Əhli sünnət adı altında düşmənlərin iftiraları

»»

Əhli sünnət adı altında düşmənlərin iftiraları

Bu məqaləni yazmaqda məqsəd:

Məqsədimiz şiə məzhəbinə iftiralar yaxmaqla bilərəkdən, ya da bilməyrəkdən islam ümmətini birləşməyə qoymayanlara xidmət edən bu zəminədə yazılmış bəzi kitabları tanıtdırmaqdır.

Şiələr arasında özünü ağıllı kimi göstərməyə çalışanlar, bəzən də ağızları köpüklənə-köpüklənə vəhdəti hifz edək deyə şüarlar verirlər. Əvvəla hamıdan öncə biz vəhdətin hifzinə çalışırıq. Bəzən bu düşmənlərin müqabilində səbr edəndə onlar daha artıq dərəcədə həyasızlıq edirlər. Deməli biz heç də həmişə müdafiə mövqeyində durmamalıyıq ki, xəyanətkarlar məqamdan istifadə edib çürük kəllələrinə nə gəldi şiəyə yaxsınlar. Gərək həmin iftira sahiblərini ən biabırçı şəkildə ifşa edib camaata tanıtdıraq. Bu iftiraların bəzilərini dərc edirik ki, onların nə dərəcədə yalan və həqiqətdən uzaq olduğu aydın olsun.

1)“Minhacus-sünnətin-nəbəviyyə fi nəqzi kəlamiş-şiətil-qədəriyyə” kitabı, müəllifi Təqiyyuddin Əhməd ibn Əbdulhəlim ibn Teymiyyə Hərrani Dəməşqi (vəfat 727 hicri qəməri)

İbni Teymiyyənin şiə məzhəbi haqqında yazdığı uydurmaları göstərməzdən öncə yaxşı olar ki, onun haqqında qısa bir məlumat verək. Bununla da məlum olsun ki, əslən bu adam normal bir insan olub ya.....

Əhməd ibn Əbdulhəlim ibni Teymiyyə hicri qəməri tarixinin 661-ci ilində rəbiul-əvvəl ayında Suriyanın Hərran şəhərində anadan olub. Yeddi yaşında ikən monqolların hücumundan amanda qalmaq üçün ailəsi ilə birlikdə Şam şəhərinə (Dəməşq) köçüb. Atası hənbəli məzhəbindən olan ruhani idi, elə buna görə də atası təhsil almaq məqəsdilə onu hənbəlilər mədrəsəsinə qoyur. 698-cı ilə qədər Dəməşq şəhərində adi hənbəli ruhanisi kimi yaşayan İbni Teymiyyə “Risalətul-həməviyyə” kitabını yazıb özünün haqq yolundan azdığını biruzə verir. Bu kitab Himat şəhərinin əhalisi tərəfindən verilən suallar əsasında tərtib olunub ki, İbni Teymiyyə bu kitabda Allaha açıq aşkar cəhət və məkana qail olduğunu göstərib, Allahın asimanda ərşində oturduğunu iddia edirdi. Dediklərini sübuta yetirmək üçün Quranda mütəşabih ayələri misal gətirib Peyğəmbər (s) və səhabələrin də bu əqidədə olduqlarını deyərək camaatı inandırmağa çalışır. Digər tərəfdən iddia edir ki, peyğəmbərlər və ilahi övliyalar dünyadan gedəndən sonra sair ölülərlə onlar arasında heç bir fərq yoxdur. Əhli-beytin fəzilətləri haqqında şiə və sünnü raviləri tərəfindən nəql olunmuş yekdil qəbul olunan rəvayətləri inkar edərək onları qondarma adlandırırdı. Özü hənbəli məzhəbindən olmasına baxmayaraq Əhməd ibn Hənbəlin Əlinin (ə) fəzilətlərini sübuta yetirmək üçün çəkdiyi zəhmətləri heç etdi. İbn Teymiyyə filosof, mütəkəllim və fəqihlərin olduğu bir yerdə Allahın cism və məkanda qərar tutduğu haqda fikirlər yürütməyə başladı. Peyğəmbərin (s) qəbrini ziyarət etməyi haram etdi. Peyğəmbərlərin, ilahi övliyaların pak ruhlarına təvəssül etməyi şirk adlandırıb onların mövludlarını qeyd etməyi bidət elan etdi.

