Sələfi (vəhhabi) şeyxi İbn Useyminin “evlərinizi qəbiristanlığa çevirməyin” hədisi qarşısındakı çaşqınlığı

»»

Sələfi (vəhhabi) şeyxi İbn Useyminin “evlərinizi qəbiristanlığa çevirməyin” hədisi qarşısındakı çaşqınlığı

XX əsr sələfi (vəhhabi) alimləri arasında ən öndəgedənlərdən olan İbn Useyminin fətvalarının toplandığı kitabda yazılır:

وسئل فضيلة الشيخ : عن المراد بقول النبي ، صلى الله عليه وسلم : "لا تجعلوا بيوتكم قبوراً"؟ .

فأجاب بقوله : اختلف في المعنى المراد بقول النبي ، صلى الله عليه وسلم : "لا تجعلوا بيوتكم قبوراً" على قولين:

القول الأول : أن المعنى لا تدفنوا فيها موتاكم وهذا ظاهر اللفظ ، ولكنه أورد على ذلك دفن النبي ، صلى الله عليه وسلم ، في بيته . وأجيب بأنه من خصائصه .

القول الثاني: أن المعنى لا تجعلوا البيوت مثل المقابر لا تصلون فيها ؛ لأنه من المتقرر عندهم أن المقابر لا يصلى فيها ، ويؤيده ما جاء في بعض الطرق "اجعلوا من صلاتكم في بيوتكم ، ولا تجعلوها قبوراً" .

وكلا المعنيين صحيح فإن الدفن في البيوت وسيلة إلى الشرك


Möhtərəm Şeyxə sual verildi: Peyğəmbərin buyurduğu “evlərinizi qəbiristanlığa çevirməyin” sözünün mənası nədir?

Belə cavab verdi: Peyğəmbərin bu sözlə nəyi nəzərdə tutması barədə iki ehtimal deyilmişdir:

Birinci ehtimal: Cümlənin mənası budur ki, “Ölülərinizi evlərinizdə basdırmayın”. Cümlənin zahirindən də məhz bu başa düşülür. Amma bu ehtimala belə irad tutmuşlar ki, elə Peyğəmbər özü öz evində dəfn edilmişdir. Bu irada isə belə cavab verilmişdir ki, bu, ancaq Peyğəmbərə məxsus bir işdir (yəni, Peyğəmbər evində basdırıla bilər, digərləri yox).

İkinci ehtimal: Cümlənin mənası budur ki, “Evlərinizi qəbiristanlıq kimi namaz qılınmayan bir məkana çevirməyin”. Belə ki, qəbiristanlıqda namaz qılınmaz. Bu ehtimalı aşağıdakı hədis də dəstəkləyir: “Namazlarınızın bəzisini evlərinizdə qılın, evlərinizi qəbiristanlığa çevirməyin”.

Hər iki məna doğrudur. Ölünün evdə basdırılması şirkə səbəb olur.

 

Fotoşəkil: Muhəmməd ibn Saleh əl-Useymin, “Məcmuu-fətava və rəsail fəziləuş-şeyx Muhəmməd ibn Saleh əl-Useymin”, c.2, s.235; "Darul-vətən", ər-Riyad, 1413; təhqiq: Fəhd ibn Nasir ibn İbrahim əs-Suleyman

İbn əl-Useymin Hz.Peyğəmbərin (s) öz evində dəfn edilməsinə əcaib də olsa “izah” gətirsə də, Əbu Bəkr və Ömərin də həmin evdə dəfn edildiyini unutmuşdur. Elədirsə, Əbu Bəkr və Ömərin evin içində dəfn edilmələri şirkdir?

Рейтинг

В этом разделе