Sələfi (vəhhabi) alimi İbn Cəbhan: "İmam Cəfər əs-Sadiq masonlar tərəfindən seçilib!!!"

»»

Sələfi (vəhhabi) alimi İbn Cəbhan: "İmam Cəfər əs-Sadiq masonlar tərəfindən seçilib!!!"

Öncəliklə hörmətli oxuculardan az sonra oxuyacağı sözlərə görə üzr istəyirik. Çünki, az sonra görəcəkləri sözlər elə qəbih, elə çirkin və elə mənfurdur ki, bu sözləri ana dilimizə tərcümə etmək və ana dilimizdə oxumaq belə insana xəcalət verir. Peyğəmbər Əhli-Beyti (əleyhimus-səlam) barədə deyilən bu nanəcib iftiraları gördükdə insan dəhşətə qapılmaya bilmir.

Qeyd edək ki, bu iftranın sahibi müasir dövr nasibilərindən olan vəhhabi İbrahim Süleyman ibn əl-Cəbhandır (Allah əzabını şiddətli etsin). O, özünün “Təbdiduz-zəlam və tənbihun-niyam” adlı iftira dolu kitabının 161-ci səhifəsində deyir:

ولا أذيع سراً إذا قلت ان (جعفر بن محمد) كان ألمع نجم وقع اختيار العصابات الماسونية عليه. فقد ثبت أنه أحد العميان الذين كانت شياطين الماسونية تعدهم وتمنيهم بنيل الخلافة. وأن ما أجمعت عليه كتب الشيعة, والمراجع التاريخية ليشير إشارة واضحة إلى أن المذكور هو المؤسس الثاني لعقيدة التشيع بعد عدو الله ابن سبأ اليهودي, وأنه الذي قلب التشيع من فكرة سياسية إلى عقيدة دينية, وأنه بمساعدة هؤلاء الشياطين وتوجيهاتهم قد ركز دعائم هذه الجريمة النكراء, وترك لأتباعه معينا لا ينضب من سمومها الناقعة, وان السرية الشديدة التي كان يفرضها على دعاته وارصاده وحملة مبادئه, وأوامره الصارمة بالتزام التقية والتلون بكل لون تؤكد بما لا يدع مجالاً للشك بأن بين التشيع والماسونية وفاق عجيب.

Əgər mən Cəfər ibn Muhəmmədin [İmam Sadiq (əleyhis-səlam)-ın] mason dəstələrinin seçdikləri ən parlaq ulduz olduğunu desəm, nəsə bir sirr açmış olmaram. Sübuta yetmişdir ki, Cəfər ibn Muhəmməd mason şeytanlarının vəd verib xilafətə çatmaqla ümidləndirdiyi korlardan biri olmuşdur. Şiə kitablarının və tarix mənbələrinin icma etdikləri məlumatlar açıq-aşkar buna işarə edir ki, Allahın düşməni yəhudi İbn Səbadan sonra şiə əqidəsinin ikinci qurucusu məhz bu şəxsdir, məhz bu şəxs şiəliyi siyasi bir fikir olmaqdan çıxarıb dini bir əqidəyə çevirmişdir və məhz bu şəxs bu şeytanların [masonların] yardımları və göstərişləri ilə bu çirkin cinayətin [şiə əqidəsinin] sütunlarını möhkəmlətmişdir, öz ardıcılları üçün öldürücü zəhəri qurumayan bir çeşmə qoyub getmişdir. Onun öz dəvətçilərinə, nəzarətçilərinə və fikirlərinin daşıyıcılarına tapşırdığı şiddətli gizlilik, habelə, təqiyyəyə və hər cür rəngə girməyə daim riayət etməklə bağlı verdiyi ciddi əmrlər şübhəyə yer qoymayacaq şəkildə təsdiq edir ki, şiəlik ilə masonluq arasında qəribə bir həmrəylik və uzlaşma vardır.

 

Fotoşəkil: İbrahim Süleyman ibn əl-Cəbhan, Təbdiduz-zəlam və tənbihun-niyam, səh.161; “Dar əl-Məcmə əl-Aləmi” nəşriyyatı, Ciddə, Səudiyyə Ərəbistanı, hicri 1399-cu il (miladi 1979-cu il).