Şübhəsiz hər zamanda islam dünyasında qeyrətli alimlər islami dəyərləri və Quranın ayələrini müdafiə ediblər. İbn Teymiyyəyə qədər heç bir hənbəli aliminin bu qədər şəriət məhkəməsinə çağırılıb dəfələrlə sürgün olunması və zindanda olanda oxuyub yazmaqdan məhrum edilməsi Əhli sünnət aləmində görünməyib.

İbni Teymiyyənin şagirdi İbni Kəsir “əl-Bidayətu vən-Nihayə” kitabında yazır: 698-ci ildə alimlər İbni Teymiyyəyə qarşı qiyam etdib onu qazi Cəlaluddin Hənəfinin hüzuruna qətirməyi təkid etdilər. Lakin O gəlmədi. 705-ci ilin Rəcəb ayının 8-də şəhərin qaziləri bir yerə yığışaraq onunla “əl-Vasitiyyə” kitabı haqqında bəhs etdilər. Kəmaluddin Zəməlkani onunla münazirə etdikdən dərhal sonra şəban ayının 7-də onu Misirə sürgün etdilər. O Misirdə də öz əqidəsini yaymağa başladı. Orada Səms ibn Ədnan onunla münazirə edib məğlub edtikdən sonra qazi İbn Məhluf Maşki onu həbs etdi. Misirdə və Şamda onun əleyhinə rəsmi bəyanatlar verildi. 707-ci ildə rəbiul-əvvəl ayının 22-də həbsdən azad olan ibn Teymiyyə yenə də öz əqidəsini yaymağa davam etdi. Misirin tanınmış alimi İbn Əta onunla münazirəyə girdi və qazi Bədruddin ibn Cəmaət ibn Teymiyyənin danışığında Peyğəmbərə(s) qarşı ədəbsizliyi görəndə onu zindana saldı. 708-ci ilin əvvəllərində azad olundu. Onun zindandan azad olunaraq yeni fəaliyyətə başlaması 709-cu ilin səfər ayında İskəndəriyyə şəhərinə sürgün olunmasına səbəb oldu. 8 ay sürgündə qalandan sonra Qahirə şəhərinə qayıdıb orada bir müddət qaldıqdan sonra 712-ci ildə Dəməşqə köçür. Dəməşqdəki alimlərin çoxlu şikayətləri nəticəsində şəhərin hakimi onu Dəməşqin kənarında yerləşən qalada həbs edərək yazıb oxumaqdan məhrum edir. 712-ci ildə zindanda ikən vəfat edir.

Mümkündür bəzi adamlar sadəlövhlük üzündən desinlər ki, əqidə uğrunda bu cür müqavimət göstərmək alqışa layiqdir. Unutmaq lazım deyil ki, haqqın müqabilində inadkarlıq göstərmək əqidə uğrunda mübarizə sayılmır. Çünki haqqın müqabilində inadkarlıq rəzil sifətlərdəndir. Əqidə əgər müqəddəs olsa onun uğrunda mübarizə aparmaq lazımdır.

İbni Teymiyyə kitabın əvvəlində ikinci fəsldə şiələri məsihilərə və yəhudilərə oxşatmaqda israr edib yazır:

“.....,buna görə də şiələr xəbis, nəfslərinə tabe olmaq və s...kimi yəhudilərə məxsus olan əxlaqları özlərində cəm etməklə onlara oxşayırlar. Amma şiələr məsihilərə məxsus olan (xristian) quluv, cəhalət və s... kimi məsihi əxlaqlarına görə onlara oxşayırlar.....”

Bundan sonra ibn Teymiyyə şiə haqqında elə mətləblər nəql edir ki, onunla da şiələri kitab əhli yəhudilərlə, xristianlarla və məcusilərlə bir edib islam ümmətindən xaric edir.

“.... yəhudilər qiblədən döndükləri kimi şiələr də namazda qiblədən dönürlər”, “...Yəhudilər namazda başlarını və çiyinlərini tərpətdikləri kimi şiələr də onlar kimi edirlər.” (“Minhacus-sünnətin-nəbəviyyə” 1/22)

“...Yəhudilər talaq zamanı qadınlara iddə qail olmadıqları kimi şiələr də iddə saxlamağa qail deyillər”

“....Yəhudilər tovratı təhrif etdikləri kimi şiələr də Quranı təhrif ediblər”

“....Yəhudilər deyirlər ki, Allah bizə 50 rəkət namaz vacib edib şiələr də deyirlər 50 rəkət namaz vacibdir”

