Sələfi (vəhhabi) alimi Əbdüləvvəl ibn Həmmad əl-Ənsari yazır:
وسمعته يقول: "حدَثت حادثة في الجامعة الإسلامية وهو أنّ شخصًا كلما ذكر النبي صلى الله عليه وسلم قال: وآله. فسمعه مدرِّس فذكر للشيخ ابن باز أنّ هذا الشخص شيعي، فقال ابن باز: إن هذا الشخص هو المصيب".
Onun (Şeyx Həmmadın) belə dediyini eşitdim: İslam Universitetində belə bir hadisə baş vermişdi: bir nəfər nə vaxt Peyğəmbərə salavat deyirdisə, “və alihi” də deyirdi. Bir müəllim onun belə dediyini eşidib, Şeyx İbn Bazın yanına getdi və “bu adam şiədir”, - dedi. İbn Baz dedi: “Haqlı olan məhz bu adamdır”.
Əbdüləvvəl ibn Həmmad əl-Ənsari, əl-Məcmu fi tərcüməti əl-əllamə əl-mühəddis əş-şeyx Həmmad ibn Muhəmməd əl-Ənsari, c.2, s.603; çap: Səudiyyə Ərəbistanı, 1422/2002
Görün vəziyyət nə yerdədir ki, vəhhabilər arasında Peyğəmbərin (s) ailəsinə salavat göndərmək şiəlik hesab edilir. Görəsən hal-hazırda Peyğəmbərə (s) salavat göndərərkən "sallallahu əleyhi və səlləm" deyən sələfilər (vəhhabilər) öz şeyxləri olan İbn Baz haqqında nə deyəcəklər? Bəlkə inadı buraxıb haqq olandan yapışasınız? Bu işi məhz şiələr etdiyinə görə tərk etmək hansı məntiqə sığar? (Sələfi şeyxi əl-Fauzanın çıxışına bax: https://www.youtube.com/watch?v=7J6TfTHeLJQ) Şiələr Quran oxuyur, siz oxumayın! Şiələr namaz qılır, siz qılmayın! Şiələr Allaha inanır, siz inanmayın!