Əhli-sünnə imamı İbn Sirin: «Mehdi Əbu Bəkr və Ömərdən üstündür.»

»»

Əhli-sünnə imamı İbn Sirin: «Mehdi Əbu Bəkr və Ömərdən üstündür.»

Bismillahir-Rəhmanir-Rəhim

Muhəmməd ibn Sirin əhli-sünnənin məşhur alimlərindən biridir.

Muhəmməd ibn Sad onun haqqında deyib:

محمد بن سيرين ، يكنى أبا بكر ، مولى أنس بن مالك ، وكان ثقة مأمونا ، عاليا ، رفيعا ، فقيها ، إماما ، كثير العلم ، ورعا

Muhəmməd ibn Sirin – künyəsi Əbu Bəkr idi. O, Ənəs bin Malikin azad etdiyi kölədir və o siqa, əmin olunmuş, çox ali, uca, çox elmli, vəra sahibi fəqih və imamdır.

İbn Sad, Təbəqat əl-kübra, c.9, s.192 (onlayn, 7/193)

 

Fotoşəkil: İbn Sad, Təbəqat əl-kübra, c.9, s.192, r.3905; Məktəbə əl-Xanici, Qahirə, 1421/2001; təhqiq: Əli Muhəmməd Ömər

Kitabı yükləmək üçün: ÜNVAN

Əbu Avanə dedi:

رأيت محمد بن سيرين في السوق ، فما رآه أحد إلا ذكر الله .

Muhəmməd ibn Sirini bazarda gördüm, onu görən şəxs mütləq Allahı xatırlayar.

Əbu Nueym əl-İsfahani, Hilyə əl-əvliya, c.2, s.272 (onlayn)

 

Fotoşəkil: Əbu Nueym əl-İsfahani, Hilyə əl-əvliya, c.2, s.272; Məktəbə əl-Xanici, Qahirə, 1416/1996

Kitabı yükləməl üçün: ÜNVAN

Xətib əl-Bağdadi dedi:

وكان محمد أحد الفقهاء من أهل البصرة، والمذكورين بالورع في وقته

Muhəmməd (ibn Sirin) öz zamanında vəra ilə yad olunan Bəsrə fəqihlərindən biri idi.

əl-Xətib əl-Bağdadi, Tarix Bağdad, c.3, s.273, r.878 (onlayn)

 

Fotoşəkil: əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.15, s.552; Dar əl-Ğərb əl-İslami, 1422/2001; təhqiq: Bəşər Əvəd Maruf

Kitabı yükləmək üçün: ÜNVAN

İbn Teymiyyə yazıb:

ومحمد بن سيرين من أورع الناس في منطقة ومراسيله من أصح المراسيل

Muhəmməd ibn Sirin regionun ən çox vəra sahibi şəxsi idi, onun «Mərasil»i mərasillər arasında ən səhihidir.

İbn Teymiyyə, Minhac əs-sünnə, c.6, s.237 (onlayn)

 

Fotoşəkil: İbn Teymiyyə əl-Harrani, Minhac əs-sünnə ən-nəbəviyyə, c.6, s.237; 1406/1986; təhqiq: Muhəmməd Rəşad Səlim

Kitabı yükləmək üçün: ÜNVAN

Muhəmməd ibn Şirin Mehdinin Əbu Bəkr və Ömərdən üstün olduğuna inanırdı.

حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ عَوْفٍ عَنْ مُحَمَّدٍ قَالَ يَكُونُ فِي هَذِهِ الأُمَّةِ خَلِيفَةٌ لاَ يُفَضَّلُ عَلَيْهِ أَبُو بَكْرٍ وَلاَ عُمَرُ

Əbu Usamə bizə Aufdan, o da Muhəmməd (ibn Sirindən) belə dediyini rəvayət etdi: «(Mehdi) bu ümmətin xəlifəsidir, Əbu Bəkr və Ömər ondan daha fəzilətli ola bilməz.»

İbn Əbi Şeybə, əl-Müsənnəf, c.14, s.182 (onlayn 8/679)

 

Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.14, s.182, h.37646; Məktəbə ər-Rüşd, ər-Riyad, 1425/2004; təhqiq: Həmmad b. Abdullah əl-Cumua və Muhəmməd b. İbrahim əl-Həydan

Kitabı yükləmək üçün: ÜNVAN

Misirin «Əhl əl-Quran və sünnə» Universitetinin rektoru ət-Təhtavi yazır:

يقول الإمام ابن سيرين : "أن المهدي خير من أبي بكر و عمر ، قد كان يفضل على بعض الأنبياء" و قال أيضا : "يكون في هذه الأمة خليفة لا يفضل عليه أبو بكر و لا عمر" رواه ابن أبي شيبة في المصنف بإسناد صحيح

İmam İbn Sirin deyərdi: «Mehdi Əbu Bəkr və Ömərdən daha xeyirlidir. Hətta bəzi peyğəmbərlərdən də üstündür. » Həmçinin deyirdi: «(Mehdi) bu ümmətin xəlifəsidir, Əbu Bəkr və Ömər ondan daha fəzilətli ola bilməz.» İbn Əbi Şeybə «əl-Müsənnəf»də səhih sənədlə rəvayət etmişdir.

Əli Əhməd Əbdul-Al ət-Təhtavi, İltiqa əl-Məsihəyn fi axır əz-zaman, s.102

 

Fotoşəkil: Əli Əhməd Əbdul-Al ət-Təhtavi, İltiqa əl-Məsihəyn fi axır əz-zaman, s.102

Рейтинг

В этом разделе