“....Yəhudilər möminlərə salamı xülasələşdirib deyirlər “əssamu ələykum” (ölüm olsun sizə) şiələr də onlar kimi deyirlər”

“...Yəhudilər bütün camaatın mallarını özlərinə halal bilirlər, şiələr də onlar kimi bütün insanların mallarını özlərinə halal bilirlər”

“....Yəhudilər Cəbraili özlərinə düşmən bildikləri kimi şiələr də deyirlər ki, Cəbrail vəhy gətirəndə səhvən Əli ibn Əbu Talıb əvəzinə Peyğəmbərə vəhyi çatdırıb”

“....Məsihilər arvadlarına məhriyyə (kəbin haqqı) vermirlər. Onlar arvadlarından elə belə istifadə edirlər. Şiələr də o cür edirlər” (“Minhacus-sünnə 1/25-27).

Diqqət: Bu kitab müxtəlif mətbəələrdə çap olunub. Bu məqalədəki sənədlər doktor Muhəmməd Rəşad Salimin təhqiq etdiyi və “cameətul-imam Muhəmməd ibn Suudil-islamiyyə” mətbəəsində nəşr olunmuş 9 cildli kitabdan götürülüb.

Əgər kitab sahibi şayə və movhumatlara uymayıb şiə məzhəbinin elmi və fiqhi kitablarından birini açıb oxusaydı əlbəttə insafı olan halda belə cəfəngiyyatları yazmazdı. Nəticədə bu yazdıqları iftiralarla özünü cəhənnəm əzabına layiq etməzdi. Axı onun zamanında Əllamə Hilli kimi şəxsiyyətlər var idi. Müəllif güya şiənin nəhayət dərəcədə axmaqlığını göstərməyə çalışıb deyə yazıb:

Şiələr “on” kəliməsini dillərinə gətirməkdən ikrah hissi duyurlar. Şiələr on sütun üstündə bina tikmirlər hətta o dərəcədə ki, onlar on hissədən ibarət olan işi görmürlər və s....Çünki şiələr seçilmiş səhabələri sevmirlər. Onların sayının “on” olduğu üçün. Çünki bu səhabələrin cənnət əhli olduqları haqda şəhadət verilmişdi. (Əbu Bəkr, Ömər, Osman, Əli, Təlhə, Zubeyr, Səd ibn Əbu Vəqqas, Səid ibn Zeyd, Əbdurrəhman ibn Ovf, Əbu Ubeydə ibn Cərrah) Şiələr bu səhabələrlə düşməndirlər, onlar yalnız Əli ibn Əbu Talibi sevirlər. Onlar birinci iman gətimiş muhacir və ənsardan olan səhabələrlə düşməndirlər......” (“Minhacus-sünnətin-nəbəviyyə 1/38-39)

Əhli sünnətin arasında belə bir rəvayət məhşurdur ki, Peyğəmbər səhabələrdən 10 nəfərə cənnətə getmələri haqqında vədə verib. Bu rəvayətin adını “əşrətun mubəşşərətun” adlandırıblar. Təəccüblü budur: İbn Teymiyyənin ağlına yetişməyib ki, elə bir dastan fikirləşsəydi ki, onun əvvəli ilə axırı düz gələydi. Əgər şiələr on nəfərin arasında Əli ibn Əbu Talib ilə düşmən deyillərsə onda niyə müəllifin iddiasına görə on ədədindən xoşları gəlmir? Onda gərək doqquz ədədi ilə düşmən olsunlar. Axmaq kişi şiələrin bu rəvayətin qondarma olduğunu sübut etdiklərinə görə onlara cavab kimi siz belə cəfəngiyyat uydurmaqla niyə özünüzü biabır edirsiniz? Doğrudanmı şiələr bütün səhabələrə qarşı düşmən mövqedədirlər? Görəsən Salman Əbuzər, Miqdad Əmmar, Hicr ibn Ədiy, İbn Əbbas və s... kimi böyük səhabələrin əzəməti haqqında onlar tərəddüd edirlər?

