Əs-Səfuri əş-Şafei, Üya əl-Maliki və əl-Cürdaninin şiələrə iftiraları

»»

Əs-Səfuri əş-Şafei, Üya əl-Maliki və əl-Cürdaninin şiələrə iftiraları

İbn Həzm, İbn Əl-Cəuzi, İbn Teymiyyə və bunlara bənzər digər şəxslər şiələrə iftira atarkən camaatın bu yalanlara aldanacağını zənn etmişlər. Lakin zənlərində yanılmışlar, çünki tez bir zamanda qurduqları tor sökülmüş, atdıqları iftiralar bir-bir ifşa olunmuşdur. Bu şəxslərin kitablarına nəzər salan kəslər bu şəxslərin şiələrə iftira atmaqda bir-birləri ilə yarışdıqlarını görə bilərlər. Sanki bu adamlara görə, ən yaxşı yalanı kim uydursa, ən üstünü də odur!

Əgər buna şübhə edirsinizsə, onda əl-Cürdaninin "Misbahuz-zalam" (c.2, səh.23), həmçinin Əbdürrəhman ibn Əbdüssəlam Əs-Safuri Əş-Şafeinin (ölümü: 1488 m.) özünün “Nəzhətul-məcalis” kitabında (c.2, səh.195) Şeyx Ömər ibn əl-Zuğbidən nəql etdiyi bu sözlərə baxın:

كنت مجاوراً بالمدينة المشرَّفة على مشرِّفها أفضل الصّلاة والسّلام فخرجت يوم عاشوراء الذي تجتمع فيه الإمامية في قبّة العباس وقد اجتموا في القبّة، قال: فوقفت أنا على باب القبّة وقلت: أُريد في محبّة أبي بكر شيئاً فخرج إليّ شيخٌ منهم وقال: اجلس حتّي نفرغ ونعطيك، فجلست حتّى فرغوا ثمّ خرج ذلك الرجل وأخذ بيدي ومضى بي إلى داره وأدخلني الدار وأغلق ورائي الباب وسلّط عليّ عبدين فكتَّفاني وأوجعاني ضرباً، ثمّ أمرهما بقطع لساني فقطعاه، ثمّ أمرهما فحَلاّ كتافي، وقال: اخرج إلى الذي طلبتَ في محبّته ليردّ إليك لسانك.
قال: فخرجت من عنده إلى الحجرة الشريفة النبويّة وأنا أبكي من شدّة الوجع والألم فقلت في نفسي: يا رسول اللّه! قد تعلم ما أصابني في محبّة أبي بكر فإن كان صاحبك حقّاً؟ فأُحبّ أن يرجع إليّ لساني وبتُّ في الحجرة قلقاً من شدّة الألم فأخذتني سِنةٌ من النوم فنمت فرأيت في منامي انّ لساني قد عاد إلى حاله كما كان فاستيقظت فوجدته في فيَّ صحيحاً كمان كان و أنا أتكلّم فقلت: الحمد للّه الذي ردّ عليَّ لساني وازددتُ محبّةً في أبي بكر.