Bəli, gördüyünüz kimi İbn əl-Cəbhan adlı bu nanəcib nasibi İmam Sadiq (əleyhis-səlam)-ı masonların ən önəmli əlaltısı və işbirlikçisi adlandırmışdır. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Əhli-Beytindən olan və bütün ümmətin onun elmi qarşısında baş əydiyi İmam Sadiq (əleyhis-səlam)-ı “masonların xilafətə çatmaqla ümidləndirdiyi bir kor” deyə vəsf etmişdir. Üstəlik, bununla da kifayətlənməyərək onu xəyali şəxsiyyət olan yəhudi İbn Səba ilə bir tutmuş, ardınca isə İmam Sadiqin (əleyhis-səlam) masonların əmri və yardımı ilə şiəliyi təsis etdiyini bildirərək onun da masonlar kimi gizli şəkildə fəaliyyət göstərdiyini iddia etmişdir!

Allahın əbədi lənəti olsun bu iftiranın sahibinə, onu təsdiq edənlərə və bu iftiranın yayılmasına vəsilə olanlara!

Lakin, onun etdiyi bu açıq-aşkar nasibiliyin və mənfur sözlərin mənfi qarşılanacağını başa düşən Səudiyyə hökumətinin “Elmi Bəhslər, Fətvalar, Dəvət və İrşad İdarələrinin rəhbərliyi” kitabın növbəti çapında cümlələrdə dəyişiklik etmişdir. Belə ki, onlar kitabın 9 il sonra Qahirədə çap olunan üçüncü nüsxəsində (1988-ci il) mənfur cümlələri dəyişdirərək onu fərqli hala salmışlar.

Hərçənd, bu təhrif edilmiş sözlər də çirkinliyinə görə az əvvəl deyilənlərdən geri qalmır. Səudiyyə alimlərinə vacib olan bu kitabın cümlələrini dəyişmək yox, bu kitabı ümumiyyətlə tədavüldən çıxarmaq idi, lakin, bunlar Səud alimləridirlər; onlar üçün mühüm olan haqq deyil, şiəliyi gözdən salmaqdır –  vəsilə hər nə olursa-olsun, təki şiəlik gözdən düşsün. Şübhəsiz ki, Allahu-təala bütün bunlara görə hesab soracaq.

Biz ilk öncə təhrifin nə cür aparıldığını işarələrlə sizlərə göstərəcək, ardınca isə təhrif olunmuş mətni ayrıca təqdim edəcəyik.

Mötərizə içində yaşıl rəngli şriftlə olan cümlələr kitabdan çıxarılmış cümlələr, qırmızı rəngli şriftlə olan cümlələr isə yazıya sonradan əlavə edilmiş cümlələrdir. Diqqət edin:

ولا أذيع سراً إذا قلت ان بعض أئمة الشيعة كانوا من ألمع نجوم التي وقع اختيار العصابات الماسونية عليها. حيث كانت تعدهم وتمنيهم بنيل الخلافة. وانهم هو الذين قلبوا التشيع من فكرة سياسية إلى عقيدة دينية, وأنهم بمساعدة هؤلاء الشياطين وتوجيهاتهم قد ركزوا دعائم هذه الجريمة النكراء, وتركوا لأتباعهم معينا لا ينضب من سمومها الناقعة, وان السرية الشديدة التي كانوا يفرضونها على دعاتهم وارصادهم وحملة تعاليمهم, وأوامرهم الصارمة بالتزام التقية والتلون بكل لون وأن يلبسوا لكل حالة لبوسها لتؤكد بما لا يدع مجالاً للشك بأن بين التشيع والماسونية وفاق عجيب.

