Mənbələri təsdiq edir: Peyğəmbər (s), göy və yer Hüseynə (ə) ağlayırlar

»»

Mənbələri təsdiq edir: Peyğəmbər (s), göy və yer Hüseynə (ə) ağlayırlar

Mənbə: Səvaiqul–muhriqə, səh.193
Müəllif: Əhməd ibn Həcər Heytəmi

Şöbi nəql edir: "Əli (ə) Siffeynə gedərkən Kərbaladan keçirdi. Dayanıb yerin adını soruşdu, - Kərbəladır!, - dedilər. O, elə ağladı ki, yer onun göz yaşlarıyla islandı və buyurdu: "Bir dəfə Peyğəmbərin (s) yanına getdim. Gördüm ki, ağlayır. Nə səbəbə ağladığını soruşduğumda cavab verdi ki, Cəbrail (ə) bir an bundan əvvəl mənim yanımdaydı və mənə xəbər verdi ki, oğlum Hüseyn Fərat çayının kənarında yerləşən Kərbəla adlanan ərazidə qətlə yetiriləcək. Sonra bir ovuc torpaq (Kərbəla torpağı) götürüb mənə iylətdirdi, ona görə də göz yaşlarıma hakim ola bilmədim.""

Həmçinin rəvayət edilir ki, Əli (ə) Kərbaladan keçən zaman buyurdu: "Onların miniklərinin dayandığı, köç salacaqları və qanlarının axıdılacağı yer buradır. Muhəmməd (s) ailəsinin cavanları burada qətlə yetiriləcək, göy və yer onlara ağlayacaq".
Tirmizi nəql edir ki, Ümm Sələmə gördü ki, Peyğəmbərin (s) başında, saqqalında toz, ağlayır. Soruşdu ki, nə üçün ağlayırsan, Peyğəmbər (s) cavab verdi ki, Hüseynin (ə) öldürüləcəyinə görə ağlayıram.

 

Рейтинг

В этом разделе