Sələfilərin Allahın kölgəsi barədə ixtilafı

»»

Sələfilərin Allahın kölgəsi barədə ixtilafı

Hörmətli oxucular, bu qısa məqalədə siz sələfi alimlərinin öz "Tanrı"larının sifəti barədə şiddətli ixtilafına şahid olacaqsınız.

Şeyx Saleh ibn əl-Useymin "Riyaz əs-salihin" kitabına yazdığı şərhdə deyir:

وهنا مسألة أحب أن أنبه عليها، وهي أن بعض الطلبة يظنون أن المراد بالظل ((في ظل يوم لا ظل إلا ظله)) أنه ظلُّ الرب- عز وجل- وهذا ظن خاطئ جدا، لا يظنه إلا رجلٌ جاهل.

Burada qeyd etmək istədiyim bir məsələ var. Bəzi tələbələr güman edir ki, “Allahdan qeyrisinin kölgəsi olmadığı Qiyamət günü Onun kölgəsində ...” hədisində qeyd edilən kölgə Allahın kölgəsidir. Bu güman çox xətalıdır və ancaq cahil birisi bu cür düşünə bilər.

İbn əl-Useymin, Şərh ər-Riyaz əs-salihin, c.1, s.466; Dar əl-Vətən lil-Nəşr, ər-Riyad, 1426/2005 (onlayn link)

 

Həmçinin növbəti cilddə yazır:

م ذكر المؤلف حديث أبي هريرة المشهور ، وقد سبق أيضاً ((سبعة يظلهم الله في ظله يوم لا ظل إلا ظله)) وذكر منهم : (( رجل ذكر الله خالياً ففاضت عيناه )) ذكر الله بأسمائه وصفاته وأفعاله ، وأحكامه وآياته ، ذكر الله خالياً ففاضت عيناه ، إما شوقاً إليه ، وإما خوفاً منه ، فهذا من الذين يظلهم الله في ظله يوم لا ظل إلا ظله .
والمراد بالظل هنا: ظل يخلقه الله عز وجل يوم القيامة يظلل فيه من شاء من عباده ، وليس المراد ظل نفسه جل وعلا ؛ لأن الله نور السموات والأرض ، ولا يمكن أن يكون الله ظلاً من الشمس ، فتكون الشمس فوقه وهو بينها وبين الخلق ، ومن فهم هذا الفهم فهو بليد أبلد من الحمار ؛ لأنه لا يمكن أن يكون الله عز وجل تحت شيء من مخلوقاته ، فهو العلي الأعلى ، ثم هو نور السموات والأرض .

Sonra müəllif Əbu Hureyrənin məşhur hədisini nəql edir, həmçinin qeyd etdik ki, "Allahdan qeyrisinin kölgəsi olmadığı Qiyamət günü yeddi nəfər Onun kölgəsində daldalanacaq." Onlardan biri ya Ona olan şövqündən, ya da Ondan qorxduğu üçün "Allahı zikr edərək ağlayan şəxs." – qeyd edilmişdir. Bu, Allahın kölgəsindən başqa kölgə olmayan gün Allahın kölgəsində olan kəslərdəndir. Burada “kölgə” deyildikdə, Allahın özünün kölgəsi yox, Qiyamət günü Allahın ayıracağı və bəndələrindən istədiyini kölgələyəcəyi kölgə nəzərdə tutulur. Çünki Allah-Təala yerin və göyün nurudur. Allahın günəşdən kölgəsi olması, günəşin Ondan yuxarıda, Onun isə günəşlə yaratdıqlarının arasında olması mümkün deyil. Kim bu cür başa düşsə, həmin şəxs eşşəkdən də aşağı düşüncəlidir. Çünki Allah yaratdıqlarının altında ola bilməz. O, ucaların ucasıdır. O, göylərin və yerin nurudur.

İbn əl-Useymin, Şərh ər-Riyaz əs-salihin, c.3, s.346-347; Dar əl-Vətən lil-Nəşr, ər-Riyad, 1426/2005 (onlayn link)

 

Kitabı yükləmək üçün: ÜNVAN

Gəlin görək Şeyx İbn əl-Useyminin "cahil, eşşəkdən də aşağı düşüncəli" şəxslər kateqoriyasına kimlər daxil olur.

