Cavan və bığ yeri tərləmiş Rəbbləri, mələkləri dirsəkləri və sinəsinin nurundan yaratdı!!

»»

Cavan və bığ yeri tərləmiş Rəbbləri, mələkləri dirsəkləri və sinəsinin nurundan yaratdı!!

Mənbə: Əs-sünnə (Livan-Beyrut, "Dar əl-kutub əl-elmiyyə" nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 190
Müəllif: İmam Əbdullah ibn Əhməd ibn Muhəmməd ibn Hənbəl (atası Əhməddən nəql etdiyi hədislər)

Hədis 1008: Sureyc ibn Yunis mənə nəql etdi ki, Süleyman ibn Həyyan Əbu-xalid əl-Əhmər -- Hüşam ibn Ürvədən, o, öz atasından və atası da Əbdullah ibn Ömərdən belə nəql etdi: Sayı mələklərdən çox olan başqa bir varlıq yoxdur. Allah onları nurdan yaratdı - bunu deyib Süreyc əliylə öz sinəsinə işarə etdi və dedi; - Xalid öz sinəsinə işarə etdi və dedi: "Allah "milyonlarla ol!" əmr edir və onlar olurlar (yaranırlar)".

Hədis 1009: Atam mənə Əbu-üsamə Həmmad ibn Üsamədən, o, Hüşamdan, Hüşam atasından, atası da Əbdullah ibn Əmrdən belə nəql etdi: "Mələklər (Allahın) dirsəkləri və sinəsinin nurundan yaranmışlar".

 

Рейтинг

В этом разделе