Görəsən Səqəleyn hədisi İmam Zamanın (ə.f) vücuduna dəlalət edirmi?

»»

Görəsən Səqəleyn hədisi İmam Zamanın (ə.f) vücuduna dəlalət edirmi?

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Sual verən: Məsumə Muhəmmədi

Cavab: İmam Zaman (ə.f) ağanın vücudu Quran ayələri, Peyğəmbərin (s), məsum imamların (ə) rəvayətləri və qəti əqli dəlillərlə sabitdir. Növbəti məqalələrdə bu bəhs Quran ayələri və əqli dəlillərlərlə araşdırılacaq inşaallah.

Məsələnin gözəl şəkildə aydınlaşması üçün əhli-sünnənin mötəbər kitablarından rəvayətləri xülasə şəkildə qeyd edəcəyik, sonra bu hədis haqqında onların alimlərinin nəzərlərini araşdıracağıq. Daha sonra isə bu hədisin İmam Zamanın (ə.f) vücuduna necə dəlalət etdiyini bəyan edəcəyik.

Səqəleyn hədisinin mətni

Səqəleyn hədisi əhli-sünnə mənbələrində müxtəlif cümlə və təbirlərlə nəql olunmuşdur. Biz həmin müxtəlif ibarələri elə öz mənbələrindən qeyd edirik.

Əhməd bin Hənbəl özünün “əl-Müsnəd” və “Fəzail əs-səhabə” kitablarında bu hədisi müxtəlif ləfz və ibarələrlə gətirmişdir.

1. تارك فيكم الثقلين، لن يفترقا yəni, sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram, … ayrılmazlar

حدثنا عبد اللَّهِ حدثني أبي حدثنا أَسْوَدُ بن عَامِرٍ أخبرنا أبو إِسْرَائِيلَ يعني إِسْمَاعِيلَ بن أبي إِسْحَاقَ الملائي عن عَطِيةَ عن أبي سَعِيدٍ قال: قال رسول اللَّهِ صلى الله عليه وسلم: اني تَارِكٌ فِيكُمُ الثَّقَلَينِ أَحَدُهُمَا أَكْبَرُ مِنَ الآخَرِ كِتَابُ اللَّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إلى الأَرْضِ وعترتي أَهْلُ بيتي وانهما لَنْ يفْتَرِقَا حتى يرِدَا عَلَىَّ الْحَوْضَ.

Bizə Abdullah rəvayət etdi (və dedi:) mənə atam rəvayət etdi (və dedi:) bizə Əsvəd bin Amir rəvayət etdi (və dedi:) İsmayıl bin Əbi İshaq əl-Məlai bizə Atiyyədən, o da Əbu Səid əl-Xudridən onun belə dediyini rəvayət etdi: Allahın Rəsulu (s) buyurmuşdur: Mən sizin aranızda biri digərindən böyük olan iki qiymətli şey qoyub gedirəm. Biri göydən yerə uzanmış möhkəm bir ip olan Allahın kitabı, ikincisi isə İtrətim, Əhli-beytimdir. Bu iki şey Kövsər hovuzunda mənə yetişənədək bir-birindən ayrılmazlar.

Əhməd bin Hənbəl (vəfatı 241 h), əl-Müsnəd, c.3, səh.14, hədis 11119; Muəssiə Qurtubə, Misir

Əhməd bin Hənbəl (vəfatı 241 h), Fəzail əs-səhabə, c.2, səh.779, Muəssisə ər-Risalə, Beyrut, 1403/1983; təhqiq: Vəsiyyullah Muhəmməd Abbas

2. تارك فيكم خليفتين، لن يتفرقا yəni, sizin aranızda iki xəlifə qoyuram, … ayrılmazlar

حدثنا عبد اللَّهِ حدثني أبي ثنا الأَسْوَدُ بن عَامِرٍ ثنا شَرِيكٌ عَنِ الرُّكَينِ عَنِ الْقَاسِم بن حَسَّانَ عن زَيدِ بن ثَابِتٍ قال: قال رسول اللَّهِ صلى الله عليه وسلم: انى تَارِكٌ فِيكُمْ خَلِيفَتَينِ كِتَابُ اللَّهِ حَبْلٌ مَمْدُودٌ ما بين السَّمَاءِ وَالأَرْضِ أو ما بين السَّمَاءِ إلى الأَرْضِ وعترتي أَهْلُ بيتي وَإِنَّهُمَا لَنْ يتَفَرَّقَا حتى يرِدَا عَلَىَّ الْحَوْضَ.

