14 Məsum » Xanım Zəhra (s.ə) atasının vəfatından neçə gün sonra şəhadətə qovuşdu?

Xanım Zəhranın (s.ə) şəhadət günü barədə nəql olunmuş şiə hədisləri üç qrupa bölünür:

1. Birinci qrup hədislər o xanımın Peyğəmbərimizin (s.ə.a) vəfatından 75 gün sonra şəhadətə çatdığını bildirir. Bu hədislər ən məşhur və ən çox qəbul olunan hədislərdir.

2. İkinci qurup hədislər o xanımın (s.ə) Peyğəmbərimizin (s.ə.a) vəfatından 90 gün sonra şəhadətə çatdığını bildirir.

3. Üçüncü qurup hədislər isə o xanımın (s.ə) Peyğəmbərimizin (s.ə.a) vəfatından 40 gün sonra şəhadətə çatdığını bildirir.

Hədislər arasındakı bu ixtilaf bəzilərinin o xanımın rəbiüs-sani ayının 8-də (ən məşhur nəzər budur), bəzilərinin cümadəl-ula ayının 13-də, bəzilərinin də cümadəs-saniyə ayının 3-də şəhadətə çatdığını bildirməsinə səbəb olmuşdur.

Əhli-sünnə tərəfindən nəql olunan rəvayətlərdə isə o xanımın (s.ə) atasının (s.ə.a) vəfatından 6 ay sonra vəfat etdiyi bildirilmişdir. Əlbəttə, bu rəvayətlərin o xanımın (s.ə) başına gətirilən müsibətləri ört-basdır etmək üçün düzülüb-qoşulduğu ehtimalı kifayət qədər güclüdür.

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!