Əhli-sünnə alimi Qazi əl-İyazın peyğəmbərlik mövzusunda şiələrə atdığı iftiralar

»»

Əhli-sünnə alimi Qazi əl-İyazın peyğəmbərlik mövzusunda şiələrə atdığı iftiralar

Əziz oxucular, bildiyiniz kimi, on iki imamçı cəfəri şiələri əhli-xilaf tərəfindən "rafizi" olaraq adlandırılırlar. Bu məqalədə əhli-xilaf alimlərindən biri olan Qazi əl-İyazın rafizi adlandırdığı şiələrin peyğəmbərlərin yalan danışa bilməsinə, həmçinin İmam Əlinin (ə) Hz.Peyğəmbərlə (s) peyğəmbərlikdə şərik olduğunu iddia etmiş və buna görə də onları kafir adlandırmışdır. İnsaf əhli bu inancın şiələrə heç bir aidiyyatı olmamasını bilir və bu iftiralardan uzaqdır.

Qazı İyaz öz məşhur "əş-Şifa" kitabında yazır:

وكذلك من دان بالوحدانية وصحة النبوة ونبوة نبينا - صلى الله عليه وسلم - ، ولكن جوز على الأنبياء الكذب فيما أتوا به ، ادعى في ذلك المصلحة بزعمه أو لم يدعها فهو كافر بإجماع ، كالمتفلسفين وبعض الباطنية والروافض وغلاة المتصوفة وأصحاب الإباحة

Allahın təkliyinə, peyğəmbərliyin doğruluğuna və bizim Peyğəmbərimizin peyğəmbərliyinə iman edən, lakin peyğəmbərlərin gətirdikləri xəbərlərə münasibətdə yalan danışa bilmələrini (yəni, gətirdikləri xəbərlərə yalan qatmalarını) mümkün hesab edən və bunda hər hansı bir məsləhət iddia edən və ya etməyən hər bir kəs yekdil rəy ilə kafir sayılır. Belə iddiada olan qruplara misal olaraq filosoflar, batiniyyə firqəsinin bəzi qolları, rafizilər, ifrat sufilər və “ibahə”çiləri (haramları halal sayanlar) göstərmək olar.

Növbəti səhifədə yazır:

وكذلك من ادعى نبوة أحد مع نبينا - صلى الله عليه وسلم - أو بعده... وكأكثر الرافضة القائلين بمشاركة علي في الرسالة للنبي - صلى الله عليه وسلم - ، وبعده ، وكذلك كل إمام عند هؤلاء يقوم مقامه في النبوة والحجة

Kim bizim Peyğəmbərimizlə eyni vaxtda və ya ondan sonra bir peyğəmbər olduğunu iddia etsə, kafirdir. Bu iddiada olan qruplara misal olaraq Əlinin Peyğəmbər ilə (eyni vaxtda) və ondan sonra peyğəmbərlikdə şərik olduğunu iddia edən rafizilərin əksəriyyətini göstərmək olar. Bunların inancına görə, hər bir imam peyğəmbərlik və höccətlikdə Peyğəmbərin yerinə keçir.

 

Fotoşəkil: Qazi əl-İyaz, əş-Şifa bi-tərifi-huquqil-Mustafa, 849-850; Birləşmiş Ərəb Əmirlikləri, 1434/2013

Digər alimlər də tez-tez Qazi əl-İyazın bu sözlərinə etimad edərək sitat gətirmişlər.

Muhəmməd ibn Əhməd İlliş yazır:

عياض يكفر من ادعى نبوة أحد مع نبينا صلى الله عليه وسلم أو بعده كالعيسوية والحرمية وأكثر الرافضة .

Qazı İyad isəviyyə, hürrəmilər və rafizilərin əksəriyyəti kimi Peyğəmbərimizlə eyni vaxtda və ya ondan sonra bir peyğəmbər olduğunu iddia edən kəsləri kafir hesab edir.

 

Muhəmməd ibn Əhməd İlliş, Şərhu-mənhil-cəlil, c.9, s.209; "Darul-fikr", Beyrut, 1404/1984

Muhəmməd ibn Muhəmməd əl-Həttab ər-Ruyani yazır:

عياض: وكذلك يكفر من ادعى نبوة أحد مع نبينا صلى الله عليه وسلم أو بعده كالعيسوية والحرمية وأكثر الرافضة .

İyad: İsəvilər, curmiyyələr və rafizilərin əksəriyyəti kimi bizim Peyğəmbərimizlə eyni vaxtda və ya ondan sonra bir peyğəmbər olduğunu iddia edən kəslər kafirdirlər.

 

Muhəmməd ibn Muhəmməd əl-Həttab ər-Ruyani, Məvahibul-cəlil li-şərhi-muxtəsəri-Xəlil, c.8, s.372; "Dar aləmil-kutub", Beyrut, 1423/2003

Xalid Əhməd əz-Zəhrani yazır:

جاء في التاج والإكليل لمختصر خليل للعلامة محمد بن يوسف العبدري المالكي رحمه الله - نقلا عن القاضي رحمه الله - : وكذلك يكفر من ادعى نبوة أحد مع نبينا صلى الله عليه وسلم أو بعده كالعيسوية والحرمية وأكثر الرافضة .

Əllamə Muhəmməd ibn Yusif əl-Abdəri əl-Malikinin “Ət-Tac vəl-iklil li-muxtəsəri-Xəlil” kitabında Qazı İyazın aşağıdakı cümləsi nəql edilmişdir:

İsəvilər, curmiyyələr və rafizilərin əksəriyyəti kimi bizim Peyğəmbərimizlə eyni vaxtda və ya ondan sonra bir peyğəmbər olduğunu iddia edən kəslər kafirdirlər.

 

Xalid Əhməd əz-Zəhrani, Mauqifut-Tahir ibn Aşur minəl-imamiyyə, səh. 114; Mərakeş, 1431/2010

313news.net

Рейтинг

В этом разделе