فلمّا كان العام الثاني في يوم عاشوراء اجتمعوا على عادتهم فخرجت إلى باب القبّة وقلت: أُريد في محبّة أبي بكر ديناراً، فقام إليَّ شابٌّ عن الحاضرين وقال لي: اجلس حتّى نفرغ. فجلست فلمّا فرغوا خرج إليَّ ذلك الشابّ وأخذ بيدي ومضى بي إلى تلك الدار فأدخلني فيها ووضع بين يديَّ طعاماً.
ولمّا فرغنا قام الشابُّ وفتح عليَّ باباً على بيت في الدار وجعل يبكي فقمت لأنظر ما سبب بكائه فرأيت في البيت قرداً مربوطاً فسألته عن قضيَّته فزاد بكاءً فسكّنته حتّى سكن، فقلت له: باللّه أخبرني عن حالك فقال: إن حلفتَ لي أن لا تخبر أحداً من أهل المدينة أخبرتك، فحلفت له.
فقال: اعلم أنّه أتانا في عام أوّل رجلٌ وطلب في محبّة أبي بكر شيئاً في قبّة العباس يوم عاشوراء فقام إليه أبي و كان من أكابر الإمامية والشيعة فقال له: اجلس حتّى نفرغ. فلمّا فرغوا أتى به إلى هذه الدار وسلّط عليه عبدين فضرباه، وأمر بقطع لسانه فقطع، وأخرجه فمضى لسبيله ولم نعرف له خبراً، فلمّا كان الليل و نمنا صرخ أبي صرخة عظيمة فاستيقظنا من شدّة صرخته فوجدناه قد مسخه اللّه قرداً ففزعنا منه وأدخلناه هذا البيت وربطناه، وأظهرنا للناس موته وهو ذا نبكي عليه بكرة وعشيّاً.
فقلت له: إذا رأيت الذي قطع أبوك لسانه تعرفه ؟ قال: لا واللّه: فقلت: أنا هو واللّه، أنا الذي قطع أبوك لساني، وقصصت عليه القصّة فأكبّ عليَّ يقبِّل رأسي ويدي ثمّ أعطاني ثوباً وديناراً وسألني كيف ردّ اللّه عليَّ لساني؟ فأخبرته وانصرفت.

Mən Mədineyi-Müşərrəfədə yaşayırdım. O vaxtlar şiələr Aşura günü Abbasın türbəsinə toplaşardılar. Bir Aşura günü türbəyə gəlib qapıda dayandım və dedim: “Əbu Bəkrin məhəbbəti xatirinə bir şey istəyirəm”. Bir yaşlı kişi çölə çıxıb dedi: “Burada otur, işimiz qurtarsın, sənə bir şey verərik”. Mən də oturub gözləməyə başladım. Məclis qurtardı və həmin kimi çölə çıxıb əlimdən tutaraq, məni evinə apardı. Elə ki gəlib çatdıq, kişi məni evə salıb qapını kilitlədi və evdəki iki qula məni döymələrini əmr etdi. Onlar mənim əl-qolumu bağlayıb o ki var döydülər. Sonra kişi onlara mənim dilimi kəsmələrini əmr etdi, onlar da dilimi kəsdilər. Sonra əl-qolumu açdırıb mənə dedi: “Get məhəbbəti xatirinə şey istədiyin adamın yanına, qoy dilini sənə qaytarsın”.

Mən oradan ayrılıb ağrının şiddətindən ağlaya-ağlaya birbaşa Peyğəmbərimizin müqəddəs məzarına üz tutdum. Orada öz-özülüyümdə dua edib dedim: “Ey Allahın peyğəmbəri. Əbu Bəkrin məhəbbətinə görə başıma nə gəldiyini gördün. Əgər o həqiqətən də sənin yoldaşındırsa, onda dilim mənə qayıtsın”. Ağrının şiddətindən narahat bir halda elə oradaca oturdum. Bu vaxt məni yuxu tutdu. Yuxuda gördüm ki, dilim əvvəlki vəziyyətinə geri qayıdıb. Bir qədər sonra ayıldım və dilimin əvvəlki kimi sağlam olduğunu və danışa bildiyimi gördüm. “Dilimi geri qaytaran Allaha həmd olsun!”, - dedim. Bundan sonra Əbu Bəkrə olan məhəbbətim daha da artdı.

Bir il keçdi və növbəti Aşura günü gəlib çatdı. Şiələr yenə adəti üzrə həmin yerə toplaşdılar. Mən də ora gedib dedim: “Əbu Bəkrin məhəbbəti xatirinə bir dinar istəyirəm”. Camaatın içindən bir cavan mənə tərəf gəlib dedi:“İşimizi bitirənədək otur gözlə”. Mən də oturub gözləməyə başladım. Məclis qurtardı və həmin cavan çölə çıxıb əlimdən tutaraq, məni həmin evinə apardı. Məni evə salıb qarşıma yemək qoydu.

