzərdən keçirəcəyik.

Muhy əd-Din ən-Nəvəvi “əl-Məcmu” kitabında ağlamağın haram olmasının məhdud olan yerlərini bir yerə toplamışdır:

1. Əhli-sünnə alimlərinin əksəriyyəti bu fikirdədir ki, ağlamaq və növhə deməyin haram olması o yerlərə aiddir ki, şəxs onun üçün ağlamanı və növhə oxumanı vəsiyyət etmiş olsun. Nəvəvi də bu rəyi qəbul etmişdir;

2. Bir qrup alim isə bu fikirdədir ki, ağlamaq və növhə deməyin haram olması o yerlərə aiddir ki, şəxs onun üçün ağlamanın və növhə oxumanın qarşısının alınmasını vəsiyyət etməmiş olsun;

3. Başqa bir qrup isə bu nəzəri qəbul edib ki, haramlıq o yerlərə aiddir ki, ölən üçün ağlayanlar onu şəriətdə qadağan olan sifətlərlə yad etsinlər. Məsələn, belə deyib ağlasınlar: “Ey övladlarını yetim qoyan! Ey qadınları dul qoyan! Ey abad evləri xaraba qoyan!”;

4. Başqa bir qrup isə belə əqidədədirlər ki, meyit ailəsinin ağlamaq və nalə səslərini eşidəndə əzab çəkir və onların bu halına təəssüf hissi keçirir. Bu nəzər Məhəmməd ibn Cərir və Qazi əl-Əyyazın nəzəridir. Sonda isə ən-Nəvəvi bu nəzəri alimlərin icma etdiyi bir nəzər hesab edir:

وأجمعوا كلهم على اختلاف مذاهبهم ان المراد بالبكاء بصوت ونياحه لا مجرد دمع العين.

“Bütün alimlər məzhəbləri fərqli olsa da, bu məsələdə icma etmişlər ki, haram hesab edilən ağlamaqdan məqsəd sadəcə göz yaşı tökmək deyil, əksinə, səs-küy salaraq növhə deyib ağlamaqdır.”

Muhy əd-Din ən-Nəvəvi, əl-Məcmu, c.5, s.308

Burdan da aydın olur ki, əhli-sünnə alimlərinin nəzərində sadəcə ağlamaq haram deyildir.

2. Hicrətin 352-ci ilində İmam Hüseyn (ə) üçün əzadarlıq məclislərinin qurulması

Əz-Zəhəbi “Vəqaye” kitabının şərhində 352-ci ilin əzadarlığını belə yazır:

قال ثابت: ألزم معز الدوله الناس بغلق الأسواق ومنع الهراسين والطباخين من الطبيخ، ونصبوا القباب في الأسواق وعلقوا عليها المسوح، وأخرجوا نساء منشرات الشعور مضجات يلطمن في الشوارع ويقمن المآتم على الحسين عليه السلام، وهذا أول يوم نيح عليه ببغداد.

Sabit deyir: “Muizz əd-dövlə bazarların bağlanmasını əmr etdi. Dəyirmanlarda un üyüdülməsini və aşpazxanaların fəaliyyətini qadağan etdi. (Məmurlar) əzadarlıq bayraqlarını bazarlardan asdılar. Qadınlar baş-gözlərinə vura-vura saçları dağınıq halda küçələrə tökülüşdülər, əzadarlıq edib növhə oxudular. Bu, Bağdad şəhərində əzadarlıqla bağlı birinci mərasim idi.”

Şəms əd-Din əz-Zəhəbi, Tarix əl-İslam, c.26, s.11

3. Əhli-sünnə alimlərindən olan Sibt ibn əl-Cəuzinin vasitəsilə İmam Hüseynə (ə) əzadarlıq məclisinin təşkil edilməsi

Digər tərəfdən də bəzi əhli-sünnə alimlərinin arasında İmam Hüseynə (ə) əzadarlıq etmələrinin şahidi də vardır.

