Sələfi alimləri məşhur sələfi debatçısı Adnan Aruru ifşa etdilər

»»

Sələfi alimləri məşhur sələfi debatçısı Adnan Aruru ifşa etdilər

Dövrümüzdə sələfilərin sevərək izlədikləri şəxslərdən biri Adnan Arurdur. Çünki bu şəxs şiələrə qarşı xüsusi nifrəti ilə sayılıb-seçilir, öz aləmində rəddiyyələrlə çıxş edir və sair. Bu şəxs dəfələrlə şiə alimləri tərəfindən ifşa edilib (Video link). Hətta əhli-sünnə alimləri də onun yalançılığını isbat ediblər (Video link). Bir videoda isə özü-özünü ifşa edir (Video link). Hətta məşhur sələfi şeyxi Muhəmməd ibn Saleh əl-Useymin də ona qulaq asmamağı dəstəkləyib (Video link). İndi isə iki sələfi aliminin onun barəsində fikirlərini diqqətiniziə çatdırırıq.

Şeyx Məlihan ibn Mərhəc ibn əl-Fayid əl-Auni özünün “Tamilat fi kitab rifqan əhl əs-sünnə bi-əhl əs-sünnə” adlı kitabında deyir:

- الصنف الثاني : المتلبسين بالسنة الملبسين على أهلها ، وهم أعظم خطرا على أهل السنة ، وأشد فتكا في شبابها من غيرهم .

وعلى رأس هؤلاء في هذا الزمان : (عرعور ، ومغراوي ، ومأربي) - رد الله كيدهم لأهل السنة في نحورهم - فالفتنة بهم أعظم وأخطر بكثير من أهل البدع الواضحين ، وذلك لدعواهم أنهم من أهل السنة السلفيين .

İkinci dəstə: yalandan sünnə adı altında gizlənən və başqalarının yanlış tanıdıqları şəxslər. Onlar əhli-sünnə üçün ən böyük təhlükədirlər. Onlar əhli-sünnə cavanları üçün başqalarından daha çox zərərlidirlər.

Bu zamanda belə şəxslərin başında gələnlər Arur, Məğrabi və Mərabidir. Allah onların əhli-sünnəyə etdikləri hiylələri öz boğazlarına qaytarsın! Onlarla imtahan olunmaq bir çox açıq-aşkar bidət əhli olan kəslərlə imtahan olunmaqdan daha böyük və daha təhlükəlidir. Ona görə ki, bu şəxslər özlərinin sələf (yolunda olan) əhli-sünnədən olduqlarını iddia edirlər.

 

Fotoşəkl:  Məlihan əl-Auni, Təvilatun fil-kitab, səh.7;  Dar əl-Fəlah nəşriyyatı, 2009

Şeyx Əhməd ibn Ömər ibn Salim Bazmul isə yazır:

الشيخ علي عندنا غير مقبول لانه زكى رجالا ليسوا اهلا للتزكيه هاكم امثله:

اولا - يزكي عدنان بن احمد العرعور ويصف مابينه وبين الشيخ ربيع من الردود التي ظهر خلالها ان الرجل فاسد المنهج -اعني العرعور- يقول: هذا ما يحدث بين الاقران انظروا من يقول ان عدنان بن احمد العرعور هو قرين الشيخ ربيع في العلم والفضل ونصرة السنه بل ثبت ان عدنان عرعور هذا قطبي محترق وبضاعته في اوربا وفي امريكا - يعني الغرب - هي نشر فكر سيدقطب ويعاونه في هولندا احمد اسلام اظنه شاميا.

