Sələfilərə (vəhhabilərə) görə əşərilərin məzhəbi yəhudilərə, müşriklərə və sabiilərə dayanır!

»»

Sələfilərə (vəhhabilərə) görə əşərilərin məzhəbi yəhudilərə, müşriklərə və sabiilərə dayanır!

Sələfi (vəhhabi) alimlərinin özlərinin də etiraf etdiklərinə görə, bu gün İslam aləmi içərisində əhli-sünnənin dörd məzhəb ardıcıllarının əksəriyyəti Əşərinin əqidəsindədirlər (Bax!). Bununla belə, onlar Əşəri və onun ardıcıllarını təkfir etməkdən çəkinmirlər (Bax!). Bu dəfə sizin diqqətinizə növbəti bir ittihamı çatdırmaq istəyirik. Sitat gətirəcəyimiz kitabın müəllifi Əbu Yusuf əl-Fərrac kitabda Muhəmməd ibn Əbdül-Vəhhabın dövründən Əbdül-Əziz ibn Bazın dövrünə qədər yaşamış vəhhabi Nəcd alimlərinin fətvalarını bir yerə toplamışdır:

ومذهبُ التعطيلِ مأخوذ من تلامذة اليهود والمشركين وضُلّال الصابئين. وأول من حُفظ عنه مقالة التعطيل في الإسلام هو الجعد بن درهم في أوائل المئة الثانية، وأخذ هذا المذهب الخبيث عنه الجهم بن صفوان وأظهره، وإليه نُسبت الجهميّة، ثم انتقل هذا المذهب إلى المعتزلة والأشاعرة، وهذه أسانيد مذهبهم ترجعُ إلى اليهود والصابئين والمشركين والفلاسفة، وهم في هذا التعطيل متفاوتون.

"Tətil əqidəsi yəhudilərin, müşriklərin və azğın sabiilərin tələbələrindən götürülmədir. İslam tarixində bu əqidəni ilk dəfə dilə gətirmiş şəxs (hicri tarixi ilə) ikinci yüzilliydə yaşamış Cəd ibn Dirhəmdir. Sonradan “cəhmiyyə” firqəsinin banisi Cəhm ibn Səfvan bu xəbis əqidəni ondan götürərək, məşhur etmişdir. Sonra da sözügedən əqidə mötəzilə və əşəri məzhəblərinə keçmişdir.

Bu şəxslərin (yəni, cəhmilərin, mötəzililərin və əşərilərin) məzhəblərinin əsasları yəhudilərə, sabiilərə, müşriklərə və filosoflara qayıdır. Onlar bu tətil əqidəsində müxtəlif (bir-birlərindən bir qədər fərqli) baxışa sahibdirlər."

 

Fotoşəkil: Əbu Yusuf Midhət ibn əl-Həsən əl-Fərrac, “Fətaval-əimmətin-nəcdiyyə havlə qadayal-əimmətil-masiriyyə”, c.1, s.514 ["Darur-Rüşd" - Səudiyyə Ərəbistanı, 1428 h//2007 m]

Halbuki, Əşəri və onun əqidəsinə tabe olan əhli-sünnə alimləri cəhmiləri ciddi şəkildə tənqid etmişdirlər. Vəhhabilər isə iddia edir ki, Əşəri və davamçıları bu əqidəni cəhmilərdən götürmüşlər.

Рейтинг

В этом разделе