İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

»»

İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

  1. İddia
  2. Müqəddimə
  3. Bidətin mənaları və onun əsasları
  4. Quran və Peyğəmbərlərin (ə) nəzərində ağlamaq və göz yaşı tökməyin icazəli yerləri
  5. Peyğəmbərin (s) sirəsində ağlamaq və göz yaşı tökməyin yerləri
  6. Peyğəmbər (s) sünnəsində İmam Hüseyn (ə) əzadarlığı
  7. Məsumların (ə) sirəsində İmam Hüseyn (ə) əzadarlığı
  8. Əzadarlıq barəsində səhabənin əməli üslubu
  9. Əhli-sünnədə əzadarlıq
  10. Xülasə

Xülasə

Yuxarıda deyilənlərin hamısından bu nəticəyə gəldik ki, müsəlman meyit üçün ağlamaq, əzadarlıq etmək şəriətə müvafiq bir əməldir. Çünki Peyğəmbərimizin (s) simasında da bu əmələ şahid olduq. Lakin bəzi dar düşüncəli insanlar, əzadarlığı xurafat kimi anlayanlar qorxmadan öz əqidələrinə müxalif olan hər şeyi rədd edirlər. Deyilənlərdən bir neçə mətləbi nəticə olaraq qeyd edirik:

1. Yaxınlarının müsibətində ağlamaq bəyənilən bir işdir;

2. Peyğəmbərimizin (s) öz övladı İmam Hüseynin (ə) şəhadəti ilə bağlı əməli üslubu əzadarlığa “bidət” deyənləri yaxşıca öz yerində otuzdurur və onların bu fikrinin batil olmasına möhür vurur;

3. İnsan ruhunun lətifliyi, müsibətlərin qarşısında təsirlənməsi insanın fitri istəklərindəndir və Allah tərəfindən olan bir rəhmətdir.

Sonda bunu demək istəyirik ki, İmam Hüseynə (ə) əzadarlıq etmək İbn Teymiyyənin və onun tabeçilərinin dediyi kimi bidət deyil, əksinə, şiələrin nəzərində Qurana bərabər olan, onu təfsir edən Peyğəmbərin (s) pak Əhli-Beytidir (ə). Onlar o kəsdir ki, Peyğəmbər (s) sünnəsini bizə bəyan etmişlər. Onların sözləri bizim üçün şəri baxımdan höccətdir. Çünki Peyğəmbərimizin (s) onlar barəsində söylədiyi mütəvatir hədisi onların Qurandan ayrı olmadığını bizə çatdırır:

أخبرني اللطيف الخبير أنهما لن يفترقا حتى يردا علي الحوض

“Allah mənə xəbər vermişdir ki, o ikisi (Quran və Əhli-Beytim (ə)) Kövsər hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar.”

Buna əsasən də, Əhli-Beytdən (ə) bizə səhih sənədlə yetişən hər şey bizimlə Allah arasında şəri höccət olacaq, Qurana və Peyğəmbərin (s) səhih sənədlə buyurduğu sünnənin höccət olmasına əlavə olunacaq. Bizim şəhidlər sərvəri İmam Hüseynin (ə) əzadarlıq məclislərini əhəmiyyətli bilməmiz də belədir. Çünki məsum İmamlarımızdan (ə) mütəvatir şəkildə İmam Hüseyn (ə) üçün əza saxlamaq barədə olan hədisləri bizə gəlib çatmışdır.

Nəticədə şəriətin bizə hökmü budur ki, İmam Hüseynin (ə) əzadarlığını keçirmək, orada Peyğəmbərin (s) və məsum İmamların (ə) fəzilətlərini yad etmək, şəriət hökmlərindən danışmaq təkidli müstəhəbdir. Sonda da həmçinin Həzrətin (ə) müsibətlərini yad etmək və bu müsibətlərə ağlamaq təkidli müstəhəb olmasından əlavə Allah-Təalaya yaxın olmaq üçün ən fəzilətli əməllərdən hesab olunur.

Aləmlərin Rəbbinə həmd olsun!

Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcüməçi: Fərhad Mirzə

Redaktə və əlavələr: 313news.net

Страница 10 из 10«678910
Файлы
Рейтинг

В этом разделе