İbni Teymiyyə yazır: Şiələrin axmaq əməllərindən biri də budur, onlar gözlədikləri İmam Məhdi üçün Samerra şəhərindəki sərdabənin yanına at ya qatır gətirirlər ki, əgər O zuhur etsə ona minsin. Hər gün orada bir nəfər iki dəfə fəryad çəkir: “Ey mənim ağam çıx” (Minhacus-sünnətin-nəbəviyyə 1/45)

İbn Teymiyyə daha artıq dərəcədə şiələrin dinsiz və şəriət hökümlərinə etina etmədiklərini göstərmək üçün yazır: “Şiələr dəstə namaz aladıqda bir nəfər daim ayaq üstə hazır şəkildə dayanıb gözləyir. Onlar namaz da qılmırlar. Qorxurlar ki, olmaya imamları zuhur edər və onlar namaz halında olarlar” (Minhacus-sünnətin-nəbəviyyə 1/ 45)

Əhli sünnətin alimi Muhəmməd Kurd Əli yazır: “İmam Məhdinin Surrə mən Rəa sərdabəsindən zuhur edib çıxmasını şiələr arasında heç kim iddia etməyib. Baxmayaraq ki, şiə məzhəbindən xəbəri olmayan bəziləri həqiqəti axtarmadan cəhalət üzündən bunu onlara nisbət verib” (Ədyan və Məzahib: əş-şiə 6/247 Şam mətbəəsi)

Əziz oxucu indi insafla özün hökm et, belə iftiraları yazan normal insandır ya yox? Belə olan halda şiə məzhəbi haqqında təhqiq etmədən onun dalıyca kor-korana gedənlərə bizim qammaz Həmədan eşşəyi deməyə haqqımız varmı? Görəsən bu iftiraları uydurmaqda məqsəd nə imiş? Bunu deyə bilərik ki, məqsəd yalnız və yalnız Muhəmmədin (s) ümməti arasında nifaq yaratmaq olub.

2) “Töhfəye isna əşəriyyə” Müəllif Əbduləziz ibn Əhməd Dəhləvi. Ləqəbi Siracul Hindi 1159-1239. Kitabın adından göründüyü kimi şiə məzhəbinin əqidələri ətrafında bəhs edir. Biz müəllifin yazdığı iftiraların bəzilərini dərc edirik. Amma onunla hesab aparmağı ədalətinə iman gətirdiyimiz Allah-taalanın öhdəsinə qoyuruq.

“....Şiələrin şəriət hökmlərinin birincisi səhabələri, üç xəlifəni, ummul-mömininilərin bir neçəsini və s... təkfir etməkdir (kafir bilmək). İkinci: Ömər ibn Xəttabı lənətləməyi Allahın zikrindən əfzəl bilirlər. Üçüncü: Beş namazdan sonra mühacir və ənsardan olan səhabələri üç xəlifəni və s... lənətləmək vacibdir...Yeddinci: Zalım rəhbərlərə səcdə etmək caizdir. Necə ki, axund Baqir Məclisi və onların başqa alimləri etmişlər. .....

Şiələr deyirlər əgər bir nəfər əllərini və ayaqlarını dizə qədər ağzına kimi insan nəcisi ilə dolu olan tualetin anbarında bulaşdırsa sonra da nəcasətin zərrələrini silib yuyunmadan namaz qıla bilər. Həmçinin bütün bədənini sidik və insan nəcisi ilə dolu tualetin anbarında bulaşdırsa, əgər üstündə nəcasətin zərrəcikləri olmasa yuyunmadan namaz qıla bilər.

Şiələr daha çox savab əldə etmək və Allaha yaxın olmaq üçün imamların qəbirlərinə tərəf namaz qılmağı caiz bilirlər.....

Şiələrə görə imam Məhdinin zühurunu gözləmək qəsdi ilə dörd namazı (zöhr-əsr və məğrib-işa) birləşdirmək caizdir....

Siələrə görə oğlan uşağı ilə arxadan yaxınlıq olsa oruc batil olmaz. .... onların bəziləri deyirlər ki, heyvanın dərisini yeməklə oruc batil olmaz. (Töhfəye isna əşəriyyə, 9-cu bab əhkame fiqhiyyə 246-250)

Müəllif kitabın 11-cü babında guya şiələrin təəssübü haqqında belə yazır: “Şiələr axırıncı Peyğəmbəri Əli ibn Əbu Talib ilə bərabər bilirlər. Bir halda ki, Peyğəmbərin bütün məxluqatdan əfzəl olması onların yanında təvatora yetişib....Əgər hər kəsin qəlbində Əlinin məhəbbəti olsa yəhudi, məsihi və bütpərəst olsa belə cənnətə daxil olar. Hər kəsin ürəyində səhabələrin məhəbbəti olsa təqvalı, abid və əhli beytin sevgisi ürəyində olsa belə cəhənnəmə daxil olar. Çünki onlar o qədər səhabələrə düşməndirlər və bütün Muhəmməd ümmətini məlun adlandırırlar.” (Töhfəye isna əşəriyyə, 11-cu bab ikinci fəsl 253 )