Bizə Abdullah rəvayət etdi (və dedi:) mənə atam rəvayət etdi (və dedi:) bizə Əsvəd bin Amir rəvayət etdi (və dedi:) Şərik bizə Rukəyndən, o da Qasim bin Həssandan, o da Zeyd bin Sabitdən onun belə dediyini rəvayət etdi: Allahın Rəsulu (s) buyurmuşdur: Mən sizin aranızda (canişin olaraq) iki xəlifə qoyub gedirəm. Biri göydən yerə uzanmış möhkəm bir ip olan Allahın kitabı, digəri isə İtrətim, Əhli-beytimdir. Bu iki şey Kövsər hovuzunda mənə yetişənədək bir-birindən ayrılmazlar.

Əhməd bin Hənbəl (vəfatı 241 h), əl-Müsnəd, c.5, səh.181, hədis 21618; Muəssiə Qurtubə, Misir

Əhməd bin Hənbəl (vəfatı 241 h), Fəzail əs-səhabə, c.2, səh.603, Muəssisə ər-Risalə, Beyrut, 1403/1983; təhqiq: Vəsiyyullah Muhəmməd Abbas

3. تركت فيكم ما ان اخذتم به... الثقلين yəni, sizin aranızda … iki qiymətli şey (səqəleyn) qoyuram ki, əgər onları götürsəniz…

حدثنا عبد اللَّهِ حدثني أبي ثنا بن نُمَيرٍ ثنا عبد الْمَلِكِ بن أبي سُلَيمَانَ عن عَطِيةَ العوفي عن أبي سَعِيدٍ الخدري قال قال رسول اللَّهِ صلى الله عليه وسلم اني قد تَرَكْتُ فِيكُمْ ما ان أَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا بعدي الثَّقَلَينِ أَحَدُهُمَا أَكْبَرُ مِنَ الآخَرِ كِتَابُ اللَّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إلى الأَرْضِ وعترتي أَهْلُ بيتي الا وانهما لَنْ يفْتَرِقَا حتى يرِدَا عَلَىَّ الْحَوْضَ.

Bizə Abdullah rəvayət etdi (və dedi:) mənə atam rəvayət etdi (və dedi:) bizə İbn Numəyr rəvayət etdi (və dedi:) Əbdül-Məlik bin Əbi Suleyman bizə Atiyyə əl-Aufidən, o da Əbu Səid əl-Xudridən onun belə dediyini rəvayət etdi: Allahın Rəsulu (s) buyurmuşdur: Mən sizin aranızda biri digərindən böyük olan iki qiymətli şey qoyub gedirəm. Əgər onları götürsəniz, heç vaxt yolunuzu azmazsınız...

Əhməd bin Hənbəl (vəfatı 241 h), əl-Müsnəd, c.3, səh.59, hədis 11578; Muəssisə Qurtubə, Misir

ət-Tirmizi “Sünən”də və ət-Təbərani “əl-Mucəm əl-kəbir”də bəzi başqa hədisləri də bu ibarələrlə gətirmişlər.

Əbu İsa ət-Tirmizi (vəfatı 279 h), əl-Cami əl-kəbir, c.5, səh.663; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Əhməd Məhəmməd Şakir və başqaları

Süleyman bin Əhməd ət-Təbərani (vəfatı 360 h), əl-Mucəm əl-kəbir, c.5, səh.153; 1404/1983, Mosul; təhqiq: Həmdi bin Əbdül-Məcid əs-Sələfi Məktəbə əz-Zəhra

Bəzi nəqllərdə «ما ان اخذتم به» (əgər onu götürsəniz) cümləsinin yerinə «ما ان تمسكتم به» (əgər ondan yapışsanız) cümləsi gəlmişdir.

