Rəbbin (məkan baxımından) bizim üstümüzdə yerləşdiyini isbat etmək üçün hədisi zahiri mənasına görə təfsir edərək deyir: “Mələklər mənini (spermanı) ana bətnində yerləşdiyindən qırx gün sonra Rəbbin yanına qaldırırlar”

»»

Rəbbin (məkan baxımından) bizim üstümüzdə yerləşdiyini isbat etmək üçün hədisi zahiri mənasına görə təfsir edərək deyir: “Mələklər mənini (spermanı) ana bətnində yerləşdiyindən qırx gün sonra Rəbbin yanına qaldırırlar”

Rəhbərlərinin əqidə məsələsindəki cahilliyə fikir verin! Rəbbin (məkan baxımından) bizim üstümüzdə yerləşdiyini isbat etmək üçün hədisi zahiri mənasına görə təfsir edərək deyir: "Mələklər mənini (spermanı) ana bətnində yerləşdiyindən qırx gün sonra Rəbbin yanına qaldırırlar" Halbuki, məni ana bətnində qırxıncı günə qədər heç qalmır.


Mənbə: Ər-rədd ələl-cəhmiyyə (cəhmiyyələrə rəddiyyə), Kuveyt, İbn Əsir nəşriyyaı, səh.63
Müəllif: imam Əbu Səid Osman ibn Səid Darəmi

h. 94 "... İbn Suvadə   Əbu Təmim Ceyşanidən, o da Əbuzərdən(ra) nəql edir ki, Peyğəmbər (s) buyurdu: " Məni (sperma) ana bətnində qırx gün qaldıqdan sonra insanların işinə müvəkkəl olan mələk gəlib həmin mənini Rəbbin yanına qaldırır və deyir: - Ey Rəbb, bu bəndən kişi olsun, ya qadın?  Bu zaman Allah onun barəsindəki hökmünü verir.
Mələk yenə soruşur: - Ey Rəbb, yaxşı insandır, ya pis? Bu zaman onun alnına necə insan olacağı yazılır.

h. 95 Əbu Səid deyir: "Mələk mənini kimin yanına qaldırır? Sizin batil düşüncənizə görə qadının qarnında məni ola-ola Allah da qadının bətnindədir?!!" (Bu ola bilməz, ona görə də bizim əqidəmiz ondan ibarətdir ki, Allah yuxarıda yerləşir və mələklər mənini Onun yanına yuxarı qaldırırlar).

 

Рейтинг

В этом разделе