Sələfi (vəhhabi) alimi İbn Useyminin Hz.Əli (ə.s) və Hz.Fatimə (s.ə) barədə nalayiq sözləri!

»»

Sələfi (vəhhabi) alimi İbn Useyminin Hz.Əli (ə.s) və Hz.Fatimə (s.ə) barədə nalayiq sözləri!

Bu sətirləri oxuyan əziz oxucularımızdan hisslərini cilovlamağı xahiş edirik. Çünki az sonra nasibiliyin, Əhli-beyt (ə) düşmənçiliyinin müasir dövrdə aşkar nümunəsini görəcəksiniz.

Sələfi (vəhhabi) alimi İbn Useymin  “Səhih Müslim”ə verdiyi şərhində deyir:

نسأل الله أن يعفو عنها, وإلا فأبو بكر رضي الله عنه ما استند إلى رأي, وإنما إلى نص, وكان عليها أن تقبل قول النبي صلى الله عليه وسلم: (لا نورث ما تركناه صدقة) ولكن كما قلت لكم قبل قليل: عند المخاصمة لا يبقى للإنسان عقل يدرك به ما يقول أو ما يفعل, أو ما هو الصواب فيه, فنسأل الله أن يعفو عنها, وعن هجرها خليفة رسول الله صلى الله عليه وسلم.

وما فعله علي أمر عجيب, ولا يمكن أن نخطئ الصحابة رضي الله عنهم في بيعة أبي بكر, ونصوب علي بن أبي طالب فيما رآه, لأن ما رآه علي رضي الله عنه مخالف لظاهر ما جاءت به السنة.

Allahdan istəyirik ki, Fatiməni əfv etsin. Çünki, Əbu Bəkr şəxsi bir fikirə əsaslanmamışdı, Əbu Bəkr məhz (şəri) nəssə əsaslanmışdı. Gərək Fatimə Peyğəmbərin “bir irs qoymuruq, nə qoyuruqsa sədəqədir” sözünü qəbul edəydi. Lakin, az öncə də sizə dediyim kimi, mübahisə zamanı insanın nə dediyini və nə etdiyini, yaxud nəyin doğru olduğunu biləcəyi bir ağlı qalmır! Allahdan istəyirik ki, Fatiməni; onun Allah Rəsulunun xəlifəsindən küsüb onu danışdırmamasını bağışlasın.

Əlinin etdiyi iş isə qəribədir. Biz səhabələrin Əbu Bəkrə beyət etmələrini səhv bilib, Əli ibn Əbu Talibin şəxsi rəyini düz hesab edə bilmərik. Çünki Əlinin gəldiyi rəy sünnənin zahirinə müxalif (zidd) idi.

 

Fotoşəkil: Muhəmməd ibn Saleh əl-Useymin, Şərh Səhih Müslim, c.6, s.74; əl-Məktəbə əl-İslamiyyə, Qahirə, Misir, 1429/2008; təliq: Şeyx İbn Baz; təxric: Şeyx əl-Əlbani

QEYDLƏR:

1) İbn Üseyminə görə, Əbu Bəkr nəssə əsaslanmışdı. Maraqlıdır, görəsən, bu necə “nəss” idi ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) ailəsinin o günədək bu “nəss”dən xəbərləri yox idi? Necə olur ki, Peyğəmbərin irsi kimi sırf Peyğəmbər ailəsi ilə bağlı olan bir məsələni Əbu Bəkr bilir, lakin, o həzrətin irsə məzhər olan dos-doğma qızı bundan xəbərsiz qalır?! Görəsən, irs məsələsi ailə üzvlərinə aid bir məsələ ola-ola, necə olur ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu məsələni öz doğma qızına anlatmır, lakin, bu irs ilə heç bir əlaqəsi olmayan Əbu Bəkrə deyir? “Nə olub sizə, necə mühakimə yürüdürsünüz?”

2) İbn Üseyminə görə Allahın “Təthir” ayəsi ilə pakladığı bir xanım olan, qəzəbi ilə Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) və Allah qəzəblənən həzrət Fatimə (salamullahi əleyha) Əbu Bəkrdən – etdiyi qəsbkarlığa və zülmə görə – incidiyinə və ölənədək onu danışdırmadığına görə günah etmişdir. Üstəlik etdiyi günahdan da tövbə etmədən dünyadan köçmüşdür. Buna görə də Fatimə (əleyhəs-səlam) bağışlanmaq üçün İbn Üseymin kimi soysuzların duasına möhtac olmuşdur.

3) İbn Üseyminə görə həzrət Fatimə – Allaha pənah – ağlını itiribmiş. Buna görə də, nə dediyini, nə etdiyini, nəyin haqq, nəyin batil olduğunu bilməyibmiş. İbn Üseymini qınamırıq. Çünki, İbn Üseymin Ömər ibn əl-Xəttabın məktəbində dərs alıb. İbn Üseymin Peyğəmbər qızına “ağlı başında deyil” – deyir, İbn Useyminin ağası Ömər ibnəl-Xəttab da Peyğəmbərin özünə “ağlı başında deyil” – deyirdi. (“Bu kişi sayıqlayır”.)

4) İbn Üseyminə görə, kimin haqq kimin batil olmasını çoxluq təyin edir. Buna əsasən, İbn Üseyminə görə Harun (əleyhis-səlam) da batil yolda idi – Allaha pənah. Musa (əleyhis-səlam) Rəbbi ilə görüşə getdiyi zaman, Musanın xəlifəsi Harun (əleyhis-səlam) qövmü arasında tək qalmışdı. Qövmü imanın ətrini dadmadığı üçün Musanın (əleyhis-səlam) yoxluğunu fürsət bilib, hənif dindən döndülər, Musanın xəlifəsinə qarşı üsyan edərək az qaldı ki, onu öldürsünlər. “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!” (Əraf, 150). Lakin, İbn Üseymin kimi “Samiri aşiqləri”nin nəzəriyyəsinə əsasən batil tərəf Harun idi. Çünki, çoxluq onun əksinə idi.

5) İbn Üseyminə görə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qardaşı, Mübahilə ayəsinə əsasən, canı, “Harunu”, Təthir ayəsi ilə paklığı bildirilən şəxs -  Əli ibn Əbi Talib (əleyhis-səlam) Peyğəmbər sünnətinə müxalifət edib. İbn Üseymin öz hörümçək toru əqidəsini müdafiə etməkdən ötrü Əli ibn Əbi Talibi (əleyhis-səlam) sünnə müxalifi çıxarmaqdan belə çəkinməmişdir. Əlbəttə, bütün bunlara görə hesab və kitab vardır. İbn Üseymin kimi Əhli-Beyt düşmənləri bu dünyada möhlətdə olsalar da, qiyamət günü Qəhhar olan Allahın hesabından yayına bilməyəcəklər.

Рейтинг

В этом разделе