4. لن ينقضيا حتي يردا علي الحوض yəni, onlar hovuzda mənə qovuşanadək bir-birindən qabağa keçməzlər…

حدثنا محمد بن الْفَضْلِ السَّقَطِي ثنا سَعِيدُ بن سُلَيمَانَ ح وَحَدَّثَنَا محمد بن عبد اللَّهِ الْحَضْرَمِي وَزَكَرِيا بن يحيى السَّاجِي قَالا ثنا نَصْرُ بن عبد الرحمن الْوَشَّاءُ ثنا زَيدُ بن الْحَسَنِ الأَنْمَاطِي ثنا مَعْرُوفُ بن خَرَّبُوذَ عن أبي الطُّفَيلِ عن حُذَيفَةَ بن أُسَيدٍ الْغِفَارِي أَنّ رَسُولَ اللَّهِ صلى اللَّهُ عليه وسلم قال أَيهَا الناس إني فَرَطٌ لَكُمْ وَارِدُونَ عَلَي الْحَوْضَ حَوْضٌ أَعْرَضُ ما بين صَنْعَاءَ وَبُصْرَى فيه عَدَدُ النُّجُومِ قِدْحانٌ من فِضَّةٍ وَإِنِّي سَائِلُكُمْ حين تَرِدُونَ عَلَي عَنِ الثَّقَلَينِ فَانْظُرُوا كَيفَ تَخْلُفُونِي فِيهِمَا السَّبَبُ الأَكْبَرُ كِتَابُ اللَّهِ عز وجل سَبَبٌ طَرَفُهُ بِيدِ اللَّهِ وَطَرَفُهُ بِأَيدِيكُمْ فاسْتَمْسِكُوا بِهِ وَلا تَضِلُّوا وَلا تُبَدِّلُوا وَعِتْرَتِي أَهْلُ بَيتِي فإنه قد نَبَّأَنِي اللَّطِيفُ الْخَبِيرُ أَنَّهُمَا لَنْ ينْقَضِيا حتى يرِدَا عَلَي الْحَوْضَ.

Hüzeyfə ibn Useyd Ğifari Rəsulullahın (s) belə buyurduğunu nəql edir: Ey camaat!... Onlar mənə qovuşanadək bir-birindən qabağa keçməzlər.

Süleyman bin Əhməd ət-Təbərani (vəfatı 360 h), əl-Mucəm əl-kəbir, c.3, səh.67, hədis 2683; 1404/1983, Mosul; təhqiq: Həmdi bin Əbdül-Məcid əs-Sələfi Məktəbə əz-Zəhra

ət-Təbəraninin başqa sənədi də budur:

حدثنا محمد بن عبد الله الحضرمي وَزَكَرِيا بن يحيى السَّاجي قَالا ثنا نَصْرُ بن عبد الرحمن الْوَشَّاءُ؛ وَحَدَّثَنَا أَحْمَدُ بن الْقَاسِمِ بن مُسَاوِرٍ الْجَوْهَرِي ثنا سَعِيدُ بن سُلَيمَانَ الْوَاسِطِي قَالا ثنا زَيدُ بن الْحَسَنِ الأَنْمَاطِي ثنا مَعْرُوفُ بن خَرَّبُوذَ عن أبي الطُّفَيلِ عن حُذَيفَةَ بن أُسَيدٍ الْغِفَارِي قال:...

Bizə Muhəmməd bin Abdullah əl-Həzrəmi və Zəkəriyya bin Yəhya əs-Saci rəvayət etdilər və dedilər: Bizə Nəsr bin Əbdur-Rəhman əl-Vəşşa rəvayət etdi; Bizə Əhməd bin əl-Qasim bin Musavir əl-Cövhəri rəvayət etdi, bizə Səid bin Süleyman əl-Vasiti rəvayət etdi və dedi: Zeyd bin əl-Həsən əl-Ənmati (ibn Xərrəbuz adı ilə tanınır) bizə Əbu Tufeyldən, o da Hüzeyfə bin Useyd əl-Ğifaridən belə dediyini rəvayət etdi: ...

