Xanım Zəhra (s.ə) atasının vəfatından neçə gün sonra şəhadətə qovuşdu?

»»

Xanım Zəhra (s.ə) atasının vəfatından neçə gün sonra şəhadətə qovuşdu?

Xanım Zəhranın (s.ə) şəhadət günü barədə nəql olunmuş şiə hədisləri üç qrupa bölünür:

1. Birinci qrup hədislər o xanımın Peyğəmbərimizin (s.ə.a) vəfatından 75 gün sonra şəhadətə çatdığını bildirir. Bu hədislər ən məşhur və ən çox qəbul olunan hədislərdir.

2. İkinci qurup hədislər o xanımın (s.ə) Peyğəmbərimizin (s.ə.a) vəfatından 90 gün sonra şəhadətə çatdığını bildirir.

3. Üçüncü qurup hədislər isə o xanımın (s.ə) Peyğəmbərimizin (s.ə.a) vəfatından 40 gün sonra şəhadətə çatdığını bildirir.

Hədislər arasındakı bu ixtilaf bəzilərinin o xanımın rəbiüs-sani ayının 8-də (ən məşhur nəzər budur), bəzilərinin cümadəl-ula ayının 13-də, bəzilərinin də cümadəs-saniyə ayının 3-də şəhadətə çatdığını bildirməsinə səbəb olmuşdur.

Əhli-sünnə tərəfindən nəql olunan rəvayətlərdə isə o xanımın (s.ə) atasının (s.ə.a) vəfatından 6 ay sonra vəfat etdiyi bildirilmişdir. Əlbəttə, bu rəvayətlərin o xanımın (s.ə) başına gətirilən müsibətləri ört-basdır etmək üçün düzülüb-qoşulduğu ehtimalı kifayət qədər güclüdür.

313news.net
Рейтинг

В этом разделе

  • Haqqın təzahürü - Əli (ə)

    Həzrət Əli (ə) “Bərzəx”-in ən yaxşı və dürüst təsvirini “Nəhcül-bəlağə” əsərində Təkasur surəsinin 1 və 2-ci ayələrini yəni, “أَلْهَاكُمُ التَّكَاثُرُ...

    İmam Əlinin Zülfüqarı hal-hazırda haradadır?

    Bəzi hədislərdən belə başa düşülür ki, Zülfüqar imamların bir-birlərindən irs aldıqları xüsusi əşyalardandır. Bu hədislərə əsaslandığımız zaman, onun hal-hazırda...
  • Hz. Fatimənin (s.ə) dəyəri - Şeyx Əli Ali-Muhsin

    Furat Əl-Kufi özünün “Təfsir” kitabında İmam Sadiqdən belə nəql etmişdir: من عرف قدر فاطمة فقد أدرك ليلة القدر، وانّما سُمّيت فاطمة لأن الخلق فُطموا عن...