Qədim şiə alimlərinin təbiət elmlərinin inkişafında rolu

»»

Qədim şiə alimlərinin təbiət elmlərinin inkişafında rolu

Şiələr təkcə kəlam, fəlsəfə və məntiq kimi əqli elmlərlə deyil, həmçinin riyazi və təbii elmlərlə də məşğul olmuşlar. Onların bu elm sahələrindəki fəaliyyətini ötən əsrlər boyu yazdıqları kitablarda müşahidə etmək mümkündür. Burada belə şəxslərdən bir qismi barədə əsərləri ilə birgə çox qısa məlumat veririk:

1. Hişam ibn Həkəm (v. 814): Onun rəng, dad və iylə bağlı bir sıra fikirləri olmuşdur. İbrahim ibn Səyyar Ən-Nəzzam onun bu fikirlərinə əsaslanmışdır. Hişama görə, iy burun vəzilərinin buxar halında olan çox kiçik cismlərdən təsirlənməsi nəticəsində, dad isə dil qabarcıqlarının kiçik hissəciklərdən təsirlənməsi nəticəsində yaranır (Abdullah Nemət, “Fəlasifətuş-şiə”: səh.56).

2. Ali-Novbəxt ailəsi: Qədim və köklü şiə ailələrindən olmuşdur. Onlar fars dilindən ərəb dilinə çoxlu elmi kitablar tərcümə etmişlər. Onlar arasında təbiət elmləri sahəsində mütəxəssis olan şəxslər də yetişmişdir.

3. Cabir ibn Həyyan: Məşhur şiələrdən və kimya elminin dahilərindən olmuşdur. Onu kimya elminin atası da hesab edirlər. O, Yuhənna ibn Masəveyhdən (v. 857) və Hüneyn ibn İshaqdan (v. 877) qabaq gözün təbəqələri olduğunu qeyd edən ilk şəxsdir. Dəyərsiz metalı qızıl və gümüşə çevrirməyin mümkünlüyünü qeyd edən ilk şəxsdir. Cabirin kimya sahəsindəki istedadı bununla məhdudlaşmamış, daha da irəli gedərək kimyaya “ölçü elmi” (“ilmul-mizan”) adlandırdığı yeni bir sahə (müasir “kimyəvi tənlik”) qazandırmışdır. Cabir hər bir cism üçün xüsusi ölçülər təyin etmişdi (Abdullah Nemət, “Fəlasifətuş-şiə”: səh.57). Cabir və onun fitri istedadı barədə çoxlu kitablar yazılmışdır. Hamı onun İmam Sadiqin tələbəsi olduğunu qəbul etmişdir

4. Şərif Əbülqasim Əli ibn Qasim Əl-Qisri: 4-cü hicri əsri alimlərindəndir. İbn Tavus “Fərəcul-məhmum” kitabında onun şiə astronomlarından olduğunu bildirmişdir (“Fərəcul-məhmum fi tarixi-uləmain-nucum”: səh.128).

Burada adlarını çəkdiyimiz şəxslər ilkin islam dövrlərində yaşamış şiə təbiət alimləri idi. Sonrakı dövrlərdə yaşamış şiə təbiət alimlərinə gəlincə isə, onları saymaqla bitməz. Onların bir çoxu barədə cənab Abdullah Nemət “Fəlasifətuş-şiə” kitabında məlumat vermişdir, istəyənlər bu kitaba müraciət edə bilərlər. Lakin biz onlar arasından bütün ümmət üzərində haqqı olan Nəsrəddin Tusi barəsində məlumat verərək mövzunu bitirmək istəyirik. Alman şərqşünas xanımı Siqrid Hunke “Ərəb günəşi Qərb üzərinə saçır” (əslində “İslam günəşi Qərb üzərinə saçır” - olmalı idi. - C. Sübhani -) kitabında onun barəsində belə yazır (səh.133):

حصل نصير الدين الطوسي على مرصده ، فكان معهداً للأبحاث لا مثيل له ، وزوّده بالآلات الفلكية التي زادت في شهرة المعهد ، ورفعت مكانته . . . ويحكى أنّ زائراً قصد ابن الفلكي نصير الدين في مرصده في مراغة ، فلمّـا رأى الآلات الفلكية المتنوّعة ذُهل ، وقد ازداد دهشة حين رأى «المحلقة» ذات الخمس حلقات والدوائر من النحاس...
إنّ نصير الدين أحضر إلى مكتبة المعهد أربعمائة ألف مجلّد كانت قد سرقت من مكتبات بغداد وسورية وبلاد بابل ، وقد استدعى علماء ذوي شهرة طائرة من إسبانيا ودمشق وتفليس والموصل إلى مدينة مراغة لكي يعملوا على وضع الازياج بأسرع وقت ممكن.

“...Nəsrəddin Tusi öz rəsədxanasına sahib oldu. Bu rəsədxana tayı-bərabəri olmayan elmlər akademiyası idi. N.Tusi rəsədxanaya astronomik alətlər gətirdi. Bu alətlər akademiyanın şöhrətini daha da artırdı və onun dəyərini daha da yüksəltdi... Nəql edilir ki, bir gün bir nəfər Nəsrəddin Tusinin Marağadakı rəsədxanasına baş çəkir. Çeşidli astronomik alətləri görüncə, dəhşətə düşür. Qonaq Tusinin misdən hazrılanmış beş həlqəli armilyar kürəsini1 görüncə, dəhşəti daha da artır... Nəsrəddin akademiyanın kitabxanasına Bağdad, Suriya və Babil diyarının kitabxanalarından oğurlanmış 400 min kitab gətirmişdi. O, astronomik təqvimləri mümkün olan ən tez vaxtda tamamlamaq üçün İspaniya, Dəməşq, Tiflis və Mosulun şöhrətli alimlərini Marağaya dəvət etmişdi.”

___________________________

1 Qlobus şəklində olan və həlqələrdən təşkil edilmiş astronomik alət. Təəssüflər olsun ki, adıçəkilən alətlə bağlı azərbaycan dilli internet resurslarında ətraflı, Wikipedia ensiklopediyasında isə ümumiyyətlə məlumat yoxdur. Alətlə bağlı Wikipedia ensiklopediyasında (Armillary sphere) və (Армиллярная сфера) başlıqları altında məlumat ala bilərsiniz. (Red.)

Mənbə: “Dauruş-şiə fi binail-hadaratil-islamiyyə”  kitabı

Müəllif: Cəfər Sübhani

313news.net

Рейтинг

В этом разделе