Süleyman bin Əhməd ət-Təbərani (vəfatı 360 h), əl-Mucəm əl-kəbir, c.3, s.180, h.3052; 1404/1983, Mosul; təhqiq: Həmdi bin Əbdül-Məcid əs-Sələfi Məktəbə əz-Zəhra

Əhli-sünnə alimlərinin nəzərində Səqəleyn hədisinin etibarı

Əhli-sünnənin böyükləri bu hədisin xüsusi etibara malik olması fikrindədirlər:

1. Muhəmməd bin İsa ət-Tirmizi

ət-Tirmizi Səqəleyn hədisini Zeyd bin Sabitdən nəql edir və sonda deyir:

هذا حديث حسن غريب.

Bu hədis həsən ğəribdir.

Əbu İsa ət-Tirmizi (vəfatı 279 h), əl-Cami əl-kəbir, c.5, səh.663; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Əhməd Məhəmməd Şakir və başqaları

2. Hakim ən-Nisaburi

Hakim ən-Nisaburi “əl-Müstədrək” kitabında bu hədisi Zeyd ibn Ərqəmdən nəql edəndən sonra deyir:

هذا حديث صحيح على شرط الشيخين و لم يخرجاه.

Bu hədis Şeyxeynin (əl-Buxari və Müslimin) şərtlərinə görə səhihdir, lakin onlar (öz kitablarında) qeyd etməyiblər.

Hakim ən-Nisaburi(vəfatı 405 h), əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.160, Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1411/1990; təhqiq: Mustafa Əbdül-Qadir Əta

3. İbn Kəsir əd-Dəməşqi

İbn Kəsir öz təfsirində yazır:

وقد ثبت في الصحيح م 2408 أن رسول الله صلى الله عليه وسلم قال في خطبة بغدير خم إن تارك فيكم الثقلين كتاب الله وعترتي وإنهما لم يفترقا حتى يردا علي الحوض.

Səhih Müslimdə 2408 nömrəli hədisdə Peyğəmbərin (s) Qədir Xumda söylədiyi – Sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və itrətim. Onlar Kövsər hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar – hədisi sabit olmuşdur.

İbn Kəsir əd-Dəməşqi (vəfatı 774 h), Təfsir əl-Quran əl-Əzim, c.4, s.114, Dar əl-Fikr, Beyrut, 1401/1980

4. Əbul-Həsən əl-Heysəmi

Hafiz əl-Heysəmi “Məcmə əz-Zəvaid” kitabında “xəlifəteyn” kəlməsi olan hədisi etibarını açıq-aşkar təsdiqləyərək yazır:

رواه أحمد وسنده جيد.

(Bu hədisi) Əhməd (bin Hənbəl) rəvayət etmişdir və sənədi yaxşıdır.

Əbul-Həsən əl-Heysəmi (vəfatı 807 h), Məcmə əz-zəvaid və mənbə əl-fəvaid, c.9, səh.163, Dar ər-Rəyyan lit-Turas/Dar əl-kutub əl-Ərəbi, Qahirə/Beyrut – 1407/1986

Başqa yerdə deyir:

ورجاله ثقات.

(Bu hədisin) raviləri siqa (etibarlı) şəxslərdir.

Əbul-Həsən əl-Heysəmi (vəfatı 807 h), Məcmə əz-zəvaid və mənbə əl-fəvaid, c.1, səh.170, Dar ər-Rəyyan lit-Turas/Dar əl-kutub əl-Ərəbi, Qahirə/Beyrut – 1407/1986

5. Suyuti və Məhəmməd bin Yusif Salehi Şami

Bu iki nəfər Tirmizi ilə Hakimi həsən və səhih bildiyi Səqəleyn hədisini nəql etmiş və onların sözlərini rədd etməmişlər.

وأخرج الترمذي وحسنه والحاكم وصححه عن زيد بن أرقم أن النبي صلى الله عليه وسلم قال (إني تارك فيكم الثقلين كتاب الله وأهل بيتي)

Bu hədisi ət-Tirmizi həsən və əl-Hakim də səhih hesab etməklə Zeyd bin Ərqəmdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər: Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli beytim.