Yeməyimizi yeyib qurtarandan sonra, cavan qalxıb evdəki bir otağın qapısını açdı və ağlamağa başladı. Mən qalxıb bu cavanın nəyə ağladığına baxmaq istədim. Bu zaman otaqda (iplə və ya zəncirlə) bağlanmış bir meymun gördüm. Oğlandan nə məsələ olduğunu soruşduqda, o, daha da möhkəm ağlamağa başladı. Onu sakitləşdirməyə çalışdım, sakitləşdi. Ona dedim: “Səni and verirəm Allaha, niyə ağladığını mənə de”. Oğlan dedi: “Əgər sənə deyəcəyim şeyi Mədinə camaatından heç kəsə deməyəcəyinə and içsən, deyərəm”. Mən də and içdim. Oğlan dedi: “Keçən il Aşura günü Abbasın türbəsində olduğumuz vaxt bir nəfər yanımıza gəlib bizdən Əbu Bəkrin məhəbbətinə xatir bir şey istədi. On iki imam şiələrinin böyüklərindən olan atam ona yaxınlaşıb, “işimizi qurtarana kimi gözlə”, - dedi. Məclis qurtarandan sonra atam o kişini evə gətirib iki qulu onun üstünə saldı və onu döydürdü. Sonra da dilinin kəsməyi əmr etdi. Sonra onu buraxdı, ondan sonra o kişidən xəbər almadıq. Həmin gün gecə oldu və hamımız yatdıq. Birdən atam elə yüksək səslə bağırdı ki, hamımız onun çığırığına oyandıq. Bir də gördük ki, atam meymuna dönüb. Biz ondan qorxduq və onu bu otağa salıb, bağladıq. Camaata da onun öldüyünü dedik. Halbuki gecə-gündüz ona ağlayırıq”.

Ona dedim: “Atanın dilini kəsdiyi adamı görsən tanıyarsan?”.

Dedi: “Yox, vallah”.

Dedim: “Allaha and olsun ki, o adam mənəm. Atanın dilini kəsdirdiyi adam mənəm.” Bunu deyib əhvalatı ona danışdım. Məsələni biləndən sonra oğlan əl-ayağıma düşüb başımı və əlimi öpməyə başladı. Sonra mənə bir paltar və bir dinar verib, Allahın dilimi necə qaytardığını soruşdum. Mən də hadisəni ona danışıb oradan ayrıldım.

Tərcüməçinin qeydləri:

1. Maraqlıdır, bir ildə bir insanın üzü nə qədər dəyişə bilər ki, bir il sonra onu tanımaq mümkün olmasın?

2. Əgər müəllifin uydurduğu kimi “meymuna dönən” şəxs şiələrin nüfuzlu şəxslərindən idisə və “meymuna döndükdən” sonra ailə üzvləri (abırları getməsin deyə) camaata yalandan onun öldüyünü demişdilərsə, bəs qəbrə kimi qoymuşdular? İnsanlar ölən adamı yumalı, qəbrə qoyarkən üzünü açmalı, ümumiyyətlə dəfn prosesində onun üzünü görməli idilər. Bəs “meymuna dönən” şiənin ailə üzvləri bu vəziyyətdən necə çıxmışdılar? (qeydin sonu)

Bəlkə də ancaq təəssübkeş və ağıldankəm adamlar bu cür yalan və uydurmalarla öz çirkin hədəflərinə çata biləcəklərini düşünə bilərlər, yoxsa hansı ağlı başında olan normal adam hər şeydən qabaq öz ixtiraçısını ifşa edən və onun naqis təxəyyülünü və düşük zövqünü ortaya qoyan bu uydurmanı təsdiq edər?!

Yaxşı olardı ki, Safuri bu uydurma hekayəni öz kitabına yazmazdan qabaq biraz düşünəydi. Sadə camaatın dini hisslərindən sui-istifadə etmək və ürəklərində başqa məzhəblərə qarşı kin-nifrət yaratmaq məqsədi ilə uydurulan bu nağıla inanıb onu öz kitabında nəql etməsi, hər şeydən qabaq Safurinin sadəlövhlüyünü göstərir.

