Rəbbləri ərşin üzərindədir, ərş çərçivəsilə məhdudlaşmışdir

»»

Rəbbləri ərşin üzərindədir, ərş çərçivəsilə məhdudlaşmışdir

Allah səmadadır

Mənbə: Əs-sünnə (Livan-Beyrut, Dar əl-kutub əl-elmiyyə nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 41
Müəllif: İmam Əbdullah ibn Əhməd ibn Muhəmməd ibn Hənbəl (hədisləri atası Əhməddən nəql edir)

203-cü hədis: Əbdullah yəni İbn Nafe, Malikin belə dediyini nəql edir: -Kim Quranın məxluq (yaranmış) olmasını desə, həmin şəxs ədəbləndirilməli (həqiqət ona başa salınmalı), daha sonra tövbə etdiyi məlum olana qədər həbs olunmalıdır. Malik dedi: -İman söz və əməldir, artır və azalır. Malik dedi: -Allah göydədir, elmi isə hər yerdədir, heç bir məkan Onun elmindən kənar deyil. Malik dedi: -Quran Allahın kəlamıdır. Habelə, Əbdullah ibn Nafe də bütün bu məsələsər barədə həmin əqidədədir.

 

Qeyd: Allahın hər hansı bir yerdə, məsələn, göydə olması əqidəsi küfrdür. Çünki bu əqidə, Allahın məkana möhtac olması və Onun müəyyən bir  sərhədlə məhdudlaşması anlamındadır. Möhtac və məhdud olmaq isə, məxluqa məxsus xüsusiyyətdir. Əgər Allah möhtac və məhdud olsa, deməli O nöqsanlıdır. Çünki, ehtiyac və məhdudiyyət bir növ nöqsandır. Allah isə, bütün nöqsanlardan uzaqdır.

 

206-cı hədis: Mənə Abdullah ibn Əhməd ibn Şəbviyyə Əbu-Əbdürrəhman nəql edərək dedi: Əli ibn əl-Həsəndən, yəni İbn Şəqiqdən eşitdim ki, deyirdi: Abdullahın belə dediyini eşitdim: "İman söz və əməldir, artır və azalır". Habelə, onun belə dediyini eşitdim: "Biz yəhudi və xristianların sözlərini nəql edə bilərik. Amma, cəhmiyyənin sözlərini nəql edə bilmərik". Dedi: Abdullahın belə dediyini eşitdim: "Biz Rəbbimizi yeddi göyün üzərində Ərşin üstündə Öz məxluqatına görünən kimi tanıyırıq". Amma, cəhmiyyələr kimi demirik. Onlar deyirlər: "Allah buradadır". Sonra əli ilə yerə işarə etdi.

 

Рейтинг

В этом разделе