Cəlaluddin əs-Suyuti (vəfatı 911 h), Xəsais əl-kubra, c.2, s.466, Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1405/1985

Muhəmməd bin Yusif əs-Salehi əş-Şami (vəfatı 942 h), Subul əl-huda və ər-rəşad fi sirat xəyr əl-ibad, c.11, s.6; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1414/1994; təhqiq: Adil Əhməd Əbd əl-Məvcud və Əli Muhəmməd Muavvaz

6. Həsən bin Əli Səqqaf

Seyyid Səqqaf əl-Qureyşi yazır:

ورواه الترمذي (5 / 663 برقم 3788) بسند صحيح بلفظ: «إني تارك فيكم ما إن تمسكتم به لن تضلوا بعدي، أحدهما أعظم من الآخر: كتاب الله حبل ممدود من السماء إلى الأرض، وعترتي أهل بيتي، ولن يتفرقا حتى يردا على الحوض، فانظروا كيف تخلفوني فيهما».

Tirmizi bu hədisi (c.5, s.663, h.3788) səhih sənədlə bu ləfzlə rəvayət etmişdir: Mən sizin aranızda bir digərindən daha əzəmətli olan iki şey qoyub gedirəm, əgər məndən sonra onlara sarılsanız, azmazsınız. Biri göydən yerə uzanmış möhkəm bir ip olan Allahın kitabı, digəri isə İtrətim, Əhli-beytimdir. Bu iki şey Kövsər hovuzunda mənə yetişənədək bir-birindən ayrılmazlar. Baxın görün məndən sonra onlarla necə rəftar edəcəksiniz.

Həsən bin Əli əs-Səqqaf əl-Qureyşi, Səhih şərh əl-əqidət ət-Təhaviyyə, s.654; Dar əl-İmam ən-Nəvəvi, Amman, İordaniya, 1416/1995

7. Nasir əd-Din əl-Albani

Hədisdə “Əmir əl-muminin” və “dövrün Buxarisi” adlandırılan əl-Albani (vəfatı 1420 h) də bu hədisi öz “Səhih Cami əs-Səğir” kitabında (2457 nömrəli hədis) qeyd etmiş və onu səhih hesab etmişdir.

Bunlar əhli-sünnə alimlərinin kəlamlarından bəzi nümunələr idi. Biz də bunlarla kifayətlənirik.

Bu hədisin İmam Zamanın (ə.f) vücuduna dəlaləti

Bu rəvayətin çoxlu zərif mətləb və qeydləri mövcuddur. O cümlədən bu hədis İmam Zaman ağanın (ə.f) diri olması və İmamların vücudlarının (ə) qiyamətədək olmasının zərurilik prinsipini sabit edir.

Şiə alimlərinin istidlalı

Təqlid mərcələrindən olan Ayətullah əl-üzma Vəhid Xorasani bu hədis barəsində deyir:

ومن الأدلة النقلية على ضرورة وجوده حديث الثقلين، فإن هذا الحديث المتفق على صحته عند الفريقين يدل على وجود إمام في كل زمان من أهل بيت النبوة (عليهم السلام) إلى يوم القيامة، لا يفترق عن القرآن، ولا يفترق القرآن عنه (لن يفترقا حتى يردا علي الحوض).

İmam Zaman ağanın (ə.f) vücudunun zəruriliyinə dəlalət edən nəqli dəlillərdən biri də Səqəleyn hədisidir. Çünki əhli-sünnə və şiənin səhihliyində ittifaq etdikləri bu hədis Quranın ondan ayrılmadığı, həmçinin onun da Qurandan ayrılmadığı Peyğəmbər (s) Əhli-beytindən olan bir imamın hər zaman və Qiyamətədək vücuduna dəlalət edir.

Ayətullah əl-üzma Vəhid əl-Xorasani (müasir), Minhac əs-salihin, c.1 s.472

Təqlid mərcələrindən biri Ayətullah əl-üzma Safi Gülpayqani “Səqəleyn” hədisindən çıxan 6 nəticəni qeyd edir. Biz onları qısa şəkildə qeyd edirik:

1. Quran və İtrətə (ə) söykənməyin vacibliyi

2. Azğınlıqdan nicat tapmağın yalnız Quran və İtrətə (ə) söykənməklə olan əhatəsi

3. Azğınlıqdan nicat tapmağın şərti Quran və İtrətdir (ə), nəinki onlardan biri

4. Əhli beytin (ə) xəta və səhvdən məsum olması

5. İtrət (ə) Rəsulullahdan (s) sonra ümmətin ən bilikli və alim şəxsləridir

6. Yer üzünün ilahi hüccətdən boş qalmaması

İndi isə 6-cı nəticənin geniş izahına baxaq:

«(السادس) بقاء العترة الهادية إلى يوم القيامة، وعدم خلو الزمان من عالم من أهل البيت تكون أقواله حجة كالكتاب المجيد.»