Biz həzrət Musanın dövründən ta bugünə kimi nə qədər böyük günahın sahibi olursa olsun, kiminsə meymuna döndüyünü eşitməmişik. İçində yaşadığımız bu dünya cinayətkar, qaniçən və terrorçularla doludur. Amma hələ ki, onlardan hansısa birinin meymuna və ya donuza döndüyünü görməmişik. Bəs necə olur ki, bu qədər adamın içindən ancaq o “böyük şiə” (hansı ki, kimliyi məchuldur və əsla var olmamışdır) meyumuna dönür?! Ancaq bir adamı döydürüb dilini kəsdirən bu bədbəxtin nə taleyi var imiş kimi meymuna dönübmüş?!

Allah ağlımızı-düşüncəmizi əlimizdən almasın.

Başqa bir uydurma

Şeyx İbrahim Əl-Ubeydi Əl-Maliki “Umdətut-təhqiq” kitabında dayısı Şeyx Üya Əl-Malikidən belə nəql edir:

انّ الرافضي إذا أشرف على الموت يقلّب اللّه صورة وجهه وجه خنزير فلا يموت إلاّ إذا مسخ وجهُه وجهَ خنزير، ويكون ذلك للأُمّة على انّه مات على الرفض، فيستبشرون بذلك الروافض، وإن لم يقلب وجهه عند الموت يحزنون ويقولون انّه مات سنيّاً.

Rafizi ölüm ayağında olan vaxt Allah onun üzünü donuz üzünə çevirir. Rafizi yalnız üzü donuz üzünə çevriləndə olur. Bununla insanlar onun rafizilik etiqadı üzərə öldüyünü başa düşürlər. Bundan sonra onun ölümünə görə sevinirlər. Əgər şəxs öləndə üzü donuz üzünə çevrilmirsə, onda kədərlənir; onun sünni kimi oldüyünü başa düşürlər. (“Ümdətüt-təhqiq”: səh.227).

Uydurmanın kvadratı

Əl-Curdani “Misbahuz-zalam” kitabında (2/57, hədis: 362) bu iftiraya “praktik nümunə” göstərərək yazır:

لما مات ابن منير: خرج جماعة من شُبّان حلب يتفرجون، فقال بعضهم لبعض: قد سمعنا انّه لا يموت أحد ممّن كان يسبُّ أبا بكر وعمر إلاّ ويمسخه اللّه تعالى في قبره خنزيراً، ولا شكّ انّ ابن منير كان يسبُّهما، فأجمعوا رأيهم على المضي إلى قبره، فمضوا ونبشوه فوجدوا صورته خنزيراً ووجهه منحرفاً عن جهة القبلة إلى جهة الشمال، فأخرجوه من قبره ليشاهده الناس،ثمّ بدا لهم أن يحرقوه فأحرقوه بالنار، واعادوه في قبره، وردوا عليه التراب وانصرفوا.

İbn Minbər (böyük şairlərdəndir) öləndə Hələbin bir qrup cavanı sevinərək küçəyə çıxdılar və bir bir-birlərinə belə dedilər: “Əbu Bəkr və Öməri söyən adamların öldükdən sonra qəblərində donuza çevrildiyini eşitmişik. Şübhə yox ki, İbn Minbər də onları söyərdi”. Bunu deyib hamılıqla İbn Minbərin qəbrinə getməyi qərara alırlar. Gedib qəbri açırlar. İbn Minbərin üzünün donuz üzünə çevrildiyini və qiblə tərəfə deyil, qiblənin əks tərəfinə olduğunu görürlər. Camaatın görsün deyə onu qəbrdən çıxarırlar. Sonra cəsədi yandırmaq qərarına gəlirlər və yandırırlar. Sonra onu qəbrinə qoyub üstünü torpaqla örtür və geri dönürlər.

Biz bu xurafatlara heç bir şərh vermir və hökmü möhtərəm oxucunun ixtiyarına buraxırırq.

Ayətullah Cəfər Sübhani

313news.net

Рейтинг

В этом разделе