Mümkündür bəziləri elə güman edə ki, bu və ya buna oxşar kitabların müəlliflərinin məqsədləri bütünlüklə şiə məzhəblərinə aid olmayıb. Bəlkə bu cür kitabları yazanların məqsədi şiə məzhəbinə nisbət veirilmiş bəzi firqələr olub? Bəlkə kitab sahibləri bəzi avamların əməllərini görüb bu qənaətə gəliblər ki, bunlar şiə əqidələrinin təzahürüdür?

Cavab: Əvvəla bir dəstə avamın dediklərini və gördüyü işləri bir məzhəbin hesabına yazmaq düzgün deyil. Bir məktəb haqqında kitab yazılanda gərək o məktəbin mötəbər kitablarından istifadə olunsun.

Ikinci:Töhfəye isna əşəriyyə” məxsus şiə əqidəsi haqqında yazılmış kitablar silsiləsindən hesab etmək olar.

Üçüncü: “Töhfəye isna əşəriyyə” kitabının müəllifi yazır: “Hal hazırda on iki imamçı şiələrdən başqa kimsə bu əqidəyə qail deyil” (Töhfəye isna əşəriyyə, bab 9, əhkam fiqhiyyə səh 249). Necə ola bilər ki şiələrin özlərinin bütün bunlardan xəbərləri olmadığı halda onlara bir belə nisbətlər verilib? Bir tayfanın aliminin bu cür iftira yaxmasını heç bir vəchlə izah edib ona bəraət qazandırmaq olmaz. Özünü alim sayan şəxs bir tayfanı mötəqid olmadıqları əqidə ilə ittiham edirsə onda avamdan nə gözləmək olar?

Kimsə gəlib deyə ki, eybi yoxdur indi o alim qələt edibsə gərək onu bağışlayaq və üstündən keçək, xeyir bu düzgün mövqe deyil! Həmin iftiraların nəticəsidir ki, onları oxuyanlar şiələri kafir və müşrik kimi qəbul edib onların qətlinin vacib olduğuna hökm edirlər. Əslində isə onlar düşmənlərə istədiklərinə rahat çatmaqda kömək edirlər. Bu gün insanlara çatdırmaq lazımdır ki, belə təfriqə salanlar islamın ilk günündən Rəsulullahın özünə və gətirdiyi dininə qarşı mübarizə aparan yəhudilərdir. Onlar heç də o Həzrətdən sonra sakit durmayıblar. Onlar hər bir zamanda mübarizə yollarını daha da təkmilləşdirməklə islam dininin ardıcılları ilə mübarizəni gücləndirirlər. Məgər Əfqanstanda, Pakistanda, İraqda Livanda vəhhabilərin “tohidə çağırış” adı altında şiələrə divan tutub gündə bir məscidin və ya bazarın partladılması bunu göstərmirmi? Bu gün biz doğma Azərbaycanımızda ayıq olmalıyıq ki, onlar vətənimizdə də həmin senarini icra edə bilməsinlər.

3) “əl-Fiqh ələl-məzahibil-ərbəə”. Müəllf Əbdurrəhman ibn Muhəmməd Cəziri (1299-1360 hicri qəməri) Əl-Əzhər universitetinin alimlərindəndir. Misirin Şəndvil adasında doğulub. Əl-Əzhər universitetində təhsil alıb. Kulliyyətul-usuliddin mərkəzində ustad vəzifəsində çalışıb. Sonralar “böyük uləmalar” heyətinin üzvlərindən olub. Həlvanda vəfat edib. Çoxlu sayda kitablar, o cümlədən “əl-Fiqh ələl-məzahibil-ərbə” adlı kitabını yazıb.

Müsəlmanlarla əqidədə müxalif olanlar üç dəstədirlər. Birinci dəstə: səmavi kitabları və ya kitab əhli olmalarında ehtimal olmayanlar. Onlar bütlərə sitayiş edənlərdirlər.....və islam dininin zəruriyyatlarından sayılan məlum bir məsələni inkar edən murtədlər də onların sırasındadırlar. Şiələr kimi. Şiələr mötəqiddirlər ki, Allah-təala Cəbraili Əliyə vəhy çatdırmağa məmur edəndən sonra O səhvən Muhəmmədə (s) vəhyi çatdırdı.