İbn Kəsir “əl-Bidayə və ən-nihayə” kitabında belə yazır:

Aşura günü camaat Sibt ibn əl-Cəuzidən istədi ki, minbərə çıxıb İmam Hüseynin (ə) şəhadətindən, onun keyfiyyətindən danışsın. O, bu istəyi qəbul edib minbərə qalxıb minbərə söykəndi. Uzun bir sükutdan sonra dəsmalı götürüb üzünə qoydu və şiddətlə ağlamağa başladı. Bu zaman ağlayaraq bu iki beyti söylədi:

ويل لمن شفعاؤه خصماؤه‏
و الصور فى نشرالخلايق ينفخ‏
لابد أن ترد القيامه فاطم‏
و قميصها بدم الحسين ملطخ

“Vay o kəsin halına ki, şəfaətçisi onun düşməni olsun!

Qiyamət günü surətlərə üfürüləcək,

Sonda Fatimə (ə) məhşərə gələcək!

Hüseynin (ə) qanına bulaşmış paltarı geyinmiş halda!”

Sonra Sibt ibn əl-Cəuzi minbərdən enib göz yaşı tökərək evinə getdi.

İbn Kəsir, əl-Bidayə və ən-nihayə, c.13, s.207 (Hicrətin 654-cü ilin hadisələri)

4. Əbd əl-Mömin (v. 346 h. q.) üçün əzadarlığın keçirilməsi

Əbd əl-Mömin ibn Xələf Zahirilik məzhəbinin fəqihlərindən və Məhəmməd ibn Davudun ideoloji məktəbinin davamçılarından olmuşdur. Əbu Cəfər ən-Nəsəfi onun cənazə müşayiətinin və orda əzadarlıq keçirilməsini nəql etmişdir.

İbn Əsakir, Tarix Mədinə Dəməşq, c.10, s.272; Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nübəla, c.15, s.480

5. Əl-Cuveyni əş-Şafei (v. 478 h.q.) üçün əzadarlığın keçirilməsi

Əz-Zəhəbi İmam əl-Hərəmeyn əl-Cuveyninin ölümü və onun üçün əzadarlığın keçirilməsi barədə belə yazır:

فدفن بجنب والده، وكسروا منبره، وغلقت الأسواق، ورثي بقصائد، وكان له نحو من أربع مائه تلميذ، كسروا محابرهم وأقلامهم، وأقاموا حولا، ووضعت المناديل عن الرؤوس عاما، بحيث ما اجترأ أحد على ستر رأسه، وكانت الطلبه يطوفون في البلد نائحين عليه، مبالغين في الصياح والجزع.

“Onu atasının yanında dəfn etdilər. Əza məclisində onun minbərini sındırdılar. Bazarları bağladılar. Onun məclisində qəsidələr oxudular. Onun 400-ə yaxın tələbəsi var idi. O tələbələr bütün qələmlərini, mürəkkəb qablarını sındırdılar və bir il əza saxladılar. Onlar bir il başlarına bağladıqları çalmanı bağlamadılar. Bu işə o qədər israr etdilər ki, heç kəs başına çalma bükməyə cəsarət etmirdi. Bu müddətdə tələbələr şəhərin küçə və bazarlarında gəzir, növhə oxuyur, ifrat dərəcədə qışqırıb dözümsüzlük göstərirdilər.”

Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nübəla, c.18, s.476

Əlbəttə ki, yuxarıdakı mətndə qeyd olunan tələbələrin əzadarlığı özü-özlüyündə təqdirəlayiqdir. Lakin onların bəzi ifrat dərəcədə gördükləri işlər qəbuledilməzdir. Minbəri, qələmlərini və mürəkkəb qablarını sındırmaları, bir il başlarına çalma bağlamamaları, hər kəsi bu işdən çəkindirmələri heç vaxt təqdirəlayiq hesab edilə bilməz. Bəlkə də, əz-Zəhəbi elə bu şeylərə görə öz nəzərini belə bildirmişdir:

قلت: هذا كان من زي الأعاجم لا من فعل العلماء المتبعين.

“Nəzərim budur ki, bu cür işlər əcəmlərə aiddir, dinə tabe olan alimlər belə işləri etməzlər.”

Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nübəla, c.18, s.476

6. İbn əl-Cəuzi (v. 654 h.q.) üçün əzadarlığın keçirilməsi

Əz-Zəhəbi İbn əl-Cəuzinin ölümü haqqında yazır:

وتوفي ليله الجمعه بين العشاءين الثالث عشر من رمضان...، وغلقت الأسواق، وجاء الخلق،... وكان في تموز، وأفطر خلق، ورموا نفوسهم في الماء... وباتوا عند قبره طول شهر رمضان يختمون الختمات، بالشمع والقناديل

“Sibt ibn əl-Cəuzi cümə gecəsi şam və işa namazları arasında, Ramazan ayının on üçü dünyadan köçmüşdür... Bazarlar bağlandı, bir çox insan onun yas mərasiminə gəldi... Camaatın çoxluğu, havanın çox isti olması camaatı oruclarını açmağa vadar etdi və bir çoxu özlərini istidən suya atdılar... Ramazan ayı boyunca camaat onun qəbrinin kənarında gecələdi, onun qəbrinin üstündə şam yandırıb Quran xətm etdilər. Şənbə günü əzadarlıq məclisi təşkil etdilər, onun barəsində çıxışlar olundu. Çox insan iştirak edirdi. Onun barəsində mərsiyələr oxundu...”

Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nübəla, c.21, s.379

7. Ömər ibn Əbd əl-Əzizin vəfatında (v. 101 h.q.) asimanın ağlaması

عن خالد الربعي قال: مکتوب في التوراه إن السماء والأرض لتبکي علي عمر بن عبد العزيز أربعين صباحا!!!

Xalid ibn Rəbi deyir: “Tövratda yazılmışdır ki, göy və yer qırx gecə-gündüz Ömər ibn Əbd əl-Əziz üçün ağladı!!!”

Şuəyb əl-Hurəyfiş, ər-Rəvz əl-faiq, s.255; Əllamə əl-Əmini, əl-Ğədir, c.11, s.120

8. İbn Əsakirin vəfatında (v. 571 h. q.) asimanın ağlaması

قال ولده: وکان الغيث قد احتبس في هذه السنه؛ فدرّ وسحّ عند ارتفاع نعشه؛ فکأن السماء بکت عليه بدمع وابله واطشه.

Oğlu deyir: “Həmin il yağış yağmamışdı. İbn Əsakir vəfat edəndən sonra və cənazəsini yerdən götürəndə asiman yağmaq vəziyyətinə düşdü. Sanki bu yağış asimanın göz yaşları idi, belə ki, bol-bol və şiddətlə yağacağını göstərirdi.”

Yaqub əl-Həməvi, Mucəm əl-udəba, c.4, s.41, “Bəlx tərəfdə 246-cı ildə görünməmiş qan yağdı”, s.17

9. Əhli-sünnə alimlərinin ikili standartlara uyğun reaksiyası

Bu qədər izahlı şəkildə sizə təqdim olunan mətləblərlə yanaşı necə olur ki, əhli-sünnə tarixçiləri İmam Hüseynə (ə) qurulan əza məclislərini öz kitablarında yazarkən özlərinin əks-reaksiyasını gizlədə bilmirlər?

Əz-Zəhəbi Bağdad əhalisinin İmam Hüseyn (ə) üçün əzadarlıq keçirmələrini nəql edərkən yazır:

سنه اثنتين وخمسين وثلاثمئه: فيها يوم عاشوراء، ألزم معز الدوله، أهل بغداد بالنَّوح والمآتم، على الحسين بن علي رضي الله عنه، وأمر بغلق الأسواق، وعلّقت عليها المسوح، ومنع الطباخين من عمل الأطعمه، وخرجت نساء الرافضه، منشّرات الشعور، مضخّمات الوجوه، يلطمن، ويفتنّ الناس، وهذا أول ما نيح عليه،

“352-ci ilin hadisələri: Bu ilin Aşura günündə Muizz əd-dövlə Bağdad əhalisinə Hüseyn ibn Əli (ə) üçün matəm saxlamalarına göstəriş verdi. Əmr verdi ki, bazarları bağlasınlar, əza bayraqlarını assınlar, aşpazxanalar yemək bişirməsinlər. Şiə-rafizi qadınları saçları pərişan halda, üzlərinə vuraraq küçəyə çıxdılar, camaatı fitnəyə saldılar. Bu, Onun (ə) üçün keçirilən birinci əzadarlıq idi.

