Peygəmbər (s) cənnətin qapısını döyəcək, içəri daxil olub Rəbbini kürsi üzərində görəcək

»»

Peygəmbər (s) cənnətin qapısını döyəcək, içəri daxil olub Rəbbini kürsi üzərində görəcək

Mənbə: Ər-rədd ələl-cəhmiyyə (cəhmilərə rəddiyyə), Kuveyt, İbn Əsir nəşriyyaı, səh.113, h.185
Müəllif: imam Əbu Səid Osman ibn Səid Darəmi

Peyğəmbər (s) buyurur: "... Cənnətin qapısına gəlib, qapının dəmirin çalacağam. Soruşulacaq: - Sən kimsən? -, cavab verəcəyəm ki, mən Muhəmmədəm. Bu zaman qapı açılacaq və mən Rəbbimin huzuruna gələcəyəm. O (Rəbbim) bu zaman Öz kürsisinin və ya taxtının üstündə olacaqdır. Rəbbim mənim üçün təcəlli edəcək (onu aydın şəkildə görəcəyəm) və mən əyilib Onun qarşısında səcdə edəcəyəm".
Əbu Sələmə bu hədisi sonuna qədər nəql etmişdir1.

____________________________

1. Bu hədisi Əhməd ibn Hənbəl (h.2546, 2692), Muhəmməd ibn Əbi Şeybə "Ərş" babında (h.46) və Əbu Yəla (h.2328) müxtəlif sənədlərlə geniş şəkildə Həmmaddan nəql etmişlər. Heysəmi bu hədisi "Məcmə" əsərində (c.10, səh. 372-373) Əbu Yəlaya nisbət verərək buyurur: "Hədisin sənədində Əli ibn Zeyd ibn Cudan adlı ravi var və bu şəxs "zəif" ravi olmasına baxmayaraq, hədisin sənədində yer alan digər ravilərin hamısı "səhih"dirlər.
"Təqrib əsərində (h.4734) də həmin ravi "zəif" kimi xarakterizə olunub. "Təhzib"ə baxsan (c.8, səh 322-324), həmin ravinin zəifliyi barəsində çoxlu rəyləri görə biləcəksən, amma hədisin mətni səhihdir, "Səhih-Buxari" və "Səhih-Müslim"in hər ikisində və ya heç olmasa birində hədis "səhih" hədis kimi qəbul edilib".

 

Рейтинг

В этом разделе