Səqəleyn hədisindən alınan altıncı nəticə budur ki, hidayet edici İtrət qiyamətədək olmalı və bu aləm, sözləri Qurani-Kərim kimi höccət olan Əhli-beytin (ə) bir üzvündən belə boş qalmamalıdır.

Sonra altıncı nəticəni bu cür istidlal edir:

ويدل على ذلك أمور:
1 - قوله صلى الله عليه وآله «انى تارك فيكم الثقلين» وقوله «انى مخلف فيكم» وقوله «انى تارك فيكم خليفتين» وقوله «انى قد تركت فيكم» وقوله «انى قد خلفت فيكم الثقلين» فإنها تدل على أنه صلى الله عليه وآله ترك في أمته من يكون مرجعا في أمورهم وخليفته عليهم، وهو القرآن والعترة. ومن المعلوم ان احتياج الأمة اليهما ليس مختصا بزمان دون زمان، فلو لم يبق ما ترك في الأمة مدى الدهر لا يصدق عليه أنه ترك فيهم من يكون كذلك، وعليه فلا يصح صدور هذه التعابير والتصريحات منه. والفرق واضح بين أن يكون تاركا ومخلفا في الجميع ما ان تمسكوا به لن يضلوا أو في البعض، وهذه العبارات كلها صريحة في الأول دون الثاني.
2 - قوله صلى الله عليه وآله «ما ان تمسكتم به لن تضلوا» وقوله «ان تمسكتم بهما لن تضلوا» فان نفى الضلال على سبيل التأبيد ان تمسكوا بالثقلين لا يصح الا إذا كان ما يتمسك به باقيا متأبدا.
3 - قوله صلى الله عليه وآله «لن يفترقا حتى يردا علي الحوض» فإنه لو لم يكن في زمن من الأزمنة من هو عدل الكتاب وقرينه لزم افتراق كل منهما عن الاخر،
وهذا ينافي ما هو صريح الحديث من كونهما عدلين وعدم افتراقهما ابدا.
4 - قوله صلى الله عليه وآله «لن ينقضيا حتى يردا علي الحوض» فإنه يدل على دوامهما وعدم انقضائهما ابدا.

Bu rəvayət bir neçə cəhətdən İmam Zaman (ə.f) ağanın müqəddəs vücuduna dəlalət edir:

1. “Sizin aranızda iki dəyərlə şey qoyub gedirəm”, “sizin aranızda xəlifə qoyub gedirəm”, “sizin aranızda iki xəlifə qoyub gedirəm”, “sizin aranızda artıq... qoyub gedirəm gedirəm”, “sizin aranızda iki qiymətli şeyi canişin olaraq qoyub gedirəm” ifadələri Allahın Rəsulunun (ə) ümmətin arasında müəyyən şəxsləri işlərində canişin və mərcə (müraciət olunmalı kəs) olaraq qoyub getməsinə dəlalət edir. İnsanların da onlara ehtiyacları müəyyən bir zamanla xülasələşmir. Nəticədə, o mərcə müəyyən bir zamanda ümmətin arasında olmasa, Peyğəmbərin (s) kəlamı öz təsdiqini tapmayacaq və belə ifadələrin də Peyğəmbər (s) tərəfindən deyilməsi düzgün deyildir.

“Mən sizin aranızda o şeyi qoyub gedirəm ki, o, bütün işlərimdə mənim canişinimdir, məndən sonra ona müraciət edin!” ifadəsilə “mən sizin aranızda o şeyi qoyub gedirəm ki, müəyyən məsələlərdə o mənim canişinimdir və ona müraciət edin!” ifadəsi arasında böyük bir fərq mövcuddur. Yuxarıda deyilən hədis birinci qismdəndir, nəinki ikinci qismdən.