Şiələr mötəqiddirlər ki, Əli Qurani-kərimin bəzi ayələrini təkzib edirdi. Əli Aişəyə zina nisbəti verirdi. (“əl-Fiqh ələl-məzahibil-ərbəəkitabunnikah “məbhəsul-muhərrəmat lixtilafiddin” 4/75 mətbəə daru ihyaut-turas.)

Təfsir “Ruhul-məani” müəllif Məhmud Şukri ibn Əbdullah Huseyni Alusi (1273- 1373) Bağdadın Rəsafə məntəqəsində doğulub. Evində və bəzi məscidlərdə tədris etməklə məşğul olub....Bəqərə suəsinin 187-ci ayəsini “sübh açılana kimi, ağ sap qara sapdan seçilənə qədər yeyin içintəfsir edəndə yazıb: Dörd məzhəbin imamları (Əbu Hənifə, Əhməd ibn Hənbəl, Malik və ibn İdris Şafei) şəri naharın başlandığını fəcrin açılması ilə göstərirlər. Fəcr açılandan sonra iftara icazə verilmir. Bu fətva ilə Ə`əməş müxalifət edib və o güman edib ki, imsak gün çıxandan başlanır. Ona bu məsələdə ancaq korlar tabe olublar. Şiələr bütün məzhəblərə müxalif olaraq orucluqda gün çıxana qədər yeyib içməyi caiz bilirlər. (Ruhul-məani 2/67 mətbəə daru ihyaut-turas)

4) - Təfsirul-Kəbir müəllif Fəfre Razi “Rəd” surəsinin 39-cu ayəsini Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır” Təfsir edərkən yazır: “Şiələr deyirlər: Allah-taalaya bəda caizdir” Bəda budur ki, əvvəlcə Allah-taala bir şeyi əmr edə və sonra ona məlum ola ki, hökm bunun əksinə olmalıdır. Şiələr bunun üçün bu ayəyə Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır” istinad edirlər” (Təfsirul-Kəbir 19/66 əl-məsələtul xamis)

Bəda məsələsində özünün qanmaz olduğunu göstərmək yalnız əhli sünnət alimlərinin birinə məxsus deyildir. Əhli sünnətin çoxlu sayda alimləri ya cahillik və ya qərəzli mövqedən çıxış edərək şiə məzhəbindən olan kəlam elimi alimlərinin bəda haqqında söylədikləri bəyanatları elə göstəriblər ki, nəticədə Allah-təalanın bəzi məsələdə cahil olduğu düşünülür. Sonra da şiələri ittiham edirlər ki, onlar Allahı cahil bilirlər. Bir halda ki, bəda məsələsi Allahın elmini inkar etmək yox əksinə Allah-taalanın elmdə bütün varlıqlardan ən yüksək məqamda olduğunu isbat edir. Digər tərəfdən əhli sünnətin kitablarında bədaya etiqad haqqında rəvayətlər mövcuddur. Baxmayaraq ki, onu bəda kimi adlandırmırlar. Bəda haqqında məlumat almaq üçün: seyyid Murtəza Əskərinin “əl-Bəda əla maidətil-kitab vəs-sünnət”, seyyid Rza Hüseyni Nəsəbin “Şiə cavab verir” kitablarına müraciət edin.

5) Təfsir “Camiul-əhkamil-Quran” müəllif Qirtəbi “Əhzab” surəsinin təfsirinə başlamazdan öncə müqəddimədə nəsx olunmuş ayələrə (Daşqalaq etmək ayəsi kimi) işarə edib axırda yazır: Bəzən nəql olunur ki, Quranın bəzi ayələri vərəqlərdə yazılmışdı və Aişənin evində olanda keçi onları yedi. Bütün bunlar mulhidlərin və şiələrin uydurmalarıdır. (“Camiul-əhkamil-Quran” Əhzab surəsi 14/113)