Şeyx Əli (əl-Hələbi) bizim nəzərimizdə məqbul şəxs deyildir. Çünki, o, təmizə çıxarılmağa layiq olmayan bir sıra şəxsləri təmizə çıxarmağa çalışmışdır. Buna nə çox nümunələr var:

Birincisi: O, Adnan ibn Əhməd əl-Aruru təmizə çıxarmağa çalışmışdır. Belə ki, Adnan ilə Şeyx Rəbi arasında baş tutan bəhslər barədə (hansı ki, bu bəhslərdən sonra Adnanın fasid üslublu (əqidəli) bir şəxs olduğu ortaya çıxmışdır) demişdir: “Eyni səviyyəli şəxslər arasında belə şeylər olar.” Görün bu adam nə deyir: Adnan ibn İbrahim Arur elmdə, fəzilətdə və sünnəyə yardımda Şeyx Rəbi ilə eyni səviyyədədir! Halbuki, bizim nəzərimizdə sübuta yetib ki, Adnan Arur yanmış bir qütbidir. Bazarı da Avropada və Amerikada, yəni, qərbdədir. Bu bazar da Seyyid Qütbün fikirlərini yaymaqdan ibarətdir. Hollandiyada ona kömək edən Əhməd Səllamdır. Zənnimcə, o şamlıdır.

Sonra deyir:

فان الشيخ عليا بن حسن بن علي الشامي الاثري يزكي من ليس اهلا للتزكيه -بل يزكي ضلالا عرف ضلالهم مثل عدنان عرعور واحمد السوكجي

Şeyx Əli əl-Hələbi təmizə çıxarılmağa layiq olmayan şəxsləri təmizə çıxarır. Hətta, Adnan Arur və Əhməd əs-Savkəci kimi azğınlıqları aşkar olan azğınları təmizə çıxarmağa çalışır.

 

Fotoşəkil: Əhməd ibn Ömər ibn Salim Bazmul, Siyanə əs-sələfi min vəsvəsəti və təlbisati Əli əl-Hələbi, səh.539

İzah:

Adnan əl-Arur hal-hazırda Suriyada gedən məzhəb müharibəsinin odunu alışdıran ilk və bir nömrəli şəxslərdən biridir. Bu şəxs əslən suriyalı olsa da öz çirkin niyyətləri xatirinə öz doğma vətəninin dünyanın dörd bir yanından gələn terrorçuların əlində qan gölünə çevrilməsinə razı olmuşdur. Təkfirçi quruplar tərəfindən Suriyada öldürülən minlərlə insanın qanında əli olan ən önəmli şəxslərdən biri məhz Adnan əl-Arurdur. O, Suriyada gedən müharibənin ən qızğın vaxtlarında terrorçu quruplaşmalar üçün əsas fətva qaynaqlarından biri olmuşdur və elə indi də bu çirkin fəaliyyətini davam etdirməkdədir. Əgər oxucularımızın xatirindədirsə, bir müddət əvvəl xəbər portallarında bir sələfi şeyxin “əgər şiələrin Məhdisi zühur edərsə, biz Süfyaninin tərəfində olacağıq” dediyi yayılmışdı. Həmin sələfi şeyx də elə Adnan əl-Arurdur.

Bəli, süfyaniçi olan bu nadürüst şəxs Şeyx Məlihanın da dediyi kimi “yalandan sünnə adı altında gizlənən” bir şəxsdir. Bu cür şəxslər özlərinin sünnə əhli olduqlarını iddia etmişlər. Halbuki, elə öz əqidə yoldaşları onlardan bəraət edir, onları “əhli-sünnə” məzhəbi üçün ən böyük təhlükə olduqlarını bildirirlər

Nə əhli-sünnənin, nə şiələrin və nə də sələfilərin özlərinin belə bu şəxsləri qəbul etməməsi və onları özlərindən uzaqlaşdırması buna dəlalət edir ki, həqiqətən də bu şəxslər İslam cəmiyyətindən təcrid olunmağa layiq şəxslərdirlər. Allah bu ümməti onların şərrindən qorusun və Məlihanın da dediyi kimi etdikləri hiylələri öz başlarına qaytarsın.

Рейтинг

В этом разделе