İmam Əlinin Zülfüqarı hal-hazırda haradadır?

»»

İmam Əlinin Zülfüqarı hal-hazırda haradadır?

Bəzi hədislərdən belə başa düşülür ki, Zülfüqar imamların bir-birlərindən irs aldıqları xüsusi əşyalardandır. Bu hədislərə əsaslandığımız zaman, onun hal-hazırda sonuncu imamda – İmam Zamanda (ə.f) olduğunu deyə bilərik.

Hədislərin birində İmam Sadiq (ə) belə buyurur:

“Allah Peyğəmbəri bu dünyadan aparmaq istədikdə, o öz elmini və silahını Əliyə miras qoydu”. (Biharul-ənvar: 26/209)

Başqa bir hədisdə buyurur:

“Peyğəmbərin üzüyü, zirehi, qılıncı və bayrağı mənim yanımdadır”. (Biharul-ənvar: 26/208)

Başqa bir hədisdə İmam Rza (ə) buyurur:

“Zülfüqarın bəzəyi gümüşdən idi. O, hal-hazırda mənim yanımdadır”. (Müstədrəkül-vəsail: 3/309)

Başqa bir hədisdə isə İmam Sadiq (ə) İmam Zamanın (ə.f) zühuru barədə danışarkən belə deyir:

“Onun qılıncı Peyğəmbərin qılıncıdır - Zülfüqardır”. (Numani, Əl-Ğeybə: 2/307)

Mənbə: islamquest.net

Tərcümə: 313news.net
Рейтинг

В этом разделе