اللهم ثبت علينا عقولنا.

İlahi, bizim ağlımızı sabitqədəm elə”!

Şəms əd-Din əz-Zəhəbi, əl-İbər fi xəbər min ğeyr, c.1, s.146

Əz-Zəhəbi başqa bir yerdə Aşura əzadarlığı barəsində yazır:

أقامت الرافضه الشعار الجاهلي يوم عاشوراء

“Aşura günü rafizilər cahiliyyət şüarını ucaltdılar…”

تمادت الرافضه في هذه العصر بعمل عاشوراء باللطم والعويل

Şəms əd-Din əz-Zəhəbi, Tarix əl-İslam, c.26, s.43

“O dövrdə rafizilər Aşura günündə özlərini döymək, ağlamaq və nalə çəkmək kimi işlərin vasitəsilə öz azğınlıqlarını davam etdirdilər”.

Şəms əd-Din əz-Zəhəbi, əl-İbər fi xəbər min ğeyr, c.3, s.44

Əz-Zəhəbi hicrətin 388-ci ilin hadisələri barəsində belə yazır:

وجعلت بإزاء يوم عاشوراء يوماً بعده بثمانيه أيام نسبته إلى مقتل مصعب بن الزبير، وزارت قبره بمسكن كما يزار قبر الحسين عليه السلام...

“Aşura gününün müqabilində ondan səkkiz gün sonra Müsəb ibn Zübeyrin ölüm gününü qeyd etdilər. İmam Hüseynin (ə) qəbrini ziyarət etdikləri kimi onun da qəbrini Məskin adlı bir yerdə ziyarət etdilər.”

Şəms əd-Din əz-Zəhəbi, Tarix əl-İslam, c.27, s.25

İbn Kəsir də bunun kimi bir fikir bildirmişdir:

عملت الرافضه بدعتهم الشنعاء...

“Rafizilər öz pis bir bidətini (Aşura günü) yerinə yetirdilər.”

İbn Kəsir, əl-Bidayə və ən-nihayə, c.11, s.302

Doqquzuncu əsrin əhli-sünnə alimlərindən olan Cəmal əd-Din Əbu əl-Məhasin Yusif ibn Təğribirdi əl-Utabəki Bağdad camaatının əzadarlıq keçirmələrini belə yazır:

السنه الثالثه من ولايه علي بن الإخشيذ على مصر وهي سنه اثنتين وخمسين وثلثمائه فيها في يوم عاشوراء ألزم معز الدوله الناس بغلق الأسواق ومنع الطباخين من الطبخ ونصبوا القباب في الأسواق و... المأتم على الحسين بن علي رضي الله عنه... وكل منهم رافضي خبيث

“Hicrətin 352-ci ili, Əli ibn Əl-Əxşidin hakimiyyəti. Bu ildə Aşura günü Muizz əd-dövlə camaata bazarların və aşpazxanaların bağlanmasını, matəm bayraqlarının bazarlarda asılmasını göstəriş verdi... Hüseyn ibn Əli (r.a) üçün matəm məclislərinin qurulmasını tapşıdı... Bunların hamısı xəbis rafizilərdir.”

Cəmal əd-Din əl-Utabəki, ən-Nucum əz-zahirə, c.2, s.334

Gördüyünüz kimi bu sünni alimləri İmam Hüseynin (ə) əzadarlıq məclislərinə qarşı bu qədər sərt olmalarına baxmayaraq öz sünni alimlərinin əzadarlığını, hətta asimanın onlar üçün ağladığını bu qədər rahatca öz kitablarında nəql edir, lakin sakitcə onların bu işini tənqid etmədən qırağa çəkilirlər. Görəsən niyə?

Страница 9 из 10«5678910»
Файлы
Рейтинг

В этом разделе