Qirtəbi əhli sünnətin adlı-sanlı alimlərindən olmasına baxmayaraq onun bu cür səhv etməsi təəccüblüdür. Quranın bəzi ayələrinin keçi tərəfindən yeyilməsi haqqında nəql olunmuş rəvayət əhli sünnətin mötəbər və məşhur kitablarında (Sünəne ibn Macə və Musnəde Əhməd ibn Hənbəl) vardır və heç bir şiə kitabında bu cür cəfəngiyyat yoxdur. Aişə deyir: Rəcm ayəsi və süd vermə haqda ayə nazil olmuşdu. O ayələr kağıza yazılıb mənim otaqda balışımın altında qoyulmuşdu. Rəsulullah (s) vəfat edəndə bizim başımız ona qarışmışdı. O zaman keçi evə girib həmin vərəqləri yemişdi” (Sünəne ibn Macə kitabunnikah bab rizaul-kəbir 1/625, Musnəde Əhməd ibn Hənbəl musnəde Aişə 6/269)

Əhli sünnətin mötəbər və məşhur kitablarında bu cür rəvayətlər olduğu halda yenə də Quranın təhrifi ideyasını şiələrə nisbət verirlər. Bir halda ki, özləri bu fikrə daha layiqlidirlər.

6) - Dirasatun fil-firəq müəllif doktor Sabir Əbdurrəhman Tueymə: Müəllif kitabında Usulul-kafi kitabından bir hədisi bu cür nəql edir: Kuleyni Əbdullah ibn Cundəbdən nəql edir ki; Əli ibn Musa Rza (onların səkkizinci imamları) ona yazıb: Bil və agah ol, biz yer üzündə Allahın övladlarıyıq. Bəlalar, mükafatlar, ərəb ənsabına agahlıq və ....haqqında olan bütün elmlər bizdədir,....” (Dirasatun fil-firəq səh.19 ər-Riyaz. məktəbətul-məaarif.)

Xatıladaq ki, adı çəkilən kitabda rəvayətin ünvanı bu cür verilib (“əl-Kafi fil-usul, kitabul-huccət cild.1/223 Iran (əşşiə vəssünnə) nəqlən ən İhsan Zəhir səh 68”.) Amma əgər siz “əşşiə vəssünnə” kitabının yeddinci nəşrinə və əl-Kafi fil-usul kitabına müraciət etsəniz görərsiniz ki, orada bu cür yazılıb “.....Bil və agah ol, biz yer üzündə Allahın əmin qərar verdiyi insanlarıq. Bəlalar, mükafatlar, ərəb ənsabına agahlıq və ....haqqında olan bütün elmlər bizdədir,....” Deməli bu təhrif ya kitab sahibi, doktor Sabir Əbdurrəhman Tueymə tərəfindən baş verib, ya da ki, hədisi nəql etdiyi kitabın “Əşşiə vəs-sünnə” sahibi tərəfindən baş verib. Fərqi yoxdur hər iki surətdə bu nəticə ilə əmələ gəlmiş “Dirasatun fil-firəq” kitabını oxuyan oxucu şiələri muşrik olduqlarına görə ittiham edəcək. Oxucu bu cür xainlərin təhrifatı nəticəsində şiələrə dindən xaric olmuş kimi baxacaq.

7) Usulu məzhəbişşiə: müəllif doktor Nasir ibn Əbdullah ibn Əli Ğəffari kitabın müqəddiməsində söz verib ki, şiə kitablarından nəql etdiyi sitatları nəql edəndə insaflı olub əmanətə xəyanət etməyəcək. Amma rəvayətləri nəql edəndə rəvayətin bir tikəsini nəql edir və bəzi həqiqətləri təhrif etməklə daxili xəbisliyini icbari şəkildə göstərməyə məcbur olur. Şiə alimlərinin rəvayətin zəif və qondarma olduğunu aşkar surətdə göstərdikləri halda bu xəstə müəllif həmin rəvayətə təfsir verərək onu şiələrin əqidəsi olduğunu iddia edir. Sonra da şiələri bu əqidəyə qail olduqlarına görə ittiham etməyə başlayır. Biz müəllifin xəyanətlərindən bir neçə məqamı misal olaraq gətiririk: “Şiələr güman edirlər ki, şəfa aləmlərin Rəbbindən yox, imam Hüseynin qəbrinin türbətindən gəlir” (Usulu məzhəbişşiə bab əvvəl, fəsl əvvəl, məbhəs xamis, “qovluhum innə turabə qəbri Huseyn ....2/594”)

