Hz. Davud (ə) qiyamət günü öz əlini Allahın əlinin üstünə qoyacaq, Ona toxunacaq

»»

Hz. Davud (ə) qiyamət günü öz əlini Allahın əlinin üstünə qoyacaq, Ona toxunacaq

Həqiqətən o (hz. Davud (ə)) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (Sad: 25). O Allaha yaxınlaşacaq, Allah da ona. O qədər ki, Allah Özünün bir hissəsini onun üstünə qoyacaq!! Davud (ə) Onun bir hissəsinə toxunacaq!! Davud (ə) qiyamət günü Rəbbin ətəyindən (yol gedərkən nədənsə tutmaq kimi) yapışacaq.

Mənbə: Əs-sünnə (Livan-Beyrut, "Dar əl-kutub əl-elmiyyə" nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 186
Müəllif: İmam Əbdullah ibn Əhməd ibn Muhəmməd ibn Hənbəl (atası Əhməddən nəql etdiyi hədislər)

Hədis 983: Harun ibn Məruf bizə nəql etdi ki, Süfyan ibn Əyyinə -- Həmiddən (yəni Ərəcdən), o da Mücahiddən, Mücahid də Ubeyd ibn Umeyrdən nəql etdi: "Davud Qiyamət günü əmniyyətə (tam rahatlığa) qovuşmayınca (və ya o zaman qovuşacaq ki) ona deyiləcək: "Yaxınlaş Ona!" Davud cavab verəcək ki, "günahım (var), günahım (var) (iki dəfə)". Davud (belə deyə-deyə) son dərəcəyə yaxınlaşacaq və yenə təkrarlayacaq: - günahım, günahım (var)!" Elə bir yerə gəlib çatacaq ki, onu Allah bilir".
Süfyan deyir: "(Ubeyd) bu son cümləsində sanki nəyisə gizlədərək demir".

Hədis 984: Harun ibn Məruf mənə nəql etdi ki, Əqrə belə dedi: "Süfyan o hədisə belə bir artırma etdi: "... və sonda Davud öz əlini Onun (Allahın) əlinin içinə qoydu""

Hədis 986: Əbdullah ibn Ömər Əbu Əbdurrəhman nəql edir ki, Vəki -- Süfyandan, Süfyan -- Mənsurdan, Mənsur -- Mücahiddən, Mücahid də Ubeyd ibn Ömərdən "dərgahımıza yaxın olacaq" ayəsinin şərhində nəql etdi ki, Ubeyd Allaha (cismən) yaxınlaşmaqdan və Onun bir hissəsinə toxunmaqdan danışdı.

Hədis 987: Harun ibn Məruf və Cərir bizə Əbdülməlik ibn Əbu-süleymandan, o isə Əbu-ubedullahdan, o isə Mücahiddən belə nəql etdi: Həqiqətən Davud (ə) qiyaəmət günü günahları yazılı şəkildə əlində olan halda gələcək. Sonra deyəcək: - İlahi, mənim günahlarım, mənim həlak olma səbəbimdir. Allah deyəcək: - Mənim sağımda ol! Sonra onun əlinə baxacaq və əlindəkini görəcək. Həzrət Davud (ə) deyəcək: - İlahi, mənim günahlarım, mənim həlak olma səbəbimdir. Allah deyəcək: - Mənim ətəyimdən yapış! Allahın ayəsi də, buna işarədir: Həqiqətən, o (Həzrət Davud (ə)), (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.

 

Рейтинг

В этом разделе