Sələfi (vəhhabi) alimi Salih əl-Fauzan müsəlman dünyasının əksər hissəsini küfrdə ittiham edir

»»

Sələfi (vəhhabi) alimi Salih əl-Fauzan müsəlman dünyasının əksər hissəsini küfrdə ittiham edir

Saleh ibn Fauzan əl-Fauzan deyir:

ونصوص الصفات من المحكم لا من المتشابه، يقرؤها المسلمون ويتدارسونها، ويفهمون معناها ولا ينكرون منها شيئا. قال وكيع: "أدركنا الأعمش وسفيان يحدثون بهذه الأحاديث [يعني: أحاديث الصفات] ولا ينكرونها ... " انتهى.

وإنما ينكرها المبتدعة من الجهمية والمعتزلة والأشاعرة، الذين ساروا على منهج مشركي قريش، الذين يكفرون بالرحمن، ويلحدون في أسماء الله، وقد قالتعالى: {وَلِلَّهِ الأسْمَاءُ الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ}؛ فأثبت لنفسه الأسماء الحسنى، وأمر أن يُدعى بها، وكيف يُدعى بما لا يسمى به ولا يفهم معناه على زعم هؤلاء؟! وتوعد الذين يلحدون في أسمائه فينفونها عنه أو يؤولونها عن معانيها الصحيحة؛ بأنه سيجزيهم على عملهم بالعقاب والعذاب؛ كما وصفهم بالكفر في قوله تعالى: {وَهُمْ يَكْفُرُونَ بِالرَّحْمَنِ}

Xəbəri-sifətlərlə bağlı mətnlər mütəşabeh deyillər, möhkəmdirlər. Müsəlmanlar onları oxuyur və öyrənirlər. Onların mənalarını başa düşür və onlardan heç birini inkar etmilər. Vəki deyir: “Biz Aməşla Süfyanı gördük ki, bu hədisləri [yəni: xəbəri-sifətlərlə bağlı hədisləri] nəql edirdilər və onları inkar etmirdilər...” Vəkinin sözü bitdi.

Xəbəri-sifətlərlə bağlı mətnləri məhz cəhmilər, mötəzililər və əşərilərdən ibarət olan bidət əhli inkar edir. Hansılar ki, Rəhmanı inkar edib Allahın sifətləri barədə doğru yoldan sapan Qüreyş müşriklərinin yolu ilə getmişlər! Allahu-təala demişdir: “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində doğru yoldan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!” (Əraf surəsi, 180) Allah (bu ayədə) ən gözəl adları Özü üçün sabit etmişdir. Və əmr etmişdir ki, Onu bu adlarla çağırsınlar. Əgər belədirsə, o zaman adlanmadığı və bunların iddialarına əsasən, mənası başa düşülməyən şeylərlə necə çağırıla bilər?1 Allah Öz adları barədə doğru yoldan sapıb bu adları Allahdan uzaqlaşdıranlara və ya onları öz səhih mənalarından (başqa) mənalara təvil edənlərə belə vədə vermişdir ki, etdikləri əmələ görə onlara cəza və əzab verəcək. Həmçinin, bu ayəsində onları “kafir” (inkar edən) kimi vəsf etmişdir: “Onlar Rəhmanı inkar edirlər (Rəhmana küfr edirlər)”, (Rəd surəsi, 30)

________________________________________

1 Yəni, bunlar deyirlər ki, xəbəri sifətlər Allah barəsində öz həqiqi mənasında sabit ola bilməz. Məsələn, əgər rəvayətdə və ya ayədə Allaha “əl” nisbət verilibsə, o zaman bu ya inkar olunmalıdır, ya təvil olunmalıdır və yaxud da (bəzilərinin əqidəsinə görə) barəsində bir fikir irəli sürülməməlidir. Halbuki, bu necə ola bilər? Bu sifətlər ayə və rəvayətlərdə gəlib. Əgər gəlibsə, deməli, 1)Allah bunlarla adlandırılmalıdır; 2)Bunların mənaları başa düşüləndir. Elə isə bunları Allaha nisbət vermək olar və Allahı bunlarla çağırmaq olar.

 

Fotoşəkil: Saleh ibn Fauzan əl-Fauzan, əl-İrşad ilə sahih əl-itiqad, səh. 108-109;

Deməli, əl-Fauzan ümmətin yarısından çoxunu Qüreyş müşrikləri ilə bir tutur, onları xəbəri-sifətləri təvil etdikləri üçün kafir Qüreyş müşriklərinin yolunda hesab edir. Üstəlik hələ bir eyhamla onların bu işlərinin “küfr” olduğunu da bildirir.

Рейтинг

В этом разделе