İmam Hüseyn (ə)-n qəbrinin torpağından şəfa üçün istifadə etməyin caiz olduğunu göstərən rəvayətlərin hamısında şəfanın Allah-taalanın istəyindən və iradəsindən asılı olduğu göstərilib. “şəfanı ancaq İmam Hüseynin türbəti şəfa verir, Pərvərdigarın iradəsi yox” kimi sözlər şiələrə yaxılmış iftiradır. Daha təəccüblüsü budur ki, müəlif deyir: şiələr Allahın cism olduğuna qaildirlər. Yəhudilərin Allahın cism olduğuna etiqadlarının olduğu məşhurdur. Lakin müsəlmanlar arasında bu əqidəni birinci şiələr yaymağa başlayıblar (Usulu məzhəbişşiə bab əvvəl, fəsl salis əl-məbhəs əvvəl “əl-qovl fil-isbati təcsim 2/640”)

Şiə filosofları və kəlam elmi alimləri dünya və axirətdə Allahın cismaniyyətini inkar edirlər. Lakin əksər əhli sünnət alimləri mötəqiddirlər ki, Qiyamətdə Allah-taala görünəcək. İbn Teymiyyə kimi bəziləri isə Allah-taalanın cümə axşamları nazil olması haqqında təfsirlərində onun cism kimi vəsf edirlər. Belə olduğu halda əhle sünnət bu ittihama daha layiqlidirlər. Onlar Allah-taalanın cism olduğu haqda iddialarını sübut etmək üçün əhli beyt imamlarından rəvayət gətirmirlər. Şiə kitablarından gətirdikləri bütün rəvayətlərdə Allah-taalanın cismaniyyəti rədd olunur.

Müəllifinn necə zəif təhqiqatçı olduğunu göstərən yerlərindən biri də budur: “İran islam inqilabının rəhbəri Xomeyni inqilabdan sonra adını azana daxil etdi. Beləliklə də azanda Allah-taalanın vəhdaniyyətinə və Peyğəmbərin (s) risalətinə şəhadətdən öncə onun adı rəhbər kimi çəkilməlidir. İranın bütün məscidlərində deyilir: Allahu Əkbər, Allahu Əkbər Xomeyni Rəhbər sonra əşhədə ənnə Muhəmmədən rəsulullah...” (Usulu məzhəbişşiə bab rabe fəsl rabe 3/1392)

Maraqlı budur ki, kitabın mövzusu Muhəmməd ibn Suud universitetində doktorluq dissertasiyası üçün meydana çıxarılıb. Məqalənin şiə əleyhinə yaxşı ləkə olduğunu görüb onu kitab kimi nəşr ediblər. Müəllif İranda heç olmasa necə azan deyilməsi haqqında azacıq da olsa təhqiqat aparmadan bu iftiraları yazmağa cürət edib. Müəllifin şiələrə qarşı düşmən olduğu, bilərəkdən iftiraları şiələrin əleyhinə yazmaqda bütün müsəlmanlarda onlara qarşı nifrət yaratmaq qərəzi olduğunu başa düşürük. Şiələr Muhəmməd ümməti arasında vəhdət yaratmağa çalışdıqları halda bir dəstə xainlər və Muhəmməd ibn Əbdul Vəhhab kimi yəhudilərə xidmət edən islamın düşmənləri din xadimləri cildinə girib hər vasitə ilə ixtilafı dərinləşdirməyə çalışırlar. Belə deyilsə nəyə görə məcəllədə göstərdiyimiz iftiraları kitablarında dərc etməklə şiələri islam və müsəlmanların zümrəsindən xaric olmuş kimi tanıtdırmaq istəyirlər. Biz həmişə islam ümməti arasında vəhdət yaratmağa çalışdığımızdan bəziləri bizi sadəlövh kimi düşünüb istədiklərini şiələrin əleyhinə yazmaqda var qüvvələrini əsirgəmirlər. Biz namazı əhli sünnətin imam camaatının arxasında qılmağı səhih və vəhdət yaratmaq üçün müctəhidlərimizin fətvalarına əsasən vacib kimi qəbul edirik. Əgər vəhdət istəyiriksə onda gərək biri-birimizə hörmət etməyi bacaraq. Əks təqdirdə biri birimizin üzünə gülümsəyib arxada qamçı gizlətməyimiz haçansa ifşa olacaq.

Şiə qardaşlarımıza tövsiyə: Əqidələrimizin əsaslarını öyrənmək üçün bir-birimizə kömək etməliyik. Əsası budur ki, bəzi əhli sünnət müəlliflərinin şiə haqqında namərdcəsinə yaydıqları iftiraları avam qardaşlara izah etsinlər.

Tərcümə və əlavələr Hacı Elman İbadov

Рейтинг

В этом разделе