2. Rəsulullahın (s) “ لن تضلوا” (azmayasınız) ifadəsi bu həqiqəti çatdırır ki, əgər “Səqəleyn”ə söykənsəniz heç vaxt yolunuzu azmazsınız. Burdaki “lən” ədatı inkarı əbədiləşdirir. Bu həmişəlik inkar o zaman düz olar ki, söykənəcəyimiz şey (səqəleyn) də əbədi olsun.

3. “لن يفترقا” (heç zaman ayrılmazlar…) ifadəsi bunu çatdırmaq istəyir ki, Quran və Quranın bərabəri olan İtrət (ə) heç zaman bir-birindən ayrılmazlar. Əgər bir zaman Quranın bərabəri olmasa təfriqə yaradar və Quranın bərabəri hesab olunmaz. Bu hədisin mətnilə uyğun deyildir.

4. “لن ينقضيا…” (bir-birindən qabağa keçməzlər) cümləsi də Quran və İtrətin (ə) vücudunun daimi olmasına dəlalət edir.

Ayətullah əl-üzma Lütfullah əs-Safi (müasir), Əman əl-ümmət min əz-zəlal və əl-ixtilaf, s.140, naşir: əl-İlmiyyə, Qum, 1397 h.ş.

Əhli-sünnə alimlərinin istidlalı

Əhli-sünnə alimləri də bu rəvayəti İmam Zaman (ə.f) ağanın vücuduna dəlil gətiriblər. Onlardan bir neçəsinə işarə edirik:

Əhli-sünnət alimlərindən olan əl-Munavi Əllamə Səmhudinin “Cəvahir əl-əqdeyn” kitabından “Səqəleyn” hədisinin bu barədə dəlil olmasını belə nəql edir:

إنَّ ذلك يفهم وجود من يكون أهلاً للتمسك من أهل البيت والعترة الطاهرة في كلِّ زمان وجدوا فيه إلى قيام الساعة حتَّى يتوجَّه الحثُّ المذكور إلى التمسك به، كما أنَّ الكتاب العزيز كذلك، ولهذا كانوا كما سيأتي أمانًا لأهل الأرض، فإذا ذهبوا ذهب أهل الأرض.

Bu hədisdən Qiyamət gününə qədər Əhli-beyt və pak İtrət arasından eynilə Quran kimi sarılmağa layiq olan bir kəsin hər zaman var olacağı başa düşülür. Əks təqdirdə, onlara sarılmağı əmr edən bu hədisin heç bir mənası qalmaz. Elə buna görə də, (sonradan gətirəcəyimiz rəvayətlərə görə) onlar (ə) yer üzünün əmin-amanlıq səbəbidirlər, onlar getsələr, yer üzü məhv olar.

Əbdür-Rəuf əl-Munavi (vəfatı 1031 h), Feyz əl-qədir şərh Cami əs-səğir, c.3, s.13, əl-Məktəbə ət-Tüccariyyə, Misir, 1356 h.

Əhli-sünnə mühəddislərindən olan İbn Həcər əl-Heysəmi bu rəvayəti nəql edəndən sonra İmam Zaman (ə.f) ağanın vücuduna belə istidlal edir:

والحاصل ان الحث وقع على التمسك بالكتاب والسنة وبالعلماء بهما من أهل البيت ويستفاد من مجموع ذلك بقاء الأمور الثلثة إلى قيام الساعة.

Bu hədisdən Quran, sünnə və Rəsulullahın (s) Əhli-beytindən (ə) olub (Quran və sünnənin) hər ikisində alim olanlara sarılmağa təşviq vaqe olmuşdur. Dediklərimizdən bu nəticə çıxır ki, bu üç şey (Quran, sünnə və əhli-beyt) Qiyamətə qədər baqi qalacaqlar.

İbn Həcər əl-Heysəmi (vəfatı 973 h), əs-Səvaiq əl-muhriqə, c.2, s.439; Muəssisə ər-Risalə, beyrut, 1417/1997; təhqiq: Əbdrür-Rəhman bin Abdullah ət-Turki və Kamil Muhəmməd əl-Xərrat

Əhli-beytə (ə) sarılmaq barədə digər rəvayətləri nəql edəndən sonra isə deyir:

وفي أحاديث الحث على التمسك بأهل البيت إشارةٌ إلى عدم انقطاع متأهل منهم للتمسك به إلى يوم القيامة، كما أنَّ الكتاب العزيز كذلك، ولهذا كانوا أماناً لأهل الأرض كما يأتي، ويشهد لذلك الخبر السابق: في كل خلَفٍ من أمتي عدول من أهل بيتي.