Səudiyyə Ərəbistanının baş müftilərindən olan Şeyx Əbdül-Əziz ibn Baz ona ünvanlanan "Allahın kölgəsi" barədə suala cavab verir:

مسألة في الصفات
في حديث السبعة الذين يظلهم الله في ظله يوم لا ظل إلا ظله، فهل يوصف الله تعالى بأن له ظلاً؟
الجواب نعم كما جاء في الحديث، وفي بعض الروايات: ((في ظل عرشه)) لكن الصحيحين ((في ظله))، فهو له ظل يليق به سبحانه لا نعلم كيفيته مثل سائر الصفات، الباب واحد عند أهل السنة والجماعة. والله ولي التوفيق
المصدر / مجموع فتاوى ومقالات متنوعة المجلد الثامن والعشرون.

Sual:

Hədisdə deyilir ki, "Allahdan qeyrisinin kölgəsi olmadığı Qiyamət günü yeddi nəfər Onun kölgəsində daldalanacaq." Bu o deməkdir ki, Allahın kölgəsi var?

İbn Baz cavab verir:

Bəli, hədisdə belə gəlmişdir, bəzi rəvayətlərdə isə "Allahın Ərşinin kölgəsində" ləfzi ilə gəlmişdir. Ancaq doğru olan "Allahın kölgəsində" ləfzidir. Beləliklə, Onun özünə layiq kölgəsi vardır. Biz Allahın digər sifətlərinin keyfiyyətini bilmədiyimiz kimi bu sifətinin də keyfiyyətini bilmirik. Bütün bunlar Əhli-Sünnə vəl-Cəmaatda bir kateqoriyaya daxildir.

 

Əbdül-Əziz ibn Baz, Məcmu əl-Fətava, c.28, s.402; cəm və tərtib: Muhəmməd b. Sad əş-Şuvəyir (onlayn link)

Kitabı yükləmək üçün: ÜNVAN

 

Digər bir sələfi alimi Əbdül-Əziz b. Abdullah ər-Racihi yazır:

وأما صفة الظل فدليله حديث (( سبعة يظلهم الله في ظله يوم لا ظل إلا ظله )) قال النووي المراد ظل عرشه كما دل عليه الحديث الآخر، والصواللعرش فهما حديثان ب أنهما حديثان، ففي هذا الحديث الظل صفة للرب، وفي الحديث الآخر صفة

Kölgə sifətinə gəlincə, onun dəlili bu hədisdir: "Allahdan qeyrisinin kölgəsi olmadığı Qiyamət günü yeddi nəfər Onun kölgəsində daldalanacaq." ən-Nəvəvi deyir ki: “burada məqsəd ərşin kölgəsidir. Necə ki, buna digər hədis dəlalət edir.” Doğru olan budur ki, onlar iki (ayrı-ayrı) hədisdirlər. Bu hədisdə kölgə Allahın sifətidir, digər hədisdə isə ərşin sifətidir. Onlar iki (müxtəlif) hədisdirlər.

Təqyid əl-şəvarid min əl-qəvaid vəl-fəvaid, s.55; Məktəbə ər-Rüşd, ər-Riyad, 1427/2006

 

Xüsusi olaraq qeyd etmək istəyirik ki, nə əhli-sünnə alimləri, nə də şiə alimləri Allahın kölgəsi olmasını iddia etməyiblər. Maraqlananlar «Səhih əl-Buxari»nin İbn Həcər əl-Əsqəlani, Şihabuddin əl-Qəstəlani, Bədruddin əl-Ayni tərəfindən, «Səhih Müslim»in isə Muhyiddin ən-Nəvəvi tərəfindən şərhlərinə, o cümlədən Əllamə Məclisinin «Bihar əl-Ənvar» kitabına və digər şiə alimlərinin kitablarına baxa bilərlər.

Allahın kölgəyə sahib olması iddiası sadəcə olaraq sələfilərin məntiqsizliyindən və İslamdan uzaq düşməklərindən irəli gəlir. Hətta sələfi alimlərindən olan İbn əl-Useymin də öz əqidə və hədis anlayışına zidd çıxaraq, bu iddianı irəli sürənləri "cahil, eşşəkdən də aşağı səviyyəli" adlandırmışdır. Beləliklə, Şeyx İbn Baz, Şeyx ər-Racihi və onun kimi bir çoxları bu kateqoriyaya daxil olmuşlar.

Qeyd: Tərcümədə göstərdiyi böyük köməkliyə görə Fəqan qardaşımıza dərin minnətdarlığımızı bildiririk. Allah elminə bərəkət versin, dərəcəsini artırsın.

Рейтинг

В этом разделе