İbn Bazın nəzərində alim və rəhbərlərə itaət etməyin hökmü

»»

İbn Bazın nəzərində alim və rəhbərlərə itaət etməyin hökmü

Muhəmməd ibn Əbdül-Vəhhabın “Tövhid” kitabına yazılan şərhlərdən biri olan Əbdül-Əziz ibn Bazın “Şərhu kitab ət-Tauhid” kitabında aşağıdakı başlıq altında deyilir:

“28-ci bab: kim Allahın halal etdiyi şeyin haram edilməsində və Allahın haram etdiyi şeyin halal edilməsində alim və rəhbərlərə itaət edərsə, Allahı qoyub onları özünə rəbb seçmişdir.”

و قال ابن عباس: يوشك أن تنزل عليكم حجارة من السماء, أقول "قال رسول الله", و تقولون "قال أبو بكر و عمر"؟!

İbn Abbas dedi: Az qalır üstünüzə səmadan daş düşsün. Mən deyirəm “Allah Rəsulu dedi”, siz isə deyirsiniz “Əbu Bəkr və Ömər dedi”?!

Kitabın mühəqqiqi Muhəmməd əl-Əllavi haşiyədə deyir:

صحيح بلفظ نحوه

(Bu hədis) bunun kimi (başqa) bir ləfzlə səhihdir.

İbn Baz bu hədisi və müəllifin bu hədislə nəyi nəzərdə tutduğunu izah edərək deyir:

أراد المؤلف بهذه الترجمة تحقيق التوحيد و اتباع الشريعة و تعظيم أمر الله و نهيه و الحذر من تقليد الشيوخ و الأمراء فيما يخالف شرع الله و هو التقليد الأعمى.

Müəllif bu sözlə tövhidin, şəriətə tabe olmanın, Allahın əmr və qadağasını uca tutmağın və Allahın şəriətinə müxalif olan işlərdə şeyxlərə və əmirlərlərə təqlid etməkdən çəkinməyin mühümlüyünə diqqət çəkmək istəmişdir. Belə ki, bu növ təqlid kor-koranə təqliddir.

Sonra deyir:

و طاعتهم فيما يخالف الشرع هو اتّخاذهم آلهة من دون الله.

Şəriətə müxalif olan işlərdə onlara itaət etmək Allahı qoyub onları ilah seçməkdir!

 

Fotoşəkil: Əbdül-Əziz ibn Baz, Şərhu kitab ət-Tauhid, səh.192; Dar əl-Ziya, Ğərbiyə, Misir, 1422/2001

Sual:

Əgər belədirsə, o zaman Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) tərəfindən halal edilib, Əbu Bəkr, Ömər kimi xəlifələr tərəfindən qadağan edilən, yaxud əksinə, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) tərəfindən qadağan edilib, Əbu Bəkr, Ömər kimi şəxslər tərəfindən halal edilən şeylərin hökmü və bu məsələlərdə onlara tabe olanların hökmü nədir?

313news.net

Рейтинг

В этом разделе