Şiələrin qətli barədə İbn Teymiyyənin fətvası

»»

Şiələrin qətli barədə İbn Teymiyyənin fətvası

Təkfirin atası, müasir İŞİD, Əl-Qaidə və s. kimi terror təşkilatlarının baş ideoloqu və ilham mənbəyi İbn Teymiyyənin fətvalarının toplandığı “Məcmuu-fətava” kitabında belə deyilir:

وكذلك الخروج والمروق يتناول كل من كان في معنى أولئك ويجب قتالهم بأمر النبي صلى الله عليه وسلم كما وجب قتال أولئك. وإن كان الخروج عن الدين والإسلام أنواعاً مختلفة وقد بينا أن خروج الرافضة ومروقهم أعظم بكثير.

فأما قتل الواحد المقدور عليه من الخوارج؛ كالحرورية والرافضة ونحوهم: فهذا فيه قولان للفقهاء هما روايتان عن الإمام أحمد. والصحيح أنه يجوز قتل الواحد منهم؛ كالداعية إلى مذهبه ونحو ذلك ممن فيه فساد. فإن النبي صلى الله عليه وسلم قال: {أينما لقيتموهم فاقتلوهم} وقال: {لئن أدركتهم لأقتلنهم قتل عاد} وقال عمر لصبيغ بن عسل: لو وجدتك محلوقاً لضربت الذي فيه عيناك. ولأن علي بن أبي طالب طلب أن يقتل عبد الله بن سبأ أول الرافضة حتى هرب منه. ولأن هؤلاء من أعظم المفسدين في الأرض فإذا لم يندفع فسادهم إلا بالقتل قتلوا

“Dindən çıxanlarla vuruşmaq vacibdir. Daha öncə bəyan etdiyimiz kimi, rafizilərin dindən çıxmaları [digər firqələrinkindindən] çox-çox böyükdür.

Xəvaric firqələrindən – məsələn, həruriyyə kimi –, yaxud rafizilər və s. bu kimi firqələrdən olan tək şəxsin öldürülməsi məsələsinə gəlincə, fəqihlərin bu məsələ barəsində iki nəzəri vardır və bu nəzərlər İmam Əhməddən nəql olunmuşdur. Doğru nəzər budur ki, bu firqələrdən – öz məzhəbinə dəvət edən, yaxud digər bunun kimi bir fəsada sahib olan tək şəxsləri öldürmək olar. Çünki Peyğəmbər belə buyurub: “Onları harada görsəniz, öldürün”. Həmçinin buyurub: “Əgər onları tutsam, onları qətlə yetirəcəyəm”. Həmçinin Ömər Səbiğ ibn Əsələ belə deyib: “Əgər səni başıqırxılı görsəm, başını kəsəcəyəm”. Həmçinin Əli ibn Əbu Talib ilk rafizi olan Abdullah ibn Səbəni öldürmək istəmiş, lakin o, qaçıb canını qurtarmışdı. Həmçinin ona görə öldürmək olar ki, bu firqələrin nümayəndələri yer üzündəki ən fəsadcıl insanlardırlar. Əgər onların fəsadı ancaq öldürülməklə aradan qalxırsa, öldürülməlidirlər”.

 

Şeyxul-İslam İbn Teymiyyə əl-Hərrani, “Məcmuu-fətava”, c.28, səh.499-500 [Qurani-Kərimin nəşri üzrə Kral Fəhd adına Kompleks, Səudiyyə Ərəbistanı, 1425/2004]

Milli sələfilər (vəhhabilər) çox vaxt deyir ki, rafizi deyəndə Azərbaycandakı şiələr nəzərdə tutulmur, burdakıların çoxu şiədir və sair. Gəlin görək həqiqət nədən ibarətdir? Əhli-sünnənin ən böyük alimlərindən biri olan, "Səhihül-Buxari"nin ən məşhur şərhinin sahibi İbn Həcər əl-Əsqəlani yazır:

والتشيع محبة على وتقديمه على الصحابة فمن قدمه على أبى بكر وعمر فهو غال في تشيعه ويطلق عليه رافضي

Şiəlik Əlini sevmək və onu (Əbu Bəkr və Ömər istisna olmaqla) digər səhabələrdən üstün tutmaqdır. Hər kim onu Əbu Bəkr və Ömərdən üstün hesab etsə, şiəlikdə ifrata varmışdır və ona rafizi deyilir.

İbn Həcər əl-Əsqəlani əş-Şafei, Hadius-sari müqəddimətu Fəthul-bari, səh.460 [Beyrut: Dar ihyaut-turasil-ərəbi; 1-ci çap, 1408 h.q.]

Sual veririk: Azərbaycanda və dünyada hansı şiə Hz.Əlini (ə) Əbu Bəkr və Ömərdən üstün tutmur ki? Demək ki, sələfilər (vəhhabilər) rafizi deyəndə məhz Əhli-beyt (ə) məktəbinin bütün ardıcıllarını nəzərdə tuturlar. İkincisi, hər bir müsəlaman doğru bildiyi əqidəyə dostunu, yoldaşını, qohum-əqrabasını dəvət edir. Bu onsuz da hər bir müsəlmanın sadə həyat tərzidir. Ona görə də bu gün dünyada şiələrin qətlinə fərman vermək çox asan məsələdir. İbn Teymiyyə və onun ardıcıllarının fətvalarını göstərmək kifayət edir ki, milyonlarla şiənin qanını su yerinə axıtsınlar.

Allah-Taala xalqımızı, ümmətimizi bu cür ekstremist etiqadlardan və bu etiqadların davamçılarından qorusun!

Рейтинг

В этом разделе