Əhli-beytə sarılmağı təşviq edən hədislərdə yer üzünün Qiyamət gününə qədər eynilə Quran kimi sarılmağa layiq Əhli-beytdən olan bir kəsdən heç zaman yoxsul olmayacağına işarə vardır. Elə buna görə də, irəlidə qeyd olunacağı kimi, Əhli-beyt (ə) yer üzü üçün əmin-amanlıq səbəbidirlər. Daha əvvəl qeyd etdiyimiz (Peyğəmbərdən (s) nəql edilən) “Ümmətimin hər nəsli arasında Əhli-beytimdən (ə) adil şəxslər vardır” hədisi də buna şahidlik edir.

İbn Həcər əl-Heysəmi (vəfatı 973 h), əs-Səvaiq əl-muhriqə, c.2, s.442; Muəssisə ər-Risalə, beyrut, 1417/1997; təhqiq: Əbdrür-Rəhman bin Abdullah ət-Turki və Kamil Muhəmməd əl-Xərrat

Ayətullah əl-Bürucerdi (Allah ondan razı olsun) “Cami əhadis əş-şiə” kitabında “Zəxirət əl-mal” kitabının müəllifi Əhməd bin Əbdül-Qadir əl-Əcili əş-Şafeinin bu rəvayət barəsində olan istidlalını belə nəql edir:

وقال العجيلي: وهم الحافظون لكتاب الله وسنة رسوله لا يفارقونهما إلى يوم القيمة لأنه لا بد من قيام الله بحجة منهم ووراثة نبوته وخلافة رسوله فمنهم الظاهر ومنهم المختفى حتى يكون خاتمهم في الوراثة المهدى ولهذا يتقدم على عيسى بن مريم وتقدم ان قطب الأولياء الذي به صلاح العالم لا يكون الا منهم.

Onlar (Allah Rəsulunun (s) itrəti (ə)) Allahın kitabı və Rəsulullahın (s) sünnəsini qoruyanlardır, belə ki, bunlar Qiyamətədək Qurandan ayrılmayacaqlar. Çünki Allah gərək nübüvvətin varisi və Peyğəmbər (s) canişini olan Əhli-beytdən (ə) bir höccət yer üzündə qərarlaşdırsın. Onların bəziləri aşkarda, bəziləri isə gözlərdən pünhandır. Bu varislərin sonuncusu isə Həzrət Mehdidir (ə.f). Elə bu səbəbə görə də o, İsa ibn Məryəmə imamlıq edəcək. Əvvəldə deyildiyi kimi, aləmi islah edən övliyalar qütbü yalnız Əhli-beytdən (ə) olacaqdır.

Hacı Hüseyn Təbatəbai əl-Bürucerdi, (vəfatı 1383 h), Cami əhadis əş-şiə, c.1, s.75, əl-Mətbəə əl-İlmiyyə, Qum, 1399

Nəticə

Birincisi, Səqəleyn hədisini əhli-sünnə alimləri, o cümlədən Müslim ən-Nisaburi, Əhməd bin Hənbəl, ət-Təbərani, əl-Heysəmi və başqaları öz kitablarında qeyd ediblər. Bir çox mühəddislər bu rəvayətin sənədini səhih, hədisin ravilərini müvəssəq və etibarlı hesab ediblər. Nəticədə bu hədis müsəlmanlar arasında mütəvatirdir.

İkincisi, şiə və bəzi əhli-sünnə alimləri açıq-aşkar bəyan ediblər ki, Əhli-beyt (ə) Quranın bərabəridirlər. Quran qiyamətədək olduğu üçün Əhli-beytdən (ə) də gərək qiyamətədək bir nəfər olsun ki, Peyğəmbərin (s) sözü təkzib olunmasın.

 

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

Redaktə: 313news.net

Рейтинг

В этом разделе