Əgər mən [Cəfər ibn Muhəmmədin] bəzi şiə imamlarının mason dəstələrinin seçdikləri ən parlaq ulduzlardan olduğunu desəm, nəsə bir sirr açmış olmaram. [Sübuta yetmişdir ki, Cəfər ibn Muhəmməd] Belə ki, [mason şeytanlarının] mason dəstələri onlara vəd verib onları xilafətə çatmaqla ümidləndirirdilər [vəd verib xilafətə çatmaqla ümidləndirdiyi korlardan biri olmuşdur]. [Şiə kitablarının və tarix mənbələrinin icma etdikləri məlumatlar açıq-aşkar buna işarə edir ki, Allahın düşməni yəhudi İbn Səbadan sonra şiə əqidəsinin ikinci qurucusu məhz bu şəxsdir,] Məhz [bu şəxs] onlar şiəliyi siyasi bir fikir olmaqdan çıxarıb dini bir əqidəyə çevirmiş[dir]lər və məhz [bu şəxs] onlar bu şeytanların yardımları və göstərişləri ilə bu çirkin cinayətin sütunlarını möhkəmlətmiş[dir]lər. Onlar öz ardıcılları üçün öldürücü zəhəri qurumayan bir çeşmə qoyub getmiş[dir]lər. On[un]ların öz dəvətçilərinə, nəzarətçilərinə və [fikirlərinin] təlimlərinin daşıyıcılarına tapşırdı[ğı]qları şiddətli gizlilik, habelə, təqiyyəyə və hər cür rəngə girməyə daim riayət etməklə bağlı, hər bir vəziyyətdə o vəziyyətə uyğun libas geyinməklə bağlı verdi[yi]kləri ciddi əmrlər şübhəyə yer qoymayacaq şəkildə təsdiq edir ki, şiəlik ilə masonluq arasında qəribə bir həmrəylik və uzlaşma vardır.

Başqa sözlə, təhrif edilmiş mətn bu şəkildədir:

Əgər mən bəzi şiə imamlarının mason dəstələrinin seçdikləri ən parlaq ulduzlar olduğunu desəm, nəsə bir sirr açmış olmaram. Belə ki, mason dəstələri onlara vəd verib onları xilafətə çatmaqla ümidləndirirdilər. Məhz onlar şiəliyi siyasi bir fikir olmaqdan çıxarıb dini bir əqidəyə çevirmişlər və məhz onlar bu şeytanların yardımları və göstərişləri ilə bu çirkin cinayətin sütunlarını möhkəmlətmişlər. Onlar öz ardıcılları üçün öldürücü zəhəri qurumayan bir çeşmə qoyub getmişlər. Onların öz dəvətçilərinə, nəzarətçilərinə və təlimlərinin daşıyıcılarına tapşırdıqları  şiddətli gizlilik, habelə, təqiyyəyə və hər cür rəngə girməyə daim riayət etməklə bağlı, hər bir vəziyyətdə o vəziyyətə uyğun libas geyinməklə bağlı verdikləri ciddi əmrlər şübhəyə yer qoymayacaq şəkildə təsdiq edir ki, şiəlik ilə masonluq arasında qəribə bir həmrəylik və uzlaşma vardır.

 

Fotoşəkil: İbrahim Süleyman ibn əl-Cəbhan, Təbdiduz-zəlam və tənbihun-niyam,  səh.161; “Dar əs-Səqifə” nəşriyyatı, Qahirə, Misir, hicri 1408-ci il (miladi 1988-ci il).

Hökm hörmətli oxucunundur.

Kitabın əvvəlində isə yazılır:

“Bu kitab Elmi Bəhslər, Fətvalar, Dəvət və İrşad idarələrinin rəhbərliyinin 1400/7/11 tarixli 5/4411 rəqəmli izni ilə çap olunmuşdur.”

Deməli, bu təhrifi Səudiyyə Ərəbistanının ən nüfuzlu dini qurumlarından biri aparmışdır. 1395-ci ildən 1413-cü ilə kimi isə bu quruma Ədül-Əziz ibn Abdullah ibn Baz (İbn Baz) rəhbərlik etmişdir. Deməli, bu təhrif aparan və üstəlik bu çirkin kitabın nəşrinə icazə verən şəxslərin başında İbn Baz durur.

Рейтинг

В этом разделе