Əli (ə) Peyğəmbərdən (s) sonra insanların ən savadlısıdır!

»»

Əli (ə) Peyğəmbərdən (s) sonra insanların ən savadlısıdır!

Mənbə: Zəxairul-uqba, səh.78
Müəllif: Təbəri

"Əli (ə) ümmətin ən elmli və helmli şəxsidir" fəsli

İbn Abbasdan Əli (ə) haqda soruşdular. O, belə cavab verdi: "Allah Əbulhəsənə (Əli (ə)) rəhmətin şamil etsin! And olsun Allaha, o, Muhəmməd Mustəfadan (s) sonra hidayət bayrağı, təqva və ağıl dağı, pənah və ümid yeri, xeyir-bərəkət yağışı, insanlar içərisində elmin ən ali zirvəsinə yetişən, zülmətləri aydınladan parlaq nur, doğru yola dəvət edən, ən möhkəm ipdən yapışan, paltar geyənlərin (insanların) ən təqvalısı və qeyb aləmini müşahidə edənlərin ən kəramətlisidir. Əli (ə) iki qiblə sahibi, iki əziz Peyğəmbər (s) nəvələrinin (Həsən (ə) və Hüseynin (ə)) atasıdır. Onun həyat yoldaşı da bütün qadınların ən yaxşısıdır. Heç kəs Əlidən (ə) üstün deyildir. Mənim iki gözüm nə onun kimi birisini görüb, nə də ki, qulaqlarım eşitməyib. Onu sevməyən və düşmənçilik bəsləyənə qiyamət gününə qədər Allah və bəndələrin lənəti olsun!"
Muhəmmədin (s) səhabələrinin arasında Əlidən daha savadlı olanı varmı? – sualıyla ətaya müraciət etdilər. O, "mən belə birisini tanımıram" deyə cavab verdi.

Рейтинг

В этом разделе